05 Fevral 2010-cı il, N 285(1183)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3630)
"Mən baldırlarımı açıb göstərmirəm" (3545)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2431)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2251)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Azərbaycan yığması arzuolunmaz rəqiblər siyahısında
Avro-2012-nin seçmə mərhələsinin fevralın 7-də atılacaq püşkü ərəfəsində iştirakçı ölkələrin əksəriyyətində arzulanan və arzuolunmaz rəqiblərlə bağlı müzakirələr gedir.
   Apasport.az saytının məlumatına görə, avstriyalı həmkarlarımız seçmə mərhələdəki rəqiblərlə bağlı müəyyən fikrə gəliblər. Maraqlıdır ki, onların seçimində Azərbaycan milli komandasının da adı hallanır. Avstriyalılar son vaxtlar yüksəlişdə olan yığmamızı arzuolunmaz rəqiblərin siyahısına daxil ediblər.
   6 komandanın mübarizə aparacağı qrupa düşmək istəyən mərkəzi avropalılar 6-cı - yəni sonuncu səbətdə hamıdan güclü saydıqları millimizdən uzaq düşmək arzusundadırlar. Avstriya üçün arzuolunmaz elan olunan komandalar siyahısında Azərbaycanla yanaşı, I səbətdən İspaniya, II səbətdən Yunanıstan, IV səbətdən Sloveniya və V səbətdən Çernoqoriya var. III səbətdə yer alan avstriyalılar millimizi yayda CAR-da keçiriləcək DÇ final mərhələsinin 3 iştirakçısı sırasına qoyub. Avstriyalıların xəyallarında canlanan ideal qrup isə Xorvatiya (I səbət), İsveç (II səbət), Belarus (IV səbət), Lixtenşteyn (V səbət) və San-Marinodan (VI səbət) ibarətdir.
   Xatırladaq ki, seçmə mərhələnin 51 komandası 5-də 9, 1-də 6 komanda olmaqla 6 səbətə bölünüb. Sonuncu səbətin komandaları düşən qruplarda 6, digər 3 qrupda 5 komanda mübarizə aparacaq.
   I səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Xorvatiya, Portuqaliya, Fransa, Rusiya.
   II səbət: Yunanıstan, Çexiya, İsveç, İsveçrə, Serbiya, Türkiyə, Danimarka, Slovakiya, Rumıniya.
   III səbət: İsrail, Bolqarıstan, Finlandiya, Norveç, İrlandiya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Bosniya və Herseqovina.
   IV səbət: Sloveniya, Latviya, Macarıstan, Litva, Belarus, Belçika, Uels, Makedoniya, Kipr.
   V səbət: Çernoqoriya, Albaniya, Estoniya, Gürcüstan, Moldova, İslandiya, Ermənistan, Qazaxıstan, Lixtenşteyn.
   VI səbət: AZƏRBAYCAN, Lüksemburq, Malta, Farer adaları, Andorra, San-Marino.
"Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
Bakının "Neftçi" klubunun yeni transferi Sergey Alekseyevin transferində problem yaranıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib.
   Onun sözlərinə görə, Moldova yığmasının 24 yaşlı hücumçusunun transferi baş tutmayıb.
   "Alekseyev "Qarabağ"la oyuna bizimlə birgə hazırlaşmırdı. Oyun öncəsi düşərgəmizdə deyildi. Sergeylə müqavilə imzalanmışdı. Sadəcə, onun şəxsi müqaviləsinin şərtlərində anlaşılmazlıqlar yaranıb. Bildiyimə görə, bu legioner sifariş olunub, transfer vərəqəsi də gəlib. Onun adı iştirak ərizəsində varsa, problemi aradan qaldırandan sonra xidmətindən istifadə edə bilərik. Bu mənada Alekseyevin məsələsi açıq qalır və problemin nə vaxt yoluna qoyulacağını dəqiq deyə bilmirəm. Həmin məsələlərlə rəhbərlik məşğul olur" - deyə Sadıqov bildirib. Qeyd edək ki, "Neftçi" həftənin ilk günündə yeni futbolçularının təqdimetmə mərasimində Kişinyovun "Zimbru" klubundan gələn Alekseyevi də mətbuat qarşısına çıxarmışdı.
"Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
Bakının "Neftçi" klubunun yeni transferi Sergey Alekseyevin transferində problem yaranıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib.
   Onun sözlərinə görə, Moldova yığmasının 24 yaşlı hücumçusunun transferi baş tutmayıb.
   "Alekseyev "Qarabağ"la oyuna bizimlə birgə hazırlaşmırdı. Oyun öncəsi düşərgəmizdə deyildi. Sergeylə müqavilə imzalanmışdı. Sadəcə, onun şəxsi müqaviləsinin şərtlərində anlaşılmazlıqlar yaranıb. Bildiyimə görə, bu legioner sifariş olunub, transfer vərəqəsi də gəlib. Onun adı iştirak ərizəsində varsa, problemi aradan qaldırandan sonra xidmətindən istifadə edə bilərik. Bu mənada Alekseyevin məsələsi açıq qalır və problemin nə vaxt yoluna qoyulacağını dəqiq deyə bilmirəm. Həmin məsələlərlə rəhbərlik məşğul olur" - deyə Sadıqov bildirib. Qeyd edək ki, "Neftçi" həftənin ilk günündə yeni futbolçularının təqdimetmə mərasimində Kişinyovun "Zimbru" klubundan gələn Alekseyevi də mətbuat qarşısına çıxarmışdı.
Berluskoni Raykaardı "Milan"a gətirmək istəyir
Dünyanın ən məşhur futbol klublarından olan "Milan" "Qalatasaray"ın baş məşqçisi Frank Raykaardın xidmətində maraqlıdır. Türkiyənin "Fotomaç" qəzeti "ESPN" idman kanalına istinadən xəbər verir ki, hollandiyalı mütəxəssisi şəxsən "Milan"ın sahibi Silvio Berluskoni klubun başında görmək istəyir. O, klubun rəhbəri Qaliani ilə görüşdə hazırki baş məşqçi Leonardonun işindən razı olmadığını, vaxtilə "Milan"ın əsas oyunçularından olmuş Raykaardı yenidən klubda görmək istədiyini söyləyib.
Nonda "Betis"lə anlaşdı
"Qalatasaray"ın əcnəbi futbolçuların çoxluğu üzündən heyətindən çıxardığı konqolu qolçu Şabani Nonda İspaniyanın ikinci liqasında yarışan "Real" Betis klubuna keçib.
   Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu yeni klubu ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq. Xatırladaq ki, vaxtilə "Fənərbağça"da çıxış edən Türkiyə millisinin braziliyalı üzvü Aurelio da hazırda "Betis"in formasını geyir.
"Qarabağ"la oyundan sonra "Neftçi"də nə baş verib?
Vaqif Sadıqovun istefa qərarını kim dəyişdirdi?
Vaqif Sadıqov "Neftçi"dən istefa vermək qərarına gəlib. Fanat.az xəbər verir ki, hadisə iki gün öncə "Qarabağ"la oyundan sonra baş verib. Bununla bağlı Fanat.az-a məlumat verən mənbənin sözlərinə görə, Sadıqovla klub rəhbərliyi arasında narazılıq çoxdan yaranıb. Belə ki, baş məşqçi Valter Quqlemon, Ruslan Əmircanov və daha bir neçə futbolçunun komandadan göndərilməsini, onların əvəzində isə özünün gözaltı etdiyi futbolçuların transfer olunmasını istəyib. Lakin rəhbərlik maliyyə problemlərini əsas gətirərək, bundan imtina edib. Belə olan halda Sadıqov yalnız rəhbərliyin bəyəndiyi futbolçularla kifayətlənməli olub. Klub başbilənləri baş məşqçidən minimum büdcə qarşılığında maksimum nəticə - çempionluq da istəyib. "Qarabağ"la keçirilən oyun isə vəziyyətin daha da qəlizləşməsinə səbəb olub. Oyundan sonra rəhbərliyə narazılığını bildirən Sadıqov bu heyətlə heç nəyə nail ola bilməyəcəyini deyib və istefa vermək niyyətində olduğunu açıqlayıb. Onun belə bir qərar qəbul etməsinə Cavid Hüseynovun yersiz hərəkət edərək, qırmızı vərəqə alması da təsir edib. Çünki Sadıqov əvvəldən Cavidin transferinə qarşı çıxıb. Amma rəhbərlik onun mövqeyini nəzərə almayıb. Vitse-prezident Tahir Süleymanov Sadıqovun istefa qərarı ilə bağlı qısa bir zamanda klub prezidenti Sadıq Sadıqova məlumat verib. Prezident isə Süleymanovla Sadıqovu qəbul edərək, baş məşqçinin qərarını dəyişməyə nail olub. Sadıq bəy həmçinin "Neftçi"ni hədəflərinə çatdırmaq üçün çempionatın gedişində ona kömək edəcəklərini də deyib.
"Beşiktaş"ın transfer siyasəti Mübariz Mənsimova həvalə edildi
İstanbulun "Beşiktaş" klubu transfer siyasətini azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun komandadakı təmsilçisi Alaaddin Aykaça həvalə edib.
   Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, adı AFFA-nın prezidentliyinə namizəd kimi göstərilən və bu səbəbdən "Beşiktaş"ın İdarə Heyətindəki yerini "sağ əli" hesab edilən Alaaddin Aykaça verən Mübariz Mənsimov "Qara qartal"ın bu il iyun ayında həyata keçiriləcək transferlərinə 25 milyon avro ayıracaq. Mübariz Mənsimovun dəstəyilə Aykaç dünya futbolunun iki ulduzunu "Beşiktaş"a cəlb etmək və "İnönü" stadionunu təmir etdirməyi öhdəsinə götürüb.
   
"Fənərbaxça" "Yuventus"un məşhur futbolçusunu transfer edir
"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım kluba bir çox məşhur futbolçuları transfer edəcəklərini bildirib.
   İstanbul klubuna transfer olunacağı bildirilən futbolçulardan biri "Yuventus"un üzvü Amauridir.
   29 yaşlı futbolçunun meneceri Maykl Palmisanonun verdiyi məlumata görə, oyunçu növbəti mövsümdən "Fənərbaxça"nın şərəfini qoruyacaq.
   Xatırladaq ki, Amauri İtaliya çempionatında forma geyindiyi 20 matçda 4 qola imza atıb.
   
Meksikada daha bir futbolçuya silahlı hücum edildi
Meksikanın "Amerika" klubunun futbolçusu Xuan Karlos Silvaya odlu silahdan atəş açılıb. İki nəfər naməlum şəxs paytaxt Mexikoda futbolçuya təzyiq göstərərək onun avtomobilini qaçırmaq istəyiblər.
   Xuan Karlos Silva müqavimət göstərdikdə həmin şəxslər futbolçuya atəş açaraq hadisə yerindən uzaqlaşıblar. Yarası o qədər də ağır olmayan X.K.Silvaya ilkin tibbi yardım göstərilib.
   Xatırladaq ki, bir həftə bundan əvvəl Xuan Karlos Silvanın komanda yoldaşı paraqvaylı Salvador Kabanyas da güllələnmişdi.
   
"Marsel" Fransa kubokuna namizəd oldu
"Marsel" futbol klubu "Tuluza"ya qalib gələrək Fransa kuboku uğrunda final matçına vəsiqə qazanıb. Tuluzada baş tutan yarımfinal qarşılaşmasının əsas vaxtı 1:1 hesablı heç-heçə nəticələnib.
   Qolları müvafiq olaraq Jinyak və Brandao vurub. Əlavə olunmuş vaxtın 104-cü dəqiqəsində dublunu rəsmiləşdirən Brandao "Marsel"i növbəti mərhələyə çıxarıb. "Marsel"in finaldak rəqibi "Bordo" və "Loryan" matçının qalibi olacaq.
   Xatırladaq ki, Fransa kuboku uğrunda final oyunu 17 fevralda keçiriləcək.
   
"Real" oyunçularının hər birinə 925 min avro mükafat vəd edir
İspaniyanın "Real" klubunun rəhbərliyi cari mövsümdə qazanılacaq titullar üçün futbolçularına verəcəyi mükafatın məbləğini açıqlayıb.
   Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında zəfər hər oyunçunu 575 min, Primerodakı qələbə isə 350 min avro zənginləşdirəcək. Klub prezidenti Florentino Peres, baş direktor Xorxe Valdano və idman direktoru Emilio Pardes, həmçinin komandanın 4 futbolçusu - Raul, Kasilyas, Quti və Serxio Ramosun iştirakı ilə keçirilən müzakirələrdən sonra belə qərar qəbul olunub.
   Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 22-də məhz "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"da olacaq.
   
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-05 İran vətəndaşı da Bakıda körpülərə "bomba qoyurmuş"
2010-02-05 Yasamalda Hümbətovlar ailəsinin üç üzvü dəm qazından boğularaq ölüb
2010-02-05 Əli İnsanovun vəkili sabiq nazir barədə xəbəri təkzib etdi
2010-02-05 Səfər Əbiyev Türkiyəyə gedib
2010-02-05 Prezident Almaniyadadır
2010-02-05 Sumqayıtda Çingiz Kərimovun mənzilində yanğın olub
2010-02-05 Bakı küçələrindən toy maşınları yığışdırılır
2010-02-05 Elçin Behbudov Hacı Məmmədovla görüşə bilməsə də, ondan xəbər gətirib
2010-02-05 Gəncə Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı özünü asdı
2010-02-05 Xanlar Sadıqovun "Toyota Prado"su tapıldı
2010-02-05 Rəqsanənin saç ustasına 3500 manat borcu var
2010-02-05 Elxan Mahmudovun "Mercedes"indən mobil telefon oğurlayanlar tutuldu
2010-02-05 Fəxrəddin Nərimanovun mağazasını talayan ələ keçdi
2010-02-05 Gəncə şəhərində 52 yaşlı kişi özünü asıb
2010-02-05 Şevarnadzenin müşaviri həbs edildi
2010-02-05 QHT-lərə Dəstək Şurasının maliyyəsi ilə tariximizin qiymətli sənədləri ölkəyə gətirildi
2010-02-05 Azərbaycanda parlamentin adından çap edilən 7 qəzet hədəfə alındı
2010-02-05 "Aqo" qrupunun Azərbaycanla bağlı təxirə salınmış hesabatı dinləndi
2010-02-05 Güc nazirliklərinin informasiya siyasəti dəyişəcək
2010-02-05 Qarsdakı konsulumuz Həsən Zeynalov fevralın 10-da mükafat alacaq
2010-02-05 Polis mayorunun Hafiz Hacıyevin həyatına qəsd cəhdi şişirdilmiş xəbər imiş
2010-02-05 Soçidə razılaşdırılmış "preambulada" müqəddəratı təyinetmə prinsipi də var?
2010-02-05 4 məscidin dövlət qeydiyyatına alınmamasına Komitədən rəsmi izah verildi
2010-02-05 80 təşkilatın layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertizasından keçmədi
2010-02-05 "Kürd açılımı" Avropa Parlamentinə çıxdı
2010-02-05 Müsavatın rayon təşkilatlarında gərgin başqanlıq müzakirələri...
2010-02-05 Əli Həsənov milli soyadlara orijinal sonluq təklif etdi - "az"
2010-02-05 Zərdab məktəblisi dəm qazından boğulub ölüb
2010-02-05 İstefada olan hərbçilərin imkanlarından faydalana bilirikmi?
2010-02-05 İraq Mehdi Ordusunun lideri Müqtəda Əs-Sədr maştağalılara yaxşılıq etdi
2010-02-05 Tikinti sektorunda barmaqla sayılan qədər şirkət qalacaq
2010-02-05 Elşad Musayev də "Azadlıq" bloku və Müsavatdan cavab gözləyir
2010-02-05 "Ədalət" BAXCP və BQP ilə seçki bloku yaradır
2010-02-05 Sarkozi bu seçkidə Beynəlxalq Valyuta Fondunun rəhbəri ilə rəqib ola bilər
2010-02-05 İsraillə Suriya da "kəllə-kəlləyə" gəlir
2010-02-05 "Xeyr, Türkiyə öz fikrini dəyişməyib"
2010-02-05 NATO Əfqanıstanda terrorçulara qarşı son əməliyyata hazırlaşır
2010-02-05 Dmitri Medvedyev MDB dövlət başçılarını Moskvaya qeyri-rəsmi görüşə dəvət edib
2010-02-05 İrana qarşı yeni bank-benzin sanksiyalarının Azərbaycana da dəxli ola bilər(?)
2010-02-05 Türkiyə-İsrail "dartışmasının" Azərbaycan üçün fəsadları göründü
2010-02-05 Ceyms Staynberqin İlham Əliyevlə görüşü xüsusi missiya ola bilər
2010-02-05 Adam oğurluğuna görə axtarışda olan Asif Şirinxu 10 il həbs aldı
2010-02-05 Hepatit C virusu Lənkəranı bürüyür
2010-02-05 Azərbaycanın neft məhsulları ixracının azalması ciddi səbəblərlə bağlıdır
2010-02-05 Qobustandakı hərbi hissədə iki il əvvəl əlil edilmiş əsgər döyüldüyünü indi açır
2010-02-05 Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir
2010-02-05 Nazirlik bu mağazaları "qara siyahıya" saldı
2010-02-05 Yasamal polisi axtarılan oğrunu saxladı
2010-02-05 Gədəbəydə qızıl sürətlə çoxalır
2010-02-05 771 dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı
2010-02-05 Qadın sürücülər özləri barədə DYP-nin tənqidlərindən o qədər məmnun qalmadı
2010-02-05 "Real" oyunçularının hər birinə 925 min avro mükafat vəd edir
2010-02-05 "Marsel" Fransa kubokuna namizəd oldu
2010-02-05 Meksikada daha bir futbolçuya silahlı hücum edildi
2010-02-05 "Fənərbaxça" "Yuventus"un məşhur futbolçusunu transfer edir
2010-02-05 "Beşiktaş"ın transfer siyasəti Mübariz Mənsimova həvalə edildi
2010-02-05 "Qarabağ"la oyundan sonra "Neftçi"də nə baş verib?
2010-02-05 Nonda "Betis"lə anlaşdı
2010-02-05 Berluskoni Raykaardı "Milan"a gətirmək istəyir
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 Azərbaycan yığması arzuolunmaz rəqiblər siyahısında
2010-02-05 Əzizbəyov polisi axtarışda olan Oqtay Əliyevi tutdu
2010-02-05 Ötən il Azərbaycanda 39 nəfər yanğından, 16 nəfər partlayışdan ölüb
2010-02-05 BMT baş katibi özünə "seksual zorakılıq" məsələləri üzrə xüsusi nümayəndə təyin etdi
2010-02-05 Xaçmazın iki sakini dənizdə batdı
2010-02-05 Zaqatalanın Aşağı Tala kəndində fındıq oğrusu həbs edilib
2010-02-05 DİN-in Miqrasiya İdarəsində Azərbaycanda qeydiyyatsız yaşayan 30-a yaxın əcnəbi saxlanır
2010-02-05 Mingəçevirli Rüstəm azyaşlı qızı zorladı və 14 il iş aldı
2010-02-05 Lənkəran və Masallıda saxta qaz sobaları satan mağazaların adları açıqlandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009