05 Fevral 2010-cı il, N 285(1183)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3630)
"Mən baldırlarımı açıb göstərmirəm" (3545)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2430)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2251)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Test sualları ilə məktəblərin tədris proqramı arasında ziddiyyət var
Təhsil Şurasının sədri Əjdər Ağayev təhsilin səviyyəsinin aşağı düşməsi fikrilə razılaşmadı
Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı şəhərində 1 saylı orta ümumtəhsil məktəbində ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının yekunlarına dair iclas keçirilib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov bildirib ki, qəbul imtahanlarının nəticələri ötən illə müqayisədə nisbətən pis olub. Nazir bunun narahatlıq doğurduğunu deyib.
   Qeyd edək ki, M.Mərdanov mətbuata açıqlamasında orta məktəbi əla qiymətlərlə bitirən məzunların təxminən 10 faizinin qəbul imtahanlarında yüksək nəticə göstərə bilmədiyini də vurğulayıb. Nazir həmçinin deyib ki, 2009-cu ildə təhsilin səviyyəsinin aşağı düşməsi səbəbləri ciddi şəkildə araşdırılmalıdır. "Bir il ərzində təhsilin səviyyəsi bu qədər aşağı düşə bilməzdi. Vəzifəmiz təhsilin səviyyəsinin azaldılmasından yox, artırılmasından ibarətdir"-deyə M.Mərdanov bildirib.
   TQDK rəhbəri Məleykə Abbaszadə isə deyib ki, 2009-cu ildə qəbul imtahanlarında orta məktəb məzunlarının təxminən 60 faizi iştirak edib və həmin ildə məzunların ümumi sayı 125 min nəfər olub. M.Abbaszadənin sözlərinə görə, ali məktəbə sənəd verənlərin ümumi sayı 107 min nəfər olsa da, onlardan 39, 2%-i kəsilib və ya kifayət qədər bal yığmayıb, 4 %-i 500-700 bal, 16%-i isə 300-500 bal yığıb. M.Abbaszadə bildirib ki, bu, ötən illərlə müqayisədə kifayət qədər aşağı göstəricilərdir.
   Təhsil naziri Misir Mərdanov və TQDK sədri Məleykə Abbaszadənin fikirlərini şərh edən Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyilənlərin müxtəlif səbəblərlə bağlı olduğunu bildirdi.
   Onun sözlərinə görə, təhsilin səviyyəsi aşağı düşməyib, sadəcə tədris sistemində yaranan bəzi problemlər aşağı göstəricidən danışmağa əsas verir: "Fikrimcə, təhsilin səviyyəsi aşağı düşüb hökmünün qəti şəkildə verilməsi təhsil haqda qənaətbəxş fikir deyil. Təhsil arx deyil ki, su gah azala, gah da çoxala. Resbulikanın 4500 məktəbi var və hamısında da tədris işləri həyata keçirilir. Məktəblər abadlaşır, ora texniki vasitələr, kompüter daxil olur. İnkişaf müşahidə edilir. Artıq 1-2-ci sinifdən başlayaraq tədrisin məzmununda dəyişiklik edilir. Yuxarı sinfilərdə də müasir təhsil metodlarından istifadə olunur, həyati bacarıqlar aşılanır, insanlar ilk növbədə bunlardan istifadə edərək öz həyatını necə qurmalı olduğunu düşünür. Bu proses gedir və il-ildən də artır. Bu o demək deyil ki, bunu məktəbin özü tələb edir. Xeyr. Həyatın özü, cəmiyyətin özü, sosial mühitin özü, inkişafın özü insanları buna hazır olmağa sövq edir. O ki qaldı ayrı-ayrı məktəblərdə göstəricilərin əvvəl 90 olub indi 89-a düşməsinə, yaxud hardasa 60-dan 50-yə düşməsinə və s. bu o demək deyil ki, bütövlükdə təhsilin keyfiyyəti aşağı düşüb. Demək olar ki, müəyyən məktəblərdə, təhsil ocaqlarında təhsilin səviyyəsi ötənilki səviyyəyə çatdırılmayıb. Ali məktəbə qəbula gəlincə, bu, təhsilin səviyyəsini müəyyənləşdirən amil deyil. Çünki elə adam var ki, ali məktəbə sənəd verməyib, yaxud başqa sənət seçib, biri kompüteri bildiyindən gedib işləyir. Yəni buna kompleks yanaşmaq lazımdır. Məktəbi əla qiymətlərlə bitirib ali məktəbə daxil ola bilməyən, ya da universitetə yüksək balla qəbul olub prezident təqaüdü alıb sonra oxuya bilməyən şəxslərlə bağlı faktlar var. Bu iki cürdür. Bir qismi orta məktəbi əla qiymətlərlə bitirib, qəbul imtahanlarında yüksək nəticə göstərə bilməyib. Digər qismi isə yüksək qəbul nəticəsi göstərərək 600-650 bal toplayıb, amma tədris prosesində görürsən ki, bu tələbənin heç savadı yoxdur, o bu balı necə toplayıb? Elə tələbələr var ki, 500-dən artıq bal yığıb ali məktəbə daxil olub, ancaq nə savadı, nə dünyagörüşü, nə də bir müsbət göstəricisi var. Sadəcə iki-üç fənni əzbərləyib, tapmacaları tapıb və yüksək balla ali məktəbə daxil olub. Belə faktlar mövcuddur. Bunu aradan qaldırmaq üçün proqramların, tədris planında olan fənlərin bütünlüklə tədrisinə nail olmaq lazımdır".
   Ə.Ağayev dedi ki, bütün fənlər tədris planında oturur və o fənlərin hamısı yüksək səviyyədə tədris olunduqda müsbət nəticədən danışmaq olar: "Üç-dörd fənn üzrə yaddaşda qalan bilgidən nəticə çıxarmaq olmaz. Elə məktəb var tədrisin keyfiyyəti yüksəkdir, elələri də var ki, zəifdir. Digər tərəfdən, əsas faktor insan amilidir. Yəni insanlarımız obyektivliyə, ədalətə diqqət verməlidir. Müəllimlər orta məktəbdə şagirdlərə şişirdilmiş qiymətlər yazmamalıdır. Məlumatıma görə, bir çox hallarda orta məktəblərdə, hətta aşağı siniflərdən başlayaraq, valideynlər müəyyən vasitələrlə uşaqlarına şişirdilmiş qiymət yazdırmağa çalışır. "Təhsil Haqqında" Qanunda göstərilib ki, məktəbi yüksək göstəricilərlə bitirənlərə qızıl və gümüş medallar veriləcək. Bundan sonra şişirdilmiş qiymətlərə maraq çoxaldı. İnanın ki, bu hərəkat nə qədər gücləndiriləcək. Artıq məktəblərin daşı-divarı, dəmirilə deyil, oradakı tədris prosesilə, müəllimlərlə maraqlanmaq lazımdır. O müəllimin təlim keyfiyyətinə gücü çatır, ya çatmır? O müasir təlim metodlarından istifadə edir, yoxsa etmir? Müəllimlərin dərsinə girmək, onu dinləmək və ondan nəticə çıxarmaq lazımdır. Yəni bu cəhətdən keyfiyyəti qaldırmaq lazımdır. İkinci tərəfdən, mən özüm şəxsən ali məktəbə 500 balla daxil olmuş tələbə tanıyıram. O 100 bal almalı olduğu halda 60-70 bal güclə alır. Onun xəttini oxumaq mümkün deyil. Üç cümləsində 8 orfoqrafik səhv olur. Bu adam 500 bal yığıb pedaqoji fakültəyə düşüb. Bu fakültədə də qrammatik savad, xətt birincidir. Bu problemi aradan qaldırmaq üçün mütləq qəbul imtahanlarında yazılı imtahan üsulundan istifadə eləmək lazımdır. Əvvəlcə hamı məcburi qaydada ana dilindən yazılı imtahan verməlidir. O adamın xətti də, savadı da, rabitəli nitqi də yazıda görünməlidir. Test yerində durub haçan olsa abituriyentin yaddaşı yoxlana bilər. Qəbulda da birmənalı olaraq təkmilləşdirmə işi aparılmalıdır".
   Ə.Ağayevin sözlərinə görə, orta məktəblərdə tədrisdə təlim keyfiyyətlərini qaldırmaq üçün müəllimlər arasında seçim aparılmalıdır":Orta məktəblərdə çoxlu sayda müəllim var ki, saxta diplomla işləyir. Rusiya bazardır, diplom satır. Alıb gətirir və məktəb direktorları ilə dil tapıb işə düzəlirlər. Düzdür, Təhsil Nazirliyi bu hala qarşı ciddi mübarizə aparır. Amma nazirlik nə bilsin ki, hansı günc-bucaqda kim var? Buna qarşı mübarizə aparmaq lazımdır. Məktəblərdə kifayət qədər keyfiyyətsiz müəllim var. Təəssüf ki, belələri ibtidai siniflərdə də dərs deyir. Mən ibtidai sinif məsələsini niyə xüsusi vurğulayıram? Ona görə ki, əsas baza ibtidai sinifdir. Orada dərs deyən müəllim gərək səviyyəsiz olmasın. Müəllimlərin attestasiyası keçirilməlidir. Deyərdim ki, seminarlara cəlb edib, onlara yeni pedaqoji bilgilər vermək lazımdır. Müəllimlər pedaqoji mətbuatı izləmir. 100-150 müəllim internetə girib məlumat alır. Amma əksəriyyət nə internetə girir, nə pedaqoji mətbuata abunə olur, nə də yeniliklərdən xəbəri var. Bu təkcə müəllimlərlə bağlı deyil, müəllimdən tutmuş təhsil şöbələrinin müdirlərinə qədər oxu səviyyələri aşağı enib".
   M.Abbaszadənin fikirlərinə də münasibət bildirən Ə.Ağayevin dediyinə görə, şagirdlərin aşağı göstərici sərgiləməsinin əsas səbəbi test sualları ilə tədris proqramı arasındakı ziddiyyətdir: "Məleykə xanım deyir ki, göstərici aşağıdır. Ona görə ki, son imtahan sualları əvvəlki illərdəkindən qat-qat çətin tərtib olunub. Hətta ora dərs proqramında olmayan mövzular daxil edilib. Kimlər repetitor yanına gedir, onun öyrətdiyini mənimsəyib test suallarına doğru cavab verib qəbul olub. Kim repetitor yanına getməyib, dərs proqramı əsasında hazırlaşıb testdən keçməyib. Təsəvvür edin ki, test sualına Qənbər və Qəmbər sözü salınıb. Sual verirlər ki, bu söz necə yazılır? Bunun heç tədris proqramına dəxli də yoxdur. Onu niyə testə salırsınız? Fənlər üzrə belə test suallar salınıb. Onlar o qədər qəlizdir ki, müəllimləri belə təccübləndirir. Bu suallar haradan gəlib çıxıb? Bunu uşaqlar haradan bilsin? Bakı Şəhər Baş Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov sualların tədris proqramı ilə uyğunluq təşkil etmədiyini faktlarla Məleykə Abbaszadənin özünə sübut edib. Orta məktəb proqramının öz standartı var və abituriyent də o standartla imtahan verməlidir. Başqa şeylərlə yox. Amma Qəbul Komissiyası testə standartdan kənar çoxlu suallar salır. Bu da şagirdləri repetitor yanına getməyə vadar edir. Çünki repetitorlar onların "havasını" bildiyindən onu çala bilir. Belə olmamalıdır. İmtahan sualları orta məktəb proqramı əsasında tərtib edilməlidir".
   
İradə SARIYEVA
Lənkəran və Masallıda saxta qaz sobaları satan mağazaların adları açıqlandı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Lənkəran, Masallı və Astarada uyğunluq sertifikatı olmayan təhlükəli qaz sobalarının satıldığı aşkar edilib.
   /"OLAYLAR"İA/ Komitədən verilən məlumata görə, monitorinq zamanı Lənkəran şəhərində fiziki şəxs Vüqar Məmmədova məxsus mağazada "Süsler", "Vestbürq", "Lüxell", "Nord", fiziki şəxs Mehman Axundova məxsus mağazadan "Termis", "Süsler", fiziki şəxs Habil Ağayevə məxsus mağazada "Semens", fiziki şəxs Səbuhi Cabbarova məxsus mağazada "Temirkel" nişanlı mənşəyi məlum olmayan qaz sobaları müəyyən olunub. Masallıda yerləşən "Leyla-X" kiçik müəssisəsində "Adrian", fiziki şəxs Elvin Baxışova məxsus mağazada "Donar" nişanlı sertifikatsız məişət avadanlıqları, Astara rayonunda fiziki şəxslər Asif Fətəliyev, Ağamoğlan Hüseynov və Çinar Cəfərova məxsus mağazalarda kustar üsulla hazırlanmış qaz sobaları aşkar edilib. Bütün hallarda sahibkarlara adıçəkilən malların satışdan çıxarılması barədə tələbnamə verilib.
   
Mingəçevirli Rüstəm azyaşlı qızı zorladı və 14 il iş aldı
Azərbaycanda azyaşlı qızı zorlamaqda təqsirli bilinən şəxsə hökm oxunub.
   Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mingəçevir şəhər sakini Rüstəm Məhəmməd oğlu Qasımlı 14 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək (150.3.3) maddəsilə ittiham olunub. Qasımlı 2009-cu ilin iyun ayında Mingəçevir şəhərində 2002-ci il təvəllüdlü Vüsaləni (ad şərti verilib) zorlayıb. O, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
   
DİN-in Miqrasiya İdarəsində Azərbaycanda qeydiyyatsız yaşayan 30-a yaxın əcnəbi saxlanır
Bu barədə APA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.
   DİN-in Miqrasiya İdarəsində olduğunu bildirən komitə sədri orada saxlanan şəxslərin əksəriyyətinin Əfqanıstan vətəndaşı olduğunu bildirib. Hazırda həmin şəxslərin öz ölkələrinə deportasiya edilməsi istiqamətində tədbirlər görülür. E.Behbudov, həmçinin, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində olduğunu, ölkədə insan alveri qurbanlarının vəziyyətilə bağlı araşdırma apardığını qeyd edib. Bu gün Azərbaycanda yüngül həyat tərzi keçirən qadınların əksəriyyətinin ağır xəstəlik daşıyıcısı olduğunu bildirən E.Behbudov həmin qadınların məcburi müalicəyə cəlb edilməsi üçün səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlayacağını söyləyib.
   
Zaqatalanın Aşağı Tala kəndində fındıq oğrusu həbs edilib
Zaqatala rayonunda fındıq oğurluğu ilə məşğul olan şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
   Məlumata görə, rayonun Aşağı Tala kənd sakini İbrahimov Sahib Zahid oğlu yaşadığı evin həyətindəki mal tövləsindən ailəsinə məxsus, 8 kisə olmaqla, 240 kiloqram çəkidə fındığın oğurlanması barədə Zaqatala RPŞ-yə ərizə ilə müraciət edib. Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı S.İbrahimovun həyətindən ümumi dəyəri 440 manat olan fındığı onun həmkəndlisi 1966-cı il təvəllüdlü Qurbanov Seyfullah İdris oğlunun oğurladığı müəyyənləşib. Keçirilən tədbirlər nəticəsində S.Qurbanov həbs edilib. Faktla bağlı S.Qurbanov barəsində Zaqatala RPŞ-də cinayət işi başlayıb, təhqiqat aparılır.
   
Xaçmazın iki sakini dənizdə batdı
Balıqçıların qayığı su ilə dolmuş vəziyyətdə sahildən tapılıb
Dünən axşam saatlarında Xəzər dənizinin Xaçmazın Niyazabad kəndi yaxınlığındakı hissəsində iki nəfər balıqçı batıb.
   Xaçmaz rayon Prokurorluğuna bu barədə məlumat saat 18:30 radələrində daxil olub. Rayonun prokuror əvəzi Fərahim Hüseynlinin ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakinləri Xəzər sularında motorlu qayıqla balıq tuturmuş.
   1987-ci il təvəllüdlü Əliyev Qurban Nizam oğlu və 1986-cı il təvəllüdlü Məmmədov Elxan Əziz oğlunun istifadə etdikləri qayıq saat 17:00 radələrində kənd sakinləri tərəfindən su ilə dolmuş vəziyyətdə sahildən tapılıb. Dənizin dalğalı olması səbəbindən kənd sakinləri balıqçıların batdığını ehtimal edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
   Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri tərəfindən hadisə yerində axtarış tədbirləri həyata keçirilir. Qeyd edək ki, yanvarın 28-də Xəzər dənizində Xaçmazın Tikanoba kənd sakini 1977-ci il təvəllüdlü Ruslan Sultanməcid oğlu Kərimov da balıqçı qayığının aşması səbəbindən dənizdə batıb. Ruslan Kərimovun cəsədi isə bu günə qədər tapılmayıb.
   
BMT baş katibi özünə "seksual zorakılıq" məsələləri üzrə xüsusi nümayəndə təyin etdi
BMT-nin baş katibi Pan Gi Mun isveçli Marqot Valströmü özünün münaqişələr zamanı seksual zorakılıq problemi üzrə xüsusi nümayəndəsi təyin edib.
   APA-nın BMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeni vəzifənin yaradılması barədə qərar qurumun Təhlükəsizlik Şurası tərəfindən 2009-cu il sentyabrın 30-da qəbul olunub. Ötən həftə Afrika Birliyinin sammitində çıxış edən Pan Gi Mun bildirib ki, seksual zorakılıq silahlı münaqişələrin tərkib hissəsinə çevrilib. Baş katib bu cür cinayətlərin qarşısının alınmasına çağırıb.
   
Ötən il Azərbaycanda 39 nəfər yanğından, 16 nəfər partlayışdan ölüb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi 2009-cu ildə ölkə ərazisində insan tələfatı ilə nəticələnən hadisələrlə bağlı statistik rəqəmləri açıqlayıb.
   APA-nın FHN-in rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, ötən il Azərbaycan ərazisində 34 partlayış hadisəsi baş verib ki, nəticədə 16 nəfər ölüb, 47 nəfər isə xəsarət alıb. Nazirliyin statistikasına görə, 2009-cu ildə Azərbaycanda 6205 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 39 nəfər ölüb, 83 nəfər xəsarət alıb, 89 nəfər isə yanğından xilas edilib. Ötən il ərzində ölkədə 41 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 373 qəza baş verib. Həyata keçirilən qəza-xilasetmə əməliyyatları nəticəsində 352 nəfər xilas olunub.
   
Əzizbəyov polisi axtarışda olan Oqtay Əliyevi tutdu
Dələduzluqda ittiham olunaraq barəsində axtarış elan edilmiş Oqtay Əliyev tutulub.
   /"OLAYLAR"İA/ Bu barədə Bakı şəhər BPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, O.Əliyev Əzizbəyov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanıb. Qeyd edək ki, O.Əliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olub.
   
Qadın sürücülər özləri barədə DYP-nin tənqidlərindən o qədər məmnun qalmadı
Ekspert isə qayda pozan qadınlar barədə iradları əsaslı sayır
Şəmsəddin Əliyev: "Qadınların sürücülük vərdişi aşağı səviyyədədir, onlar əksər hallarda təlim kursunu tam keçmədən sükan arxasına əyləşir"
Tahirə Cəlilova: "Yol hərəkəti qaydalarını pozanlar vəzifəli adamların sürücüləri və onların övladlarıdır"
Son illər Azərbaycanda avtomobillərin sayı artıb. Artıq ölkədə 800 mindən artıq avtomobilin olduğu bildirilir. Bununla yanaşı, avtomobili idarə edənlər arasında zərif cins nümayəndələrinin sayında da artım baş verir. Hazırda ölkədə 30 minə yaxın qadın sürücü var.
   Onlardan 19-20 minə yaxını nəqliyyat vasitəsini idarə edir. 10 minə yaxın qadın isə, sürücülük vəsiqəsinə sahib olsa da, hələlik avtomobil sürmür. Sürücülük vəsiqəsi olan qadınların 26 minə yaxını Bakı şəhərinin, qalanları isə respublikanın digər rayonlarının sakinləridir. Azərbaycanda qadınlar xarici markalı avtomobillərə, xüsusən də "Hyunday", "Pejo", "Nissan Tida", "Mersedes" kimi maşınlara daha çox üstünlük verir. Qadınların avtomobili idarə etməsi yaxşı haldır. Lakin bununla yanaşı, onların yol hərəkəti qaydalarına riayət etmələri də vacibdir. Amma son zamanlar aparılan araşdırmalar zərif cins nümayəndələrinin bu sahədə bir qədər axsadığını göstərir.
   Belə ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Ərəstun Məcidov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda qadın sürücülər tərəfindən törədilən yol hərəkəti qaydaları pozuntularının sayı iki dəfə artıb. Rəsmi məlumatlara görə, ötən il Azərbaycanda 2530 qadın sürücü törətdiyi yol-hərəkət pozuntularına görə məsuliyyətə cəlb olunub. Bu da hazırkı məqamda avtomobil sürən qadınların 12 faizindən də artığı deməkdir. 2009-cü ildə 74 qadın sürücü avtomobili sərxoş, 56-sı isə sürücülük hüququ olmadan idarə etdiyi üçün məsuliyyətə cəlb edilib. Bu göstəricilər onu deməyə əsas verir ki, qadınlar tərəfindən yol verilən sözügedən pozuntu halları, həqiqətən də, 2008-ci illə müqayisədə 2 dəfə çoxalıb. Şöbə rəisi qadın sürücülər tərəfindən yol verilmiş pozuntuların əksəriyyətinin paytaxt üzrə qeydiyyatda olan xanım sürücülərin payına düşdüyünü deyir. Bu da gözləniləndir və qadın sürücülərin böyük əksəriyyətinin paytaxtda cəmləşməsilə bağlıdır. Qadın sürücülərin yol verdiyi pozuntular sırasında-avtomobili idarə edərkən kəmər taxmama, manevr edərkən və sağa-sola dönərkən işıq siqnallarından istifadə etməmə, yolayrıcını keçmə qaydalarını pozma, piyadalara yol verməmə kimi xətalar üstünlük təşkil edir. Məcidovun sözlərinə görə, əvvəllər yol polisi əməkdaşları qadın sürücülər tərəfindən törədilən kiçik qayda pozuntularına göz yumur və xanım sürücülərə sadəcə olaraq xəbərdarlıqla kifayətlənirdilər. Lakin ilbəil qadın sürücülərin və onlar tərəfindən yol verilən pozuntuların sayının artması onlara qarşı ciddi tədbirlər görülməsini zəruri etdi. Görünür, məhz polislərin qadın sürücülərin hərəkətlərinə indiyə kimi göz yummalarının nəticəsidir ki, yol-hərəkət pozuntularına əl atan zərif cins nümayəndələrinin sayında belə kəskin artım baş verib.
   Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev də yol-hərəkət qaydalarını pozan qadın sürücülərin artmasından gileylənib. Onun qeyd etdiyinə görə, ötən il paytaxtda qadın sürücülər tərəfindən 31 yol qəzası törədilib. Nəticədə 7 qadın sürücü həlak olub, 24-ü yaralanıb. Qəzalar isə sürət həddini aşma və işıqforun qadağanedici işığında keçmə səbəbindən baş verib.
   Ötən il paytaxtda sürət həddini aşmaya görə 169, manevr qaydalarını pozduğu üçün 159, yolvermə nişanlarının tələblərini pozduğu üçün 179, xəttin tələbini pozduğu üçün 173, qəza şəraiti yaradan 15, tabe olmayan 10, vəsiqəsiz idarəetməyə görə 49, avtomobili sərxoş idarə etdiyi üçün 76, avtomobili texniki baxışdan keçmədiyinə görə 87, avtomobili idarə edərkən telefonla danışdığı üçün 115, rəngli şüşə, plyonka və pərdələrdən istifadəyə görə 14, avtomobili nömrəsiz idarə etdiyi üçün 3 xanım sürücü inzibati qaydada cəzalandırılıb.
   Sözügedən məsələdə qadınların sayının iki dəfə artması, söz yox ki, çox təhlükəli haldır. Bunun qarşısı vaxtında alınmalıdır. Bunun üçünsə ilk növbədə yol polisi işçiləri, kişi və ya qadınlığından asılı olmayaraq, hərəkət qaydalarını pozanlara eyni münasibət bəsləməli, qadınlara münasibətdə də qanunun tələblərinə tam riayət etməlidir. Əks təqdirdə belə qadın sürücülərin sayı ilbəil artmaqda davam edəcək.
   "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin fikrincə, vəziyyətin belə olmasının kökündə qadınların hazırlıq kurslarını elə də ciddi mənimsəməməsi durur: "Qadın sürücülərin sayı ilbəil artmaqda davam edir. Digər tərəfdən, əvvəlki illərlə müqayisədə son zamanlar qadınların sürücülük vəsiqəsi əldə etməsi sahəsində hazırlıq kursu elə də ciddi aparılmır. Burada bir qədər sadələşdirilmiş hallara yol verilir ki, nəticədə qadınlar kursu tam mənimsəmir. Onlar maşını idarə etmə vərdişinə yiyələnən kimi qısa zamanda dərhal sükan arxasına keçirlər. Başqa bir tərəfdən, qadınlarda kişilərə nisbətən özünə güvənmə halları daha çoxdur. Qadınlar hesab edir ki, zərif cinsin nümayəndələri olmaları onları məsuliyyətdən yayındıra bilər. Düşünürlər ki, polis işçiləri kişilərə nisbətən qadınların yol-hərəkəti pozuntularına elə də ciddi əhəmiyyət verməz. Həqiqətən də bizdə qadına hörmət daha çoxdur. Bu mənada bəzən yol polisi əməkdaşları da qadınların yol-hərəkət qaydalarını pozması hallarına bir qədər laqeyd yanaşır. Onlar qadınlarla kişilərə nisbətən, elə də sərt davranmırlar. Qadınların sürücülük vərdişi, peşəkarlığı çox azdır, aşağı səviyyədədir.
   Bunun müqabilində özlərinə güvənmə halları çoxdur. Təlim kurslarını təkmil qaydada keçməmələri də vəziyyətin belə hal almasına gətirib çıxarıb. Qadınlar əksər hallarda maşını sürməyi öyrənən kimi avtomobilə əyləşir. Bu da ətrafdakı sürücülər üçün təhlükə yaradır. Təlim kurslarında nəzarət gücləndirilsə, qadınların yol verdiyi belə hadisələrin sayında azalma müşahidə oluna bilər.
   Ona görə də düşünürəm ki, keçirilən təlim kurslarına nəzarət gücləndirilməlidir. 10-15 il öncə sürücülük vəsiqəsi olmayanlar avtomobili idarə etmirdi. İndi isə əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Belə ki, xaricdə istehsal olunan avtomobillərin çoxu asan idarə olunduğundan, onlar bəzən sürücülük vəsiqəsinin olmasına ehtiyac duymurlar. Deməli, sürücülük vəsiqələrinin verilməsində də nəzarəti artırmaq lazımdır. Kimliyindən asılı olmayaraq, təlim imtahanlarının qəbul edilməsində güzəştlərə yol verilməməlidir".
   KİA markalı avtomobili idarə edən mətbuat işçisi Tahirə Cəlilova isə deyilənlərlə razılaşmır. Onun dediyinə görə, qadınlar ən səliqəli sürücülərdir: "Ola bilər ki, bir-iki nəfər yol hərəkəti qaydalarını pozsun. O da içkili vəziyyətdə olanlarla bağlı ola bilər. Yol hərəkəti qaydalarını pozanlar şəxsən vəzifəli adamların sürücüləridir. Hazırda onların nömrələrini yığıb mətbuatda dərc etməklə məşğulam.
   Bu sürücülər hər səhər yollarda qəzalı vəziyyət yaradır. Özüm qaydalara riayət edirəm. İndiyə kimi yol hərəkəti qaydalarını pozmamışam. Özüm şəxsən oxuyub, öyrənib sonra avtomobili idarə etməyə başlamışam. Avtomobil sürən kişilər bilir ki, onlara nəsə olsa övladlarına yoldaşları baxacaq. Amma biz çəkinə-çəkinə sürürük ki, bizə bir şey olsa, övladlarımıza kim baxacaq? Qadınlar kişilərə nisbətən maşını daha səliqəli sürür. Kaş kişilər də maşınlarını sürərkən belə səliqəli olardı. Yol hərəkəti qaydalarını pozanlar vəzifəli adamların sürücüləri və onların övladlarıdır".
   
Həsən İSLAMOV
771 dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 5 fevral tarixdən 42 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edir.
   Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 44-ü isə apellyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır. Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
   İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılır. Bunlardan 22-si hakimin köməkçisi, 13-ü isə məhkəmə iclasının katibi vəzifəsidir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
   Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidir.
   Müsabiqəyə aşağıdakı dövlət orqanlarında olan vakant vəzifələr çıxarılıb:
   Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Maliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Nazirlər Kabineti yanında "İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Tarif Şurasının Katibliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Administrasiyası, Milli Televiziya və Radio Şurası və s.
   
Gədəbəydə qızıl sürətlə çoxalır
Cari ilin yanvar ayında Azərbaycanda qızıl istehsalı 21,6% artıb.
   "APA-Economicis"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu "Anglo Asian Mining" şirkətinin baş icraçı direktoru, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri bildirib.
   R.Vəzirinin sözlərinə görə, yanvar ayında "Gədəbəy" filiz yatağında aylıq hasilat 2 863 unsiyadan 3 483 unsiyaya çatdırılıb.
   Qeyd edək ki, "Gədəbəy" yatağında qızıl istehsalına 2009-cu ilin iyul ayında başlanıb. Bu günədək ordan 14 848 unsiya qızıl istehsal edilib.
   R.Vəziri bildirib ki, şirkət 2010-cu il ərzində istehsalı artırmağı planlaşdırır. Cari ilin iyun ayınadək illik istehsalı 25 min unsiyaya çatdırmağı hədəf olaraq qarşıya qoyub.
   Xatırladaq ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki "Söyüdlü" (Zod), Ağdərədəki "Qızılbulaq" və Zəngilandakı "Vəcnəli" yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
   
   
Yasamal polisi axtarılan oğrunu saxladı
Axtarışda olan Qabil Həsənov saxlanıb. Bu barədə Bakı şəhər BPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Q.Həsənov Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiləri nəticəsirdə yaxalanıb. O,Cinayət Məcələsinin 177-ci (oğurluq) maddəsilə axtarışda olub.
   
   
"Adını bilmədiyim tikinti şirkəti "Velotrek"in ərazisinə göz dikib"
Ticarət Mərkəzində bir gün nə gördük?
Mətbuatın verdiyi məlumata görə, metronun "20 Yanvar" stansiyası qarşısında fəaliyyət göstərən "Velotrek" Ticarət Mərkəzi bu yaxınlarda söküləcək. Verilən informasiyaya görə, artıq sözügedən ticarət mərkəzinin sökülməsinə razılıq alınıb. Bildirildiyinə görə, şəhərin görkəmli yerlərindən birində fəaliyyət göstərən ticarət mərkəzində artıq söküntü işlərinə start verilib.
   Fevralın 1-dən ticarət mərkəzinin fəaliyyəti tam dayandırılıb və sahibkarlar başqa ərazilərə köçüb. Həmin gündən etibarən ticarət mərkəzi hasara alınıb və söküntü işlərinə başlanıb. Deyilənə görə, artıq mərkəzin bir hissəsi ekskovatorlarla dağıdılıb. "Velotrek" Ticarət Mərkəzinin hara köçürüldüyü isə hələlik məlum deyil. Mətbuatın yazdığına görə, ticarət mərkəzinin yerində yeni yaşayış kompleksi inşa olunacaq. Qeyd edək ki, "Velotrek"in söküləcəyi barədə məlumatlar artıq çoxdan dolaşırdı. Hələ yeni avtovağzal kompleksi istifadəyə verilən ərəfədə belə informasiyalar yayılmışdı ki, "Velotrek" Ticarət Mərkəzi bağlanacaq və oradakı obyektlər avtovağzaldakı mərkəzə köçürüləcək. Artıq bununla bağlı dövlət səviyyəsində qərarların qəbul edildiyi də bildirilir. O zaman Ticarət Mərkəzinin 2010-cu ilin yanvarından etibarən söküləcəyini deyənlər də vardı. Həmin vaxt yayılan başqa bir məlumatda isə "Velotrek"də çalışanlara "AMAY" Ticarət Mərkəzinin yeni binasına köçmək təklif edildiyi söylənilirdi.
   "Velotrek" ətrafında dolaşan məlumatların nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün həmin məkana yollandıq. İlkin müşahidələr burada alış-verişin əvvəlki səviyyədə getdiyini göstərirdi. Yəni Ticarət Mərkəzində və onun ətrafındakı kiçik satış obyektlərində heç bir yenilik baş verməmişdi. Bütün obyektlər öz iş rejimində işləməkdə davam edirdi. Heç bir söküntü halına rast gəlmədik. Bu isə bizə fevralın 1-dən ticarət obyektinin fəaliyyətinin tam dayandırıldığı və sahibkarların başqa ərazilərə köçürüldüyü barədə yayılan informasiyanın reallığı əks etdirmədiyini deməyə əsas verir. Burada olarkən satıcılarla da söhbət etməyə çalışdıq. Bizimlə söhbətdə dönər satmaqla məşğul olan şəxs Avtovağzal istiqamətində hərəkət edən 284 saylı marşurut avtobusunun dayandığı ərazinin yaxın zamanlarda boşaldılacağını diqqətimizə çatdırdı. Onun sözlərinə görə, avtobusun dayandığı ərazi kiçik olduğundan, insanların bura toplaşması ilə yolda hərəkət müşkül məsələyə çevrilir: "Eşitdiyimə görə, bu səbəbdən ərazidəki satış obyektlərini yığışdırmaq istəyirlər. Adını da qoyublar ki, yolun genişləndirilməsi üçün ətrafdakı dükanlar yığışdırılmalıdır. Hələlik düzdür, öz işimizlə məşğul olmaqda davam edirik, amma buna baxmayaraq, sabah necə olacağını bilmirik. Heç bizə hər hansı başqa yer də təklif etməyiblər". Ticarət Mərkəzində müxtəlif növ paltar satmaqla gününü keçirən digər bir satıcı isə obyektlərin sökülməsinin arxasında başqa məqsədlərin durduğunu dedi: "Bildiyimə görə, "Velotrek" Ticarət Mərkəzini həm genişləndirmək, həm də müasir üslubda yenidən qurmaq istəyirlər. Deyilənə görə, burada üç mərtəbəli yaraşıqlı bir ticarət obyekti inşa edəcəklər. Qaldırılan bütün hay-küylər də bununla bağlıdır. Çünki alver üstündə rəqabət getdiyindən, hamı bir-birinə badalaq vurmaq istəyir ki, başqası ondan irəli çıxa bilməsin. Ona görə də şayiə yayırlar ki, guya "Velotrek" sökülür. Gördüyünüz kimi bu baş verməyib. Hamı öz işindədir. Düzdür, son zamanlar alver səngiyib. Bu da avtovağzalın başqa yerə köçürülməsilə bağlıdır. Amma bütün hallarda buradakı ticarət mərkəzinin köçürüləcəyilə bağlı deyilənlər əsassızdır. Sadəcə olaraq, eşitdiyimə görə, rəhbərlik kompleksi genişləndirmək və müasir üslubda yenidən qurmağı düşünür. Məndə olan digər məlumata görə, avtovağzalın keçmiş ərazisini hansısa bir şirkət alıb. Onu almaqda da məqsədləri burada yaşayış evləri tikməkdir. Düzdür, hələlik böhran olduğundan, hər hansı bir iş aparılmayıb. Amma çox güman ki, böhran bitdikdən sonra burada yeni yaşayış binalarının tikintisinin şahidi olacağıq. Görünür, adını bilmədiyim həmin tikinti şirkəti "Velotrek"in yerləşdiyi əraziyə də göz dikib. Bu səbəbdən də belə şayiələr yayırlar".
   Bütün bunlar onu deməyə əsas verir ki, "Velotrek"in yaxın zamanlarda köçürüləcəyi barədə deyilənlər hələlik dəqiq deyil. Belə olsaydı, ən azından satıcılar arasında bir təşviş, narahatlıq hiss olunardı. Amma hələlik bunun şahidi olmadıq. Əksinə, ticarət mərkəzinin genişlənəcəyi və müasirləşəcəyi vurğulanır.
   
Həsən İSLAMOV
Nazirlik bu mağazaları "qara siyahıya" saldı
380 kq yararsız ərzaq məhsulu məhv edildi
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
   Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda Cəfərov Qardaşları küçəsi, ev 23 ünvanında yerləşən "Moskva ərzaqları" mağazasında, F.İbrahimbəyov küçəsi 2 ünvanında "Bayram market"də, N.Nərimanov prospekti, ev 57/24 ünvanında Təranə Həsənovaya məxsus mağazada, ev 58 ünvanında "Halal market"də, H.Cavid küçəsi, ev 30, mənzil 32 ünvanında "Təbriz market"də, İ.Qutqaşınlı küçəsi, ev 1, mənzil 28 ünvanında Şaiq Baqiyevə məxsus mağazada, Səbail rayonunda M.Hüseyn küçəsi, ev 69 ünvanında "Home Tech market"də, ev 75 ünvanında "Ləziz market"də, ev 63 ünvanında Əhməd Rzayevə məxsus mağazada, ev 61 ünvanında İlqar Əliyevə məxsus mağazada, Şeyx Şamil küçəsi, ev 16 ünvanında "Aroma market"də, ev 4 ünvanında Vüqar Məmmədova məxsus mağazada, B.Sərdarov küçəsi, ev 12, mənzil 4 ünvanında "Biskvit market"də, B.Sərdarov küçəsi, ev 2, mənzil 14 ünvanında Böyükağa Hüseynova məxsus mağazada, həmçinin Nərimanov rayonunda M.Qaşqay küçəsi, ev 94 ünvanında yerləşən "Everest market"də ümumi çəkisi 380 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulu, o cümlədən kolbasa və qənnadı məmulatları, un məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, düyü, çay, ədviyyat və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
   Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
Şagird gündəliyi satanlar "SMS gündəliyə" qarşı təxribata keçdilər
"Valideynlərin telefonuna şagirdin qiyməti əvəzinə porno görüntülər, şəkillər gələcək və sair"
Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərində "SMS gündəliyi"nin gündəmə gətirilməsi müəyyən söz-söhbətə, şayiələrin yaranmasına səbəb olub.
   Məlumatlara görə, növbəti tədris ilindən etibarən orta məktəblərdə dəftər şəkilli gündəlikdən imtina ediləcək. Şagirdlərin aldığı qiymətlər isə hər gün SMS vasitəsilə valideynlərinin mobil telefonuna göndəriləcək. Yəni valideyn uşağının gündəlik hansı qiymətlər aldığını SMS vasitəsilə biləcək. Bu da nəticədə bəzi uşaqların valideyni qiymət məsələsində aldatmasının qarşısını alacaq. Deyilənə görə, "SMS gündəliyi"ndə yalnız şagirdin dərs qiymətləri deyil, həm də onun davranışına, özünü necə aparmasına dair məlumatlar qeyd ediləcək.
   "SMS gündəliyi" reallaşmamış bu barədə şayiələr yayılmağa başlayıb. Redaksiyamıza daxil olan məlumata görə, "SMS gündəliyi"inin tətbiq ediləcəyilə bağlı yayılan rəsmi xəbər gündəlik istehsal edən mətbəə və nəşriyyatların ciddi narahatlığına səbəb olub. Bu səbəbdən də onlar camaat arasında müəyyən şayiələr, söz-söhbətlər yaymağa başlayıb. Qəzetimizə verilən məlumata görə, bəzi nəşriyyat və mətbəələrin nümayəndələri orada-burada söz-söhbət yayır ki, guya "SMS gündəliyi" adı altında valideynlərə müxtəlif təxribat xarakterli mesajlar, görüntülər göndəriləcək. Gündəlik nəşr edən mətbəə əməkdaşlarının iddiasına görə, mümkündür ki, şagirdlərin qiyməti əvəzinə valideynlərə pornoqrafik görüntülər, erotik şəkillər də göndərilsin. Onların sözündən belə çıxır ki, məktəblərin "SMS gündəliyi"nə keçməsi ailələrin dağılmasına, ər-arvad incikliyinə səbəb ola bilər. Tutalım, hansısa bir müəllimənin bir şagirdin atasından xoşu gəlirsə, o həmin kişiyə mesaj yazacaq, bu da onun ailəsində dramatik bir olay yaradacaq.
   Bu gün "SMS gündəliyi" əleyhinə kampaniya aparanların bazarı bağlandığından, onların bu yola əl atdığı bildirilir. Bildiyimiz kimi, dərs gündəliklərinin bir ədədinin qiyməti ən aşağısı 1 manatdır. Hər tədris ilində də minlərlə gündəlik satılır. "SMS gündəliyi"nin aylıq qiyməti də mətbəələr tərəfindən qeyri-normal bir hal kimi təqdim edilir. Qəzetimizə verilən məlumata görə, bəzi mətbələr valideynləri hər ay məktəbə 5 manat verməkdən çəkindirməyə yönəlik kampaniyaya başlayacaq. Onlar hesab edirlər ki, valideyn hər ay beş manat verib "SMS gündəliyi"lə tanış olmaqdansa, əyani vəsait olan çap gündəliklərinin istifadəsinə önəm verməlidir. Yəni onlar məktəblər qarşısında məsələ qaldırıb, "SMS gündəliyi"ni istəmədiklərini deməlidir.
   Məlumat üçün bildirək ki, dünyanın əksər inkişaf etmiş ölkələrində şagirdlərin gündəlik aldığı qiymətlər ya SMS vasitəsilə valideynlərin mobil telefonuna, ya da onların internet poçtuna göndərilir.
   Psixoloqlara görə isə, aldığı qiymətlərin "SMS gündəliyi" və internet vasitəsilə valideynlərə göndərilməsi uşaqların çalışqanlığına, əxlaqına və normal inkişafına təkan verən amildir.
   
Cəmilə QARAYEVA
Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir
Ötən il 14 faiz, bu ilin bir ayında 0,7 faiz...
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2010-cu ilin fevral ayının 1-nə 5 139,5 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 836,4 mln. dollar və ya 14% azdır.
   AMB-dən "APA-Economics"ə verilən məlumata görə, eyni zamanda, yanvar ayında valyuta ehtiyatlarının həcmi 36,1 mln. dollar və ya 0,7% azalıb:
   Göründüyü kimi, ötən ilin ilk 4 ayı ərzində kəskin azalma müşahidə olunub, sonrakı dövrdə isə müəyyən dərəcədə dəyişkənlik müşahidə olunub, lakin avqust ayından valyuta ehtiyatlarının tədricən artması, dekabr və yanvar aylarında isə azalması baş verib. Qeyd edək ki, rəsmi valyuta ehtiyatlarının kiçik çərçivədə korrelyasiyası, əsasən ehtiyatların yerləşdiyi valyutaların məzənnə dəyişkənliyilə bağlı olur.
   
"Razin tolkuçkası"nın sökülməsi xəbərinə "Azəribiznes"dən reaksiya gəldi
Satıcılar Hacı Fərhaddan danışdılar
Vahid Abdulov: "Burda respublikada analoqu olmayan Ticarət Mərkəzi açmaq fikrindəyik"
Bir neçə gün öncə mətbuatda paytaxtın Bakıxanov qəsəbəsindəki yarmarkanın söküləcəyinə dair məlumat yayılmışdı. Agentliklərin verdiyi məlumata görə, artıq bazardakı sahibkarların 60 faizi icarəyə götürdüyü mağaza və piştaxtaları təhvil verib.
   Hazırda bazarda tək-tək sıralarda piştaxtalar fəaliyyət göstərir ki, həmin şəxslər də gətirdiyi malları sata bilmədiyi üçün bazarda qalıb. Sahibkarlar deyir ki, bazarın bağlanması xəbəri yayıldıqdan sonra ticarət mərkəzinə gələn alıcılar həddindən artıq azalıb. Sahibkarlar deyir ki, bazarın fəaliyyəti fevralın sonuna qədər dayandırılmalı və bazar köçürülməlidir. Elə buna görə də bazarın sahibkarları yeni inşa edilən ticarət mərkəzinə köçür. Artıq əksər sahibkar bazarı tərk edərək, yeni tikilən "Hövsan" Ticarət Mərkəzində müvafiq mağazalar kirayələyib. Bazarda qalan bir neçə sahibkar da artıq həmin yeni ticarət mərkəzinin rəhbərliyilə razılıq əldə edib.
   Agentliyin məlumatına görə, Bakıxanov Ticarət Mərkəzi qəsəbədə əsas magistral yolda avtomobil tıxacları yaratdığı üçün köçürülür.
   Ticarət mərkəzi
   tıxac yaradırmı?
   Yayılan məlumatları aydınlaşdırmaq üçün dünən Bakıxanov Ticarət Mərkəzində olduq. İlk olaraq qeyd edək ki, ticarət mərkəzi öz ərazisinə və satıcıların sayına görə paytaxtdakı bazarların çoxundan irəlidədir. İcarə haqqı ucuz olduğundan, əksər satıcılar bura üz tutur. İcarə haqqının ucuz olması satılan malların qiymətinədə təsir göstərir. "Bakıxanov"dakı qiymətlər digər ticarət mərkəzlərindəki qiymətlərdən xeyli ucuzdur. Bazarın tıxac yaratmasına gəlincə, bildirək ki, bura şəhərin mərkəzi deyil. Yollarda hərəkət edənlər əsasən marşrut avtobuslarıdır. Yollar isə o qədər də dar, ensiz deyil. Burada olduğumuz müddətdə hər hansı tıxaca rast gəlmədik.
   Üç ildir eyni
   şeyi deyirlər
   Bakıxanov Ticarət Mərkəzində əsasən yüngül sənaye məhsulları, tekstil, geyim əşyaları satılır. Düzdür, burada məişət avadanlıqları da almaq mümkündür. Bazar böyük olduğundan, müxtəlif bölmələr fəaliyyət göstərir. Bir neçə il bundan qabaq bazarda müəyyən qədər səliqəsizlik var idisə, hazırda bu aradan qaldırılıb.
   Yayılan məlumatların nə qədər doğru olub-olmadığını aydınlaşdırmaq üçün satıcılarla söhbətləşdik. Övladının da jurnalistikanı bitirdiyini deyən bir xanım satıcı dedi ki, bazarın köçürülməsilə bağlı neçə illərdir mətbuat yazır, amma ortada heç nə yoxdur.
   Satıcı onu da bildirdi ki, bazarın sökülməsindən danışmaq hələ tezdir: "Rəhbərlik bizə deyib ki, yazılanlar həqiqətə uyğun deyil. Bazar heç yerə köçürülməyəcək. Əksinə, bazarı daha da genişləndirirlər".
   Söhbətləşdiyimiz digər satıcılar da bazarın bağlanacağı və digər yerə köçürüləcəyinə dair yayılan məlumatların yalan olduğunu bildirdi.
   Yalan məlumatları "Hövsan" Ticarət Mərkəzi təşkil edib?
   Satıcılar deyir ki, bütün yerlərdə olduğu kimi, Bakıxanov Ticarət Mərkəzində də böhranın əlamətləri özünü göstərir. Alver zəifləyib, qiymətlər aşağı düşüb. Amma başqa əlac yoxdur. Onsuz da bütün ticarət mərkəzlərində vəziyyət eynidir.
   Satıcılardan biri onu da qeyd etdi ki, Bakıxanov bazarının bağlanacağına dair məlumatlar yeni tikilən ticarət mərkəzləri rəhbərlərinin sifarişilə mətbuata ötürülüb.
   "Qəsdən belə məlumatları mətbuata ötürürlər ki, bazardakı satıcılar onların ticarət mərkəzlərinə üz tutsun. Görürlər ki, heç kəs onlardan yer götürmür. Yeni ticarət mərkəzlərində icarə haqqı Bakıxanov Ticarət Mərkəzindəki icarə haqqından bir neçə dəfə bahadır. Müştəri də olmur. Belə bir vəziyyətdə hansı ağılsız yeni ticarət mərkəzinə üz tutar" deyə satıcı qeyd etdi.
   Apardığımız müşahidələr də bazarın köçürüləcəyinə dair yayılan məlumatların həqiqəti əks etdirmədiyini göstərdi.
   Yarmarkada alıcı az olsa da, boş piştaxta, demək olar ki, yox idi. Satıcılar rəhbərlikdən də razılıq ifadə etdilər. Qeyd etdilər ki, bazarın müdiri Hacı Fərhadın onlara münasibəti həmişə yaxşı olub. İmkansızlara əl tutub.
   "Azəribiznes" şirkətinin baş direktoru Vahid Abdulov isə bizimlə söhbətində qeyd etdi ki, Bakıxanov Ticarət Mərkəzi
   "Azəribiznes" şirkətinin nəzdində fəaliyyət göstərir: "Özünüzün də gördüyünüz kimi, bazarda tikinti-abadlıq işləri aparılır. Köhnə tikililər sökülür, yerində müasir standartlara uyğun ofislər, mağazalar tikilir. Yeni mağazaların tikintisində hər bir təhlükəsizlik faktoru nəzərə alınır. Mağazalar yanğından tam mühafizə olunub. Yəni biz burada yüksək səviyyəli, respublikada analoqu olmayan ticarət mərkəzi açmaq fikrindəyik. 4 hektardan artıq sahəsi olan Bakıxanov Ticarət Mərkəzində 1200-dən çox satıcı işləyir. Buradakı işçilər, əsasən qaçqın və məcburi köçkünlər, Gürcüstandan gəlmiş soydaşlarımızdır."
   Böhranın "Azəribiznes" şirkətinin də fəaliyyətinə təsirsiz ötüşmədiyini etiraf edən V.Abdulov qeyd etdi ki, böhran onların da gəlirlərini azaldıb: "Böhranla əlaqədar olaraq şirkətin prezidenti Hacı Fərhad satıcılara güzəştlərin edilməsinə dair göstəriş verib. Heç bir satıcı Ticarət Mərkəzini bu günə qədər tərk etməyib. Gedin satıcıların fikirlərini də öyrənin. Mən biləni, bizdən heç kəs inciklik etməz. Şirkətin prezidenti Hacı Fərhad dindar alim, akademik adamdır. Sabunçu rayonu ərazisində nə qədər internat və uşaq evi varsa, hamısına maddi köməklik göstərir. Hacı Fərhad həm də müasir dövrümüzlə səsləşən, reallığı özündə əks etdirən dini kitablar yazır. Bu günə qədər onun bir neçə kitabı işıq üzü görüb. Moskvada rus dilində nəşr olunan yeni kitabının təqdimatı yaxın vaxtlarda keçiriləcək. Həmin təqdimata sizin qəzetinizi də dəvət edəcəyik".
   
Eldar XƏYAL
Qobustandakı hərbi hissədə iki il əvvəl əlil edilmiş əsgər döyüldüyünü indi açır
Əsgər Bəşirov mətbuat konfransı keçirdi
Əsgər Əkbər Bəşirov amansız döyülmə nəticəsində birinci qrup əlil olub. Hadisə onun 2007-ci il oktyabrın 1-dən xidmət etdiyi Qobustan qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş verib.
   Dünən Media Mərkəzində keçirilən mətbuat konfransında Bəşirov ona qarşı zorakılıqdan danışıb. Belə ki, 2008-ci il avqustun 3-də o, hərbi hissənin yeməkxanası qarşısında gizir və zabit tərəfindən döyülüb və birinci qrup əlil olub. Buna səbəb Bəşirovun onlara pul verməkdən imtina etməsi olub.
   Sonra isə əsgərə döyülmədiyini, yıxılaraq baş əzildiyini etiraf etməsi üçün təzyiq göstərilib. Sonradan Bəşirovu döyən əsgərlərdən birini "nizamnamədən kənar münasibətlərə" görə 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Gizir və digər zabitlər isə cəzasız qalıb. "Kəllə-beyin zədəsi alan Bəşirov iki dəfə cərrahiyyə əməliyyatı olunub və ordudan tərxis edilib. Hazırda onun üçüncü əməliyyata ehtiyacı var", deyə Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov bildirib.
   
TURAN
Azərbaycanın neft məhsulları ixracının azalması ciddi səbəblərlə bağlıdır
İlham Şaban: "Dünya bazarında neft məhsulunu satmaq xam neft satmaqdan daha çətindir. Çünki bu sahədə rəqabət çox güclüdür"
"Azərbaycanda 600-ə yaxın yanacaqdoldurma məntəqəsi var"
Ötən il Azərbaycandan xaricə 1 milyon, 968 min ton neft məhsulu ixrac olunub. Bu da 2008-ci illə müqayisədə 23,8 faiz az olub.
   Məsələ ondadır ki, 2008-ci ildə 2 milyon 580 min ton neft emalı məhsulları ixrac olunub. Məlumat üçün qeyd edək ki, neft emalı məhsullarının ixracı xam neft ixracından daha baha olduğundan, xeyli gəlirlidir. Eyni zamanda, bu sahə həm də əmək tutumlu sahədir. Nəzərə alsaq ki, ötən ilin ortalarından başlayaraq dünya bazarında neftin qiyməti əsasən yüksələn xətt üzrə inkişaf edir, o zaman baş verənlər narahatlıq doğurmaya bilməz.
   Sözügedən məsələni qəzetimizə şərh edən Neft Araşdırmaları Fondunun sədri İlham Şaban bunun səbəblərini belə izah etdi: "Azərbaycan əsasən xam neft ixrac etdiyindən, neft məhsullarının ixrac həcmi aşağı düşmüşdü. Bu əsasən bununla əlaqədardır. Azərbaycan Dövlət Neft Şirkəti bu ilin əvvəlində bəyan etmişdi ki, xam neftin ixracını artırmaq məqsədilə neft məhsullarının ixracı azaldılıb. Onu da qeyd edim ki, neftayırma sənayemiz XXI əsrin ikinci on illiyində yenidən qurulacaq. Bununla bağlı ARDNŞ-nin xüsusi planı var və şəhərin mərkəzindən neftayırma zavodları köçürüləcək. Sözügedən zavodlar şəhərdən kənarda inşa olunacaq. Özü də iki neftayırma zavodu deyil, 1 neftayırma zavodu tikiləcək və həmin zavod ən yüksək texnologiyalarla təchiz olunacaq. Ancaq bundan sonra geniş miqyasda neft məhsullarının ixracından danışmaq olar. Bununla yanaşı, bir məqamı da vurğulayım ki, dünya bazarında neft məhsulunu satmaq xam neft satmaqdan daha çətindir. Çünki bu sahədə rəqabət çox güclüdür. Misal üçün, Azərbaycanda 600-ə yaxın yanacaqdoldurma məntəqəsi var. Avtomobil sahiblərinin çoxu bilir ki, sözügedən yanacaqdoldurma məntəqələrinin 3-5-i yaxşıdır və əsasən də yaxşı olanlara üstünlük verirlər. Bütün bunlar bir daha onu göstərir ki, bazarda güclü rəqabət var".
   
Vidadi ORDAHALLI
Hepatit C virusu Lənkəranı bürüyür
Azərbaycanın cənub rayonunda hepatit C virusuna yoluxanların sayı artıb. Bu barədə Trend News-a Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əbülfət Məmmədov məlumat verib.
   Məmmədov bildirib ki, 2009-cu ildə rayonda hepatit C viruslu 37 xəstə aşkar edilib ki, bu da 2008-ci illə müqayisədə15 nəfər çoxdur. Məmmədov çoxalmanı aşkarlanma faizinin artması ilə izah edib. 2010-cu ilin yanvar ayında isə 1 hepatit C virusuna yoluxma faktı aşkar edilib. 2009-cu ildə 41 hepatit B viruslu xəstə aşkarlandığını vurğulayan Məmmədov deyib ki, ötən il rayonda hepatit A virusuna yoluxmuş xəstə aşkarlanmayıb. Baş həkimin müavini deyib ki, hepatitli xəstələrin əksəriyyəti narkomanlardır.
   
Adam oğurluğuna görə axtarışda olan Asif Şirinxu 10 il həbs aldı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğunda ittiham olunan şəxsə hökm oxunub.
   APA-nın xəbərinə görə, hakim Həsən Əliyev sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Bakı şəhər sakini Asif Şirinxunun cəzasının sübuta yetirildiyi qənaətinə gəlib. Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
   Qeyd edək ki, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Asif Dilavər oğlu Şirinxu 2008-ci ildən Azərbaycanda adam oğurluğu maddəsilə axtarışda olub. O, 2009-cu ilin sentyabrında Rusiyada tutularaq Azərbaycana təhvil verilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsilə ittiham olunub.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-05 İran vətəndaşı da Bakıda körpülərə "bomba qoyurmuş"
2010-02-05 Yasamalda Hümbətovlar ailəsinin üç üzvü dəm qazından boğularaq ölüb
2010-02-05 Əli İnsanovun vəkili sabiq nazir barədə xəbəri təkzib etdi
2010-02-05 Səfər Əbiyev Türkiyəyə gedib
2010-02-05 Prezident Almaniyadadır
2010-02-05 Sumqayıtda Çingiz Kərimovun mənzilində yanğın olub
2010-02-05 Bakı küçələrindən toy maşınları yığışdırılır
2010-02-05 Elçin Behbudov Hacı Məmmədovla görüşə bilməsə də, ondan xəbər gətirib
2010-02-05 Gəncə Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı özünü asdı
2010-02-05 Xanlar Sadıqovun "Toyota Prado"su tapıldı
2010-02-05 Rəqsanənin saç ustasına 3500 manat borcu var
2010-02-05 Elxan Mahmudovun "Mercedes"indən mobil telefon oğurlayanlar tutuldu
2010-02-05 Fəxrəddin Nərimanovun mağazasını talayan ələ keçdi
2010-02-05 Gəncə şəhərində 52 yaşlı kişi özünü asıb
2010-02-05 Şevarnadzenin müşaviri həbs edildi
2010-02-05 QHT-lərə Dəstək Şurasının maliyyəsi ilə tariximizin qiymətli sənədləri ölkəyə gətirildi
2010-02-05 Azərbaycanda parlamentin adından çap edilən 7 qəzet hədəfə alındı
2010-02-05 "Aqo" qrupunun Azərbaycanla bağlı təxirə salınmış hesabatı dinləndi
2010-02-05 Güc nazirliklərinin informasiya siyasəti dəyişəcək
2010-02-05 Qarsdakı konsulumuz Həsən Zeynalov fevralın 10-da mükafat alacaq
2010-02-05 Polis mayorunun Hafiz Hacıyevin həyatına qəsd cəhdi şişirdilmiş xəbər imiş
2010-02-05 Soçidə razılaşdırılmış "preambulada" müqəddəratı təyinetmə prinsipi də var?
2010-02-05 4 məscidin dövlət qeydiyyatına alınmamasına Komitədən rəsmi izah verildi
2010-02-05 80 təşkilatın layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertizasından keçmədi
2010-02-05 "Kürd açılımı" Avropa Parlamentinə çıxdı
2010-02-05 Müsavatın rayon təşkilatlarında gərgin başqanlıq müzakirələri...
2010-02-05 Əli Həsənov milli soyadlara orijinal sonluq təklif etdi - "az"
2010-02-05 Zərdab məktəblisi dəm qazından boğulub ölüb
2010-02-05 İstefada olan hərbçilərin imkanlarından faydalana bilirikmi?
2010-02-05 İraq Mehdi Ordusunun lideri Müqtəda Əs-Sədr maştağalılara yaxşılıq etdi
2010-02-05 Tikinti sektorunda barmaqla sayılan qədər şirkət qalacaq
2010-02-05 Elşad Musayev də "Azadlıq" bloku və Müsavatdan cavab gözləyir
2010-02-05 "Ədalət" BAXCP və BQP ilə seçki bloku yaradır
2010-02-05 Sarkozi bu seçkidə Beynəlxalq Valyuta Fondunun rəhbəri ilə rəqib ola bilər
2010-02-05 İsraillə Suriya da "kəllə-kəlləyə" gəlir
2010-02-05 "Xeyr, Türkiyə öz fikrini dəyişməyib"
2010-02-05 NATO Əfqanıstanda terrorçulara qarşı son əməliyyata hazırlaşır
2010-02-05 Dmitri Medvedyev MDB dövlət başçılarını Moskvaya qeyri-rəsmi görüşə dəvət edib
2010-02-05 İrana qarşı yeni bank-benzin sanksiyalarının Azərbaycana da dəxli ola bilər(?)
2010-02-05 Türkiyə-İsrail "dartışmasının" Azərbaycan üçün fəsadları göründü
2010-02-05 Ceyms Staynberqin İlham Əliyevlə görüşü xüsusi missiya ola bilər
2010-02-05 Adam oğurluğuna görə axtarışda olan Asif Şirinxu 10 il həbs aldı
2010-02-05 Hepatit C virusu Lənkəranı bürüyür
2010-02-05 Azərbaycanın neft məhsulları ixracının azalması ciddi səbəblərlə bağlıdır
2010-02-05 Qobustandakı hərbi hissədə iki il əvvəl əlil edilmiş əsgər döyüldüyünü indi açır
2010-02-05 Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir
2010-02-05 Nazirlik bu mağazaları "qara siyahıya" saldı
2010-02-05 Yasamal polisi axtarılan oğrunu saxladı
2010-02-05 Gədəbəydə qızıl sürətlə çoxalır
2010-02-05 771 dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı
2010-02-05 Qadın sürücülər özləri barədə DYP-nin tənqidlərindən o qədər məmnun qalmadı
2010-02-05 "Real" oyunçularının hər birinə 925 min avro mükafat vəd edir
2010-02-05 "Marsel" Fransa kubokuna namizəd oldu
2010-02-05 Meksikada daha bir futbolçuya silahlı hücum edildi
2010-02-05 "Fənərbaxça" "Yuventus"un məşhur futbolçusunu transfer edir
2010-02-05 "Beşiktaş"ın transfer siyasəti Mübariz Mənsimova həvalə edildi
2010-02-05 "Qarabağ"la oyundan sonra "Neftçi"də nə baş verib?
2010-02-05 Nonda "Betis"lə anlaşdı
2010-02-05 Berluskoni Raykaardı "Milan"a gətirmək istəyir
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 Azərbaycan yığması arzuolunmaz rəqiblər siyahısında
2010-02-05 Əzizbəyov polisi axtarışda olan Oqtay Əliyevi tutdu
2010-02-05 Ötən il Azərbaycanda 39 nəfər yanğından, 16 nəfər partlayışdan ölüb
2010-02-05 BMT baş katibi özünə "seksual zorakılıq" məsələləri üzrə xüsusi nümayəndə təyin etdi
2010-02-05 Xaçmazın iki sakini dənizdə batdı
2010-02-05 Zaqatalanın Aşağı Tala kəndində fındıq oğrusu həbs edilib
2010-02-05 DİN-in Miqrasiya İdarəsində Azərbaycanda qeydiyyatsız yaşayan 30-a yaxın əcnəbi saxlanır
2010-02-05 Mingəçevirli Rüstəm azyaşlı qızı zorladı və 14 il iş aldı
2010-02-05 Lənkəran və Masallıda saxta qaz sobaları satan mağazaların adları açıqlandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009