05 Fevral 2010-cı il, N 285(1183)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3655)
"Mən baldırlarımı açıb göstərmirəm" (3554)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2257)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İrana qarşı yeni bank-benzin sanksiyalarının Azərbaycana da dəxli ola bilər(?)
Lavrov Rusiyanın dəqiqləşdirmə apardığını dedi
ABŞ-ın son dövrlər cənub qonşumuz İrana qarşı yeni sanksiyalar tətbiq edilməsi istiqamətində fəaliyyətini genişləndirməsi Azərbaycana da öz təsirini göstərə bilər. İlk növbədə ona görə ki, ABŞ hər dəfə məzmunca genişləndirdiyi sanksiyalara İranla ticarət əlaqələrinə malik daha çox xarici şirkətin daxil olmasına çalışır.
   Bu isə, istər-istəməz, İranla belə əlaqələrə malik Azərbaycana və ona məxsus şirkətlərə də təsirsiz ötüşmür.
   Son günlərdə isə bu sahədə vəziyyət daha intensiv inkişaf edir. Bilindiyi kimi, təxminən bir həftə öncə ABŞ Senatı ölkə prezidentinə İrana yeni sanksiyalar tətbiq etmək səlahiyyəti verən qanunu təsdiqləyib. Yeni sanksiyalar İranı benzinlə təchiz edən şirkətlərə qarşı yönəlir. Xatırladaq ki, həmin sanksiyalara görə, İrana benzin satan xarici şirkətlərin ABŞ-da biznes fəaliyyəti qurması, bu ölkənin şirkətlərilə əməkdaşlığı qadağan ediləcək, onların bank hesablarına həbs qoyulacaq.
   İrana benzin ixrac edən tərəflərdən biri kimi isə Azərbaycan şirkətləri, o cümlədən də ARDNŞ çıxış edir. Hələlik qeyd olunan sanksiyaların Azərbaycan şirkətlərinə nə dərəcədə təsir göstərdiyi bilinməsə də, hadisələrin bu səpkidə inkişafı, sözsüz ki, ölkəmiz üçün maraqlı deyil.
   ABŞ isə, qeyd olunduğu kimi, sanksiyaların miqyasını genişləndirir və bu dəfə də yeni sanksiyaların məzmunu İran və Azərbaycan arasında intensiv inkişaf etməkdə olan bank sektorunu da əhatə edir.
   Qeyd edək ki, BMT-də işləyən qərbli diplomatlardan birinin verdiyi məlumata görə, İrana qarşı yeni və daha geniş sanksiyalar nəzərdə tutan və Amerika tərəfindən tərtib edilmiş sənəd artıq avropalı müttəfiqlərə təqdim olunub. Bu, sanksiyaların dördüncü mərhələsinə dair qətnamə layihəsinin hazırlanmasında ilkin mərhələdir. Sanksiyalara səbəb İranın, Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymadan, uranın zənginləşdirilməsi proqramını dayandırmamasıdır.
   Qərbli diplomat təsdiq edib ki, Amerikanın hazırladığı sənəd səyahət qadağanlarının genişləndirilməsini və nüvə sənayesilə əlaqəli şəxslərin əmlaklarının dondurulmasını nəzərdə tutur. Bundan başqa, İranın Mərkəzi Bankının əməliyyatlarının məhdudlaşdırılması kimi maliyyə tədbirləri də təklif edilir. Bir daha xatırladaq ki, İranın Mərkəzi Bankı Azərbaycanda da müəyyən əməliyyatlar keçirir və cənub qonşumuzun Azərbaycanda üç iri bankının filialı da mövcuddur. Yeni sanksiyaların İranın Mərkəzi Bankı və digər banklarının Azərbaycanda apardığı əməliyyatları məhdudlaşdıracağı gözlənir.
   Hələlik isə sanksiyaları nəzərdə tutan yeni sənəd, daha çox, İranın nüvə proqramına rəhbərlik edən İran İnqilab Qvardiyasının yüksək vəzifəli şəxslərini hədəfə almağı tövsiyə edir. Lakin o da məlumdur ki, Amerika və Avropa bu sənədə sanksiyalara həvəssiz yanaşan Rusiyanın və onlara açıq qarşı olan Çinin dəstəyini əldə etməli olacaq. Bundan əlavə, İranın siyasətində dəyişiklik də vəziyyəti mürəkkəbləşdirir. Prezident Mahmud Əhmədinejad bildirib ki, İran əvvəllər rədd etdiyi güzəştli təklifi qəbul etməyə hazırdır. BMT-nin yardımı ilə hazırlanmış həmin plana əsasən, İran öz uranının xaricdə zənginləşdirilməsinə razı olmalı idi. Amerika və Avropada belə bir şübhə var ki, bu son elanla Tehran sadəcə vaxt qazanmaq istəyir.
   Lakin Mahmud Əhmədinejadın Tehranın uranı zənginləşdirmək üçün xaricə göndərməyə hazır olması bəyanatı Moskvada alqışlanıb. Eyni zamanda, rəsmi Moskva deyir ki, sözügedən məlumatı dəqiqləşdirmək istəyir. Xatırladaq ki, Rusiya Fransa ilə birlikdə İran uranının zənginləşdirilə biləcəyi ölkədir.
   Hələlik Moskvada İrandan gələn məlumatlar həm rəsmi səviyyədə, həm də ekspertlər səviyyəsində geniş şərh edilir. Moskvanın işə rəsmi münasibətini xarici işlər naziri Sergey Lavrov belə açıb: "İran əvvəllər uzlaşdırılmış sxemə qayıtmağa hazırdırsa, biz bunu ancaq alqışlaya bilərik". Eyni zamanda, nazir qeyd edib ki, İranın uranı xaricə göndərməyə hazır olması məlumatını Moskva dəqiqləşdirmək istəyir. Lavrov söhbətin nədən getdiyini və əvvəlki sxem deyəndə nəyin nəzərdə tutulduğuna da aydınlıq gətirib: "Prinsip etibarilə razılaşma hələ ötən ilin oktyabrında əldə olunmuşdu. MAQATE-nin təklif etdiyi sxem İran uranının tədqiqat reaktoru üçün lazım olan səviyyəyə qədər Rusiyada zənginləşdirilməsini nəzərdə tuturdu. Sonra Fransada İrana göndərilməsi planlaşdırılan yanacaq istehsal olunmalı idi. Təəssüf ki, İran tərəfi bu ilkin razılaşmaları təsdiqləmədi və alternativ fikirlər irəli sürməyə başladı. Bu fikirlər BATENA tərəfindən dəstək tapmadı və onlar, daha çox, işin texnoloji həll maraqları ilə yox, İran tərəfkeşlərimizin hansısa etimadsızlığı ilə bağlı idi. Bu bizdə təəccüb doğururdu".
   Moskvadakı bir sıra şərhçilərə görə, etimadsızlıq qarşılıqlıdır və indi, o cümlədən Rusiyada İran prezidentinin bəyanatlarının əməli işə keçirilməsini gözləyəcəklər. İranşünas ekspert Vladimir Yevseyev mümkün təsdiqləyici sxemlər haqda bunları deyir: "Ancaq onda inanmaq olar ki, az zənginləşdirilmiş uran İran sərhədini keçib, deyək, Rusiya ərazisinə daxil olsun. Sözdə deyilən bəyanatları istənilən vaxt geri fırlamaq olar. İran axı indi vaxt udmaq niyyətində də ola bilər. MAQATE-nin cari ayda xüsusi məruzəsi gözlənir və İrana qarşı müəyyən sərtlik ola bilər. İndi isə prezidentin bəyanatı ilə İran MAQATE-nin məruzəsinin nisbətən yumşaq olmasına nail olmaq istəyə bilər".
   Bəzi ekspertlərə görə isə, Tehrandan gələn bəyanatların hansı niyyətlərlə verilməsinə baxmayaraq, deyilən deyilib. Deməli, son həftələrdəki Tehrana təzyiq və hətta Rusiyanın artıq İranı tənqid etməyə başlaması müəyyən nəticə verib. Rəylərə görə, indi maraqlı tərəflər üçün növbəti mərhələ Tehranı sözdən əmələ keçməyə sövq etmək olacaq.
   
Tahir TAĞIYEV
Dmitri Medvedyev MDB dövlət başçılarını Moskvaya qeyri-rəsmi görüşə dəvət edib
Rusiya prezidenti Dmitri Medvedyev MDB dövlət başçılarını Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi münasibətilə keçirilən parada və bu tədbir çərçivəsində qeyri-rəsmi görüşə dəvət edib.
   APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, prezident bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevlə görüş zamanı bildirib. Lebedev, öz növbəsində, artıq qeyd olunan qeyri-rəsmi görüşə hazırlıq işlərilə bağlı prezidenti məlumatlandırıb. Onun sözlərinə görə, Qeyd olunan tədbirlərdən başqa, martın 5-də Moskvada iqtisadi forum keçiriləcək. Forumun ilk növbədə Rusiyanın MDB məkanında yeni təşəbbüslərinə həsr olunması nəzərdə tutulur. Martın 26-da isə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
   
NATO Əfqanıstanda terrorçulara qarşı son əməliyyata hazırlaşır
ABŞ, NATO və beynəlxalq koalisiya qüvvələri Əfqanıstanda möhtəşəm hərbi əməliyyata hazırlaşır. APA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Kabulda keçirdiyi mətbuat konfransında koalisiya qüvvələrinin nümayəndəsi, briqada generalı Erik Trembley bildirib.
   Onun sözlərinə görə, nəzərdə tutulmuş əməliyyat 2001-ci ildə koalisiya qüvvələrinin Əfqanıstana daxil olmasından bu günə qədər ən irimiqyaslı əməliyyat olacaq.
   Əməliyyatın miqyasından danışan Trembley bildirib ki, ümumilikdə min nəfərə yaxın polis əməkdaşının, bir neçə min nəfər Əfqanıstan ordusu əsgərlərinin və minlərlə koalisiya qüvvələri əsgərlərinin iştirakı nəzərdə tutulub.
   
"Xeyr, Türkiyə öz fikrini dəyişməyib"
"Kimsə bizim Qarabağ məsələsinə qarışmağımıza etiraz edə bilməz"
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin Ermənistanla münasibətləri normallaşdırmağı səmimi olaraq istədiklərini bəyan edib.
   APA-nın "Anadolu" agentliyinə istinadən yaydığı məlumata görə, B.Özügərgin keçirdiyi brifinqdə Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra Türkiyə XİN-in verdiyi bəyanatı xatırladıb. O bildirib ki, erməni tərəfi Türkiyənin öz fikrini dəyişdiyinə dair kampaniya aparır: "Xeyr, Türkiyə fikrini dəyişməyib. Biz əvvəlki mövqeyimizdə qalırıq. Türkiyənin Ermənistan siyasətində bir problem yoxdur, Ermənistanın Türkiyə siyasətində problem var".
   B.Özügərgin Türkiyə XİN-in aparat rəhbəri Firudin Sinirlioğlunun yaxın günlərdə ABŞ və İsveçrəyə gedərək Ermənistan Konstitusiya Məhkəməsinin qərarından Ankaranın duyduğu narahatlığı onlara ətraflı şərh edəcəyini açıqlayıb. O, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də müəyyən irəliləyişlər olduğunu söyləyib: "Tərəflər arasındakı müzakirələrdə az da olsa bir irəliləyiş görürük. Önümüzdəki mərhələdə həll yönündə konkret addımlar atılması üçün ümid işığı var. Bizim məqsədimiz təkcə Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş əldə etmək deyil, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində də irəliləyişə zəmin hazırlamaq olub. Çünki bütün çarxlar eyni anda hərəkətə gəlməsə, Qafqazda sülh və sabitlik yaranmayacaq. Bunu hər kəs bilir".
   B.Özügərgin Türkiyə XİN-in aparat rəhbərinin müavini Ünal Çeviközün ötən cümə günü Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşərək uzun müzakirələr apardığını açıqlayıb. O, Türkiyənin Minsk Qrupunun üzvü olduğunu xatırladıb: "Bu səbəblə kimsə bizə "orada nə edirsiniz" deyə bilməz".
İsraillə Suriya da "kəllə-kəlləyə" gəlir
Bəşər Əsəd İsraili Yaxın Şərqi müharibəyə təhrik etməkdə suçladı
Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, İsrail "Yaxın Şərqi müharibəyə təhrik edir".
   APA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə prezident çərşənbə axşamı Dəməşqdə İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosla görüşündə bildirib.
   Qeyd edək ki, M.Moratinos "Suriya, Livan və Fələstin istiqamətlərində danışıqların bərpası məqsədilə" bu regionda səfərdədir. B.Əsədin sözlərinə görə, "bütün faktlar sübut edir ki, sülhməramlı addımlara qarşı addımlar atmaqdansa, İsrail münaqişəyə hazırlıq görür". Suriya xarici işlər naziri Valid Müallim M.Moratinosla birgə mətbuat konfransında bildirib ki, İsrailə "Suriyanın hərbi qüdrətini sınağa çəkməməyi" məsləhət görür.
   Onun sözlərinə görə, Dəməşq "təcavüzün adi hal olduğu bir dövlətdən hər şey gözləyir". Lakin Müallim bildirib ki, "indi zaman dəyişib və hərbi əməliyyatlar başlanarsa, döyüşlər İsrail şəhərlərinə çatacaq".
   
Sarkozi bu seçkidə Beynəlxalq Valyuta Fondunun rəhbəri ilə rəqib ola bilər
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Dominik Stross-Kan 2012-ci ildə keçiriləcək Fransa prezidenti seçkilərində iştirak edə bilər.
   "APA-Economics"in "Reuters"ə istinadən məlumatına görə, bu səbəbdən o, BVF rəhbərliyindən getmək imkanlarını nəzərdən keçirir.
   D.Stross-Kan Fransanın Sosialist Partiyasından prezidentliyə namizədliyini irəli sürə bilər. Onun BVD-də səlahiyyət müddəti 2012-ci ilin oktyabrında bitir. Fransa prezidenti seçkiləri isə həmin ilin yazında keçiriləcək.
   Qeyd edək ki, D.Stross-Kan əvvəllər Fransanın iqtisadiyyat naziri olub. BVF rəhbəri seçildikdən sonra ölkədə onun populyarlığı əhəmiyyətli dərəcədə artıb. D.Stross-Kan rəy sorğularında həmişə əhalinin rəğbət bəslədiyi solçu liderlərin siyahısına başçılıq edir. Onun prezidentliyə namizədliyini irəli sürmək qərarına Nikola Sarkoziyə layiqli alternativ tapmaqda çətinlik çəkən sosialistlər arasında hökm sürən pərakəndəlik də təsir edib.
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-05 İran vətəndaşı da Bakıda körpülərə "bomba qoyurmuş"
2010-02-05 Yasamalda Hümbətovlar ailəsinin üç üzvü dəm qazından boğularaq ölüb
2010-02-05 Əli İnsanovun vəkili sabiq nazir barədə xəbəri təkzib etdi
2010-02-05 Səfər Əbiyev Türkiyəyə gedib
2010-02-05 Prezident Almaniyadadır
2010-02-05 Sumqayıtda Çingiz Kərimovun mənzilində yanğın olub
2010-02-05 Bakı küçələrindən toy maşınları yığışdırılır
2010-02-05 Elçin Behbudov Hacı Məmmədovla görüşə bilməsə də, ondan xəbər gətirib
2010-02-05 Gəncə Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı özünü asdı
2010-02-05 Xanlar Sadıqovun "Toyota Prado"su tapıldı
2010-02-05 Rəqsanənin saç ustasına 3500 manat borcu var
2010-02-05 Elxan Mahmudovun "Mercedes"indən mobil telefon oğurlayanlar tutuldu
2010-02-05 Fəxrəddin Nərimanovun mağazasını talayan ələ keçdi
2010-02-05 Gəncə şəhərində 52 yaşlı kişi özünü asıb
2010-02-05 Şevarnadzenin müşaviri həbs edildi
2010-02-05 QHT-lərə Dəstək Şurasının maliyyəsi ilə tariximizin qiymətli sənədləri ölkəyə gətirildi
2010-02-05 Azərbaycanda parlamentin adından çap edilən 7 qəzet hədəfə alındı
2010-02-05 "Aqo" qrupunun Azərbaycanla bağlı təxirə salınmış hesabatı dinləndi
2010-02-05 Güc nazirliklərinin informasiya siyasəti dəyişəcək
2010-02-05 Qarsdakı konsulumuz Həsən Zeynalov fevralın 10-da mükafat alacaq
2010-02-05 Polis mayorunun Hafiz Hacıyevin həyatına qəsd cəhdi şişirdilmiş xəbər imiş
2010-02-05 Soçidə razılaşdırılmış "preambulada" müqəddəratı təyinetmə prinsipi də var?
2010-02-05 4 məscidin dövlət qeydiyyatına alınmamasına Komitədən rəsmi izah verildi
2010-02-05 80 təşkilatın layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertizasından keçmədi
2010-02-05 "Kürd açılımı" Avropa Parlamentinə çıxdı
2010-02-05 Müsavatın rayon təşkilatlarında gərgin başqanlıq müzakirələri...
2010-02-05 Əli Həsənov milli soyadlara orijinal sonluq təklif etdi - "az"
2010-02-05 Zərdab məktəblisi dəm qazından boğulub ölüb
2010-02-05 İstefada olan hərbçilərin imkanlarından faydalana bilirikmi?
2010-02-05 İraq Mehdi Ordusunun lideri Müqtəda Əs-Sədr maştağalılara yaxşılıq etdi
2010-02-05 Tikinti sektorunda barmaqla sayılan qədər şirkət qalacaq
2010-02-05 Elşad Musayev də "Azadlıq" bloku və Müsavatdan cavab gözləyir
2010-02-05 "Ədalət" BAXCP və BQP ilə seçki bloku yaradır
2010-02-05 Sarkozi bu seçkidə Beynəlxalq Valyuta Fondunun rəhbəri ilə rəqib ola bilər
2010-02-05 İsraillə Suriya da "kəllə-kəlləyə" gəlir
2010-02-05 "Xeyr, Türkiyə öz fikrini dəyişməyib"
2010-02-05 NATO Əfqanıstanda terrorçulara qarşı son əməliyyata hazırlaşır
2010-02-05 Dmitri Medvedyev MDB dövlət başçılarını Moskvaya qeyri-rəsmi görüşə dəvət edib
2010-02-05 İrana qarşı yeni bank-benzin sanksiyalarının Azərbaycana da dəxli ola bilər(?)
2010-02-05 Türkiyə-İsrail "dartışmasının" Azərbaycan üçün fəsadları göründü
2010-02-05 Ceyms Staynberqin İlham Əliyevlə görüşü xüsusi missiya ola bilər
2010-02-05 Adam oğurluğuna görə axtarışda olan Asif Şirinxu 10 il həbs aldı
2010-02-05 Hepatit C virusu Lənkəranı bürüyür
2010-02-05 Azərbaycanın neft məhsulları ixracının azalması ciddi səbəblərlə bağlıdır
2010-02-05 Qobustandakı hərbi hissədə iki il əvvəl əlil edilmiş əsgər döyüldüyünü indi açır
2010-02-05 Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir
2010-02-05 Nazirlik bu mağazaları "qara siyahıya" saldı
2010-02-05 Yasamal polisi axtarılan oğrunu saxladı
2010-02-05 Gədəbəydə qızıl sürətlə çoxalır
2010-02-05 771 dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı
2010-02-05 Qadın sürücülər özləri barədə DYP-nin tənqidlərindən o qədər məmnun qalmadı
2010-02-05 "Real" oyunçularının hər birinə 925 min avro mükafat vəd edir
2010-02-05 "Marsel" Fransa kubokuna namizəd oldu
2010-02-05 Meksikada daha bir futbolçuya silahlı hücum edildi
2010-02-05 "Fənərbaxça" "Yuventus"un məşhur futbolçusunu transfer edir
2010-02-05 "Beşiktaş"ın transfer siyasəti Mübariz Mənsimova həvalə edildi
2010-02-05 "Qarabağ"la oyundan sonra "Neftçi"də nə baş verib?
2010-02-05 Nonda "Betis"lə anlaşdı
2010-02-05 Berluskoni Raykaardı "Milan"a gətirmək istəyir
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 Azərbaycan yığması arzuolunmaz rəqiblər siyahısında
2010-02-05 Əzizbəyov polisi axtarışda olan Oqtay Əliyevi tutdu
2010-02-05 Ötən il Azərbaycanda 39 nəfər yanğından, 16 nəfər partlayışdan ölüb
2010-02-05 BMT baş katibi özünə "seksual zorakılıq" məsələləri üzrə xüsusi nümayəndə təyin etdi
2010-02-05 Xaçmazın iki sakini dənizdə batdı
2010-02-05 Zaqatalanın Aşağı Tala kəndində fındıq oğrusu həbs edilib
2010-02-05 DİN-in Miqrasiya İdarəsində Azərbaycanda qeydiyyatsız yaşayan 30-a yaxın əcnəbi saxlanır
2010-02-05 Mingəçevirli Rüstəm azyaşlı qızı zorladı və 14 il iş aldı
2010-02-05 Lənkəran və Masallıda saxta qaz sobaları satan mağazaların adları açıqlandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009