05 Fevral 2010-cı il, N 285(1183)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3633)
"Mən baldırlarımı açıb göstərmirəm" (3545)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2433)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2251)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1737)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Ceyms Staynberqin İlham Əliyevlə görüşü xüsusi missiya ola bilər
Arif Yunus: "Mən inanmıram ki, yaxın vaxtlarda Qarabağda müharibə başlasın"
Dünən ABŞ dövlət katibinin müavini Ceyms Staynberqin Qafqaz regionuna səfəri başlayıb. Öncə İrəvana gələn Staynberq Ermənistan prezidenti Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıb. Müzakirə mövzusu ikitərəfli və regional məsələlər olub.
   Sonra proqrama Staynberqin Tiflisə səfəri, orada Gürcüstan prezidenti Mixail Saakaşvili və Gürcüstan müxalifətinin nümayəndələrilə görüşü daxildir.
   Gürcüstandan dövlət katibinin müavini Almaniyaya yola düşəcək. Fevralın 5-də o, Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
   ABŞ Dövlət Departamentindən verilən məlumata görə, Münhendə amerikalı diplomatın Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə xarici işlər naziri Əhmət Davudoğlu ilə görüşü gözlənir.
   Ümumiyyətlə, son dövrlər ərzində ABŞ diplomatlarının Cənubi Qafqaz regionuna, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi ətrafında cərəyan edən proseslərə marağının artması diqqəti cəlb edir. Yanvar ayının sonlarında Devid Hammarberger münaqişə bölgəsinə gözlənilməz səfər etdi. Onun ardınca ABŞ dövlət katibinin müavini Filipp Qordon Türkiyə və Ermənistanı Sürix protokollarını ratifikasiya etməyə çağırdı. Eyni zamanda, ABŞ dövlət katibinin enerji məsələləri üzrə müavini Riçard Morninqstar Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyin alternativi olmadığını bəyan etdi. İndi isə T.Staynberq xüsusi missiya ilə gəlir. Maraqlıdır ki, ABŞ diplomatiyasının hərəkətə keçməsi Rusiya və İranın regionda, o cümlədən Dağlıq Qarabağ probleminin həlli prosesi ətrafında fəallaşması dövrünə təsadüf edir. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll oluna biləcəyinə ABŞ-dan narahatlıq dolu bəyanatların sayı əhəmiyyətli dərəcədə artmaqdadır.
   T.Staynberqin bölgəyə səfəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Dağlıq Qarabağda müharibə təhlükəsinin yaranması barədə xüsusi hesabatı ilə eyni vaxta düşür. Xatırladaq ki, Vaşinqtonda çıxışı zamanı ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Denis Bleyer bəyan edib ki, Azərbaycanla Ermənistan arasında müharibənin bərpası gözləniləndir. Senatın kəşfiyyat komitəsindəki çıxışında cənab Bleyer qeyd edib ki, Qafqaz və Balkanlarda situasiya qeyri-sabitdir: "Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya biləcəyindən, Qafqazda vəziyyət hələ də qeyri-sabitdir". Bleyer Türkiyə-Ermənistan münasibətlərinin bərpasına da münasibət bildirib. Onun sözlərinə görə, bu proses Ermənistanla Azərbaycan arasında olan həssas münasibətlərə öz təsirini göstərib. ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru daha sonra qeyd edib ki, Rusiya prezidenti Dmitri Medvedyevin postsovet ölkələrinə "cəlbedici məkan" kimi baxması Moskva ilə Vaşinqton arasındakı münasibətlərin korlanmasına səbəb ola bilər: "ABŞ-ın postsovet ölkələrilə yaxınlaşması nəticəsində Vaşinqton-Moskva münasibətlərinin laxlaması mümkündür".
   Ekspertlər bildirir ki, Azərbaycanla Ermənistan arasında müharibənin başlaya biləcəyinə dair ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru tərəfindən xəbərdarlıq edilməsi artıq Dağlıq Qarabağ münaqişəsinin yenidən müharibə variantına keçmə ehtimalının kifayət qədər yüksək olduğundan xəbər verir.
   Konfliktoloq Arif Yunusun fikrincə, ABŞ belə bir açıqlama verməklə, əslində regionda yaranmış vəziyyətdən narahatlığını ifadə edir. Çünki hərbi əməliyyatlar başlasa, Rusiya Dağlıq Qarabağa hərbi müdaxilə edə və Azərbaycanın ərazilərinin bir hissəsini işğal edə bilər: "ABŞ bu regiona milyardlarla dollar sərmayə yatırıb. Ona görə narahatdır. Qorxurlar ki, Gürcüstanda olduğu kimi, müharibə başlasa, Rusiya vəziyyətdən istifadə edib Azərbaycanın bir hissəsini zəbt etsin. Son vaxtlar Azərbaycan rəsmiləri də bir qədər manevrlər etdilər və Qərbə mesajlar göndərdilər ki, bizə təzyiqlərə son qoymasanız, Rusiya ilə yaxınlaşacağıq. İndi regionda iki güc mərkəzi yaranıb, bunların biri Rusiya, digəri ABŞ-dır. Nəticədə bölgədə böyük oyun gedir. Rusiyanın Ermənistan və Azərbaycan prezidentlərinin Soçi görüşünü təşkil etməsindən sonra ABŞ vəziyyəti diqqətlə izləyir və narahatdır. Hər iki tərəf dostluqdan danışsa da, onların maraqları sonda toqquşur. Rusiya istəyir ki, regionda hökmranlığını bərpa etsin, ABŞ isə Rusiyanı buradan sıxışdırmağa çalışır. Son vaxtlar Rusiya çox fəallaşıb. ABŞ diplomatlarının açıqlamaları da bununla bağlıdır. Mən inanmıram ki, yaxın vaxtlarda Qarabağda müharibə başlasın. Rusiyaya lazımdır problem havadan asılı qalsın ki, ondan təzyiq vasitəsi kimi istifadə edə bilsin. ABŞ isə istəyir ki, ya həll olunsun, ən pis halda isə müharibə olmasın. Çünki ABŞ enerji layihələrinə külləi miqdarda vəsait xərcləyib".
   Rusiyanın regiona nəzarati ələ keçirmək üçün konkret addımlar atdığı bir vaxtda ABŞ diplomatlarının sükutla müşahidə olunan səfərləri hansısa bir nəticə verəcəkmi?
   A.Yunus bildirdi ki, ABŞ boş dayanmır və cavab tədbirləri görür. Sadəcə olaraq, ABŞ Rusiyanı sıxışdıran planları maksimum məxfi saxlamağa çalışır: "Bəzi məsələlər pərdə arxasında qalır. Rusiya konkret olaraq Azərbaycandan təbii qaz alır və Ermənistan-Azərbaycan prezidentlərinin görüşünü təşkil edir. Amma ABŞ-ın burada işlərini həm də İsrail və Türkiyə həyata keçirir. Ərdoğan və Peres daxili ictimai rəyə hesablanmış formada, sekilərlə bağlı rəqibdir. Amma strateji planda Azərbaycanda birgə işləyir və ABŞ-ın planlarını həyata keçirirlər. Bizim hərbi aerodromları Astarada və Xızıda kim təmir etdi?-ABŞ. Bunların hamısını açıqlamaq olmur. Çünki ortada İran amili də var. Əslində iş aparılır. Rusiya tərəfinin bundan xəbər tutmamasına çalışırlar. Çünki rəqabət çox ciddidir".
   
Müşfiq ABDULLA
Türkiyə-İsrail "dartışmasının" Azərbaycan üçün fəsadları göründü
Erməni və yəhudi lobbisi soyqırım kampaniyası üçün birgə imza toplamağa başladı
Yevda Abramov Azərbaycan siyasətçilərini ittiham etdi
Türkiyə və İsrail arasında cərəyan edən son hadisələr tədricən öz fəsadlarını meydana çıxarmaqdadır. Maraqlıdır ki, iki dövlət arasında yaşananlar Azərbaycana da təsirsiz ötüşmür və müəyyən dərəcədə ölkəmizin də maraqlarına toxunur.
   Bu barədə danışmazdan öncə qeyd edək ki, Ankara və təl-Əviv arasında baş verənlər gözlənildiyi kimi, ABŞ-da kifayət qədər böyük təsir imkanına malik yəhudi lobbisinin Türkiyəyə qarşı çıxmasına səbəb olub. Qondarma "erməni soyqırımı"nın qeyd edildiyi 24 aprel tarixi yaxınlaşdıqca isə bu məsələdən erməni tərəfi öz məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Məlumatlara görə, artıq ABŞ-ın Massaçusets ştatının erməni və yəhudi icması qondarma "erməni soyqırımı"nın Konqresdə müzakirəyə çıxarılması və qəbuluna dəstək məqsədilə İnternetdə imza toplanışına start verib. Sonda onlar ABŞ prezidenti Barak Obama və Konqresə müraciət edərək, qondarma "soyqırım"ın tanınmasını istəyəcəklər. Qeyd edək ki, indiyə qədər ABŞ prezidenti və Konqresi tərəfindən qondarma "erməni soyqırımı"nın tanınmasının qarşısının alınmasında əsas rol oynayan qüvvələrdən biri məhz yəhudi lobbisi olub. Lakin Türkiyə və İsrail arasında məlum münasibətlər indi yəhudi lobbisinin mövqeyində müəyyən dəyişikliklərə yol açıb.
   Ekspertlər hesab edir ki, qondarma "erməni soyqırımı"nın tanınması ABŞ prezidenti və Konqresi tərəfindən tanınması üçün yəhudi və erməni lobbisi qüvvələrini birləşdirsələr, Türkiyə üçün arzuolunmaz nəticənin əldə edilməsinə nail ola bilərlər. Hələlik isə hadisələrin inkişaf istiqaməti qarşıdakı dövrdə daha dəqiq olaraq müəyyənləşəcək. Belə hesab edilir ki, yaxın günlər ərzində Türkiyə və İsrail arasında münasibətlər normal məcraya dönməsə, yəhudi lobbisinin Türkiyəyə qarşı çıxması qaçılmaz olacaq.
   Yuxarıda qeyd olunduğu kimi isə, Türkiyə və İsrail arasında baş verənlər Azərbaycana da müəyyən dərəcədə öz təsirini göstərir. Bu təsir barəsində danışarkən Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov da qeyd edir ki,
   Türkiyə və İsrail arasında münasibətlərin gərginləşməsi Azərbaycanın dünyadakı yəhudi lobbisi arasında mövqeyinə mənfi təsir göstərir. Yevda Abramov hesab edir ki, Türkiyə İsrailə qarşı mövqeyini dəyişməsə, Azərbaycanın da lobbiçiliklə bağlı problemləri qaçılmaz olacaq: "Bu, zəncirvari reaksiyadır. Türkiyə belə mövqe tutanda Amerikada Azərbaycanla, Türkiyə ilə dost olan yəhudi konqresmenlər keçirlər ermənilər tərəfə. Bu faktor Massaçusets ştatındakı imzatoplama kampaniyasını inandırıcı edir".
   Millət vəkilinin fikrincə, Azərbaycandakı siyasətçilər də lobbiçilik fəaliyyətinə əngəl yaradan bəyanatlardan, çıxışlardan çəkinməlidir: "Mən onlara demək istəyirəm ki, televiziyada 5-10 dəqiqə çıxış edirlər, bundan ləzzət alırlar, özlərini ictimaiyyətə göstərirlər, amma sonrasını fikirləşmirlər. İsraili nə qədər pisləyirlərsə, söyürlərsə, faşizm ölkəsinə bənzədirlərsə, bu, nəticədə Azərbaycanın mövqelərinə zərbə vurur".
   "Mən canımla, qanımla azərbaycanlıyam" deyən Yevda Abramov "milli.az" xəbər portalına açıqlamasında onu da bildirib ki, ictimaiyyət qarşısında çıxış edən hər bir ictimai-siyasi xadim düşünməlidir ki, bizə dostlar lazımdır.
   Onu da qeyd edək ki, İsrailin xarici işlər naziri Aviqdor Libermanın fevralın 9-a ölkəmizə planlaşdırılan səfərində diqqət yetiriləcək əsas məsələlərdən biri də məhz iki ölkə arasında münasibətlərin inkişaf istiqamətlərilə bağlı olacaq. Bununla yanaşı, israilli nazir səfər çərçivəsində Azərbaycanın rəsmi şəxslərilə görüşəcək.Danışıqlarda iki ölkə arasında əlaqələrin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılacaq. Müsəlman ölkəsi kimi isə İsrail Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsinə xüsusi maraq göstərir. Ötən ilin dekabrında ölkəmizdə səfərdə olan İsrail Xarici İşlər Nazirliyi baş direktorunun müavini Pinhas Avivi isə mediaya açıqlamasında ölkəsilə Azərbaycanın münasibətlərinin strateji xarakter daşıdığını bildirib. Bundan başqa, ötən ilin yayında İsrail prezidenti Şimon Peres Azərbaycanda səfərdə olub. Prezidentin səfəri çərçivəsində hökumətlər və müxtəlif şirkətlər arasında 4 sənəd imzalanıb. Səfərdən sonra bəzi sahələrdə İsrail şirkətlərilə Azərbaycan şirkətləri arasında birgə müəssisələr yaradılıb.
   Hazırda rəsmi Bakı Türkiyə və İsrail arasında münasibətlərin normal məcraya qayıtmasında maraqlıdır. Lakin yaxın perspektivdə bunun baş tutması inandırıcı görünmür. Əksinə,
   İsrail mediası Türkiyənin Təl-Əviv səfiri Oğuz Çelikkolun bu günlərdə "şəxsi səbəblərlə" vəzifəsini tərk edəcəyini bildirir Xatırladaq ki, yanvarın 11-də Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Dani Ayalon Türkiyədə yayımlanan "Qurdlar vadisi" teleserialında İsrail və yəhudilər əleyhinə təbliğata yer verildiyini bildirərək, ölkəsinin bundan narahat olduğunu rəsmi şəkildə səfirin nəzərinə çatdırıb. Lakin görüşdə diplomatik qalmaqal yaşanıb. Belə ki, səfir əvvəlcə qapıda bir qədər gözlədilib. Türk diplomat otağa daxil olduqda nazir müavini onunla salamlaşmayıb. Bundan başqa, O.Çelikkol D.Ayalonun əyləşdiyi kreslodan daha alçaqda olan divanda əyləşdirilib. D.Ayalon ibrani dilində jurnalistlərə bildirib: "Onun bizdən daha aşağıda oturduğunun və masada tək bayraq olduğunun görünməsini istədik".
   
Tahir TAĞIYEV
Əli Həsənov milli soyadlara orijinal sonluq təklif etdi - "az"
Müxalifətdən iqtidarla əməkdaşlıq təkliflərinin dəfələrlə gəldiyini isə etiraf etdi
"Xalqın iradəsi ilə formalaşan iqtidarla əməkdaşlığı az qala şərəfsizlik kimi dəyərləndirmək..."
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend News-a müsahibəsində bir sıra maraqlı mətləblərə toxunub.
   - Avropa Şurasının "Aqo qrupu"nun Azərbaycana dair son hesabatını necə dəyərləndirirsiniz?
   - Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələr, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin monitorinqilə bağlı vəziyyət, son zamanlar bu qurumun müxtəlif strukturları ilə Azərbaycan arasında müxtəlif sahələrdə - qanunvericilik, praktiki fəaliyyət, seçki, mətbuat və insan hüquqları sahələrində həyata keçirilən münasibətlər kifayət qədər dinamikdir. Burda ciddi konstruktivlik ruhu duyulmaqdadır.
   Bilirsiniz ki, uzun müddət Avropa Şurasının Azərbaycan üzrə monitorinq qrupuna münasibətlərə ciddi müdaxilə edən və təsir göstərən Andreas Qross və onun həmfikirlərinin rəhbərlik etməsi bu münasibətləri xeyli kəskinləşdirir, qeyri-konstruktiv məcraya yönəldirdi. Burda subyektiv məqamlar, yanaşmalar, ayrı-ayrı qüvvələrin münasibətlərə əsassız müdaxiləsi var idi. Azərbaycanın milli dövlət haqlarına müdaxilə məsələləri münasibətlərə mənfi təsir göstərirdi. Son zamanlar bu praktika xeyli şəkildə aradan qalxıb.
   Avropa Şurası və onun strukturları Azərbaycanın öz öhdəliklərinə ciddi yanaşmasını, layiqincə yerinə yetirməsini, eyni zamanda, Azərbaycanın müstəqil dövlətçilik iradəsinin tələblərini real şəkildə nəzərə alaraq bu münasibətlərə ahəngdarlıq gətiriblər. Ona görə də "Aqo qrupu"nun bu hesabatını məhz bu dinamik münasibətlər fonunda qiymətləndiririk və müsbət yanaşırıq.
   - Əli müəllim, bildiyiniz kimi Mətbuat Şurası bu ili "Diffamasiya ili" elan edib. Bu diffamasiya ilə bağlı ictimai müzakirələrin intensivləşdirilməsinə və qanunun qəbuluna nə kimi təsir göstərəcək?
   - Mümkündür. Biz bu sahədə Avropa Şurasından daha çox ATƏT-lə birgə iş aparırıq. Bilirsiniz ki, Azərbaycan Avropa Şurası və ATƏT-ə üzv olandan bəyan edib ki, Azərbaycan söz, mətbuat azadlığını, siyasi plüralizmi cəmiyyət həyatının və dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi qəbul edir və bu istiqamətdə səylərini yönəltməyə hazırdır. Lakin "Diffamasiya haqqında" qanunun qəbul edilməsi birdən-birə baş verə bilməz. Bunun üçün cəmiyyət ciddi hazırlıq mərhələsi keçməlidir. Cəmiyyətdə insanların məsuliyyəti artırılmalı, əlində qələm olan, ictimai həyatın davranış normalarına təsir imkanı olan insanların vətəndaş hüquqlarına hörmətlə yanaşması prinsipləri formalaşdırılmalıdır.
   Ümumiyyətlə, cəmiyyətdə məsuliyyətli davranış, nizam-intizam formalaşdırılmalıdır. Bundan sonra qanunun qəbuluna getmək olar. Sözsüz ki, Mətbuat Şurası və digər jurnalist qurumları diffamasiya müzakirələrini intensivləşdirib. Buna dövlət müəyyən mənada əsas verib. Dövlət strukturları da dəfələrlə bəyan edib ki, Azərbaycan "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırdır. Lakin Azərbaycan cəmiyyəti buna hazırlıq mərhələsinə ciddi diqqət yetirməlidir. Həm jurnalistlər, həm də informasiya mənbəyinə malik olan dövlət qurumları, bütövlükdə insanlar diffamasiya qayda-qanunlarına alışmalıdır. İnsanların şərlənməsi, onların üzərinə böhtan atılması kimi praktika aradan qaldırılmalıdır.
   Düşünürük ki, 2010-cu il bu sahədə həlledici il ola bilər. Bunun üçün bütün tərəflər, həm beynəlxalq institutlar, həm Azərbaycanın media ictimaiyyəti, Mətbuat Şurası, baş redaktorlar, həm də mətbuatla işləyən dövlət qurumları ciddi səy ortaya qoymalıdır.
   - Azərbaycanın müxalifət partiyaları parlament seçkisi öncəsi bir-birini iqtidarla əməkdaşlıqda ittiham edir. Bu cür ittihamlara, mövqelərə münasibətinizi bilmək istərdik.
   - Bu təbii haldır. Başqa ölkələrdə də seçkiqabağı proseslərdə partiyalarda aktivləşmə gedir. Bu aktivləşmə müxtəlif istiqamətlərdə həyata keçirilir. O cümlədən partiyalar bir-birinin əsas müxalifət olub-olmama, bunun üçün nə etmə məsələlərini müzakirə edir.
   Mən açıq deyim ki, dəfələrlə iqtidarla əməkdaşlıq məsələləri olub. İqtidarla əməkdaşlıq hər bir partiya üçün şərəf məsələsidir. İqtidar hazırda Azərbaycan dövlətini təmsil edən, onun ali daxili və xarici siyasətini reallaşdıran bir institutdur. Bu institutu da xalq və onun iradəsi formalaşdırıb. Xalqın iradəsilə formalaşan iqtidarla əməkdaşlığı az qala şərəfsizlik kimi dəyərləndirmək bizim müxalifətə qətiyyən başucalığı gətirmir. Onlar bundansa, xarici kəşfiyyat orqanları ilə, xarici antiAzərbaycan qüvvələri ilə əməkdaşlıq edən partiyaları arasınlar və bu sahə üzərində ittihamlarını qursunlar. İqtidarla əməkdaşlıq nə zamandan siyasi partiyalar üçün mənfi amilə, onların nüfuzuna mənfi təsir göstərən meyara çevrilib?
   Bu cür yanaşmalar keçmişin qalığıdır. Bu, 90-cı illərdən qalma, o vaxtkı sovet xəfiyyə orqanları ilə əməkdaşlığı indiki milli dövlətlə əməkdaşlıqla eyniləşdirmək məntiqilə yaşayan insanların xəstə təxəyyülünün məhsuludur. Belə şeylər aradan qaldırılmalıdır və Azərbaycanda cəmiyyət inkişaf etdikcə, daxili institutların inkişafı dünya standartlarına yaxınlaşdıqca belə ittihamlar aradan qalxacaq.
   - Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi ictimai marağa səbəb olub. Bununla bağlı müzakirələr hansı mərhələdədir və hansısa konsepsiyanın qəbulu nəzərdə tutulubmu?
   - Bu, ictimaiyyətdə müzakirə olunmağa haqlı olan məsələlərdən biridir. Hər bir millətin soyadı və onun sonluğu milli domendir. Milli domen üzərində də millətin mənsubiyyətini müəyyən etdirmək texnologiyaları qurulur. Dünyada hər bir soyad sonluğuna müvafiq olaraq, bu soyad daşıyıcısı olanın hansı millətə mənsubluğunu müəyyən etmək olur. Bəzi millətlərdə bunu müəyyən etmək mümkündür. Bu anlamda, əlbəttə, soyadların milliləşdirilməsi məsələsi ciddi ictimai müzakirəyə çıxarılmalıdır.
   Bununla bağlı mənim öz məxsusi fikrim var. Hesab edirəm ki, milli səviyyədə, bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməli və bu sonluq yalnız azərbaycançılığa, Azərbaycan xalqına, dövlətinə mənsubluğu göstərməlidir. Məsələn, mən təklif edərdim ki, Azərbaycanda bütün soyadların sonu "az" sonluğu ilə bitsin. Əlbəttə, soyadın son iki hərfi heç bir ciddi məna kəsb etmir. Deyək ki, ruslarda "ov", farslardakı "an", "yan", gürcülərdəki "ze" sonluğunun heç bir mənası yoxdur. Ancaq müəyyən milli domen göstəricisidir. Azərbaycanlıların soyad sonluqları "az"la qurtarsaydı, daha yaxşı olardı. "Az" Azərbaycanın həm internet domenidir, həm də xalqın, ölkənin adının ilk hecasıdır. Sözsüz ki, bu mənim fikrimdir və əlbəttə, hər bir fikir kimi, bunun da ictimai müzakirəyə çıxarılmaq haqqı var.
Müsavatın rayon təşkilatlarında gərgin başqanlıq müzakirələri...
Arzu Səmədbəyli "Media forum"un mübahisəli sorğusunda iştirak edənlərin çoxunun müsavatçı olmadığını deyir
Bu ilin dekabr ayında Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi gözlənir. Amma bu qurultay əvvəlkilərdən özəliyilə seçiləcək.
   Belə ki, qarşıdan gələn qurultayda təşkilati məsələyə baxılan zaman partiyaya tamamilə yeni bir şəxs rəhbər seçiləcək. Müsavat başqanı İsa Qəmbər də ötən ay Məclisin iclasında açıq şəkildə bəyan edib ki, növbəti dəfə namizədliyini irəli sürmək fikrində deyil və təşkilata yeni şəxsin liderlik etdiyini görmək istəyir. Onu da qeyd edək ki, qarşıdan parlament seçkiləri gəldiyindən, bir sıra siyasi müşahidəçilər qurultayın seçkilərdən sonraya və beləliklə 2011-ci ilə saxlanılacağını proqnozlaşdırırdı. Lakin İ.Qəmbər Müsavat Məclisinin toplantısında vaxt itirməyə lüzum görmədiyini və ilin sonuna qədər, yəni seçkidən dərhal sonra yeni başqanı seçməyi təklif etdi. Bəzi siyasi təhlilçilərin rəyinə görə, İ.qəmbərin bu təklifi də elə parlament seçkilərinin nəticələrinə hesablanıb. Yəni Müsavat Partiyası Milli Məclisə seçkilərdə ciddi uğur əldə edərsə, İ.Qəmbər partiyaya rəhbərliyi özünün və ya özünə yaxın namizədin vasitəsilə təsir dairəsində saxlamağa müvəffəq ola bilər.
   Əks təqdirdə, siyasi səhnədən çəkilməklə öz yerini tamamilə başqa şəxsə verə bilər. Ümumiyyətlə isə, İ.Qəmbərin çıxışı son aylar başqan seçkisilə bağlı partiya daxilində parlament seçkilərinin yaratdığı sükutu pozdu. Hətta "Media forum" saytı "Hansı müsavatçını partiya başqanı görmək istərdiniz" sualı ilə internet sorğusu keçirdi. Sorğu yarımçıq keçirilsə də, başqanlığa iddialı namizədləri müəyyənləşdirməyə imkan verdi. Bunlar, əvvəldən də gözlənildiyi kimi, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər və Müsavat Divanının üzvü Qubad İbadoğlu oldu.
   Sorğu dayandırılan ana qədər olan nəticələrdə Qubad İbadoğlu 43 faiz, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 21 faiz, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər 11 faiz səs toplamışdı.
   Adıçəkilən üç şəxsdən ikisi - A.Hacılı və S.Əkbərin başqanlığa nəinki iddialı, hətta partiyadaxili qruplaşmaların başçıları kimi rəqib olduğu bəlli idi. Amma son vaxtlar Q.İbadoğlunun namizədliyinin meydana çıxması bir çoxları, o cümlədən A.Hacılı və S.Əkbər üçün gözlənilməz olub. Siyasi karyeraya az yer ayıran və daha çox iqtisadi fəaliyyətlə məşğul olan Q.İbadoğlunun siyasi rəhbərliyə iddialı namizədlər sırasına atılacağına, bəlkə də iddialı rəqiblər əmin deyildi.
   Bu baxımdan zərbə onlara gözlənilməz tərəfdən gəlib. Q.İbadoğlunun namizədliyinin də məhz İ.Qəmbər tərəfindən təklif olunduğu ehtimal olunur. O başqan seçilərsə, İ.Qəmbərə yaxın şəxs olduğundan, Müsavata nəzarəti əldə saxlamağın İ.Qəmbər üçün çətin olmayacağı proqnozlaşdırılır.
   Doğrudur, hələlik başqan seçkiləri istiqamətində deyilənlər yalnız nəzəri məzmun daşıdığından, daha çox müzakirələrə yol aça bilər. Bu səbəbdən də Müsavat Partiyasının yerli təşkilatlarında ciddi müzakirələrin başlandığı bildirilir. Belə müzakirələrin qızışmasında isə maraqlı olan tərəflər də var.
   Yaranmış vəziyyətlə bağlı sualımızı cavablandıran Müsavat başqanının müavini, millət vəkili Arzu Səmədbəylinin sözlərinə görə, partiya daxilində başqanlıq uğrunda heç bir yarış getmir: "Partiyanın başqanı öz işindədir. Bu, medianın yaratdığı bir yarışdır. Qurultaya hazırlığın vaxtını, nə zaman ki, Məclis müəyyən edəcək, nə zaman ki, başqanlıq uğrunda yarışa start veriləcək, ondan sonra artıq bu məsələlərlə bağlı danışmağa mövzu olacaq. Yoxsa başqanın səlahiyyət müddəti hələ bitməyib, Məclis qurultayın keçirilməsilə bağlı qərar verməyib, sadəcə olaraq qurultayın dekabr ayında keçirilməsi planlaşdırılır. Amma indi fevral ayıdır, hansı hazırlıqdan söhbət gedə bilər? İndi heç kəs hansısa post uğrunda mübarizə aparmır. Yalnız qurultaya üç ay qalmış bu mövzuda danışmağa mövzu tapıla bilər".
   A.Səmədbəyli bildirdi ki, "Media forum" saytının başqanlıq uğrunda yarışma sorğusu keçirməsini zamanı çatmamış və etikadan kənar hesab edir: "Media forum"da gedən sorğudan Müsavat üzvlərinin böyük əksəriyyətinin xəbəri olmayıb. Mənim özüm bir neçə gündən sonra xəbər tutmuşam. Hesab edirəm ki, o sorğuda iştirak edənlərin əksəriyyəti müsavatçı deyil. Mən tam məsuliyyətlə deyirəm ki, Müsavat Partiyasının rayon təşkilatlarında da bu mövzuda heç bir müzakirə keçirilmir".
   
Müşfiq ABDULLA
"Kürd açılımı" Avropa Parlamentinə çıxdı
Bu il Avropa Parlamentində "Kürd konfransı"nın sayca altıncı iclasında ilk dəfə olaraq Avropa Komissiyasından da bir nəfər iştirak edib.
   APA-nın Türkiyənin haberler.com xəbər portalına istinadən verdiyi məlumata görə, qurumun adından nitq söyləyən Avropa Komissiyasının nümayəndəsi Jan Kristof Filori qurumun adından çıxış edərək demokratik açılım prosesini dayandırmamağa çağırıb: "Demokratik açılım davam etməlidir. Açılım prosesini dayandırmayın".
   Filorinin sözlərinə görə, açılım prosesinin iki düşməni var: bunlar açılım prosesini ləngidənlər və terrora əl atanlardır: "Terrorla, güclə heç bir məsələ həll edilə bilməz".
80 təşkilatın layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertizasından keçmədi
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 489 layihə daxil olub.
   APA-nın xəbərinə görə, bu barədə sözügedən şuranın sədri Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq müsabiqəyə sənəd qəbulu baş çatıb və texniki ekspertiza keçirilib: "80-dən artıq təşkilatın təqdim etdiyi layihələr ekspertizadan keçməyib. Bu o deməkdir ki, onların sənədləri geri qaytarılacaq".
   A.Quliyev hazırda ikinci mərhələnin başa çatmaqda olduğunu bildirib: "Hesab edirik ki, biz nəticələri martın 10-dək açıqlayacağıq. Ötən il biz 1 milyon 868 min manatın müqabilində 569 layihə almışdıqsa, bu il 903 min manatın müqabilində 489 layihə almışıq. Büdcəni nəzərə alsaq, keçən illə müqayisədə bu il daha çox layihə təqdim edilib".
 
 
 SON XƏBƏRLƏR
2010-02-05 İran vətəndaşı da Bakıda körpülərə "bomba qoyurmuş"
2010-02-05 Yasamalda Hümbətovlar ailəsinin üç üzvü dəm qazından boğularaq ölüb
2010-02-05 Əli İnsanovun vəkili sabiq nazir barədə xəbəri təkzib etdi
2010-02-05 Səfər Əbiyev Türkiyəyə gedib
2010-02-05 Prezident Almaniyadadır
2010-02-05 Sumqayıtda Çingiz Kərimovun mənzilində yanğın olub
2010-02-05 Bakı küçələrindən toy maşınları yığışdırılır
2010-02-05 Elçin Behbudov Hacı Məmmədovla görüşə bilməsə də, ondan xəbər gətirib
2010-02-05 Gəncə Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı özünü asdı
2010-02-05 Xanlar Sadıqovun "Toyota Prado"su tapıldı
2010-02-05 Rəqsanənin saç ustasına 3500 manat borcu var
2010-02-05 Elxan Mahmudovun "Mercedes"indən mobil telefon oğurlayanlar tutuldu
2010-02-05 Fəxrəddin Nərimanovun mağazasını talayan ələ keçdi
2010-02-05 Gəncə şəhərində 52 yaşlı kişi özünü asıb
2010-02-05 Şevarnadzenin müşaviri həbs edildi
2010-02-05 QHT-lərə Dəstək Şurasının maliyyəsi ilə tariximizin qiymətli sənədləri ölkəyə gətirildi
2010-02-05 Azərbaycanda parlamentin adından çap edilən 7 qəzet hədəfə alındı
2010-02-05 "Aqo" qrupunun Azərbaycanla bağlı təxirə salınmış hesabatı dinləndi
2010-02-05 Güc nazirliklərinin informasiya siyasəti dəyişəcək
2010-02-05 Qarsdakı konsulumuz Həsən Zeynalov fevralın 10-da mükafat alacaq
2010-02-05 Polis mayorunun Hafiz Hacıyevin həyatına qəsd cəhdi şişirdilmiş xəbər imiş
2010-02-05 Soçidə razılaşdırılmış "preambulada" müqəddəratı təyinetmə prinsipi də var?
2010-02-05 4 məscidin dövlət qeydiyyatına alınmamasına Komitədən rəsmi izah verildi
2010-02-05 80 təşkilatın layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertizasından keçmədi
2010-02-05 "Kürd açılımı" Avropa Parlamentinə çıxdı
2010-02-05 Müsavatın rayon təşkilatlarında gərgin başqanlıq müzakirələri...
2010-02-05 Əli Həsənov milli soyadlara orijinal sonluq təklif etdi - "az"
2010-02-05 Zərdab məktəblisi dəm qazından boğulub ölüb
2010-02-05 İstefada olan hərbçilərin imkanlarından faydalana bilirikmi?
2010-02-05 İraq Mehdi Ordusunun lideri Müqtəda Əs-Sədr maştağalılara yaxşılıq etdi
2010-02-05 Tikinti sektorunda barmaqla sayılan qədər şirkət qalacaq
2010-02-05 Elşad Musayev də "Azadlıq" bloku və Müsavatdan cavab gözləyir
2010-02-05 "Ədalət" BAXCP və BQP ilə seçki bloku yaradır
2010-02-05 Sarkozi bu seçkidə Beynəlxalq Valyuta Fondunun rəhbəri ilə rəqib ola bilər
2010-02-05 İsraillə Suriya da "kəllə-kəlləyə" gəlir
2010-02-05 "Xeyr, Türkiyə öz fikrini dəyişməyib"
2010-02-05 NATO Əfqanıstanda terrorçulara qarşı son əməliyyata hazırlaşır
2010-02-05 Dmitri Medvedyev MDB dövlət başçılarını Moskvaya qeyri-rəsmi görüşə dəvət edib
2010-02-05 İrana qarşı yeni bank-benzin sanksiyalarının Azərbaycana da dəxli ola bilər(?)
2010-02-05 Türkiyə-İsrail "dartışmasının" Azərbaycan üçün fəsadları göründü
2010-02-05 Ceyms Staynberqin İlham Əliyevlə görüşü xüsusi missiya ola bilər
2010-02-05 Adam oğurluğuna görə axtarışda olan Asif Şirinxu 10 il həbs aldı
2010-02-05 Hepatit C virusu Lənkəranı bürüyür
2010-02-05 Azərbaycanın neft məhsulları ixracının azalması ciddi səbəblərlə bağlıdır
2010-02-05 Qobustandakı hərbi hissədə iki il əvvəl əlil edilmiş əsgər döyüldüyünü indi açır
2010-02-05 Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir
2010-02-05 Nazirlik bu mağazaları "qara siyahıya" saldı
2010-02-05 Yasamal polisi axtarılan oğrunu saxladı
2010-02-05 Gədəbəydə qızıl sürətlə çoxalır
2010-02-05 771 dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı
2010-02-05 Qadın sürücülər özləri barədə DYP-nin tənqidlərindən o qədər məmnun qalmadı
2010-02-05 "Real" oyunçularının hər birinə 925 min avro mükafat vəd edir
2010-02-05 "Marsel" Fransa kubokuna namizəd oldu
2010-02-05 Meksikada daha bir futbolçuya silahlı hücum edildi
2010-02-05 "Fənərbaxça" "Yuventus"un məşhur futbolçusunu transfer edir
2010-02-05 "Beşiktaş"ın transfer siyasəti Mübariz Mənsimova həvalə edildi
2010-02-05 "Qarabağ"la oyundan sonra "Neftçi"də nə baş verib?
2010-02-05 Nonda "Betis"lə anlaşdı
2010-02-05 Berluskoni Raykaardı "Milan"a gətirmək istəyir
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 Azərbaycan yığması arzuolunmaz rəqiblər siyahısında
2010-02-05 Əzizbəyov polisi axtarışda olan Oqtay Əliyevi tutdu
2010-02-05 Ötən il Azərbaycanda 39 nəfər yanğından, 16 nəfər partlayışdan ölüb
2010-02-05 BMT baş katibi özünə "seksual zorakılıq" məsələləri üzrə xüsusi nümayəndə təyin etdi
2010-02-05 Xaçmazın iki sakini dənizdə batdı
2010-02-05 Zaqatalanın Aşağı Tala kəndində fındıq oğrusu həbs edilib
2010-02-05 DİN-in Miqrasiya İdarəsində Azərbaycanda qeydiyyatsız yaşayan 30-a yaxın əcnəbi saxlanır
2010-02-05 Mingəçevirli Rüstəm azyaşlı qızı zorladı və 14 il iş aldı
2010-02-05 Lənkəran və Masallıda saxta qaz sobaları satan mağazaların adları açıqlandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009