05 Fevral 2010-cı il, N 285(1183)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3655)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2032)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İran səfiri Əfşar Süleymaninin beş yüz min dolları Bakıda batıb
"Mənim Azərbaycanda ailə həyatı qurmağım barədə yazılanlar tamamilə yalandır"
"Mənə şər atıblar" deyən səfir Şəmsiyyə Bəylərqızı və Natiq Salamovla indiyədək deyilməyən işlərini açdı
"Mənim Azərbaycanda ailə həyatı qurmağım və bu barədə İran dövlətini xəbərdar etməməyim barədə Azərbaycan telekanallarında və qəzetlərində yazılanlar tamamilə yalandır". Bunu ANS PRESS-ə açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib. Hazırda İranda olan keçmiş səfirin sözlərinə görə, bütün yazılanlar ona atılan böhtandır.
   Xatırladaq ki, bir müddət bundan əvvəl İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin İranda həbs olunması barədə xəbər yayılmışdı. "Xural" qəzetinin yazdığına görə, Tehran məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra isə diplomat 2500 dollar girov müqabilində sərbəst buraxılıb. Qəzetin yazdığına görə, keçmiş səfir Azərbaycanda çalışarkən burada növbəti dəfə ailə qurması barədə ölkəsinə məlumat verməyib. Bu isə İran qanunlarına ziddir. Məhkəmə iddiasının isə onun Azərbaycandan olan həyat yoldaşı Şəmsiyyə Bəylərqızı tərəfindən qaldırıldığı bildirilir.
   Azərbaycan vətəndaşı olan Şəmsiyyə Bəylərqızı isə "ATV" telekanalına müsahibəsində Əfşar Süleymani ilə evli olduğunu və sonradan boşandığını, hətta ondan azyaşlı bir oğlu olduğunu bildirib. Ə.Bəylərqızının sözlərinə görə, o, keçmiş ərinə qarşı mülki iddia qaldırıb, bu isə keçmiş səfirin həbsilə nəticələnib. Belə ki, bundan əvvəl İran hökuməti Ə.Süleymaninin Azərbaycanda evlənməsindən xəbərsiz olub.
   Əfşar Süleymani isə bildirir ki, Ş.Bəylərqızı onun və qohumlarının etimadını qazanaraq, onlara məxsus külli miqdarda pul mənimsəyib. Diplomat məsələ ilə bağlı hələ 20 sentyabr 2008-ci il tarixində Azərbaycan daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:
   "- 2006-cı ildə mənim səfirlik missiyamın son zamanlarında bir xanım mənə müraciət edərək, özünü Şəmsiyyə Bəylər qızı Rzayeva (Beynəlxalq Ekspertiza və Müdafiə Mərkəzinin sədri) kimi təqdim etdi. Ş.Rzayeva söylədi ki, sizin səfir olduğunuz zamanlarda İran-Azərbaycan münasibətləri daha da dərinləşib və möhkəmlənib. Şəmsiyyə xanım təklif etdi ki, görülmüş işlər haqqında (səfirlik müddətimdə) bir kitab yazılsın, kitab da "Azərbaycanı Vətəni bilən diplomat" adlandırılsın. Əlavə olaraq mənim müsahibəm əsasında başqa iki kitab da "Şərq diplomatının xatirələri" adı ilə buraxıldı. Bu üç kitab Şəmsiyyə xanım tərəfindən və heç bir maddiyyat tələb edilmədən hazırlandı.
   Bu kitabların hazırlanması üçün biz dəfələrlə Şəmsiyyə xanımla görüşürdük və bu söhbətlər əsasında bildirdi ki, Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərilə, həmçinin, Azərbaycanda fəaliyyət göstərən xarici qurumlarla, habelə Şərq ölkələri, xüsusilə Yaponiya dövlətilə çox sıx əlaqədədir. O bildirdi ki, hər bir işi və ya tapşırığı sənədləşdirmək və buna bənzər məsələləri həll etmək iqtidarındadır və beləliklə öz səlahiyyətini bildirdi. Eyni zamanda, səfirlik müddətim bitərkən, məcburiyyət qarşısında bir neçə ay oğlumun universitetdə 1-cu kursu bitirməsini gözləyib Azərbaycanda qalmalı oldum. Bu ərəfədə (səfirlik missiyası bitən vaxt) qohumlar, dostlar və tanışlar müəyyən ticarət işlərilə mənə müraciət etdilər. Onlara bildirdim ki, dövlət vəzifəsində olan bir insanam və ticarət işlərilə məşğul ola bilmərəm.
   Şəmsiyyə xanım özünü həm hüquqşünas və doğru-dürüst insan kimi tanıtdırdığına, həm də yazdığı kitablar və ictimaiyyətdə etdiyi hərəkətlərə görə mənim etimadımı qazanmışdı, müraciət edənlərin işlərini ona yönəltdim və onlar bu xanımla işə başladılar.
   Şəmsiyyə xanım dəfələrlə hər bir işə görə müəyyən məbləğdə o şəxslərdən pul almış və yüksək vəzifədə olan Azərbaycanın məsul şəxslərinin adlarını çəkib və onların adından sui-istifadə edib, onları və məni aldadıb. Hər bir müraciətdə bəzi yalanlar işlədərək gecikmələrin səbəblərinin Azərbaycanın məsul şəxslərilə əlaqəli olduğunu söyləyib. Şəxslərdən təxminən 1 milyon iki yüz min ABŞ dolları alıb və indiyə qədər heç bir iş görməyib və pulları da geri qaytarmayıb.
   Son işdə pərdələr düşəndən sonra artıq-əskik hərəkətlərə və söhbətlərə yol verərək məlum oldu ki, Şəmsiyyə xanım işlərə yekun vurmayıb və bütün bu işlərlə əlaqədar olan şəxslər mənə müraciət etmişlər və edirlər. Pullarını itirən insanlar məni günahkar görüb və pullarını məndən tələb edirlər. Mühəndis qardaşım işlərilə əlaqədar Azərbaycanda ev və torpaq almağı düşünürdü və ona görə də məndən sənədlərin hazır olması üçün bir əmin Azərbaycan vətəndaşı istədi. Mən də sürücümə güvənib onun oğlu Natiq Salamovu bu işlərə münasib gördüm və bütün sənədlər bu şəxsin adına hazırlandı.
   Natiq Salamovun başqa bir rolu da var idi. O, İrandan köçürülən və Azərbaycanda olan tanışlarım tərəfindən verilən pulları Şəmsiyyə xanıma çatdırırdı. Və beləliklə bunların arasında təmas yarandı.
   -Beləliklə, tələbi olan şəxslərin çoxu Natiqi tanıyırdı və öz pullarını ondan tələb edirdi. Qardaşım evinin sənədini tələb edən şəxslərdən birinin adına çevirdi. Natiqə edilən müraciətlərimiz cavabsız qalıb və o, qardaşımın 150 000 ABŞ dollarını saxlayıb və indiyə qədər geri qaytarmayıb. Çox ehtimal ki, Natiq, Şəmsiyyə ilə birləşib. Bu şəxslərin törətdiyi əməllərə görə mənim şəxsiyyətim və mənəviyyatım təhqir olunub və eyni zamanda bütün qohumlarım, tanışlarım və dostlarım arasında başqa fikirlər yarandı, hərçənd, çalışdım bu düzgün olmayan fikri aradan qaldıram. Onlarda belə fikir yaranmışdı ki, bu məsələlər Azərbaycanın yüksək dərəcəli adamları tərəfindən törədilib. Mənim izahatımdan sonra onlar problemlərin bu iki şəxsin tərəfindən yaradıldığını bildilər. Sizdən xahiş edirəm, bütün yuxarıdakıları nəzərə alaraq, təcili göstəriş verəsiniz mənim, qohumlarımın və dostlarımın maddi və mənəvi ziyanlarının ödənilməsi haqqında təcili və lazımi tədbirlər görülsün". Ə.Süleymani, dediklərinin təsdiqi kimi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq şöbəsinin müstəntiqi T.Zeynalovun 26 noyabr 2008-ci il tarixində tərtib etdiyi protokolun surətini ANS PRESS-ə təqdim edib.
   Protokol İran İslam Respublikasının vətəndaşı Süleymani Əfşar Qədir oğlu, Tərtər şəhərində qeydiyyatda olan və Bakı şəhərində yaşayan Rzayeva Şəmsiyyə Bəylər qızının, onun xalası, Tərtər şəhərində yaşayan Həsənova Əzizə Həzrətqulu qızının iştirakı ilə tərtib olunub.
   Protokolda bildirilir ki, Əfşar Süleymaninin şikayətinin araşdırılması zamanı müəyyən edilib ki, Ş.Rzayeva kommersiya işləri aparılması üçün Ə.Süleymanidən 529.000 ABŞ dolları məbləğində pul alıb, aldığı pulların müqabilində kommersiya işləri qura bilmədiyindən, həmin pullar Ə.Süleymani tərəfindən geri tələb olunub. Araşdırma zamanı Ə.Süleymani tələb olunan məbləğdən 120.000 ABŞ dollarını Ş.Rzayevaya bağışlayıb, qalan 400.000 ABŞ dollarını və yaşaması üçün Ş.Rzayevaya verdiyi C.Məmmədquluzadə küçəsi 118 saylı evin 89-cu mənzilini geri qaytarmasını tələb edib.
   Ş.Rzayeva yaşadığı mənzili 15 dekabr 2008-ci il tarixinədək boşaldıb Ə.Süleymaniyə verəcəyi və 400.000 ABŞ dollarını isə 2009-cu ilin may ayının axırınadək ödəyəcəyi barədə öhdəlik götürüb və öhdəlik icra olunmayacağı təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilib.
   Ə.Süleymani protokolda göstərilənlərlə razı olub və buna görə də şikayəti üzrə aparılan araşdırmanın dayandırılmasını xahiş edib
   2008-ci il 5 dekabr tarixində Azərbaycan DİN-nin baş Mütəşəkkil Cinayətkarlıq üzrə Mübarizə İdarəsinin rəis müavini Səməd Cəfərov tərəfindən artıq Tehranda yaşayan Ə.Süleymaniyə göndərilən məktubda isə deyilir ki, "Rzayeva Şəmsiyyə Bəylər qızının Sizin qohumlarınızın külli miqdarda pulunu ələ keçirməsi, Salamov Natiq Namis oğlunun adına Bakı şəhərində aldığınız mənzillərin və torpaq sahəsinin Sizin razılığınız olmadan satılması və bununla da Sizə və yaxın qohumlarınıza ziyan vurulması barədə şikayətinizə baxılıb.
   Müəyyən edilib ki, Ş.Rzayeva qohumunuzun işlədiyi şirkətin yol çəkilişilə əlaqədar elan olunmuş tenderdə iştirak edərək qalib olmasına kömək etmək, tikinti aparılmasına sərəncam almaq adı ilə Sizdən külli miqdarda pul alıb. Ş.Rzayeva sizdən aldığı pulların 6 ay ərzində ödəniləcəyini öhdəsinə götürüb və bu barədə rəsmi iltizam verib. Natiq Salamovun adına alınmış mənzillərdən biri, ikincisinin isə satışından əldə olunan pulun bir hissəsi Sizin razılığınızla borclarınızın ödənilməsinə verilib, bir mənzil və torpaq sahəsinin isə Sizə qaytarılması təmin olunub. Natiq Salamovun Sizə ödəməli olduğu pulun bir hissəsi ödənilib, qalmış hissəsinin isə dekabr ayının axırınadək ödəniləcəyi barədə ondan iltizam alınıb və araşdırma xahişinizlə dayandırılıb".
   Sonda Ə.Süleymani ANS PRESS-ə bildirib ki, İranda bir neçə gün həbsdə saxlansa da, hazırda azadlıqdadır.
"Ədalət" BAXCP və BQP ilə seçki bloku yaradır
Hacıbaba Əzimov: "Görsək ki..."
Elxan Şükürlü: "Bu partiyalar bir-birinə..."
Parlament seçkilərinə hazırlaşan partiyalar kursuna uyğun formatda bloklaşmağa başlayıb. Yekun qərar hələ açıqlanmasa da, artıq bu istiqamətdə müxalifətdaxili danışıqlar başlayıb.
   İlk təşəbbüs isə AXCP və Müsavat Partiyasının birləşməsi ideyası ətrafındakı müzakirələrdən gəldi. Bu təklifin irəli sürülməsilə "Azadlıq" blokunun parçalana biləcəyi və yeni siyasi birlik formatının yaranacağı haqda məsələ gündəmə gəldi. Bu isə, AXP və Müsavatdan başqa, parlament uğrunda mübarizə aparan digər siyasi təşkilatların hansı bloklara qoşulacağı sualını aktuallaşdırdı.
   Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun sözlərinə görə, partiyalar seçkiqabağı fəallaşsalar da, onların hamısına bel bağlamaq olmur: "Onların bir qismi məmurlardan asılı olur, bir qismi xarici səfirliklərdən maliyyə alır, bəziləri də xarici təşkilatların Azərbaycanda açdığı ofislər vasitəsilə maliyyələşir. Təəssüf ki, onların bir çoxu heç vaxt öz gücünə birlik yaratmayıb, ya da tam müstəqil olmayıb.
   Mətbuat da əsas diqqəti asılı vəziyyətdə olan partiyalara ayırır. Blok yaratsalar da, sonradan bir-birinə qarşı mübarizəyə başlayırlar. Mən bu insanlarda səmimiyyət görməmişəm ki, onlar axıra qədər bir-birilə əməkdaşlıq etsin, mübarizə aparsın.
   Amma biz digər partiyalarla əməkdaşlığı da istisna etmirik. Vəziyyətə baxacağıq, görsək ki, bizimlə əməkdaşlıq edən partiya onu səmimi şəkildə axıra qədər aparır, o halda seçkilərdə iştirak edəcəyik. Yenə yalanlar görsək, ayrılıqda partiyamızın imkanlarına uyğun namizəd irəli sürəcəyik".
   H.Əzimov VAMBP-nın müxalifətdaxili danışıqlara cəlb olunduğunu da dedi. O, daha çox müxalifət düşərgəsindən vahid namizədlərin irəli sürülməsinin tərəfdarı olduğunu bildirdi.
   Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə bildirdi ki, AXCP və Müsavat kimi radikal partiyalarla əməkdaşlıq etmək fikrində deyillər: "Onlarla vaxtilə Müxalifətin Koordinasiya Şurasında əməkdaşlıq etmişik. Lakin onlar özlərini qeyri-səmimi aparıblar. Sonra DAB-da təmsil olunduq.
   Ədalət Partiyasının "Azadlıq" bloku, Müsavat Partiyası ilə hər hansı əməkdaşlıq münasibəti yoxdur. Amma qarşıdan gələn parlament seçkiləri qabağı, ola bilsin ki, Ədalət Partiyası BAXCP və Böyük Quruluş Partiyası ilə birlikdə bir blok yaratsın. Bu hələ təklifdir. Hələ bu yöndə danışıqlar başlamayıb. Amma hər üç partiyanın sədrinin çox səmimi münasibətləri var.
   
Müşfiq ABDULLA
Elşad Musayev də "Azadlıq" bloku və Müsavatdan cavab gözləyir
"Biz "Azadlıq" blokunda təmsil olunan partiyalara və Müsavat Partiyasına parlament seçkilərilə bağlı birgə məsləhətləşmələrin aparılması üçün müraciət etsək də, hələ ki, müsbət cavab almamışıq".
   Bu sözləri cümə axşamı Trend News-a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
   Musayevin sözlərinə görə, o, ittifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə birgə partiyaların rəhbərlərilə də görüşüb. "Biz ilkin mərhələdə bir yerə toplaşıb seçkiqabağı situasiyanı dəyərləndirməyi təklif edirik. Düşünürük ki, partiyalar ilkin mərhələdə bir yerdə müəyyən müzakirələr apara bilsələr, sonrakı mərhələdə atacağımız addımları da dəqiqləşdirə bilərik" - partiya sədri vurğulayıb.
   
Tikinti sektorunda barmaqla sayılan qədər şirkət qalacaq
Banklar hökumət tərəfindən vəsaitlə təmin olunsa...
Qlobal maliyyə böhranı nəticəsində Azərbaycanda kifayət qədər zərər görən sahələrdən biri kimi dəyərləndirilən tikinti sektorunda vəziyyətin bu il necə olacağına dair ekspertlər arasında fərqli fikirlər hökm sürməkdədir. Bəzi ekspertlər bu sahədə vəziyyətin cari ilin ortalarından etibarən yaxşılaşacağını bildirsə də, tamamilə əks mövqedən çıxış edənlərin də sayı az deyil.
   Hələlik isə araşdırmalar göstərir ki, əvvəlki kimi, tikinti sektorunda satış faizləri aşağı düşməkdədir. Bu səbəbdən tikinti şirkətlərinin ciddi maliyyə problemləri davam edir və onlar tikintini davam etdirməyə maraq göstərmir. Bu da onların sayının getdikcə azalması ilə nəticələnir. Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Vahid Əhmədov məsələyə münasibət bildirərkən qeyd edir ki, tikinti sektorunda yaranmış problemlər qlobal maliyyə böhranının Azərbaycanda bank sektoruna ciddi təsirilə bağlıdır: "Tikinti şirkətləri banklardan aldıqları kreditləri qaytarmaqda çətinlik çəkir. Öz növbəsində, banklar yeni kreditlər vermir. Paralel olaraq, tikintidə tələb və təklif aşağı düşüb".
    V.Əhmədov vurğulayır ki, bu hal müvəqqətidir. Azərbaycan hökuməti tikintidə yaranmış vəziyyəti aradan qaldırmaq üçün bankların ehtiyat vəsaitlə təmin olunmasına kömək etsə, bu sahə yenidən inkişaf edəcək. İqtisadçı-ekspert Vüqar Bayramov isə SİA-ya verdiyi açıqlamada 2010-cu ildə tikinti sektorunda stabilləşmənin olacağını qeyd edir: "Mən hesab edirəm ki, qlobal maliyyə böhranı Azərbaycanda ən çox tikinti sektoruna təsir etdi. 2006-2008-ci ildə ölkəmizdə tikinti bumu yaşanırdı, tələb və təklif kəskin artmışdı. Həmin dövrdə Azərbaycanda mənzil alanların 60%-ni MDB ölkələrində yaşayan soydaşlarımız təşkil edirdi. Böhran nəticəsində hazırda bu rəqəm 5%-ə enib. Tikinti sektorunda durğunluğun yaranmasına təsir edən digər səbəb isə böhran nəticəsində Azərbaycan banklarının maliyyə durumunun pisləşməsi oldu. Cari ilin iyul ayından etibarən tikintidə canlanma olacaq".
   Qeyd edək ki, ötən il bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat investisiya yönəldilib. Bu vəsaitin 79,9 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 69,9 faizi və ya 5,1 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Lakin 5,1 milyard manatlıq tikinti-quraşdırma işlərində özəl tikinti şirkətlərinin payı az olub. Onların fəaliyyəti qənaətbəxş olmadığından, banklardan götürdükləri əsas məbləğ və faizləri qaytarmaqda hələ də çətinlik çəkirlər. Ekspertlər isə belə bir məqama diqqət yetirir ki, banklar həm 2008-ci həm də ötən ildən dividendlə çıxdıqlarını bəyan ediblər. Bu səbəbdən prosesdə yeganə itirən tikinti şirkətləri olub və faktiki tikinti şirkətləri çox ciddi böhran içərisindədir.
   Hazırda da ölkənin daşınmaz əmlak bazarında ötən dövrlərlə müqayisədə çox ciddi, mürəkkəb, mənfi tendensiyalarla davam edən vəziyyət müşahidə olunmaqdadır. Mütəxəssislər bildirir ki, bu vəziyyət il ərzində davam etsə, bu gün bazarda olan tikinti şirkətlərinin yarısının bazardan çıxmaq təhlükəsi var. Xatırladaq ki, 2008-ci ilin sentyabrında bazarda 220-dən artıq tikinti şirkəti fəaliyyət göstərirdisə və mənzil tikintisini həyata keçirirdisə, ötən ilin sonlarında onların sayı 160-a qədər azalıb. Bu il də tikinti sektorunda böhran davam etsə, bazarda şirkətlərin sayının yarıya qədər azalacağı və 80-90 rəqəmləri həddində dəyişəcəyi gözlənilir. Bu səbəbdən mütəxəssislər deyir ki, daşınmaz əmlak bazarında yaşanan hazırkı böhran şəraiti tikinti sektoru üçün ən təhlükəli dövr hesab edilə bilər. İpoteka kreditlərinin isə həm həcminin az olması, həm də onun əsasən köhnə mənzillərin alınmasına yönəldilməsi tikinti şirkətlərinin durumunu daha da ağırlaşdırır.
   Qeyd edək ki, vəziyyətdən çıxış yolu kimi, bu il ərzində Mərkəzi Bank tikinti-əmanət banklarının yaradılması təklifilə çıxış edib. Belə banklarda iştirakçılar kollektiv razılaşma əsasında fəaliyyət göstərdiyindən, depozitlər üzrə faiz dərəcəsi aşağı, kreditləşmə müddəti daha uzun dövrlü olur. Tikinti-əmanət bankları və ya tikinti-əmanət kassaları bank sektoru üçün etibarlı borcalanlar qrupunun formalaşması və onların maarifləndirilməsi üçün effektli alət hesab olunur.
   Mənzil kreditləşdirməsinin bu forması sovet dövründə bir çox sosialist ölkələrində də tətbiq edilib. Dünyada daha geniş tətbiq edilən kütləvi ipoteka formaları Almaniyada qeydə alınıb ki, onların arasında da ən populyarı tikinti-əmanət kassaları olub. İkinci Dünya Müharibəsindən sonra yaranmış iqtisadi tənəzzül və etibarlılıq böhranı zamanında, 1952-ci ildə Almaniya hökuməti məhz tikinti əmanətlərinə, subsidiyalara vəsait ayırmaqla vəziyyətdən çıxış imkanı əldə etdi. Statistikaya görə, Almaniyada tikinti-əmanət kassaları vasitəsilə 1973-cü ildə 14 milyon nəfərlə (əhalinin 22,5 faizi), 1983-cü ildə 24 milyon nəfərlə (əhalinin 39,2 faizi), hazırda isə 32 milyon nəfərlə (əhalinin 38,7 faizi) müqavilə imzalanaraq onlara xidmət göstərilib.Bu sistemə görə, tikinti-əmanət kassalarının üzvləri müntəzəm olaraq depozitə haqlar qoyur və mənzil əldə etmək üçün tələb olunan məbləğin 50 faizi yığılır. Burda başlıca məqsəd müqavilədə qabaqcadan şərtləşdirilmiş qaydada yerdə qalan 50 faizin güzəştli faizlərlə kreditə götürülməsinə nail olmaqdır. Bu zaman depozit və kreditə görə faiz dərəcəsi inflyasiya tempindən asılı vəziyyətə salınmır.
   
Tahir TAĞIYEV
İraq Mehdi Ordusunun lideri Müqtəda Əs-Sədr maştağalılara yaxşılıq etdi
Kərbəlada ölən azərbaycanlı qızın meyitini İraq hökumətindən o alıb
Azərbaycandan Kərbəla ziyarətinə gedən avtobusun naməlum şəxslər tərəfindən güllələnməsi nəticəsində ölən Maştağa sakini, 16 yaşlı Leyla Əhmədovanın cənazəsini İraq şiələrinin və Mehdi Ordusunun lideri Müqtəda Əs-Sədr İraq hökumətindən alaraq valideynlərinə təhvil verib.
   Lent.az-ın xəbərinə görə, bu barədə birlik.az saytı məlumat yayıb.
   Məlumatda bildirilib ki, "Əl-Məhdi" Hərəkatının lideri işə qarışıb və azərbaycanlı qızın cənazəsini İraq hökumətindən alaraq valideynlərinə təhvil verib. Əks halda L.Əhmədovanın cənazəsi istintaq getdiyindən və saxta viza ehtimalı ilə vizaların yoxlanmasından ötrü hələ bir neçə gün də İraq hüquq-mühafizə orqanlarının tibb mərkəzində qalmalı imiş. Ümumiyyətlə, İraq hökuməti cənazənin İraqda yox, Azərbaycana dəfn olunmasını istəyirmiş. Problemi Müqtəda Əs-Sədr həll edib.
   Leyla Əhmədovanın yaxın qohumları Lent.az-a gənc qızın fevralın 2-də Nəcəf şəhərində dəfn olunduğunu bildiriblər. Onların sözlərinə görə, L.Əhmədovanın valideynləri hələ də İraqdadır. Xatırladaq ki, yanvarın 27-də Kərbəla ziyarətinə gedən Maştağa sakinlərinin avtobusu İraqın Samirə şəhərində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Nəticədə Maştağa sakini 16 yaşlı Leyla Əhmədova ölüb, daha iki azərbaycanlı isə yaralanıb.
İstefada olan hərbçilərin imkanlarından faydalana bilirikmi?
Vacib məsələyə münasibətlər fərqləndi
Emin Həsənli: "İstefada olan hərbçilərin təcrübəsindən istifadə olunur. Onlar ali hərbi məktəblərdə təlim-tədris mərkəzində işləyir və orada fəaliyyət göstərirlər"
Yaşar Cəfərli: "Azərbaycanda bu siyasət formalaşmadığı üçün ehtiyata buraxılan zabitlərin potensialından istifadə olunmur"
İnkişaf etmiş ölkələrin tərübəsində istefada olan hərbçilərin bilik və bacarığından geniş istifadə olunur. Bu istifadə müxtəlif formalarda olur.
   Belə ki, həmin ölkələrdə isteyfada olan hərbçiləri hərbi məktəblərdə təlim-tədris işinə cəlb edirlər. Onlar kursantlar qarşısında mühazirə oxuyub öz tövsiyələrini verir. Bununla belə istefada olan hərbçilər bir sıra strateji analitik tədqiqatlarla məşğul olan mərkəzlərdə işləməklə, bəzən görürsən ki, çox dəyərli araşdırmalar ortaya qoyurlar. Bu da hərbçilər üçün çox gərəkli olur. Azərbaycanda da kifayət qədər bacarıq və zəngin təcrübəyə malik istefada olan yüksək rütbəli hərbçilərimiz var. Nəzərə alsaq ki, Azərbaycan 18 ildir müstəqilliyə qovuşub və müharibə şəraitindədir, o zaman sözügedən hərbçilərin bilik və bacarığından istifadə etməyin nə qədər vacib olduğu ortaya çıxacaq. Bəs bizdə necə, istefada olan hərbçilərin bilik və bacarığından istifadə olunurmu?
   "Silahlı Qüvvələrə İctimai Nəzarət" İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycanda isefaya göndərilən hərbçilərin təcrübəsindən istifadə olunmadığı fikrilə razı deyil "İstefada olan hərbçilərin təcrübəsindən istifadə olunur. Onlar ali hərbi məktəblərdə təlim-tədris mərkəzində işləyir və orada faliyyət göstərirlər. Eyni zamanda bacarıq və biliklərini də o istiqamətdə sərf edirlər. Bu baxımdan Hərbi Elmi Mərkəzi nümunə göstərmək olar. Hələlik HEM-nin işçiləri sərəncamdadır. Sözügedən elmi mərkəzdə sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev, general Məmmədhüseyn Sarıyev və digərlərinin elmi biliklərindən istifadə olunur. Sadəcə, indi onlar sərəncamdadı. Yəqin ki, bu məsələ öz həllini tapacaq. Bununla yanaşı, istefada olan hərbçilər Ehtiyatda Olan Zabitlər Konfederasiyasında birləşiblər. Ora da Dadaş Rzayev rəhbərlik edir. Tez-tez öz təkliflərini hazırlayıb Müdafiə Nazirliyi rəhbərliyinə göndərirlər. Bu minvalla da öz təcrübələrini ortaya qoyub, bilik və bacarıqlarını nümayiş etdirirlər. Tez-tez görüşlər keçirir, hərbi hissələrə gedirlər, regionlarda olurlar. Adam özü onlara baxıb həvəslənir ki, bu yaşda bizim bacarıqlı, savadlı zabitlərimiz var. Həmçinin, tez-tez kursantların qarşısında çıxış edib təkliflərini onlara bildirirlər. Ötən il D.Rzayev Baləkən rayonunda paraşütla tullanmaqla desantlara böyük bir nümunə göstərmiş oldu. Bununla onlar ordu quruculuğuna öz töhfələrini verir və əldə etdikləri təcrübələri paylaşırlar. Mən özüm dəfələrlə ehtiyatda olan hərbçilərə məsləhət görmüşəm ki, gördükləri işləri mətbuatda işıqlandırsınlar. Bir çox hallarda onlar təvəzökarlıqlarından fəaliyyətlərinin böyük hissəsini mətbuatda yaymırlar".
   "Ehtiyatda və İstefada Olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərli isə fərqli düşünür. O hesab edir ki, sözügedən məsələ çox aktualdır və bunun reallaşması üçün dövlətin müəyyən siyasəti olmalıdır: "Azərbaycanda isə bu siyasət formalaşmadığı üçün, ehtiyata buraxılan zabitlərin potensialından istifadə olunmur. Ancaq dünyanın əksər ölkələrində bu potensialdan geniş istifadə olunur. Misal üçün, Çində, Türkiyədə, Rusiyada, qərb ölkələrində bu potensialdan normal qaydada düzgün istifadə olunur. Kim işləmək istəyirsə, ona şərait yaradırlar və ehtiyatda olan hərbçini işlə təmin edirlər. Hətta postsovet ölkələri olan Ukrayna və Rusiyada ehtiyata buraxılan hərbçilər üçün adaptasiya layihələri həyata keçirilir. Yəni həm mülki həyata uyğunlaşdırma, yeni peşəyə yiyələnmə, həm də təcrübəli insanlardan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunması kimi vasitələrə baş vururlar. Ancaq bizdə, təəssüflər olsun ki, belə layihələr həyata keçirilmir. Belə layihələrin həyata keçirilməsi üçün müvafiq dövlət proqramı da yoxdur. Ümumiyyətlə, belə layihələrin həyata keçirilməsi üçün heç düşünmürlər də".
   
Vidadi ORDAHALLI
Zərdab məktəblisi dəm qazından boğulub ölüb
Zərdab rayonunda 14 yaşlı məktəbli dəm qazından boğulub. Bu barədə APA-ya Zərdab Rayon Polis Şöbəsindən məlumat verilib.
   Hadisə fevralın 3-dən 4-ə keçən gecə baş verib. Rayon sakini, 1996-cı il təvəllüdlü Camal Camalzadə hamamda çimərkən dəm qazından boğularaq ölüb.
   Faktla bağlı Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
Məcburi köçkün mənzilləri ətrafında maxinasiya təhlükəsi...
Samir Əliyev: "Burada ən pis məqam odur ki, imkanı yaxşı olan, evi olan məcburi köçkünlər yataqxanada, məktəbdə olan yerlərini əldən vermək istəmir"
Son illər hökumətin maliyyə imkanları yaxşılaşdıqca, qaçqın və məcburi köçkünlərin həyat və şəraitini yaxşılaşdırmaq üçün ayrılan vəsaitlərin həcmi artırılır. Sözügedən kateqoriyaya aid olan vətəndaşlarımız üçün bir sıra qəsəbələr salınıb. Eyni zamanda, bir neçə ay bundan əvvəl Binəqədi rayonunda qaçqın və məcburi köçkünlər üçün 369 mənzilli 6 bina istismara verildi.
   Onu da qeyd edək ki, Ermənistandan qaçqın düşən soydaşlarımıza verilən evlər daimi onlara məxsus olacaq. Qarabağdan olan məcburi köçkünlərə verilən evlər isə müvəqqəti xarakter daşıyacaq. Torpaqlar azad olunandan sonra evlər hökumətin balansına keçəcək. Burada bir məqam da var ki, məcburi köçkünlərə verilən mənzillərdə həqiqətən də onların yaşayıb-yaşamadığı diqqətdə saxlanacaq. Belə ki, həmin evlərin hansısa formada kirayə verilməsi qəti qadağandır. Qaçqın adından istifadə edib, tikilən həmin mənzillərə yiyələnmək istəyən şəxslər də yox deyil və belə halların baş verməyəcəyini istisna etmək olmaz. Bütün hallarda qaçqınlar üçün inşa olunan mənzillərin müəyyən maxinasiya hədəfinə çevrilməsi təhlükəsi yox deyil.
   "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev sözügedən məsələyə aydınlıq gətirərək bunları bildirdi: "Ermənistandan qovulanlara qaçqın, Qarabağ və ətraf rayonlardan qovulanlara məcburi köçkün statusu verilib. O baxımdan, Ermənistan qaçqınlarına verilən evlərin daimi olması təbiidir. Qarabağdan qovulanlara müvəqqəti ev verilməsi hardasa başadüşüləndir. İnşallah, torpaqlar azad olunacaq və onlar yurdlarına qayıdacaq. Hesab edirəm ki, buna nəzarətini artırılması düzgün addımdır. Düzdür, Azərbaycanda nəzarət mexanizmi təkmil olmadığından, müəyyən problemlər yaranır. Bəzən qaçqınlar arasında elə insanlara rast gəlirik ki, hər hansı bir yataqxanada yer də tutur, digər yerdə özünə ev də tikir. Ancaq hər vasitə ilə yataqxanadakı yerini əldən vermək istəmir. Mingəçevirin bir neçə məktəbində məcburi köçkünlər məskunlaşıb. Eyni zamanda, bu dövr ərzində axara düşən məcburi köçkünlərin bir qismi özünə iş taparaq şərait qurub və vəziyyəti yaxşıdır. Buna, təbii ki, sevinmək lazımdır. Ancaq burada ən pis məqam odur ki, imkanı yaxşı olan, evi olan məcburi köçkünlər yataqxanada, məktəbdə olan yerlərini əldən vermək istəmirlər. Bunun bir səbəbi hökumətdən yardım qoparmaqdır. Tikilən yaşayış mənzillərinin qaçqın adı ilə alınıb kirayə veriləcəyi hallarını da istisna etmək olmaz. Elə qaçqın var 4 yerdə evi var. Ona görə də bu məsələlərdə hökumət son dərəcə diqqətli olmalıdır. Yaxşı olardı ki, evlər həqiqi evə ehtiyacı olanlara verilsin".
   
Vidadi ORDAHALLI
4 məscidin dövlət qeydiyyatına alınmamasına Komitədən rəsmi izah verildi
"Əbu-Bəkr"in sənədlərində çatışmazlıq var"
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təşkilat şöbəsinin müdiri Əlirza Qafarov "Şəhidlik", "İlahiyyat", "Əbu Bəkr" və İçəri şəhər "Aşur" məscidlərinin dini icmalarının dövlət qeydiyyatına alınmaması məsələsilə bağlı "Media forum" saytının suallarını cavablandırıb.
   Sayta açıqlamasında Ə.Qafarov bildirib ki, "Dini Etiqad Azadlığı Haqqında" Qanuna görə, islam təmayüllü dini icmalar dövlət qeydiyyatına alınmaq üçün əvvəlcə sənədlərini QMİ-yə təqdim etməli, sənədlər burda araşdırıldıqdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qeydiyyat üçün təqdimat verilməlidir.
   Şəhidlik məscidi dini icmasının təkrar qeydiyyat üçün sənədlərini QMİ-yə təqdim etmədiyini söyləyən Ə.Qafarovun fikrincə, buna məscidin təmirə dayanması səbəb ola bilər: "Əbu Bəkr məscidinin dini icması, yəni Nərimanov rayon dindarları dini icması sənədlərini bizə təqdim edib. Lakin orda bəzi çatışmazlıqlar var. Ona görə də onların sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərməmişik. Sənədlər qaydasında olmayanda həmin dini icmanın qeydiyyatı üçün təqdimat verə bilmirik".
   Ə.Qafarovun sözlərinə görə, "İlahiyyat" məscidinin dini icması da qeydiyyata alınmaq üçün sənədlərini QMİ-yə təqdim edib: "Lakin bu icmanın da sənədləri qanunun tələblərinə uyğun hazırlanmayıb. İcmanın qeydiyyata alınması üçün sənədlərdə hüquqi ünvan göstərilməlidir. "İlahiyyat" məscidinin dini icması isə Yasamal Rayon İcra Hakimiyyətindən və digər qurumlardan hüquqi ünvan haqda sənəd alıb bizə verə bilmir. Ona görə bu icmanın sənədləri də QMİ-də qalıb və Dövlət Komitəsinə göndərilməyib".
   Şöbə müdiri bildirib ki, İçəri şəhər "Aşur" məscidinin dini icması da qeydiyyat üçün QMİ-yə müraciət edib: "Amma bu icmanın da sənədləri düzgün hazırlanmayıb. İçəri şəhər "Aşur" məscidi ləzgi məscidi kimi tanınır.
   Sonralar Mədəniyyət və Turizm Nazirliyi məscidə hazırkı adı verdi və qapıdan bir lövhə də asdılar. Lakin məscidin indiki dini icması Samur dindarlarının dini icması adlanır. Ona görə də sənəddə uyğunsuzluq var və Dövlət Komitəsinə təqdim olunmayıb".
   Ə.Qafarovun sözlərinə görə, QMİ icmalara sənədlərində olan çatışmazlıqları aradan qaldırmaq üçün müraciət edib: "İcmaların bunu niyə etmədiyini deyə bilmərəm.
   Sənədlərin indən belə Dövlət Komitəsinə göndərilməsi isə mümkün deyil. Çünki bunun üçün vaxt yanvarın 1-dək idi. Ola bilsin, sənədlərini vaxtında təqdim edə bilməyən icmalar üçün bir tənzimləmə yolu tapılsın. Sənədləri QMİ-də qalan başqa icmalar da var".
Soçidə razılaşdırılmış "preambulada" müqəddəratı təyinetmə prinsipi də var?
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə razılaşdırıldığı bildirilən preambulanın nədən ibarət olması haqda sualı cavablandırıb.
   Milli.Az tert.am saytına istinadən xəbər verir ki, Nalbandyan preambulanın razılaşdırılmasının danışıqlar prosesinin sona yaxınlaşması kimi qəbul edilməsini düzgün saymır. "Hesab etmirəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun preambulanın razılaşdırıldığını söyləməsi danışıqlar prosesinin sona yaxınlaşması haqda düşünməyə əsas verir", - deyə Nalbandyan bildirib. Nazir preambulanın detallarını açıqlamayıb: "Onun ictimaiyyətə açıqlanmasına dair razılıq əldə edilsəydi, açıqlanardı. Yalnız onu deyə bilərəm ki, sənəddə yer almış məqamlar sırasında müqəddəratı təyinetmə prinsipi də var".
Polis mayorunun Hafiz Hacıyevin həyatına qəsd cəhdi şişirdilmiş xəbər imiş
Daxili İşlər Nazirliyinin mətbuat xidməti partiya sədri və mayorun sürücüləri arasında insident barədə məlumat yaydı
"Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşı Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin həyatına qəsd etməyə cəhd edib".
   Bu məlumat Lent.az-a MMP-nin mətbuat xidmətindən verilib. Hadisə dünən saat 10.30-da baş verib.
   Məlumata görə, polis mayoru Firdovsi Quliyev 10-BU-050 dövlət nömrə nişanlı "Cip"lə Azadlıq prospekti 189 ünvanında yerləşən partiya qərargahına gedən Hafiz Hacıyevin avtomobilinin qarşısını kəsib. Bu, qərargahın 50 metrliyində baş verib. Onların arasında mübahisə yaranıb. Partiyadan bildirilib ki, "Cip"dən düşərək H.Hacıyevin üzərinə hücum edən şəxs mülki paltarda olub. Lakin sonradan məlum olub ki, bu şəxs polis mayoru Firdovsi Quliyevdir. İşə qarışan 4-cü polis bölməsinin rəhbərliyi məsələnin xətasız ötüşməsinə nail olub. Hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova məlumat verilib. "Bu gün partiya sədrilə polis mayoru arasında olan söhbət avtomobili park etmək üstündə olub. Bu, əslində partiya sədrilə polis mayoru arasında deyil, iki sürücü arasında olan məsələdir".
   Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə polis mayoru Firdovsi Quliyev arasında yaranmış mübahisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumatda belə qeyd olunub.
   Məlumatda bildirilib ki, MMP-nin qərargahı ilə Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin inzibati binası yaxın məsafədə yerləşir. Dünən səhər Firdovsi Quliyev avtomobilini park etdikdən sonra Hafiz Hacıyev də maşınını onun yaxınlığında saxlamaq istəyib. Bu zaman partiya sədri polis mayorundan "maşınının yerini bir qədər dəyişməsini", konkret olaraq bölmənin qabağında saxlamağını istəyib. Mayor isə onun bu istəyinə gec əməl edib. "Belə olan halda onlar arasında anlaşılmazlıq yaranıb". DİN mətbuat xidmətinin məlumatında belə deyilir. "Məsələdən xəbər tutan bölmə rəhbərliyi onların hər ikisini çağıraraq söhbət edib. Beləliklə də anlaşılmazlıq aradan qalxıb və onlar sakitləşərək barışıblar. Partiya mətbuat xidmətinin guya polisin partiya sədrinin həyatına qəsd etməyə cəhd etməsi barədə deyilənlərsə həddindən artıq şişirdilmiş və təəccüb doğuran məlumatdır" - deyə, məlumatda bildirilib.
   
RAMİL
Qarsdakı konsulumuz Həsən Zeynalov fevralın 10-da mükafat alacaq
Konsulun fəaliyyəti Şimal-Qərb Jurnalistlər Cəmiyyətinin diqqətini çəkdi
Fevralın 4-də Şimal-Qərb Jurnalistlər Cəmiyyətinin sədri Yucəl Sezər və cəmiyyətin idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğuna gələrək, baş konsul Həsən Zeynalova göstərdiyi xidmətlərə görə xüsusi plaket təqdim edib.
   Plaketdə əks olunmuş mətndə bildirilir ki, baş konsul Həsən Zeynalov fəaliyyət göstərdiyi müddətdən Şimal-Qərb Jurnalistlər Cəmiyyətinin diqqətini çəkərək, mətbuatla sıx əməkdaşlığına, Türkiyə-Azərbaycan ilişgilərinin möhkəmləndirilməsinə, iki qardaş xalqın keçmişi, bu günü və sabahı naminə səmərəli işinə görə mükafatlandırılıb. Həmçinin vurğulanır ki, Azərbaycanda, həm də Türkiyədə hər kəs üçün doğma olan "Bir millət, iki dövlət" çağırışını xidmətlərilə təsdiq edən və göstərdiyi millətsevərlik, tarixi həqiqətlərə sayğı, Türkiyə-Azərbaycan birliyinin sabahına inamın nümayişi müqabilində, eləcə də bir diplomat kimi mətbuata, jurnalist peşəsilə məşğul olan hər kəsə sayğısına görə Həsən Sultan oğlu Zeynalovun Şimal-Qərb Jurnalistlər Cəmiyyətinin xüsusi ödülünə layiq görülməsi barədə 10.01.2010-cu ildə qərar qəbul edilib. Həmin qərara əsasən də fevralın 4-də mükafat sahibinə, yəni Azərbaycanın Qarsdakı baş konsulu Həsən Sultan oğlu Zeynalova təqdim edil.
   Biz də baş konsulumuzu layiq görüldüyü mükafat münasibətilə təbrik edirik.
Güc nazirliklərinin informasiya siyasəti dəyişəcək
NATO ilə əməkdaşlıq çərçivəsində bir neçə nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələrində yeni mərhələ başlayır
Dövlət strukturlarının mətbuat xidmətlərinin heç də hamısının tələblərə uyğun və jurnalistləri qane edən şəkildə fəaliyyət göstərmədiyi sirr deyil. Bununla bağlı mediada dəfələrlə məsələ qaldırılsa da, hələlik sözügedən sahədə lazımi nəticələr əldə olunmayıb.
   Lakin belə vəziyyət mətbuat xidmətlərinin təmsil etdiyi dövlət orqanlarının özlərini də təmin etmədiyindən, bu sahə üzrə dəyişikliklərin olması rəsmi strukturların özlərinin də maraq dairəsindədir.
   Lakin bir sıra orqanların mətbuat xidmətlərinin fəaliyyətində dəyişikliklər təkcə qeyd olunan səbəblə bağlı deyil. Məsələn, fəaliyyəti az-çox qənaətbəxş olan və jurnalistlər üçün daha əlçatan sayılan güc strukturlarının mətbuat xidmətlərinin fəaliyyətində yaxın perspektivdə gözlənilən dəyişiklik daha çox Azərbaycanın NATO ilə reallaşdırdığı əməkdaşlıq fonunda baş tutacaq. Məlumatlara görə, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) çərçivəsində güc strukturlarının ictimai məlumatlandırma siyasətində dəyişikliklərin davam etdirilməsi gözlənir. Bu barədə "MilAz" İnformasiya Agentliyinə İPAP-ın gerçəkləşməsinə məsul işçi qrupundan məlumat verilib. Məlumatda o da qeyd edilir ki, dəyişikliklər Müdafiə, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların mətbuat xidmətini əhatə edir. Məlumata görə, hazırda İPAP çərçivəsində güc strukturlarının ictimaiyyəti məlumatlandırma siyasətinə dair konsepsiya işlənir. Strategiya güc strukturlarının fəaliyyəti barədə müntəzəm ictimai məlumatlandırma, mətbuat konfranslarının keçirilməsi, islahatlar barədə jurnalistləri maraqlandıran suallara qısa zaman kəsiyində cavab verilməsi, ölkədə hərbi istiqamətdə analitik düşüncə bacarıqlarının artırılmasına töhfə verilməsi və s. nəzərdə tutulur.
   Xatırladaq ki, İPAP-da əks olunan vacib məqamlardan biri ölkənin müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilən islahatlarla bağlı cəmiyyətin daim maraqlandırılmasıdır. Konkret olaraq İPAP-a görə, Azərbaycan rəhbərliyi ölkə cəmiyyətinin NATO və onun tərəfdaşlıq proqramları, Bakının Alyansla əməkdaşlığı barədə məlumatlılığının artırılmasına çalışmalıdır. Bütün bunlarda məqsəd ölkənin müdafiə və təhlükəsizlik sistemində islahatların həyata keçirilməsində cəmiyyətdən dəstək almaqdır. Bununla bağlı olaraq ictimaiyyətlə "isti" münasibətlərin daim saxlanması zəruri hesab edilir. Bu səbəbdən, məhz ictimaiyyətin məlumatlandırılması strategiyası hazırlanmalıdır. Məqsəd islahatlar proqramı üçün siyasi və ictimai dəstəyin alınmasıdır.
   "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, İPAP-da elm və informasiya sahəsi üzrə Azərbaycanın qarşısına bir sıra ciddi öhdəliklər qoyulub: "Bu çərçivədə Azərbaycan Müdafiə və Xarici İşlər nazirliklərində Azərbaycanla NATO arasında mövcud münasibətlərlə bağlı milli informasiya strategiyasını hazırlamaq zəruri hesab edilir. NATO ekspertlərinin fikrincə, bu, təhlükəsizlik və müdafiə sahəsində islahatlara yardımçı olacaq".
   Silahlı Qüvvələrdə həyata keçirilən NATO islahatlarının əsas mahiyyəti, həm də bu prosesdə ictimai iştirakın təmin edilməsilə bağlıdır ki, bu da ilk növbədə ictimai məlumatlandırmanın səviyyəsilə əlaqədardır. Bu xüsusda Silahlı Qüvvələrin əhəmiyyətli hissəsinin cəmləşdiyi Müdafiə Nazirliyinin mətbuat xidmətində ciddi islahatların aparılması gözləniləndir. Məlumata görə, dəyişiklik xidmətin işçi heyətini və fəaliyyət istiqamətlərini əhatə edəcək. "Doktrina" mərkəzi bildirir ki, NATO qarşısında götürülmüş öhdəliklərə əsasən, Müdafiə Nazirliyi informasiya kampaniyasını genişləndirməli, cəmiyyəti məlumatlandırmaq üçün idarələrarası xüsusi işçi qrupu yaratmalıdır. Bununla yanaşı, Azərbaycanın təhlükəsizlik sahəsində həyata keçirilən Avroatlantik standartlara uyğun islahatlar, eləcə də NATO barədə tele və radioverilişlərin hazırlanması və yayılması vacib hesab edilir. İPAP-da Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərinin xüsusi kurslar vasitəsilə imkanlarının təkmilləşdirilməsi vacib amil kimi qeyd edilir.
   Məlumat üçün bildirək ki, artıq üçüncü mərhələsi başlayan İPAP sənədi əsas etibarilə 4 sahədə (siyasi məsələlər və ümumi təhlükəsizlik problemləri, hərbi, təhlükəsizlik və müdafiə sahəsindəki problemlər, ekologiya, elm problemləri və ictimai məsələlər, informasiya mübadiləsi və inzibati məsələlər) olan problemləri əhatə edir. Planın əsas hissəsinin Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinə aid olduğu bildirilir.
   
Tahir TAĞIYEV
"Aqo" qrupunun Azərbaycanla bağlı təxirə salınmış hesabatı dinləndi
Qrupun formatı dəyişdirilə bilər
Dünən Avropa Şurası Nazirlər Komitəsinin 1076-cı iclası keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, toplantıda AŞ Nazirlər Komitəsinin "Aqo" qrupunun 2009-cu ilin noyabrın 20-25-də Azərbaycan və Ermənistana səfərinə dair hesabatı dinlənib.
   Qeyd edək ki, qrup hesabatı Avropa Şurası Nazirlər Komitəsinə yanvar 20-də keçirilmiş iclasında təqdim etməli olsa da, sənədin təqdimatı təxirə salınıb.
   Buna bəzi məsələlərə dair əlavə məsləhətləşmələrə zərurət yaranması səbəb olub.
   Avropa Şurası Nazirlər Komitəsi sədrinin müavini və "Aqo" qrupunun katibi Kristof Puarel məsləhətləşmələr başa çatdıqdan sonra hesabatın AŞ Nazirlər Komitəsinə təqdim olunacağını bildirib.
   Müzakirələr zamanı "Aqo" qrupuna daxil olan səfirlər Azərbaycandakı proseslərdən və irəliləyişlərdən məmnun olduqlarını bildiriblər. Azərbaycanla bağlı hesabat ümumilikdə müsbət qiymətləndirilib.
   Həmçinin, iclasda qrupun gələcək fəaliyyəti ilə bağlı da müzakirələr aparılıb.
   Müzakirələrə görə, "Aqo" qrupunun formatının dəyişdirilməsi məsələsi gündəmdədir.
   İclasda Dağlıq Qarabağ probleminə dair aparılan danışıqların indiki mərhələsilə də bağlı müzakirələr aparılıb.
   Müzakirələr zamanı Azərbaycan hökümətinə müsbət irəliləyişləri inkişaf etdirmək barədə çağırış edilib.
Azərbaycanda parlamentin adından çap edilən 7 qəzet hədəfə alındı
İkisi artıq "reket" siyahısındadır
Azərbaycan Mətbuat Şurası parlament adından çap edilən qəzetlərlə bağlı monitorinq aparır.
   "Parlament adından çap olunan qəzetlərlə bağlı yeni araşdırma aparılır və onların fəaliyyətilə bağlı qanunsuzluq aşkar olunarsa, müvafiq tədbirlər görüləcək". Bu fikri cümə axşamı Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Amaşovun sözlərinə görə, Milli Məclisin müvafiq strukturlarının razılığı olmadan parlament adında qəzetlərin çap olunmasının özü artıq qanunsuzluqdur. "Kütləvi İnformasiya Vasitələri Haqqında" Qanuna edilən əlavə və dəyişikliklərdə də həmin müddəa öz əksini tapıb", - Şura sədri əlavə edib.
   Onun fikrincə, Milli Məclisin mətbuat xidməti rəhbərliyinin bu məsələyə diqqət ayırması da təqdirəlayiqdir.
   "Düşünürəm ki, biz qarşılıqlı əməkdaşlıq nəticəsində problemin həllinə nail olacağıq" - Amaşov vurğulayıb.
   Şura sədri deyib ki, parlamentin mətbuat xidmətinin müraciətindən sonra aparılan araşdırmalardan sonra iki qəzet "reket" qəzetlər siyahısına daxil edilib. "Parlament adından daha bir neçə qəzetin fəaliyyət göstərdiyi bizə də məlumdur. İndi həmin qəzetlərlə bağlı monitorinq aparılır və yaxın zamanda onlarla bağlı ciddi qərarlar qəbul olunacaq" - o xatırladıb. Azərbaycan Milli Məclisi mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ötən həftə keçirilən mətbuat konfransında Mətbuat Şurasının indiyə qədər onların müraciəti əsasında "Parlamentin sədası" və "Azərbaycan Parlamenti" qəzetlərinin "reket" qəzetlər siyahısına salındığını bildirib. Təvəkküloğlu deyib ki, buna baxmayaraq, parlament adından daha yeddi qəzet çap olunur. Onun sözlərinə görə, "Parlamentin səsi", "Parlament-2005", "Parlament xəbərləri", "Parlament və cəmiyyət", "Parlament", "Millət vəkili" və "Deputatın tribunası" qəzetlərinin parlamentlə heç bir bağlılığı yoxdur.
   
QHT-lərə Dəstək Şurasının maliyyəsi ilə tariximizin qiymətli sənədləri ölkəyə gətirildi
Nəsiman Yaqublu deyib ki...
Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilib. APA-nın məlumatına görə, Azərbaycana gətirilən arxiv materiallarının sərgisi və təqdimatı keçirilib.
   Arxiv materiallarını Türkiyə, Polşa və Almaniyadan toplayaraq Azərbaycana gətirən professor Nəsiman Yaqublu deyib ki, görülən iş Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə baş tutub. Onun sözlərinə görə, Azərbaycana gətirilən 200-dək arxiv materialı arasında Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin və başqalarının şəxsi məktubları, nəşr etdirdikləri jurnallar, qəzetlər, kitablar, fotolar və digər sənədlər var: "Biz "Yeni Qafqaziya", "Odlar yurdu", "Azərbaycan" və digər jurnalların bütün saylarını, Almas İldırıma, Mirzəbala Məmmədzadəyə, Gültəkinə məxsus kitabları, Mustafa Kamal Atatürkün azərbaycanlı mühacirlərlə bağlı verdiyi sərəncamları, Düdənginskiyə aid video görüntüləri, fotoları və digər sənədləri ölkəyə gətirmişik. Bunlar çox mühüm sənədlərdir. Biz onları Milli Arxiv İdarəsinə təhvil verəcəyik". Tədbirdə çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev belə bir layihəni maliyyələşdirməkdən qürur duyduqlarını, görülən işin Azərbaycanın tarixi, mədəniyyəti baxımdan mühüm əhəmiyyət kəsb etdiyini deyib. A.Quliyev bildirib ki, ölkəyə gətirilən sənədlər həm də qiymətli araşdırma materiallarıdır.
   
Şevarnadzenin müşaviri həbs edildi
ABŞ xüsusi xidmət orqanları Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin müşaviri olmuş Temur Basiliyanı həbs edib.
   APA-nın "İmedi" telekanalına istinadən verdiyi xəbərə görə, T.Basiliya İnterpol tərəfindən beynəlxalq axtarışda olub. O, Gürcüstan hakimiyyəti tərəfindən korrupsiya əməllərində ittiham edilir. T.Basiliya bir neçə milyon lari məbləğində maliyyə vəsaitini mənimsəməkdə günahlandırılır.
   
   
Gəncə şəhərində 52 yaşlı kişi özünü asıb
Gəncə şəhərində 52 yaşlı kişi özünü öldürüb. Bu barədə APA-ya Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
   Hadisə fevralın 3-də qeydə alınıb. Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Binəli Abbasov oğluna məxsus evdə özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.
   Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
   
Fəxrəddin Nərimanovun mağazasını talayan ələ keçdi
Bakı şəhər sakini Fəxrəddin Nərimanova məxsus N.İsmayılov küçəsində yerləşən mağazadan geyim əşyaları oğurlanıb. /"OLAYLAR"İA/ DİN-dən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Rəşad Tağıyev tutulub. Onun əvvəllər məhkum olunduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı oğurluğun mağazanın qapısını sındırmaq yolu ilə törədildiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.
   
Elxan Mahmudovun "Mercedes"indən mobil telefon oğurlayanlar tutuldu
Mobil telefon oğurluğu ilə məşğul olan 3 nəfərdən ibarət qrup saxlanıb. "OLAYLAR"İA/ Bakı şəhər BPİ-nin mətbuit xidmətindən verilən məlumata görə, Nərmanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakiniləri Cavanşir Bayramov, Niftalı Qəhrəmanov və Lənkəran şəhər sakini Samit Baxşıyev saxlanıb. İlkin araşdırma zamanı onların Qarabağ küçəsində Elxan Mahmudova məxsus "Mercedes" markalı avtomaşının şüşəsini sındırmaq yolu ilə mobil telefon oğurladıqları müəyyən edilib.
   
   
Rəqsanənin saç ustasına 3500 manat borcu var
Müğənni Rəqsanənin başı yenə dərddədir. Lent.az-a daxil olan məlumata görə, müğənni saç ustası Pərvizə nə az, nə çox - düz 3500 manat borcludur. Borcunu geri almaq istəyən saç ustası müğənniyə və prodüserinə dəfələrlə müraciət etsə də, hələlik bir nəticə əldə edə bilməyib. Qeyd edək ki, müğənninin prodüseri Təranə Səmədova xəbərin həqiqətə uyğun olmadığını deyib. Saç ustası Pərviz isə Lent.az-a açıqlamasında həqiqətən də belə bir borcun olduğunu, Təranə Səmədova ilə Lent.az-ın müxbirinin söhbətindən sonra Rəqsanə ilə telefon söhbəti olduğunu və məsələnin həll etdiklərini bildirib: "Bu borc neçə vaxt idi ki, üst-üstə yığılıb, həqiqətən də belə bir borc var. Lakin biz onunla artıq razılığa gəlmişik". Müğənni Rəqsanə isə xəbəri qəti şəkildə təkzib edib: "Mənim heç kimə borcum yoxdur".
   
Xanlar Sadıqovun "Toyota Prado"su tapıldı
Bakı şəhər BPR-nin mətbuat xidmətindən verilən məlumata görə, Xanlar Sadıqova məxsus "Toyota Prado" markalı avtomaşın Qara Qarayev prospektində qaçırılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomaşını qaçıran Kamin Məmmədov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.
   
Gəncə Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı özünü asdı
Gəncə şəhərində eyni gündə ikinci intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, srağagün 30 yaşlı Elnur Tağıyev yaşadığı evin qarşısında dəmir borudan özünü asıb.
   Mərhum Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
   
   
Elçin Behbudov Hacı Məmmədovla görüşə bilməsə də, ondan xəbər gətirib
Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil dəstənin başçısı, ömürlük azadlıqdan məhrum edilən və hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanan, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun səhhəti normaldır.
   Bu barədə məlumatı "OLAYLAR"a MTN Təcridxanasında monitorinq keçirən Elçin Behbudov verib. Onun sözlərinə görə, komitə sədri monitorinq zamanı Hacı Məmmədovla görüşməsə də, onun səhhəti barədə məlumat alıb. Təcridxanadan bildiriblər ki, Hacı Məmmədovun səhhətində heç bir problem yoxdur".
Bakı küçələrindən toy maşınları yığışdırılır
Dövlət Yol Polisi Bakının ayrı-ayrı yerlərində mövcud olan toy maşınları dayanacaqlarını ləğv edir.
   Dövlət Yol Polisindən bildiriblər ki, toy günləri icarəyə verilən avtomobillərin dayanacaqları ləğv edilməlidir. "Yol kənarlarında və səkilərdə belə avtomobillərin düzülməsi tıxaclar yaradır, maşınların və piyadaların hərəkətinə mane olur" - deyə idarənin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov bildirib. O, hələlik yalnız Bakının mərkəzində belə dayanacaqların ləğv olunacağını söyləyib.
   
Sumqayıtda Çingiz Kərimovun mənzilində yanğın olub
Sumqayıt şəhəri 5-ci mikrorayon ev 33/6 ünvanda yaşayan Çingiz Kərimova məxsus 3 otaqlı mənzildə yanğın baş verib.
   /"OLAYLAR"İA/ Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə 6 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Hadisə zamanı evdə olan İradə, Sevinc, Adil, Elsevər Kərimovlar və Bəkir Ağayev tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edib. İlkin tibbi yardım göstərildikdən sonra evə onlara buraxılıb. Yanğının baş vermə səbəblərini müəyyən etmək məqsədilə araşdırma aparılır.
   
   
Prezident Almaniyadadır
Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Almaniya Federativ Respublikasına (AFR) işgüzar səfər edib.
   APA-nın məlumatına görə, Berlinin "Tegel" hava limanında dövlət başçısını Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıb.
   Qeyd edək ki, səfər AFR kansleri Angela Merkelin dəvətilə baş tutub. Azərbaycan prezidenti səfər çərçivəsində A.Merkel və Almaniyanın digər rəsmi şəxslərilə görüşəcək, Münhendə keçiriləcək 46-cı təhlükəsizlik konfransına qatılacaq.
   
Səfər Əbiyev Türkiyəyə gedib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyəyə səfər edib.
   Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya bildirib ki, səfərin məqsədi Şimali Atlantika Şurasının İSAF əməliyyatına töhfə verən qeyri-NATO ölkələri müdafiə nazirlərinin İstanbulda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməkdir.
   
Əli İnsanovun vəkili sabiq nazir barədə xəbəri təkzib etdi
Sabiq səhiyyə naziri Əli İnsanov Ədliyyə Nazirliyinin tibb müəssisəinə köçürülməyib.
   Bəzi KİV-in Ə.İnsanovun tibb müəssisəsinə köçürülməsi ilə bağlı yaydığı məlumatların əsası yoxdur. Bu barədə vəkil Toğrul Babayev "Turan"a bildirib.
   Onun dediyinə görə, dünən Əli İnsanovla görüşüb və o, 12 saylı Cəzaçəkmə Müəssisəsində ağır şəraitdə saxlanır.
   
TURAN
Yasamalda Hümbətovlar ailəsinin üç üzvü dəm qazından boğularaq ölüb
Bakı şəhərində bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb. Bu barədə APA-ya Yasamal Rayon Prokurorluğundan məlumat verilib.
   Hadisə fevralın 4-də saat 14.00 radələrində Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində baş verib. Qəsəbə sakini, 53 yaşlı Rasim Hümbətov yaşadığı evdə dəm qazından zəhərlənib. Onun övladları - 20 yaşlı Fatma, 18 yaşlı Gülşən və 17 yaşlı Aysel isə dəm qazından boğularaq ölüb.
   Hadisə yerində Yasamal Rayon Prokurorluğunun və Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparıb.
   
İran vətəndaşı da Bakıda körpülərə "bomba qoyurmuş"
Cəzasını da aldı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə paytaxtdakı körpülərdən birinə partlayıcı maddə qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən İran vətəndaşının məhkəməsi yekunlaşıb.
   APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Xeyirxah Reza Muxdur oğlunun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
   İttihama görə, 2009-cu ilin sentyabrın 12-də İran vətəndaşı Xeyirxah Reza Muxdur oğlu Bakının Xətai rayonu ərazisində yerləşən "Cavanşir" körpüsünün altına partlayıcı maddə qoyulması barədə Xətai rayon Polis İdarəsinə zəng edərək məlumat verib. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlumatın yalan olduğu bəlli olub.
   R.Xeyirxah Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə təqsirləndirilir.
   Məhkəmədə verdiyi ifadəsində isə Xeyirxah Reza Muxdur oğlu özünü qismən təqsirli bilib.
   
   
   
   
"Baş redaktor nazirin yox, polis əməkdaşlarının iddiası əsasında cəzalandırılıb"
Ehsan Zahidov bəzi KİV-in yanlış təqdimatına düzəliş etdi
"Femida" qəzetinin baş redaktoru nazirin yox, polis əməkdaşlarının iddiası əsasında cəzalandırılıb. Bunu cümə axşamı Trend News-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib.
   "Femida" qəzetinin baş redaktoru Əyyub Kərimov uzun müddət rəhbərlik etdiyi qəzetdə və digər mətbuat orqanlarında daxili işlər orqanlarının əməkdaşlarını ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə onlara böhtan artıb. Öz növbəsində, daxili işlər orqanlarının əməkdaşları və veteranları onlara atılan bu ağır böhtanlarla barışmayaraq xüsusi ittiham qaydasında iddia qaldırıblar" - Zahidov deyib.
   Zahidovun sözlərinə görə, fevralın 3-də Yasamal Rayon Məhkəməsində polis əməkdaşlarının iddiası əsasında məhkəmə istintaqı yekunlaşıb və məhkəmənin hökmü ilə Əyyub Kərimov 1 il 6 ay islah işlərinə məhkum edilib.
   "Təəssüf ki, bəzi KİV bu məhkəmə çəkişməsini daxili işlər orqanların əməkdaşlarının qaldırdığı iddia kimi deyil, guya daxili işlər nazirinin iddiası kimi qələmə verir. Bu tamamilə əsassız yanaşmadır və bir daha qeyd edirik ki, "Femida" qəzetinin baş redaktoru ilə bağlı məhkəməyə daxili işlər orqanlarının əməkdaşları müraciət edib. Ramil Usubov yalnız həmin iddia ərizəsinı nazir kimi imzalayıb. Çünki çoxsaylı polis əməkdaşlarının həmin ərizəni imzalaması qeyri-mümkün idi. Odur ki, Əyyub Kərimovun cəzalandırılması məhz ümumən polis əməkdaşlarının qaldırdığı iddia əsasında həyata keçirilib" - mətbuat xidmətinin əməkdaşı bildirib.
   Srağagün məhkəmənin qərarı ilə Əyyub Kərimov Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilinərək, aylıq maaşından 15% tutulmaqla, 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunub. 220 manat məbləğində məhkəmə xərcləri və məhkəmə ekspertiza xərcləri Kərimovun hesabına ödəniləcək.
 
 
 SON XƏBƏRLƏR
2010-02-05 İran vətəndaşı da Bakıda körpülərə "bomba qoyurmuş"
2010-02-05 Yasamalda Hümbətovlar ailəsinin üç üzvü dəm qazından boğularaq ölüb
2010-02-05 Əli İnsanovun vəkili sabiq nazir barədə xəbəri təkzib etdi
2010-02-05 Səfər Əbiyev Türkiyəyə gedib
2010-02-05 Prezident Almaniyadadır
2010-02-05 Sumqayıtda Çingiz Kərimovun mənzilində yanğın olub
2010-02-05 Bakı küçələrindən toy maşınları yığışdırılır
2010-02-05 Elçin Behbudov Hacı Məmmədovla görüşə bilməsə də, ondan xəbər gətirib
2010-02-05 Gəncə Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı özünü asdı
2010-02-05 Xanlar Sadıqovun "Toyota Prado"su tapıldı
2010-02-05 Rəqsanənin saç ustasına 3500 manat borcu var
2010-02-05 Elxan Mahmudovun "Mercedes"indən mobil telefon oğurlayanlar tutuldu
2010-02-05 Fəxrəddin Nərimanovun mağazasını talayan ələ keçdi
2010-02-05 Gəncə şəhərində 52 yaşlı kişi özünü asıb
2010-02-05 Şevarnadzenin müşaviri həbs edildi
2010-02-05 QHT-lərə Dəstək Şurasının maliyyəsi ilə tariximizin qiymətli sənədləri ölkəyə gətirildi
2010-02-05 Azərbaycanda parlamentin adından çap edilən 7 qəzet hədəfə alındı
2010-02-05 "Aqo" qrupunun Azərbaycanla bağlı təxirə salınmış hesabatı dinləndi
2010-02-05 Güc nazirliklərinin informasiya siyasəti dəyişəcək
2010-02-05 Qarsdakı konsulumuz Həsən Zeynalov fevralın 10-da mükafat alacaq
2010-02-05 Polis mayorunun Hafiz Hacıyevin həyatına qəsd cəhdi şişirdilmiş xəbər imiş
2010-02-05 Soçidə razılaşdırılmış "preambulada" müqəddəratı təyinetmə prinsipi də var?
2010-02-05 4 məscidin dövlət qeydiyyatına alınmamasına Komitədən rəsmi izah verildi
2010-02-05 80 təşkilatın layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertizasından keçmədi
2010-02-05 "Kürd açılımı" Avropa Parlamentinə çıxdı
2010-02-05 Müsavatın rayon təşkilatlarında gərgin başqanlıq müzakirələri...
2010-02-05 Əli Həsənov milli soyadlara orijinal sonluq təklif etdi - "az"
2010-02-05 Zərdab məktəblisi dəm qazından boğulub ölüb
2010-02-05 İstefada olan hərbçilərin imkanlarından faydalana bilirikmi?
2010-02-05 İraq Mehdi Ordusunun lideri Müqtəda Əs-Sədr maştağalılara yaxşılıq etdi
2010-02-05 Tikinti sektorunda barmaqla sayılan qədər şirkət qalacaq
2010-02-05 Elşad Musayev də "Azadlıq" bloku və Müsavatdan cavab gözləyir
2010-02-05 "Ədalət" BAXCP və BQP ilə seçki bloku yaradır
2010-02-05 Sarkozi bu seçkidə Beynəlxalq Valyuta Fondunun rəhbəri ilə rəqib ola bilər
2010-02-05 İsraillə Suriya da "kəllə-kəlləyə" gəlir
2010-02-05 "Xeyr, Türkiyə öz fikrini dəyişməyib"
2010-02-05 NATO Əfqanıstanda terrorçulara qarşı son əməliyyata hazırlaşır
2010-02-05 Dmitri Medvedyev MDB dövlət başçılarını Moskvaya qeyri-rəsmi görüşə dəvət edib
2010-02-05 İrana qarşı yeni bank-benzin sanksiyalarının Azərbaycana da dəxli ola bilər(?)
2010-02-05 Türkiyə-İsrail "dartışmasının" Azərbaycan üçün fəsadları göründü
2010-02-05 Ceyms Staynberqin İlham Əliyevlə görüşü xüsusi missiya ola bilər
2010-02-05 Adam oğurluğuna görə axtarışda olan Asif Şirinxu 10 il həbs aldı
2010-02-05 Hepatit C virusu Lənkəranı bürüyür
2010-02-05 Azərbaycanın neft məhsulları ixracının azalması ciddi səbəblərlə bağlıdır
2010-02-05 Qobustandakı hərbi hissədə iki il əvvəl əlil edilmiş əsgər döyüldüyünü indi açır
2010-02-05 Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir
2010-02-05 Nazirlik bu mağazaları "qara siyahıya" saldı
2010-02-05 Yasamal polisi axtarılan oğrunu saxladı
2010-02-05 Gədəbəydə qızıl sürətlə çoxalır
2010-02-05 771 dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı
2010-02-05 Qadın sürücülər özləri barədə DYP-nin tənqidlərindən o qədər məmnun qalmadı
2010-02-05 "Real" oyunçularının hər birinə 925 min avro mükafat vəd edir
2010-02-05 "Marsel" Fransa kubokuna namizəd oldu
2010-02-05 Meksikada daha bir futbolçuya silahlı hücum edildi
2010-02-05 "Fənərbaxça" "Yuventus"un məşhur futbolçusunu transfer edir
2010-02-05 "Beşiktaş"ın transfer siyasəti Mübariz Mənsimova həvalə edildi
2010-02-05 "Qarabağ"la oyundan sonra "Neftçi"də nə baş verib?
2010-02-05 Nonda "Betis"lə anlaşdı
2010-02-05 Berluskoni Raykaardı "Milan"a gətirmək istəyir
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 "Neftçi" üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
2010-02-05 Azərbaycan yığması arzuolunmaz rəqiblər siyahısında
2010-02-05 Əzizbəyov polisi axtarışda olan Oqtay Əliyevi tutdu
2010-02-05 Ötən il Azərbaycanda 39 nəfər yanğından, 16 nəfər partlayışdan ölüb
2010-02-05 BMT baş katibi özünə "seksual zorakılıq" məsələləri üzrə xüsusi nümayəndə təyin etdi
2010-02-05 Xaçmazın iki sakini dənizdə batdı
2010-02-05 Zaqatalanın Aşağı Tala kəndində fındıq oğrusu həbs edilib
2010-02-05 DİN-in Miqrasiya İdarəsində Azərbaycanda qeydiyyatsız yaşayan 30-a yaxın əcnəbi saxlanır
2010-02-05 Mingəçevirli Rüstəm azyaşlı qızı zorladı və 14 il iş aldı
2010-02-05 Lənkəran və Masallıda saxta qaz sobaları satan mağazaların adları açıqlandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009