Yeni Zaman Partiyası qeydiyyata alınsa parlament seçkilərində iştirak edəcək
Yeni Zaman Partiyası bu ilin sonunda keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəyini hələlik qərarlaşdırmayıb.
Bu barədə məlumatı "OLAYLAR"İA-ya partiyanın sədri Musa Ağayev verib. Bildirib ki, buna səbəb partiyanın dövlət qeydiyyatından keçməməsidir: "Hələlik gözləməyi üstün tuturuq. Ona görə də parlament seçkilərinə hazırlıq istiqamətində partiyada heç bir iş görülmür və YZP-nin seçkilərlə bağlı hər hansı qərarı yoxdur. Seçkilərə qədər Yeni Zaman Partiyası dövlət qeydiyyatına alınsa, o halda biz də parlament seçkilərində iştirak edəcəyik".