.jpg)
Roma Papası II İohann Pavelə qarşı sui-qəsd cəhdinə görə uzun illər həbsxanada yatmış türk Əli Ağcanın vəkili Şövkət Can Özbay maraqlı açıqlama ilə çıxış edib.
Milli.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ağca pontifikin öldürülməsi sifarişini Dövlət Təhlükəsizlik Komitəsindən (DTK) alıbmış. Vəkil Ağcanın 2001-ci ildə Sabina Kastelfranko adlı italiyalı xanıma ünvanladığı məktubu yerli televiziyalardan birinin efirində səsləndirib. Məktubda terrorçu yazıb: "Əzizim Sabina! Səni maraqlandıran suala cavab vermək istəyirəm: Roma Papasını nədən öldürmək istəyirdim? Bunu mənə DTK sifariş etmişdi. Sifarişi Bolqarıstanın xüsusi xidmət orqanları vasitəsilə almışdım. Bunun ardından Bolqarıstan xüsusi xidmət orqanlarının Romadakı qanadının nümayəndəsi cənab Donçevlə görüşdüm. O mənə Papanın ardınca Polşanın o zaman nüfuz toplamaqda olan prezidenti Lex Valensanı da öldürəcəklərini bildirdi. Odur ki, mən sadəcə, sifarişin icraçısı idim".