Nizami İsgəndərovla yanaşı Qənirə Paşayeva, Rüfət Quliyev və Sabir Hacıyev də gedir
Azərbaycan Milli Məclisinin (MM) deputatlarından ibarət nümayəndə heyəti fevralın 7-də Ukraynada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək.
Bu barədə APA-ya nümayəndə heyətinin üzvü, deputat Nizami İsgəndərov bildirib. N.İsgəndərovun sözlərinə görə, onunla yanaşı, millət vəkilləri Qənirə Paşayeva, Rüfət Quliyev və Sabir Hacıyev fevralın 5-də Ukraynaya yola düşəcək.
N.İsgəndərov deyib ki, o seçkiləri MDB Parlament Assambleyasının müşahidəçisi qismində izləyəcək. Deputat həmçinin qeyd edib ki, onlar Ukraynanın müxtəlif bölgələrində seçki məntəqələrində olacaqlar. Deputatların səfəri fevralın 8-də başa çatacaq.