ABŞ dövlət katibinin köməkçisi Türkiyə-
Ermənistan protokollarına yenə müraciət etdi
"ABŞ bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir". APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Vaşinqtonda xarici mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib.
Regionun digər mübahisəli məsələsi Türkiyə-Ermənistan razılaşmasıdır ki, bu da Konqresdə "erməni soyqırımı" qətnaməsinin qəbulu üçün göstərilən cəhdləri yenidən canlandırıb. F.Qordonun sözlərinə görə, ABŞ hələ də inanır ki, hər iki ölkə bu məsələdə irəliləyiş əldə edərək imzalanan sənədləri ratifikasiya etməli və həyata keçirməlidir: "Biz inanırıq ki, bu, iki ölkə arasında tarixi narazılıqları həll edə biləcək bir imkandır. Bu yol hər iki tərəfin xeyrinədir. Münasibətlərin normallaşması və sərhədlərin açılması regionda sülhün və sabitliyin bərqərar olmasına kömək edəcək".