.jpg)
Bakıda iki qardaşdan 7 kiloqramdan çox narkotik götürülüb. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakinləri Aslan Salamovdan 0,261 qram, onun qardaşı Zahiddən isə 0,344 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Onların yaşadığı mənzilə baxış keçirən əməliyyatçılar əlavə olaraq 6 kiloqram 235 qram qurudulmuş marixuana və 1 kiloqram 130 qram heroin aşkar edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.