Qaraçuxurlu Mahmud Quliyev də ali məktəblərə qanunsuz tələbə düzəldirmiş
Ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməkdə ittiham olunan şəxsin barəsində cinayət işi başlayıb.
Nizami Rayon Polis İdarəsindən Trend News-a verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini, 1968-ci il təvəllüdlü Mahmud İmamverdi oğlu Quliyev ali məktəbə düzlətmək adı ilə Astara rayon sakini, 1981-ci il təvəllüdlü Xaqani Söhbəttin oğlu Məmmədovdan 7700 ABŞ dolları alaraq mənimsəyib. Məmmədov pulunun mənimsənilməsi ilə bağlı polisə şikayət edib. Faktla bağlı araşdırmalar davam edir.