Bir azyaşlı qızı və oğlanı zorlamış iki gəncəliyə hökm oxundu
Azərbaycanda zorlamada təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.
Trend News-un məlumatına görə, dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gəncə şəhər sakinləri - Asif Hüseynov, Vüsal Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Elşad Quliyevə isə 2 il icbari cəza təyin edilib. Təqsirləndirilən şəxslər 2009-cu il iyunun 22-də 18 yaşlı Samirəni (ad şərti verilib) zorlayıblar. Onlar daha sonra 14 yaşlı Elmanla (ad şərti verilib) qeyri-təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkmişlərin şikayəti əsasında təqsirləndirilən şəxsləri Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tutub.