Neftçalada bacısını qətlə yetirən
Vüsalın məhkəməsi başladı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bacısını qətlə yetirməkdə təqsirləndirilən Neftçala rayon sakininin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyilə keçirilən prosesdə məhkəmə baxışı fevralın 9-na təyin edilib.
Qeyd edək ki, 2009-cu il oktyabrın 21-də Neftçala rayon sakini, 29 yaşlı Vüsal Babayev qısqanclıq zəminində bacısı Təranəni iplə boğaraq öldürüb. Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Babayev tutulub. Təqsirləndirilən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.