03 Fevral 2010-cı il, N 283(1181)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3665)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Sumqayıtda valyutadəyişmə məntəqəsinə hücum edib pulu mücahidlərə verməli idik"
"Sumqayıt camaatı"nın planları açılır
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, "Sumqayıt camaatı" adı altında beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 Azərbaycan vətəndaşından ibarət mütəşəkkil dəstənin məhkəməsi davam etdirilib.
   APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadələrini davam etdirib.
   Sərbəst ifadəsində özünü qismən təqsirli bilən Namiq Məmmədov deyib ki, Şimali Qafqazda Rusiyaya qarşı çeçen hərbi birləşmələrinin tərkibində döyüşməyib. Lakin Azər Misirxanovun yanına - Gürcüstana gedib. Təqsirləndirilən Elşən Druskar isə ifadəsində İnquşetiyaya getdiyini və səfərinin məqsədinin Rusiya Silahlı Qüvvələrinə qarşı radikal dini qruplaşmalar tərəfindən aparılan hərbi əməliyyatlarda iştirak olduğunu bildirib.
   İttiham olunan Teymur Axundov sərbəst ifadəsində özünü qismən təqsirli bilib. O, dini qruplaşmaya yardım etməsini Allah yolunda mübarizə kimi dəyərləndirib: "Bakıda valyutadəyişmə məntəqəsinin işçilərinə hücum edib, əldə etdiyimiz pulu mücahidlərə verməliydik. Çünki həmin şəxslər bu pulu haram yolla qazanmışdılar".
   Təqsirləndirilən Arif İbrahimov Gürcüstanın Qori şəhərində silahla təmin olunduqlarını deyib: "Ancaq mən heç vaxt silahlı birləşmədə təmsil olunmamışam. Gürcüstana Namiq Məmmədovun dəvətilə getmişəm. Lakin vəziyyətdən xəbərim olmayıb".
   Prosesdə ifadə verən digər təqsirləndirilən şəxslər Elçin Canağayev, Ramil Fərzəliyev, Fuad Mövsümov və Rəşad Mahmudov özlərini qismən təqsirli bilib.
   Proses fevralın 10-da davam etdiriləcək.
   
Neftçalada bacısını qətlə yetirən Vüsalın məhkəməsi başladı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bacısını qətlə yetirməkdə təqsirləndirilən Neftçala rayon sakininin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
   APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyilə keçirilən prosesdə məhkəmə baxışı fevralın 9-na təyin edilib.
   Qeyd edək ki, 2009-cu il oktyabrın 21-də Neftçala rayon sakini, 29 yaşlı Vüsal Babayev qısqanclıq zəminində bacısı Təranəni iplə boğaraq öldürüb. Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Babayev tutulub. Təqsirləndirilən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.
   
"Rövşən Lənkəranski" ləqəbli kriminal avtoritetin məhkəməsi başladı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbilə tanınan Rövşən Canıyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
   APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyilə keçirilən proses təqsirləndirilən tərəfin vəsatətilə mətbuat nümayəndələri üçün qapalı keçirilib. Prosesdə R.Canıyev ifadə verib.
   Qeyd edək ki, R.Canıyev 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 15, 94.6-cı (qəsdən adam öldürməyə cəhd) və hazırkı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələrilə ittiham olunur.
   Xatırladaq ki, bu cinayət işilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi 1975-ci il təvəllüdlü, "qanuni oğru" Rövşən Canıyev haqqında beynəlxalq axtarış elan edib.
   2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rusiya vətəndaşı Rövşən Rafiq oğlu Canıyev həbs olunub.
   Şevçenko rayon məhkəməsi Rövşən Canıyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə Rövşən Canıyevin qaçqın statusunu ləğv edib.
   Rövşən Canıyev 2009-cu il dekabrın 3-də Ukrayna DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kiyevdə saxlanıb. Onunla birlikdə hazırda Kiyevdə yaşayan, paytaxt restoranlarından birinin sahibi olan Rusiya vətəndaşı və onun üç mühafizəçisi də saxlanıb. Onların üzərindən rezin güllələr üçün nəzərdə tutulmuş "Fort-12P" və "PMR-9" tapançaları və "Vulkan" markalı karabin götürülüb. Bundan başqa, maşında aparılan axtarış zamanı daha bir "Fort-12P" tapançası aşkarlanıb.
   Rövşən Canıyev 2009-cu il dekabrın 12-də Azərbaycana gətirilib.
   
Bir azyaşlı qızı və oğlanı zorlamış iki gəncəliyə hökm oxundu
Azərbaycanda zorlamada təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.
   Trend News-un məlumatına görə, dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gəncə şəhər sakinləri - Asif Hüseynov, Vüsal Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Elşad Quliyevə isə 2 il icbari cəza təyin edilib. Təqsirləndirilən şəxslər 2009-cu il iyunun 22-də 18 yaşlı Samirəni (ad şərti verilib) zorlayıblar. Onlar daha sonra 14 yaşlı Elmanla (ad şərti verilib) qeyri-təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkmişlərin şikayəti əsasında təqsirləndirilən şəxsləri Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tutub.
   
Qaraçuxurlu Mahmud Quliyev də ali məktəblərə qanunsuz tələbə düzəldirmiş
Ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməkdə ittiham olunan şəxsin barəsində cinayət işi başlayıb.
   Nizami Rayon Polis İdarəsindən Trend News-a verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini, 1968-ci il təvəllüdlü Mahmud İmamverdi oğlu Quliyev ali məktəbə düzlətmək adı ilə Astara rayon sakini, 1981-ci il təvəllüdlü Xaqani Söhbəttin oğlu Məmmədovdan 7700 ABŞ dolları alaraq mənimsəyib. Məmmədov pulunun mənimsənilməsi ilə bağlı polisə şikayət edib. Faktla bağlı araşdırmalar davam edir.
   
   
Bənövşə Hacıyevə razılaşdı, Müşfiq Muradov isə...
ABU-da qanunsuz tələbə qəbulu ilə məşğul olanların məhkəməsi deyəsən bitir
Azərbaycanda ali məktəblərə qanunsuz tələbə qəbul etdirməkdə ittiham olunan şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
   Trend News-un məlumatına görə, dünən Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Unversitetinə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməkdə ittiham olunan Binəqədi Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyevanın cinayət işi üzrə keçirilən prosesdə qərar elan edilib.
   Təqsirləndirilən şəxs Muradov apelyasiya şikayətindən imtina edilməsi barədə məhkəməyə məktub göndərib. Həmin məktuba əsasən də hakimlər apelyasiya şikayətinin baxılmasına xitam veriblər. Digər təqsirləndirilən Hacıyeva isə məhkəmənin hökmü ilə razılaşıb.
   Təqsirləndirilən şəxslər 2005-cü ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbələr götürülməsinə başlayıblar. Onlar əvvəlcə tələbələri Dağıstanda olan universitetlərdən birinə qəbul etdirməyi, sonra isə ABU-ya köçürməyi vəd ediblər.
   Təqsirləndirilən şəxslər 2005-2007-ci illər ərzində 100-dən çox vətəndaşı aldadaraq pullarını mənimsəyiblər. Zərərçəkmişlərin şikayətindən sonra təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
   Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək) maddəsilə ittiham olunan Muradovun 4 il müddətinə azadlıqdan məhrum etmə, Hacıyevanın isə 3 il şərti cəza alması barədə hökm çıxarılıb. Hacıyeva məhkəmə zalından azadlığa buraxılıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib.
   Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb. Məhkəmə Muradovun barəsində çıxarılmış hökmü dəyişdirib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökmün digər hissəsi isə qüvvədə saxlanıb. Lakin Muradov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti edib. Ali Məhkəmə onun şikayətini təmin edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
   
Binəqədi polisi Salamov qardaşlarından heroin götürdü
Bakıda iki qardaşdan 7 kiloqramdan çox narkotik götürülüb. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
   Məlumatda bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakinləri Aslan Salamovdan 0,261 qram, onun qardaşı Zahiddən isə 0,344 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
   Onların yaşadığı mənzilə baxış keçirən əməliyyatçılar əlavə olaraq 6 kiloqram 235 qram qurudulmuş marixuana və 1 kiloqram 130 qram heroin aşkar edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-03 Nardaranda "balıq üsyanı"...
2010-02-03 Eynulla Fətullayevin qan və sidik analizləri ətrafında mübahisə yaranıb
2010-02-03 Quba və Dəvəçidə qanunsuz ov edənlər tutulub
2010-02-03 Bakıdan Naxçıvana təyyarə reysləri 3-dən 2-yə endirildi
2010-02-03 "Əzizbəyov" və "Neftçilər" metrostansiyalarının yaxınlığında fahişələrə qarşı "yürüş" keçirildi
2010-02-03 Nərimanov parkında erməni tərəfdarı ilə əleyhdarının razborkası...
2010-02-03 Ağdamda əsgər özünü vurdu
2010-02-03 Sumqayıt Bələdiyyəsinin binası yandı
2010-02-03 Cəlilabadlı azyaşlı "20 Yanvar" metrostansiyasına "bomba qoydu"
2010-02-03 Cəlilabadda İlham Bağırovun aptekini soyublar
2010-02-03 Şiraslan İsgəndərov "Opel" maşınını Sumqayıtda teplovoza çırpdı
2010-02-03 Səbaildə 3 nəfər dəm qazından zəhərlənib
2010-02-03 Siyavuş Novruzov Musa Musayevin ictimai-siyasi fəaliyyətinə qiymət verilməsini zəruri sayır
2010-02-03 ABŞ-ın Bakıdakı səfirliyi də yeni səfiri gözləyir
2010-02-03 ATƏT-in Bakı Ofisinin rəhbəri Bənəniyarda kənd camaatı ilə müzakirə apardı
2010-02-03 Politoloqlar müxalifətin hər seçkiöncəsi eyni səhvi buraxdığını düşünür
2010-02-03 İlham Əliyev "Qazprom"la razılaşmanın maraqlı detallarını açıqladı
2010-02-03 Xətaidə 29 yaşlı Anar Əhmədov 5-ci mərtəbədən düşdü
2010-02-03 Daşkəsəndəki hərbi faciə Dəyirmi Masa müzakirələrinə çıxdı
2010-02-03 ARDNŞ Azərbaycan qazı üçün çıxış yolları axtarır
2010-02-03 Bakı şəhər Ticarət və Xidmət Departamentinə təzə status verildi
2010-02-03 Tanınmış fərdlərin parlament-seçki bloku yarana bilər
2010-02-03 Nizami Cəfərov "Diffamasiya qanunu"nun bu il qəbulunu mümkün saymır
2010-02-03 Eks-prezidentlərin statusu barədə qanun MM-in müzakirəsinə çıxarılır
2010-02-03 Yeni Zaman Partiyası qeydiyyata alınsa parlament seçkilərində iştirak edəcək
2010-02-03 Saysız kiçik partiyalar AXCP və Müsavatdan birlikdə kənarlaşa bilər
2010-02-03 "Müsavat sədri müxalifətin birliyinə böyük zərbə vurdu"
2010-02-03 ACCESS bank "KİV nümayəndələrinə kredit verməyin" qərarı qəbul edib
2010-02-03 Bilgəhdə fəhlə ilə ev sahibi 20 manata görə bıçaqlaşdı
2010-02-03 Naxçıvanda 50 nəfər orta təhsilli bələdiyyə sədri oldu
2010-02-03 Elmira Axundova ilə Qüdrət Həsənquliyevin davası kəskinləşir
2010-02-03 Sabir Rüstəmxanlıya ölüm hökmü vermiş nardaranlı həbsxanadan çıxdı
2010-02-03 Bakı Şəhər Vergilər Departamentinin üç filialı ləğv edildi
2010-02-03 İranın Azərbaycan jurnalistləri üçün viza məsələsində təzə qərarı...
2010-02-03 "20 Yanvar" körpüsünün üstündə "Mercedes" yandı
2010-02-03 İranın viza ayrıseçkiliyi Azərbaycan jurnalistlərinin etirazına səbəb oldu
2010-02-03 İranda edama məhkum edilmiş mitinqçilərin qohum-əqrabası ayağa qalxıb
2010-02-03 İrana vizasız gedən azərbaycanlıların tibbi arayış məsələsi hələ müzakirə olunur
2010-02-03 Rusiya kəşfiyyatının 5 zabiti Ukraynada yaxalanıb
2010-02-03 Kiyevin "Maydan" meydanında kütləvi aksiyalar qadağan edildi
2010-02-03 Roma papasının qətlini Ağcaya sovet DTK-sı sifariş edib
2010-02-03 Nizami İsgəndərovla yanaşı Qənirə Paşayeva, Rüfət Quliyev və Sabir Hacıyev də gedir
2010-02-03 ABŞ dövlət katibinin köməkçisi Türkiyə- Ermənistan protokollarına yenə müraciət etdi
2010-02-03 Riçard Armitac ilk vəzifə bəyanatında Türkiyəyə "soyqırım eyhamı" vurdu
2010-02-03 Saakaşvilinin həyatı təhlükədədir
2010-02-03 Binəqədidə avtobus faciəsi ilə əlaqədar Bakı Şəhər DYP-də iclas keçirilib
2010-02-03 Dərnəgül yolunun sağ-solunda əvvəlki dərəbəylik yenə başlayır
2010-02-03 Təzə avtomobillərin qiymətində yeni bahalaşma gözlənilir
2010-02-03 Lənkəranda "Mercedes" və "Moskviç" toqquşdu
2010-02-03 Azərbaycanda varlılar üçün əlavə vergi...
2010-02-03 Bakının mərkəzində çox bahalı kirayə mənzillər sürətlə boşalır
2010-02-03 Bakıda azı 80 yeni çoxmərtəbəli binanın sökülməsinə qərar verilib(?)
2010-02-03 "Kərbəla yolları" şirkəti ilə Mədəniyyət Nazirliyi məşğul olmalı deyil
2010-02-03 "Vest Hem" hücum xəttindəki problemlərini İlanla həll etdi
2010-02-03 Da Silva "Olimpik-Şüvəlan"la yeni müqavilə bağladı
2010-02-03 "Palmeras"ın futbolçusu "Xəzər Lənkəran"da
2010-02-03 "Olimpik-Şüvəlan" "Neftçi"dən asılı vəziyyətə düşdü
2010-02-03 "Barselona" heyətinə görə planetin ən dəyərli klubudur
2010-02-03 Mançini "Milan"la razılığa gəldi
2010-02-03 "Qalatasaray" 1 milyon 250 min dollara futbolçu aldı
2010-02-03 "Qalatasaray"ın futbolçusunu ciddi cəza gözləyir
2010-02-03 Elanoya əvəzlənmədə çatan yoxdur
2010-02-03 Güləşçilərimiz Ermənistana getməkdən rəsmən imtina etdi
2010-02-03 Milli Kitab Mükafatının təşkilatçısı şifahi suallara cavab vermək istəmədi
2010-02-03 Binəqədi polisi Salamov qardaşlarından heroin götürdü
2010-02-03 Bənövşə Hacıyevə razılaşdı, Müşfiq Muradov isə...
2010-02-03 Qaraçuxurlu Mahmud Quliyev də ali məktəblərə qanunsuz tələbə düzəldirmiş
2010-02-03 Bir azyaşlı qızı və oğlanı zorlamış iki gəncəliyə hökm oxundu
2010-02-03 "Rövşən Lənkəranski" ləqəbli kriminal avtoritetin məhkəməsi başladı
2010-02-03 Neftçalada bacısını qətlə yetirən Vüsalın məhkəməsi başladı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009