03 Fevral 2010-cı il, N 283(1181)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Kənd təsərrüfatında "brüsselyoz qalmaqalı" başlaya bilər
Yolçu Xanvəli rəhbərliyin bu məsələdə hər hansı narahatlığından xəbərsiz olduğunu bildirdi
Azərbaycanda brüsselyoz xəstəliyinə qarşı hazırlanmış preparatlar dövlət qeydiyyatından keçməyə bilər. Bir müddət əvvəl üç müəllif - Baş Baytarlıq İdarəsinin rəisi İsmayıl Həsənov, şöbə müdiri Klinent Əsədov və alim Elxan Babayev tərəfindən ixtira edilmiş bu dərmanlara Kənd Təsərrüfatı Nazirliyi yanında elmi tədqiqat institutlarının rəhbərləri, alimlər, professorlar müsbət rəy verib.
   Məlumatlara görə, sonradan aparılan eksperiment başqa nəticələr üzə çıxarıb. Belə ki, hazırlanmış pereparatların brüsselyoz xəstəliyinin qarşısının alınmasına o qədər də effektli olmadığı müəyyənləşib.
   Məsələdən kənd təsərrüfatı naziri İsmət Abasovun da olduğu bildirilir. Məlumatlara görə, nazir vəziyyətin araşdırılmasına dair göstəriş verib. Qeyd edək ki, Azərbaycanda brüsselyoz əleyhinə preparatın ixtira olunması üçün dövlət büdcəsindən xeyli vəsait ayrılmışdı. Həm də araşdırmanın aparılmasına uzun müddət vaxt sərf olunub. Belə çıxır ki, ayrılan vəsait və vaxt boşuna sərf olunub.
   İxtiraya müsbət rəy vermiş elmi-tədqiqat institutlarında yaxın vaxtlarda ciddi islahatların aparılacağı da bildirilir. Qeyd olunur ki, institut rəhbərləri elmi cəhətdən əsaslandırılmamış rəy veriblər.
   Baş Baytarlıq İdarəsinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə bizimlə söhbətində bildirdi ki, hazırlanmış dərman hələ qeydiyyatdan keçməyib və bu səbəbdən həmin preparatların ölkə miqyasında istifadəsinə icazə verilmir.
   Y.Xanvəli onu da qeyd etdi ki, ilkin eksperimentin nəticəsi müsbət olub: "Preparat 100 baş mal arasında eksperimentdən keçirilib. Nəticə müsbət olub".
   Mətbuat xidmətinin rəhbəri kənd təsərrüfatı nazirinin məsələ ilə bağlı hər hansı narahatlığından xəbərsiz olduğunu da bildirdi. O həmçinin qeyd etdi ki, Baytarlıq İdarəsinin rəhbəri İsmayıl Həsənov ürək ağrısından əziyyət çəkir və Moskvada müalicə alıb. Y.Xanvəli idarə rəisinin hazırda Bakıda olduğunu dedi.
   
Eldar XƏYAL
"Kərbəla yolları" şirkəti ilə Mədəniyyət Nazirliyi məşğul olmalı deyil
Azyaşlı zəvvarımızın İraqda öldürülməsi bir neçə məsələni aktuallaşdırıb
Elşad Miri və İntiqam Hümmətov...
Xəbər verildiyi kimi, Azərbaycandan Kərbəla ziyarətinə gedən zəvvarlar İraqın Samirə şəhəri yaxınlığında terrorçu qrupun hücumuna məruz qalıb. Onlardan biri həlak olub. Həmin şəxs Bakı şəhəri Maştağa qəsəbə sakini Leyla Əhmədovadır. Digər zəvvarlar isə güllə yarası alıb. Azərbaycanlı zəvvarların hamısının qohum olduğu xəbər verilir. Ən çox zəvvar itkisi verən ölkə isə İran olub. 27 nəfər iranlı qətlə yetirilib.
   Araşdırma zamanı o da məlum olub ki, zəvvarları Kərbəla ziyarətinə aparan şirkət heç bir lisenziyaya malik deyil. Yəni qanunsuz fəaliyyət göstərir. Hələ yay aylarında Qafqaz Müsəlmanları İdarəsi Mədəniyyət və Turizm Nazirliyilə birlikdə xəbərdarlıq etmişdi ki, qanunsuz zəvvar aparmaqla məşğul olan şirkətlərin lisenziyası ləğv ediləcək. Bundan sonra bir sıra turizm firmaları öz fəaliyyətinə dəyişiklik etməli oldu. Lakin özünü "Kərbəla yolları" adlandıran şirkət bu xəbərdarlığa məhəl qoymayıb və lisenziya almadan zəvvar daşınmasına davam edib. Hətta bu azmış kimi, ziyarətə aparılanlar arasında yetkinlik yaşına çatmayanlar da var. Zəvvarlar arasında yetkinlik yaşına çatmayanlara yalnız Kərbəla ziyarətində deyil, Həcc və Məşhəd ziyarətlərində də rast gəlmək mümkündür. Azyaşlı və hələ şəxsiyyət vəsiqəsi almamış uşaqların, demək olar ki, hamısı valideynlərinin təsiri nəticəsində ziyarətə aparılır. Üstəlik, onların həyatı da təhlükə altına atılır. Uşaq və yeniyetmələrin ziyarətdən sağ-salamat qayıdacağına isə heç kim zəmanət vermir.
   Dini məsələlər üzrə mütəxəssis Elşad Mirinin sözlərinə görə, zəvvarlar ziyarətə ya hansısa biznes təşkilatının xəttilə, yaxud birgə təşəbbüsləri əsasında gedə bilər: "Əvvəllər Qafqaz Müsəlmanları İdarəsi belə ziyarətlərin təşkilindən gəlir götürürdü. Lakin sonradan təhlükəsizlik məsələlərilə bağlı ciddi problemlər ortaya çıxdığından, bu işləri insanlar öz üzərinə götürməli oldu. Amma bunu lisenziyası olmayan bir şirkət həyata keçiribsə, artıq cinayət deməkdir".
   E.Miri yetkinlik yaşına çatmayan insanın, konkret olaraq 16 yaşında qızın ziyarətə aparılaraq güllələnməyə məruz qalmasını şərh edərkən bildirdi ki, buna həmin ölkələrin hökumətləri cavabdehlik daşımır: "Bunu aparmaq valideynin üzərində olan bir məsələdir, istər aparan, istər aparmaz. Kimsə sıxlıqda qalıb ölürsə, onun təhlükəsizliyinə kim zəmanət verə bilər? Ziyarətə gedən yol əvvəllər İran-Türkiyə-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə idisə, indi yolu dəyişib, Gürcüstan-Türkiyə-Suriya-Səudiyyə-Ərəbistanı istiqamətinə yönəldiblər. Yaxud, təyyarə ilə Səudiyə Ərəbistanının Ciddə şəhərinə uçuşlar təşkil olunur. Başqa təhlükəsizlik problemi olmur. Hər hansı quldur bizi öldürəcəksə, bundan qorunmağa kim təminat verə bilər?"
   E.Miri bildirdi ki, İraqda baş verən məsələ dini məsələ deyil, cinayət işi olduğundan, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bu araşdırılma isə Azərbaycan və İraqın müvafiq qurumları tərəfindən birgə aparılacaq.
   Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov da bildirdi ki, mətbuatda "Kərbəla yolları" adlandırılan şirkət tərəfindən zəvvarları İraqa aparan qurum lisenziyaya malik olmadığına görə nazirlik bu işə qarışa bilməz: "Elə səbəb də o şirkətin lisenziyasının olmamasıdır. Hansısa bir şirkətin lisenziyası olanda və qanunu pozanda biz onu qanunvericiliyə uyğun qaydada cəzalandırır, lisenziyasını ləğv edirik. Amma bu yoxdursa, necə münasibət bildirə bilərik?"
   İ.Hümbətov sözügedən hadisə ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin deyil, hüquq-mühafizə orqanlarının məşğul olacağını nəzərə çatdırdı.
   
Müşfiq ABDULLA
Razin tolkuçkası "tam söküləcək"
Bir çox sahibkarların bazarı tərk edərək Hövsandakı yeni obyektdə yer kirayələdiyi deyilir
Ticarət Mərkəzinin yerində "göydələn" tikiləcəyi barədə xəbərlər dolaşır
Paytaxtın Bakıxanov qəsəbəsindəki yarmarkada köçürülmə işlərinə başlanıb. Bu barədə məlumatı "OLAYLAR"a bazardakı sahibkarlar verib.
   Məlumata görə, artıq bazardakı sahibkarların 60 faizi icarəyə götürdüyü mağaza və piştaxtaları təhvil verib. Hazırda bazarda tək-tək sıralarda piştaxtalar fəaliyyət göstərir ki, həmin şəxslər də gətirdiyi malları sata bilmədiyi üçün bazarda qalıb. Sahibkarlar deyir ki, bazarın bağlanması xəbəri yayıldıqdan sonra ticarət mərkəzinə gələn alıcılar həddindən artıq azalıb. Artıq bazarın bağlanması xəbəri yayılandan və ticarət mərkəzinin qarşısındakı piştaxtalar yığışdırılandan sonra əhali bazarın fəaliyyətinin dayandığını zənn edib. Sahibkarlar deyir ki, bazar fevralın sonuna kimi tam fəaliyyətini dayandırmalı və köçürülməlidir. Elə buna görə də bazarın sahibkarları yeni inşa edilən ticarət mərkəzinə köçür. Artıq əksər sahibkar bazarı tərk edərək, yeni tikilən "Hövsan" Ticarət Mərkəzində müvafiq mağazalar kirayələyib. Bazarda qalan bir neçə sahibkar da artıq həmin yeni ticarət mərkəzinin rəhbərliyilə razılıq əldə edib.
   Məlumata görə, Bakıxanovdakı ticarət mərkəzi fevralın sonunda tam sökülməlidir. Bazarın yerində çoxmərtəbəli yaşayış binasının tikiləcəyi bildirilir.
   Qeyd edək ki, Bakıxanov Ticarət Mərkəzi qəsəbədə əsas magistral yolda avtomobil tıxacları yaratdığı üçün köçürülür. Ərazidə tıxacların aradan qaldırılması üçün bazarın "Hövsan" qəsəbəsinə köçürülməsi planlaşdırılıb. Ticarət Mərkəzinin yanvarın 1-dən bağlanacağı deyilsə də, bəzi səbəblərdən bazarın fevralın sonuna kimi işləməsinə razılıq verilib. Bu razılıq isə bazardakı sahibkarların gətirdikləri malları satmasına şərait yaratmaq məqsədilə əldə edilib. Sahibkarların malları stılandan sonra bazar fəaliyyətini tam dayandıracaq.
   
Bakıda azı 80 yeni çoxmərtəbəli binanın sökülməsinə qərar verilib(?)
"9 mərtəbədən yuxarı bir bina qalmamalıdır"
Bakının mərkəzində tikilən çoxmərtəbəli binaların inşası dayandırılır. Bu barədə məlumatı "OLAYLAR"a mərkəzdə tikintilə məşğul olan şirkətlərdən bildiriblər. Məlumata görə, artıq şəhərin mərkəzində 9 mərtəbədən artıq bina tikintisinə qadağa qoyulub.
   Bakı Şəhər İcra Hakimiyyəti artıq mərkəzdə 9 mərtəbədən artıq bina tikintisilə bağlı quruma edilən müraciətlərə, kimliyindən asılı olmayaraq, rədd cavabı verir. Səbəb kimi isə şəhərin həddindən artıq yüklənməsi göstərilir. Mənbə deyir ki, artıq Bakı meri Hacıbala Abutalıbov bu barədə meriyaya daxil olan bütün şikayətləri araşdırmadan geri qaytarır və heç bir şirkətə icazə vermir. Bütün tikinti layihələri meriyadan birbaşa geri qaytarılır və şirkət rəhbərliyinə tövsiyə edilir ki, 9 mərtəbədən artıq tikinti layihəsi tərtib etdirməsin. Mənbə daha bir maraqlı faktı açıqladı. Bildirdi ki, martın 1-dən Bakının mərkəzində bu vaxta qədər tikilmiş, amma hələlik istifadəyə verilməmiş binaların 9-cu mərtəbədən sonrakı mərtəbələri söküləcək. Bakı merinin qərarı ilə mərkəzdə 9, mərkəzdən kənarda isə 14 mərtəbədən artıq bina tikintisinə qadağa qoyulub. Artıq şəhərin mərkəzində 30, şəhərin nisbətən kənar ərazilərində isə 50-dən artıq belə binanın söküntüsünə qərar verilib. Həmin 30 yaşayış binasının tikintisi hələ başa çatmayıb. Elə bu məqsədlə də sakinlər həmin binaya köçməmiş bu binaların 9 mərtəbədən yuxarısını sökdürmək qərarı verilib. Mənbə bildirib ki, bu məqsədlə həmin şirkətlərə də xəbərdarlıq edilib ki, 9-cu mərtəbədən yuxarı mərtəbələr də mənzillər satılmasın. Əks halda şirkət rəhbərliyinin bu məsələdə məsuliyyət daşıyacağı barədə də onlara xəbərdarlıq edilib.
   Qeyd edək ki, Bakı meri Hacıbala Abutalıbov hələ 2005-ci ildə paytaxtın mərkəzi hissələrində 9 mərtəbədən artıq yaşayış binasının tikilməsinə qadağa qoymuşdu. Bakı meri bu barədə rəsmi sərəncam imzalasa da, həmin sənəddən sonra paytaxtın mərkəzində 14, 16, 18 və 22 mərtəbəli yaşayış binalarının tikinti layihəsini elə özü imzalamışdı.
Bakının mərkəzində çox bahalı kirayə mənzillər sürətlə boşalır
Vüqar Bayramov: "Əvvəlki illərdən fərqli olaraq, xarici vətəndaşlar bahalı mənzillərə o qədər də üstünlük vermir"
"Həm mənzillərin alınmasına, həm də icarəyə götürülməsinə tələbat azalıb"
Son aylar Bakının kirayə mənzil bazarında müəyyən passivlik hökm sürür. Şəhərətrafı və mərkəzdəki bir sıra evlər bom-boş olaraq qalır. Əvvəllər tikintidə çalışan fəhlələr əsasən rayonlardan gəlirdi və onlar da daha çox şəhərətrafı evlərdə kirayə qalırdı. Səbəb o idi ki, həmin evlər mərkəzdə yerləşən mənzillərdən ucuz idi.
   Şəhərin mərkəzində olan mənzilləri isə daha çox xaricdən Azərbaycana işləməyə gələnlər kirayələyirdi. Bununla yanaşı, mərkəzdəki mənzillər ofis məqsədi üçün şirkətlər tərəfindən icarəyə götürülürdü.
   Qlobal maliyyə böhranı başlayandan sonra evlərə tələbat xeyli aşağı düşdü. Nəticədə şəhərin mərkəzində icarəyə götürülən mənzillər boşalmağa başladı. Hazırda ən bahalı mənzillərin yerləşdiyi Səbail rayonunda evlərin bir çoxu boşdur. Əvvəlki illərlə müqayisədə kirayə qiymətləri xeyli aşağı salınsa da, evləri icarəyə götürmürlər.
   İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Bakının kirayə mənzil bazarında hökm sürən durğunluğun tikinti sektorundakı passivliklə daha çox əlaqəli olduğunu bildirdi: "İcarəyə verilən mənzillərə tələbatın azalması bu gün açıq şəkildə müşahidə olunur. Praktiki olaraq, bu gün tez-tez şahidi oluruq ki, Bakının mərkəzində bahalı qiymətə icarəyə verilən evlər boşdur. Eləcə də bir sıra obyektlər var ki, əvvəllər ofis kimi istifadə olunub və bu gün həmin obyektlər faktiki istifadə olunmur. Həmin obyektlərin sahibləri uzun müddət kirayəçi axtarsa da, icarə qiymətini aşağı salsa da, bəzi hallarda kirayənişin tapa bilmir. Ümumilikdə Bakı şəhərində bu tendensiyanın müşahidə olunması tələbatın azalması ilə bağlıdır. Həm mənzillərin alınmasına, həm də icarəyə götürülməsinə tələbat azalıb. Mənzillərə tələbatın azalması onunla bağlıdır ki, ölkədə tikinti bumu arxada qalıb. Praktiki olaraq tikinti bumu (2005-2008) zamanı Bakıda mənzillərin qiyməti sürətlə artmağa başladı. Eləcə də Bakıda mənzillərə tələbatın artması müşahidə olunurdu. Bunun da bir neçə səbəbi vardı. Əsas səbəblərdən biri məhz Rusiyada yaşayan azərbaycanlıların Bakıda mənzil almağa daha çox səy göstərmələrilə bağlı idi. Digər səbəb isə mənzillərin qiymətinin artması ilə bağlı bəzi vətəndaşların mənzillərin alınmasına daha çox kommersiya nöqteyi-nəzərindən yanaşması idi. Onlar fikirləşirdi ki, mənzilləri alıb sonradan daha baha qiymətə satmaqla çoxlu gəlir əldə edəcəklər. Həmçinin, şəhərin görməli yerlərində evləri alıb xaricilərə baha qiymətə icarəyə verməyi düşünürdülər. Ancaq böhranın başlanması onların istəklərini alt-üst etdi. Böhrandan əvvəl Bakıda satılan mənzillərin 60%-ni Rusiyada və digər MDB ölkələrində çalışan həmyerlilərimiz alırdısa, bu gün praktiki olaraq bu heç birrəqəmli hədlə ifadə olunmur. Həmçinin, böhran nəticəsində ümumilikdə əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü. Əhalinin alıcılıq qabiliyyətinin azalması Bakıda mənzillərin qiymətinin düşməsinə və paralel olaraq icarə qiymətlərinin də enməsinə gətirib çıxardı".
   V.Bayramov iş yerlərinin bağlanması ilə əlaqədar olaraq kirayə və icarəyə götürülən mənzillərə tələbatın xeyli azaldığını bildirdi: "Bununla belə, əvvəlki illərdən fərqli olaraq, xarici vətəndaşlar bahalı mənzillərə o qədər də üstünlük vermir. Onlar mümkün qədər mənzilləri aşağı qiymətə icarəyə götürməyə çalışır. Eyni zamanda, psixoloji amillər də öz sözünü deyir. Bir çoxları, görürsən ki, gözləmə mövqeyi tutur. Fikirləşirlər ki, böhranla əlaqədar olaraq mənzil sahibləri icarə qiymətlərini daha da aşağı salacaq və ondan sonra həmin mənzilləri icarəyə götürəcəklər. Həmçinin, adətən ofislərə tələbat o zaman artır ki, ölkənin biznes strukturunda aktivlik yüksək olur. Yəni biznes sektorunda aktivlik yüksəldikdə bu, praktiki olaraq kirayə mənzillərə tələbatı artırır.
   Aktivlik nəticəsində fiziki və hüquqi şəxslər ofis icarələməyə məcbur olur. Çünki aktivlik yüksəlir və regionlardan, xaricdən işləmək üçün gələnlərin sayı artır. Bütün bu amillər kompleks şəkildə bir-birilə sıx bağlıdır. Aktivliyin hansısa formada azalması avtomatik olaraq daşınmaz əmlakın icarəyə götürülməsinə olan tələbatı azaldır. O baxımdan bu gün kirayə evlərə tələbatın azalması həm qlobal maliyyə böhranı ilə, həm də biznes sektorunda aktivliyin azalması ilə bağlıdır. Kirayə bazarında fəallığın artması işgüzar biznes mühitinin aktivliyindən asılıdır".
   
Vidadi ORDAHALLI
Azərbaycanda varlılar üçün əlavə vergi...
Qadir İbrahimli: "Hələlik Azərbaycanda vergi mədəniyyəti o səviyyədə formalaşmayıb ki, varlı insanları əlavə vergi ödəməyə dəvət etmək mümkün olsun"
Yaşar Əsədov: "İstək olarsa, bizim ölkədə varlıları əlavə vergilər ödəməyə cəlb etmək olar"
Birləşmiş Ştatların prezidenti Barak Obama 1 oktyabrdan başlayacaq 2010-2011-ci maliyyə ilində işsizliklə mübarizəyə əlavə 100 milyard dollar ayırmaq niyyətindədir. Bu məqsədlə bəzi sosial proqramların ixtisarı, eləcə də ölkənin zəngin vətəndaşlarına yeni vergilər tətbiq edilməsi nəzərdə tutulub.
   Bu minvalla nəzərdə tutulan vəsaitin toplanması planlaşdırılır. Hazırkı iqtisadi böhran şəraitində bu çox maraqlı görünür. Görəsən, analoji metodu Azərbaycanda da tətbiq etmək olarmı? Çünki Azərbaycanda da kifayət qədər varlı insanlar var ki, onların əlavə vergilərə cəlb olunması heç də pis olmazdı. Ekspertlər sözügedən məsələyə fərqli prizmadan yanaşdı.
   İqtisadçı-ekspert Qadir İbrahimli hesab edir ki, sözügedən sistemin Azərbaycanda tətbiqi mümkün deyil: "Çünki Azərbaycanda, hələ ki, vergilərin özünə münasibət neqativdir.
   Bu bütün cəmiyyətdə belədir. Azərbaycanda vergilərin hardasa 70-80 faizi məcburi şəkildə toplanır. Yəni Azərbaycanda könüllü vergi ödəyicilərinin sayı kifayət qədər azdır.
   Birləşmiş Ştatlarda, Avropa Birliyi ölkələrində vergilərin 80-90 faizi könüllü şəkildə toplanır. Məsələ ondadır ki, sözügedən ölkələrdə vətəndaşlar özləri vergilərin ödənilməsində maraqlı olur. Onlar fikirləşir ki, ödənilən vergilər hesabına dövlət sosial layihələri həyata keçirir, təhlükəsizlik tədbirləri görür, ölkənin müdafiəsini təşkil edir və sair. Bu baxımdan hələlik Azərbaycanda vergi mədəniyyəti o səviyyədə formalaşmayıb ki, varlı insanları əlavə vergi ödəməyə dəvət etmək mümkün olsun.
   Digər tərəfdən, Azərbaycanda vergi yığımlarının özü çox bərbad vəziyyətdədir. Burada əksər hallarda qanunda nəzərdə tutulandan iki dəfə artıq ödəmə tələb olunur. Yaxşı olardı ki, belə qaydaları tətbiq etməkdənsə, mövcud vergi yığımları mexanizmini təkmilləşdirsinlər və bu sektoru korrupsiyadan azad etsinlər. Bu daha effektli variant olardı".
   İqtisadçı-ekspert Yaşar Əsədovun sözlərinə görə, varlıların ölkənin yoxsul təbəqəsilə öz gəlirlərini bölüşməsi praktikası Avropanın inkişaf etmiş ölkələrində geniş yayılıb: "Birləşmiş Ştatlardan fərqli olaraq. Skandinaviya ölkələrində, Fransada, Almaniyada vergilər çox böyükdür. İlk növbədə də varlı təbəqədən alınan vergilər. Ona görə də bu başadüşüləndir.
   Təsadüfi deyil ki, həmin ölkələrdə həddən artıq kasıblarla həddən artıq varlılar arasında fərq Azərbaycana nisbətən azdır.
   Həmin metodun Azərbaycanda tətbiqinə gəldikdə isə, ilk növbədə bizdə varlıların sayını müəyyən etmək lazımdır. Yəni müəyyən olunmalıdır ki, varlı kimdir, nə qədər qazanır, hardan qazanır və vergidən niyə yayınır.
   Birinci növbədə bunu müəyyənləşdirmək lazımdır və daha sonra varlıların gəlirləri hesabına aztəminatlı təbəqənin sosial vəziyyətini yaxşılaşdırmaq haqda fikirləşmək olar. İstək olarsa, Azərbaycanda varlıları əlavə vergilər ödəməyə cəlb etmək olar. Sadəcə, məsələ ondadır ki, bunun üçün Azərbaycanda uzun müddət proses getməli, hökumət bu yöndə ardıcıl addımlar atmalıdır".
   
Vidadi ORDAHALLI
Sabunçuda "Bərəkət" sexinin süd məhsulları istehsalı dayandırıldı
Standartlaşdırma Komitəsi laborator analizlərin nəticəsində sərt qərar verdi
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Sabunçu rayonunda yerləşən, fiziki şəxs A.M.Dördyola məxsus müəssisədə istehsal olunan "Bərəkət" əmtəə nişanlı süd məhsullarının normativlərin tələblərinə cavab vermədiyini müəyyənləşdirib.
   Bu barədə "APA-Economics"ə SMPDK-dən məlumat verilib.
   Komitənin yaydığı məlumatda bildirilir ki, uyğunluq sertifikatları almaq üçün edilən müraciətə baxılaraq, müəssisədə araşdırma aparılıb. Hazır məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Müayinə nəticəsində məlum olub ki, pendir, xama və qatıq məhsulları mikrobioloji göstəricilərinə görə standartların tələblərinə cavab vermir. Məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar olunub. Həmçinin, fiziki-kimyəvi göstəricilərə görə xamada yağın kütlə payı, qatıqda isə sinkin (ağır metal) kütlə payı normadan çox olub. Aşkar olunan nöqsanlara görə müəssisəyə sertifikat verilməyib və məhsul istehsalı dayandırılıb.
   
Lənkəranda "Mercedes" və "Moskviç" toqquşdu
Lənkəran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə fevralın 2-də saat 11.00 radələrində şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.
   Lənkəran şəhər sakini, 1957-ci il təvəllüdlü Mirmusa Kazım oğlu İbadovun idarə etdiyi "Mersedes" markalı, 90 FV 742 dövlət nömrə nişanlı avtomobil onun həmyerlisi, 1972-ci il təvəllüdlü Cəmil Cəlil oğlu İsayevin idarə etdiyi "Moskviç- 2141" markalı, 66 BC 253 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Zərbənin təsirindən "Mersedes" yolun kənarındakı işıq dirəyinə, "Moskviç" isə piyadalr üçün nəzərdə tutulan səkiyə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, sürücülər bədən xəsarəti alıb.
   İlkin versiya kimi qəzaya "Mersedes" markalı avtomaşının yol hərəkəti qaydalarını pozmasının səbəb olduğu bildirilir. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
   
Təzə avtomobillərin qiymətində yeni bahalaşma gözlənilir
Onsuz da bahalı bazara gömrükdən daha bir xəbər gəldi
Gömrük Komitəsindən verilən məlumata görə, 2009-cu ildə Azərbaycana maşın idxalı 42 faiz azalıb. Belə ki, ötən ilin yanvar ayında ölkəyə 5091 ədəd minik avtomobili gətirilib. Bu göstərici 2008-ci ilin yanvar ayı ilə müqayisədə 41,7 faiz azdır.
   Ekspertlər indiki şəraitdə maşın bazarında durğunluğun yaranmasını təbii sayır. Qeyd olunur ki, böhranla əlaqədər vətəndaşların avtomobilə olan tələbatı azalıb.
   Buna baxmayaraq, qiymətlərdə ciddi dəyişiklik yoxdur.
   Ekspertlərin sözlərinə görə, böhran şəraitində avtomobilin satış qiymətinin düşməsi gözlənilən olsa da, bu Azərbaycanda hiss edilmir.
   Bildirilir ki, maliyyə böhranından sonra ABŞ-da istehsal olunan avtomobillərin qiyməti 30 faizə qədər aşağı düşüb. "General Motors" və "Porşe" şirkətlərinin istehsal etdiyi avtomobillərin qiymətlərində yüksək endirimlər edilib. Almaniyada istehsal edilən "Mersedes" və "BMV" markalı maşınların da qiyməti təxminən 20 faizə qədər azalıb. Ən çox qiymət azalmaları Almaniyada istehsal olunan "Opel" markalı maşınlardadır. Azərbaycanda "Nyudai", "Kia Motors" kimi şirkətlərin avtosalonlarına müraciət edənlərin sayının azalması şirkət rəhbərləri tərəfindən də etiraf olunur.
   Ayrı-ayrı satış mərkəzlərində də vəziyyət eynidir. Yəni maşın var, amma alıcı yoxdur. Böhranla əlaqədər olaraq kreditlə avtomobil alanlar banklara olan borcunu qaytara bilmir. Bununla əlaqədar son vaxtlar bankların borc tələbilə məhkəmə iddialarının sayı artıb. Kommersiya banklarının sərəncamında olan avtomobillər də satılmır. Məsələn, böhrandan qabaq bank girov qoyulan avtomobili 15 min dollar qiymətləndiribsə, bu gün həmin avtomobili 15 min dollara alan tapılmır. Nəticədə banklar ona dəyən ziyanı ödəyə bilmir. Bu baxımdan avtomobil bazarındakı durğunluq yalnız idxal və satışla məşğul olanların fəaliyyətinə mənfi təsir göstərməyib. Bu, həmçinin, bütövlükdə maliyyə sektorunun və bankların fəaliyyətinə neqativ təsir göstərib.
   Gömrük Komitəsinin sədri Aydın Əliyev bir neçə gün öncə mətbuata açıqlamasında bildirdi ki, spirtli içkilərə və avtomobillərə tətbiq olunan idxal rüsumlarının artırılması ilə bağlı Nazirlər Kabinetinə təkliflər olunacaq. Ekspertlər bildirir ki, rüsumlar artırılacağı təqdirdə yeni avtomobillərin qiyməti xeyli qalxacaq. Bu isə onsuz da zəif olan avtomobil satışını daha da zəiflədəcək.
   
Eldar XƏYAL
Dərnəgül yolunun sağ-solunda əvvəlki dərəbəylik yenə başlayır
Bir neçə ay əvvəl yığışdırılmış küçə ticarəti yenidən qızışır
Azərbaycanda maraqlı situasiya yaranıb, müvafiq qurumlar tərəfindən yolların təmizlənməsi, nəqliyyatın və ya piyadaların hərəkətinə mane olan obyektlərin yığışdırılması istiqamətində addımlar atılır, amma bir müddət keçəndən sonra vəziyyət yenə də əvvəlki şəklini alır. Yadınızdadırsa, keçən ilin yayında Dərnəgül şossesi ətrafındakı müxtəlif satış mərkəzləri yığışdırılmışdı.
   Buna da səbəb həmin dükanların yola yaxın ərazidə yerləşməsi idi. Belə ki, həmin vaxt sözügedən yol qovşağının genişləndirilməsi nəzərdə tutulduğundan, prosesə mane olan yol kənarındakı obyektlər sökdürüldü. Hardasa iki kilometrə qədər uzanan bu yol boyu yüzlərlə satış obyekti düzülmüşdü. Burada da, əsasən, tikinti materialları satılırdı. Maraqlıdır ki, yoldan xeyli aralı məntəqədə tikinti materiallarının topdansatış məqsədilə geniş çeşidli satışı həyata keçirildiyi halda, nədənsə, yolboyu da həmin malların alveri aparılırdı. Sökmə prosesinin gedişində bir sıra narazılıqlar da ortaya çıxmışdı. Həmin ərazidə çalışan insanlar çörək pullarının məhz buradan çıxdığını bildirərək, bir müddət aparılan söküntü işlərinə etiraz da etmişdilər. Lakin buna baxmayaraq, yol kənarındakı obyektlər yığışdırıldı. Bu isə çox yaxşı hal idi. Belə ki, həmin obyektlər yöndəmsiz olmaqla yanaşı, insanların və maşınların ərazidə sərbəst hərəkətinə də əngəl olurdu. Yağışlı havalarda isə ərazidən keçmək ümumiyyətlə müşkül məsələ idi. Sökülmə prosesi başa çatdıqdan sonra isə buradan keçən maşınlar, həm də piyadaların hərəkəti bir qədər normal məcraya düşdü. Bu onu göstərirdi ki, sözügedən yolla bağlı müvafiq qurumların verdiyi qərarın icrası öz axarı ilə gedirdi. Amma deyəsən, vəziyyət yenidən qəlizləşməkdədir. Belə ki, apardığımız araşdırmalara görə, ərazi yenidən həmin ticarət obyektlərinin məskəninə çevrilib. Satıcılar yaranmış boşluqdan istifadə edərək, yenidən köhnə vərdişlərilə məşğul olmaqda davam edir. Bu barədə qəzetimizə məlumat verən sakinlərdən birinin dediyinə görə, yöndəmsiz dükanların yığışdırılması ilə vəziyyət yaxşılığa doğru gedirdi: "Xeyli müddətdir ki, insanlar ərazidən sərbəst surətdə keçə bilirdi. Bu da onunla bağlı idi ki, vaxtilə hərəkətə mane olan ticarət obyektləri yığışdırılmışdı. Onlar olan vaxtlar, xüsusən də yağışlı aylarda palçıq əlindən yol kənarında hərəkət etmək müşkül məsələyə çevrilmişdi. Bundan başqa hər gün bura atılan zibillər də ərazinin ekologiyasını korlayırdı. Satış obyektləri yığışdırıldıqdan sonra bir müddət rahat nəfəs aldıq. Düşündük ki, bizim evlərin kənarında yerləşən yol ətrafında da, nəhayət ki, normal şərait yaradılacaq. Amma tezliklə arzularımızın puç olduğunun şahidi olduq. Belə ki, ərazi yenidən həmin ticarət köşklərilə dolmağa başlayıb. Lakin məsələ ilə bağlı hələlik icra nümayəndəliyinə heç kim şikayət etməyib.
   Vəziyyət qəlizləşməkdə davam etsə, çox güman ki, şikayət etməli olacağıq. Necə olur, dünən yol kənarındakı köşklərin sökülməsi əmri verilir, üstündən bir müddət keçəndən sonra isə, onlar yenidən öz əvvəlki yerində "bitir?" Bu hal onun nəticəsidir ki, verilən göstərişlərə nəzarət bizdə çox aşağı səviyyədədir.
   Bəzi orqanlar elə düşünür ki, əmr verməklə və yolda maneçilik yaradan obyektləri sökməklə işlər öz axarı ilə gedəcək. Amma Dərnəgül yolundakı olay bunun heç də belə olmadığını deməyə əsas verir. Bu da onunla bağlıdır ki, prosesin gedişinə sona qədər nəzarət edilmir. Ümumiyyətlə, nəzarət olmayan yerdə effektiv nəticə əldə etmək də qeyri-mümkündür. Nəzarətin zəif olmasının nəticəsidir ki, bundan sui-istifadə edilir və Dərnəgül yolu yenidən öz əvvəlki xoşagəlməz vəziyyətinə qayıdır.
   
Həsən İSLAMOV
Binəqədidə avtobus faciəsi ilə əlaqədar Bakı Şəhər DYP-də iclas keçirilib
Avtobus sürücüləri ilə bağlı xüsusi tədbirlər planlaşdırılır
Azərbaycanın dövlət qurumları Bakıda taksi və avtobus sürücülərinə qarşı tədbirlər həyata keçirəcək. BakıSərnişinnəqliyyatı MMC-nin mətbuat katibi Samir Həsənov çərşənbə axşamı Trend News-a bildirib ki, gələcəkdə paytaxtda avtobus və taksilərdə sürücülük etmək istəyənlər kurslara cəlb olunacaq və kursu başa vurandan sonra xüsusi imtahan verəcəklər.
   Bakının Binəqədi yolunda "Emil Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında srağagün iki sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
   106 və 165 saylı avtobusların toqquşmasına avtomobillərin yüksək sürətlə idarə olunması səbəb olub.
   Həsənovun sözlərinə görə, qeyd olunan nəqliyyat vasitələrində sürücü işləmək istəyənlərin sürücülük təcrübəsi olmalı, paytaxtın küçələrini və ərazilərini tanımalı, sərnişinlərlə etik qaydalar çərçivəsində davranmağı bacarmalıdırlar.
   Qeyd olunan tələblərə cavab verənlərə sürücü kimi işləməyə icazə veriləcək.
   "Bakısərnişinnəqliyyatı" MMC-nin rəsmisi avtobus sürücülərinin kobud pozuntulara yol verdiyini bildirib və qeyd edib ki, ötən il kobud qayda pozuntularına yol vermiş 300-dən artıq avtobus sürücüsü inzibati qaydada cəzalandırılıb. Onlar arasında "D" kateqoriyası olmadan sərnişin daşıyanlar da olub.
   Pozuntulara yol vermiş sürücülər arasında xəbərdarlıq alanlar, cərimələnənlər, xətdən kənarlaşdırılanlar da olub.
   Paytaxtda sərnişin daşıyan 1000-dən artıq avtobusun olduğunu deyən Həsənov bildirib ki, təmsil etdiyi qurum bu sahədə pozuntuların qarşısını almaq üçün imkanları daxilində fəaliyyət göstərir. O, bu işdə sərnişinlərin onlara yardımçı olmasını xahiş edir.
   "Bizim hər bir sürücüyə ayrı-ayrılıqda nəzarət etmək imkanımız yoxdur. Sərnişinlər bu işdə bizə kömək göstərməlidir. Kobud pozuntulara yol verən, sərnişinlərlə kobud rəftar edən sürücülər barədə fəaliyyət göstərən 562-77-02 nömrəli qaynar xəttə zəng edib məlumat verə bilərlər. Hər bir şikayət ciddi araşdırılacaq və müvafiq tədbirlər görüləcək" - deyə Həsənov vurğulayıb.
   Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev Trend News-a bildirib ki, Binəqədi rayon ərazisində iki avtobusun toqquşması nəticəsində baş vermiş qəzadan sonra yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə xüsusi tapşırıqlar verilib. Məlum hadisədən sonra İdarənin rəisi Həsən Şirinov Bakının rayon yol polisi şöbələrinin rəislərinin iştirakı ilə iclas keçirib və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə tapşırıqlar verib.
   Hənifəyev deyib ki, yol-hərəkət pozuntularına yol verən avtobus sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Bu sahədə pozuntuların aradan qaldırılması üçün şəhərdə reydlər keçiriləcək.
   Şöbə rəisinin sözlərinə görə, ötən il paytaxtda avtobus sürücüləri tərəfindən 91 yol qəzası qeydə alınıb və nəticədə 27 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hənifəyev deyib ki, 2008-ci illə müqayisədə avtobuslar tərəfindən törədilən qəzaların sayı 47 hadisə, ölümlər 2 nəfər azalıb. Xəsarət alanların sayı isə 36 nəfər artıb.
   BDYPİ rəsmisi deyir ki, avtobus sürücülərinin daha çox yol verdiyi pozuntular avtomobili müvafiq kateqoriya, sürücülük vəsiqəsi olmadan idarə etmə, ötmə qaydalarının pozulması, avtomobilin yüksək sürətlə idarə olunması, dayanacaqdan kənarda sərnişin götürməsidir.
   Ekspert, sabiq polis rəisi Mahmud Hacıyev Trend News-a bildirib ki, Azərbaycanda yol qəzaları, xüsusən də ölümlə nəticələnən qəzaların sayı artır. Hacıyev Bakıda yol hərəkəti qaydalarının daha çox avtobus sürücüləri tərəfindən pozulduğu qənaətindədir.
   "Marşrut sürücüləri heç bir qayda-qanuna riayət etmir, avtomobili istədikləri yerdə saxlayıb sərnişin götürür. Nəzərə alsaq ki, piyadalar da qaydalara riayət etmir, bu sahədə hansı xaosun yarandığını təsəvvür etmək çətin deyil"- Hacıyev bildirib. O hesab edir ki, problemin həlli üçün yeni qanunun qəbuluna, qanuna dəyişikliklər edilməsinə, cəzaların sərtləşdirilməsinə ehtiyac yoxdur. "Əlaqədar qurumların iştirakı ilə kompleks tədbirlər görülməlidir" - Hacıyev deyib.
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-03 Nardaranda "balıq üsyanı"...
2010-02-03 Eynulla Fətullayevin qan və sidik analizləri ətrafında mübahisə yaranıb
2010-02-03 Quba və Dəvəçidə qanunsuz ov edənlər tutulub
2010-02-03 Bakıdan Naxçıvana təyyarə reysləri 3-dən 2-yə endirildi
2010-02-03 "Əzizbəyov" və "Neftçilər" metrostansiyalarının yaxınlığında fahişələrə qarşı "yürüş" keçirildi
2010-02-03 Nərimanov parkında erməni tərəfdarı ilə əleyhdarının razborkası...
2010-02-03 Ağdamda əsgər özünü vurdu
2010-02-03 Sumqayıt Bələdiyyəsinin binası yandı
2010-02-03 Cəlilabadlı azyaşlı "20 Yanvar" metrostansiyasına "bomba qoydu"
2010-02-03 Cəlilabadda İlham Bağırovun aptekini soyublar
2010-02-03 Şiraslan İsgəndərov "Opel" maşınını Sumqayıtda teplovoza çırpdı
2010-02-03 Səbaildə 3 nəfər dəm qazından zəhərlənib
2010-02-03 Siyavuş Novruzov Musa Musayevin ictimai-siyasi fəaliyyətinə qiymət verilməsini zəruri sayır
2010-02-03 ABŞ-ın Bakıdakı səfirliyi də yeni səfiri gözləyir
2010-02-03 ATƏT-in Bakı Ofisinin rəhbəri Bənəniyarda kənd camaatı ilə müzakirə apardı
2010-02-03 Politoloqlar müxalifətin hər seçkiöncəsi eyni səhvi buraxdığını düşünür
2010-02-03 İlham Əliyev "Qazprom"la razılaşmanın maraqlı detallarını açıqladı
2010-02-03 Xətaidə 29 yaşlı Anar Əhmədov 5-ci mərtəbədən düşdü
2010-02-03 Daşkəsəndəki hərbi faciə Dəyirmi Masa müzakirələrinə çıxdı
2010-02-03 ARDNŞ Azərbaycan qazı üçün çıxış yolları axtarır
2010-02-03 Bakı şəhər Ticarət və Xidmət Departamentinə təzə status verildi
2010-02-03 Tanınmış fərdlərin parlament-seçki bloku yarana bilər
2010-02-03 Nizami Cəfərov "Diffamasiya qanunu"nun bu il qəbulunu mümkün saymır
2010-02-03 Eks-prezidentlərin statusu barədə qanun MM-in müzakirəsinə çıxarılır
2010-02-03 Yeni Zaman Partiyası qeydiyyata alınsa parlament seçkilərində iştirak edəcək
2010-02-03 Saysız kiçik partiyalar AXCP və Müsavatdan birlikdə kənarlaşa bilər
2010-02-03 "Müsavat sədri müxalifətin birliyinə böyük zərbə vurdu"
2010-02-03 ACCESS bank "KİV nümayəndələrinə kredit verməyin" qərarı qəbul edib
2010-02-03 Bilgəhdə fəhlə ilə ev sahibi 20 manata görə bıçaqlaşdı
2010-02-03 Naxçıvanda 50 nəfər orta təhsilli bələdiyyə sədri oldu
2010-02-03 Elmira Axundova ilə Qüdrət Həsənquliyevin davası kəskinləşir
2010-02-03 Sabir Rüstəmxanlıya ölüm hökmü vermiş nardaranlı həbsxanadan çıxdı
2010-02-03 Bakı Şəhər Vergilər Departamentinin üç filialı ləğv edildi
2010-02-03 İranın Azərbaycan jurnalistləri üçün viza məsələsində təzə qərarı...
2010-02-03 "20 Yanvar" körpüsünün üstündə "Mercedes" yandı
2010-02-03 İranın viza ayrıseçkiliyi Azərbaycan jurnalistlərinin etirazına səbəb oldu
2010-02-03 İranda edama məhkum edilmiş mitinqçilərin qohum-əqrabası ayağa qalxıb
2010-02-03 İrana vizasız gedən azərbaycanlıların tibbi arayış məsələsi hələ müzakirə olunur
2010-02-03 Rusiya kəşfiyyatının 5 zabiti Ukraynada yaxalanıb
2010-02-03 Kiyevin "Maydan" meydanında kütləvi aksiyalar qadağan edildi
2010-02-03 Roma papasının qətlini Ağcaya sovet DTK-sı sifariş edib
2010-02-03 Nizami İsgəndərovla yanaşı Qənirə Paşayeva, Rüfət Quliyev və Sabir Hacıyev də gedir
2010-02-03 ABŞ dövlət katibinin köməkçisi Türkiyə- Ermənistan protokollarına yenə müraciət etdi
2010-02-03 Riçard Armitac ilk vəzifə bəyanatında Türkiyəyə "soyqırım eyhamı" vurdu
2010-02-03 Saakaşvilinin həyatı təhlükədədir
2010-02-03 Binəqədidə avtobus faciəsi ilə əlaqədar Bakı Şəhər DYP-də iclas keçirilib
2010-02-03 Dərnəgül yolunun sağ-solunda əvvəlki dərəbəylik yenə başlayır
2010-02-03 Təzə avtomobillərin qiymətində yeni bahalaşma gözlənilir
2010-02-03 Lənkəranda "Mercedes" və "Moskviç" toqquşdu
2010-02-03 Azərbaycanda varlılar üçün əlavə vergi...
2010-02-03 Bakının mərkəzində çox bahalı kirayə mənzillər sürətlə boşalır
2010-02-03 Bakıda azı 80 yeni çoxmərtəbəli binanın sökülməsinə qərar verilib(?)
2010-02-03 "Kərbəla yolları" şirkəti ilə Mədəniyyət Nazirliyi məşğul olmalı deyil
2010-02-03 "Vest Hem" hücum xəttindəki problemlərini İlanla həll etdi
2010-02-03 Da Silva "Olimpik-Şüvəlan"la yeni müqavilə bağladı
2010-02-03 "Palmeras"ın futbolçusu "Xəzər Lənkəran"da
2010-02-03 "Olimpik-Şüvəlan" "Neftçi"dən asılı vəziyyətə düşdü
2010-02-03 "Barselona" heyətinə görə planetin ən dəyərli klubudur
2010-02-03 Mançini "Milan"la razılığa gəldi
2010-02-03 "Qalatasaray" 1 milyon 250 min dollara futbolçu aldı
2010-02-03 "Qalatasaray"ın futbolçusunu ciddi cəza gözləyir
2010-02-03 Elanoya əvəzlənmədə çatan yoxdur
2010-02-03 Güləşçilərimiz Ermənistana getməkdən rəsmən imtina etdi
2010-02-03 Milli Kitab Mükafatının təşkilatçısı şifahi suallara cavab vermək istəmədi
2010-02-03 Binəqədi polisi Salamov qardaşlarından heroin götürdü
2010-02-03 Bənövşə Hacıyevə razılaşdı, Müşfiq Muradov isə...
2010-02-03 Qaraçuxurlu Mahmud Quliyev də ali məktəblərə qanunsuz tələbə düzəldirmiş
2010-02-03 Bir azyaşlı qızı və oğlanı zorlamış iki gəncəliyə hökm oxundu
2010-02-03 "Rövşən Lənkəranski" ləqəbli kriminal avtoritetin məhkəməsi başladı
2010-02-03 Neftçalada bacısını qətlə yetirən Vüsalın məhkəməsi başladı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009