03 Fevral 2010-cı il, N 283(1181)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3668)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İranın viza ayrıseçkiliyi Azərbaycan jurnalistlərinin etirazına səbəb oldu
Elçin Mirzəbəyli: "Ləğv prosesi birtərəfli qaydada olduğundan, hüquqi baxımdan Tehrandan nəsə tələb edə, etiraz edə bilmərik"
   
   Yadigar Məmmədli: "Jurnalistin fəaliyyətilə bağlı başqa ölkəyə gedərkən aidiyyəti qurumlara müraciət etməsi baxımından bu mümkündür"
   
   Əflatun Amaşov: "İran rəsmisinin jurnalistlərlə bağlı açıqlaması başadüşülən deyil"
   
   Aynur Camalqızı: "Bu heç də yaxşı hal deyil, söz və mətbuat azadlığına qarşı həqarətdir"

   
   Bu günlərdə Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi jurnalistlərə açıqlamasında, bir sıra məsələlərlə yanaşı, azərbaycanlıların İrana səfərlərilə bağlı viza rejiminin ləğvinə də toxunub. Onun dediyinə görə, viza rejiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan jurnalistlərinə şamil edilməyəcək: "Jurnalistlər üçün viza ləğv olunmur, onlar İrana getmək üçün viza almalıdır.
   Xatırladaq ki, hələ keçən ilin sonlarında Tehran tərəfi Azərbaycan vətəndaşlarının İrana səfərləri üçün viza rejiminin birtərəfli qaydada ləğvi məsələsini qaldırmışdı. Buna əsasən də cari il fevralın 1-dən sözügedən kateqoriyalı insanlar üçün İrana viza rejimi rəsmi olaraq ləğv edilib. Həmin vaxt jurnalistlərin bu hüquqdan məhrum edilməsi barədə hər hansı bir fikir səslənməmişdi. İndi isə İran XİN rəsmisinin sözlərindən belə anlaşılır ki, başqalarından fərqli olaraq, media işçiləri sözügedən imtiyazlardan istifadə edə bilməyəcək. Bu məsələ isə anlaşılmazlıq yaradıb. Beynəlxalq prinsiplərə görə, viza rejiminin ləğvi zamanı onun cinayətkar olmayan hansısa bir kateqoriyalı insanlara şamil edilməməsi yolverilməzdir. Yəni ya viza rejimi ləğv edilməməli idi, ya da, bu baş veribsə, o hamıya aid olmalı idi. Burada hər hansı bir ayrıseçkiliyə qol qoymaq yolverilməzdir. Görəsən, İran rəsmilərinin viza rejiminin ləğvilə bağlı yol verdiyi ayrıseçkiliyə media təmsilçininin münasibəti necədir?
   "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, həmin hərəkət diplomatik, beynəlxalq hüquqi normalara uyğun gəlməyən, bir ölkənin vətəndaşlarının digərlərindən ayrıseçkilik əsasında fərqləndirilməsi üçün atılan bir addımdır. Bu da, həmsöhbətimizə görə, İran rejiminin faktiki olaraq mahiyyətindən irəli gəlir: "Onlar bununla bir daha sübuta yetirirlər ki, jurnalistlərdən çəkinirlər. Ölkədə baş verən proseslər barəsində medianın obyektiv məlumatlar yaya biləcəyindən ehtiyatlanırlar. Bu baxımdan da viza rejiminin ləğvini jurnalistələrə şamil etmirlər. Eyni zamanda, bu jurnalistlərə bir təzyiq formasıdır. Ancaq hesab edirəm ki, həddindən artıq cəfəng bir təzyiq formasıdır. Çünki Azərbaycandan İrana səfər etmək istəyən jurnalistləri barmaqla saymaq olar. İnanmıram kimsə bu ölkəyə səfər etmək niyyətinə düşsün. Ona görə, əslində səslənən fikirlərin də bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq özləri-özlərini növbəti dəfə biabır etdilər. Bununla onlar İranın jürnalistlərə hansı münasibət sərgilədiyini bir daha bütün dünyaya nümayiş etdirdilər. Və bir daha sübut olundu ki, bu ölkədə söz azadlığı, insan haqlarına münasibət hansı səviyyədədir. Mətbuat Azərbaycan vətəndaşlarının diqqətinə çatdırmalıdır ki, onlar mümkün qədər İrana belə səfərlərdən imtina etsinlər. Bununla onlar Azərbaycan xalqının jurnalistlərə olan münasibətini ortaya qoya bilərlər. Mətbuat Şurasının bu cəhətdən həmin olaya münasibəti, hesab edirəm ki, hüquqi cəhətdən düzgün olmazdı. Çünki viza rejiminin ləğvi ikitərəfli qaydada aparılan iş olmayıb. İranla Azərbaycan arasında viza rejiminin ləğvilə bağlı ikitərəfli müqavilə bağlansaydı və burada qeyd olunsaydı ki, jurnalistlər bu imtiyazdan kənarda qalır, o zaman məsələyə hüquqi baxımdan münasibət bildirmək olardı. Hazırkı məqamda isə bu, onların öz istəyilə atılan addımdır. Müəyyənləşdirmə prinsipləri də məhz onların atdığı addımlardan irəli gəlir. Buna rəsmi formada bizim hər hansı bir etirazımız, hesab edirəm ki, yersizdir. Çünki ləğv prosesi birtərəfli qaydada olduğundan, hüquqi baxımdan onlardan nəsə tələb edə bilmərik".
   Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli İran rəsmiləri tərəfindən jurnalistlərə göstərilən bu münasibəti qəribə bir münasibət kimi dəyərləndirdi: "Çox qəribə münasibətdir. Amma mənə elə gəlir ki, jurnalistin öz fəaliyyətilə bağlı başqa ölkəyə gedərkən aidiyyəti qurumlara müraciət etməsi baxımından bu mümkündür. Başqa halda jurnalist də vətəndaş olaraq hamının istifadə etdiyi imtiyazdan sərbəst surətdə istifadə edə bilər.
   Axı biz xaricə gedərkən jurnalist vəsiqəsini deyil, pasportu göstəririk. Əslində bu tam izah olunmayan bir münasibətdir. Bu münasibətdə birtərəflik var, bütövlüksə yoxdur. Burada hədəflər tam bildirilməyib".
   Mətbuat Şurasının sədri Əflatun Amaşov da vurğuladı ki, İran rəsmisinin jurnalistlərlə bağlı açıqlaması başadüşülən deyil: "Mətbuat Şurası məsələ ilə bağlı müəyyən araşdırma aparır. Bu gün (dünən-red.) səhərdən əməkdaşlarımız İran səfirliyinə zəng edib məsələyə aydınlıq gətirməyə çalışır. Ondan sonra biz öz münasibətimizi bildirəcəyik. Hələlik araşdırma gedir, onun nəticəsi ortalıqda olduqdan sonra biz öz fikrimizi bildirəcəyik. Bir fərd olaraq, vətəndaşları müəyyən qisimlərə bölmək mənim üçün anlaşılan deyil. Jurnalistika açıq bir sənətdir".
   Millət vəkili Aynur Camalqızı məsələyə insan haqları nöqteyi-nəzərindən yanaşaraq, İran tərəfindən mediaya qoyulan məhdudiyyəti ayrıseçkilik kimi dəyərləndirdi: "Bu heç də yaxşı hal deyil, söz və mətbuat azadlığına qarşı həqarətdir. Həmin hal İranda söz və mətbuata hörmətin olmamasının təzahürüdür.
   Arzu etməzdim ki, İran kimi bir dövlətin rəhbərliyində olan şəxs belə bir ifadə işlətsin. İnsan haqları nöqteyi-nəzərindən də bu ayrıseçkilik əlamətidir. Vətəndaşın hansı peşə sahibi olmasının məsələyə heç bir aidiyyəti yoxdur. İki dövlət arasında viza rejimi ləğv olunubsa, bu, istisnasız olaraq hər kəsə, o cümlədən də jurnalistlərə şamil olunmalıdır. İran rəsmisinin açıqlamasında təzad və ziddiyyət görürəm və onu normal qarşılamıram. Parlamentin növbəti iclaslarından birində, problem həllini tapmasa, şübhəsiz, məsələni qaldıra bilərəm".
   
Rüfət SULTAN
"20 Yanvar" körpüsünün üstündə "Mercedes" yandı
Bakının Yasamal rayonu ərazisində, 20 Yanvar dairəsində, körpünün üstündə ağ rəngli "Mersedes" avtomobilində yanğın olub.
   Yasamal Rayon Polis İdarəsindən Trend News-a verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
İranın Azərbaycan jurnalistləri üçün viza məsələsində təzə qərarı...
"Müalicəyə, gəzməyə gedirsənsə buyur, iş üçün gedirsənsə..."
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Əli Namudar "Media forum" saytına açıqlamasında bu ölkəyə şəxsi məqsədlə - müalicəyə, gəzməyə gedəcək jurnalistlərdən viza tələb olunmayacağını bildirib:
   "Yalnız işlə bağlı gedəcək jurnalistlər viza almalıdır. Bu qayda jurnalistlərin İranda sərbəst fəaliyyətinə şərait yaradılması, rəsmi dövlət qurumlarının, hökumət təşkilatlarının təmsilçilərilə asan təmas qurması üçündür".
   Rəsmi Tehranın Azərbaycan vətəndaşlarının İrana vizasız gediş-gəlişi haqda qərarı fevralın 1-dən qüvvəyə minib. İrana səfər edəcək Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvinin jurnalistlərə şamil olunmayacağını fevralın 1-də Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini Həsən Qaşqavi deyib.
   Qaydanı "Turan"a şərh edən hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, İran hakimiyyəti ölkədəki real vəziyyət haqda xəbərlərin xaricdə yayılmasından ehtiyatlanır: "Bu məhdudiyyətlər beynəlxalq hüquqa ziddir və nadir hallarda baş verir".
   Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı da bu fikirdədir: "İran mətbuatın hüquqlarını və söz azadlığını məhdudlaşdıran ölkə kimi tanınır. Aydındır ki, bu məhdudiyyət Tehranın siyasətinin tərkib hissəsidir. Bu yaxınlarda ölkədə baş verən hadisələr mətbuatın rolunu və əhəmiyyətini göstərdi. Bir çox beynəlxalq konvensiya və müqavilənin iştirakçısı olmayan İran informasiya ötürülməsinin və əldə edilməsinin məhdudlaşdırılmasına yönəlmiş addımlar atır".
   
TURAN
Bakı Şəhər Vergilər Departamentinin üç filialı ləğv edildi
Fazil Məmmədovun əmri ilə Nazirliyin strukturlarında islahatlar aparıldı
Azərbaycan Vergilər Nazirliyinin bir sıra strukturlarının tərkib quruluşu, ştat vahidlərinin say və bölgüsündə dəyişiklik edilib.
   Bu barədə "APA-Economics"ə Vergilər Nazirliyindən məlumat verilib.
   Vergilər naziri Fazil Məmmədovun imzaladığı əmrlə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 1, 2 və 3 saylı fılialları ləğv edilib. Ləğv olunmuş filialların ştat vahidlərinin bir qismi hesabına Bakı şəhəri Vergilər Departamentinin "Vergi borclarının məcburi alınması idarəsi", "Bəyannamələrin qəbulu və işlənməsi idarəsi" və "Vergi ödəyicilərinə xidmət idarəsi" yaradılıb. Həmçinin, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin yeni tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiqlənib.
   
Sabir Rüstəmxanlıya ölüm hökmü vermiş nardaranlı həbsxanadan çıxdı
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlını ölümlə hədələməkdə təqsirli bilinərək bir il müddətinə həbs cəzasına məhkum edilən Nardaran qəsəbə sakini Hacı Hikmət Vəliyev azadlığa buraxılıb.
   Bu barədə APA-ya Nardaran sakinləri məlumat verib. Hacı hikmət Vəliyev dünən həbs müddətini başa vuraraq cəzaçəkmə müəssisəsindən evə buraxılıb.
   Qeyd edək ki, onunla birgə həbs olunan Hacı Əli Hüseynov yanvar ayında həbsdən azad edilib.
   Xatırladaq ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyev VHP sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlının öldürülməsilə bağlı fətva verildiyini bildirib. Mitinqdə səslənmiş hədələrlə bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə başlanan cinayət işi üzrə məhkəmənin qərarı ilə hər iki şəxs 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
   
   
Elmira Axundova ilə Qüdrət Həsənquliyevin davası kəskinləşir
"Qüdrət Həsənquliyev özü Milli Məclisdə oturmağa layiq deyil"
"Elə bu fakt, bu qadının nə qədər qeyri-səmimi olduğunu göstərir"
"Muzdlu qatil həbsxanadan mənə ünvanladığı məktublarda qətli Müslüm İmanovun oğlu Kamalın və kürəkəni Sabirin sifarişilə həyata keçirdiyini etiraf edib"
Deputat Elmira Axundova həmkarı Qüdrət Həsənquliyevin Milli Məclisin fevralın 1-də keçirilən iclasında onun barəsində dediklərinə münasibət bildirib.
   Q.Həsənquliyev Prezident yanında Əfv Komissiyasının üzvü olan həmkarını qardaşı Nadir Həsənquliyevin qatilini azadlığa buraxdırmaq istiqamətində çalışmaqda günahlandırmışdı: "Mənim qardaşımı sifarişlə qətlə yetiriblər. Elmira Axundova Əfv Komssiyasının hər iclasında məsələ qaldırır ki, qardaşımı qətlə yetirən killer azadlığa buraxılmalıdır. Bu iş onun ailəsinin başına gəlsə, belə edərdimi? Axı o da anadır. Mən bilirəm ki, Elmira xanım nəyin müqabilində bunu edir. Bu adam nə Əfv Komissiyasına üzv olmağa, nə də Milli Məclisdə oturmağa layiqdir".
   "Media forum"a açıqlamasında E.Axundova deyib: "Qüdrət Həsənquliyevin qardaşını öldürən cinayətkar haqqında məsələ Əfv Komissiyasının iclasında üç-dörd il əvvəl bir dəfə gündəmə gətirilib. Biz o iclasda ömürlük həbs cəzası almış məhbuslar haqda müzakirələr aparırdıq və siyahını təhlil edirdik. Mənə həmin qatilin bacısı ərizə ilə müraciət etmişdi ki, qardışının ömürlük həbs cəzası alması ədalətsizdir, çünki heç vaxt killer olmayıb, cinayəti birinci dəfə törədib, Qüdrət Həsənquliyevin qardaşını ekstremal şəraitdə, Nadir Həsənquliyevin dostunu döydüyünü görərək öldürüb, sonra isə polisə könüllü təslim olub. Bacısı qeyd etmişdi ki, qardaşına ən çoxu 15 il düşürdü, lakin Qüdrət Həsənquliyev həm istintaqa, həm də məhkəməyə ciddi təsir göstərərək onun ömürlük həbs cəzası almasına nail olub.
   İşin materialları ilə tanış olandan sonra belə qənaətə gəldim ki, qatilin bacısının sözlərində müəyyən məntiq var. Ona görə də Əfv Komissiyasının iclasında bu cinayətkarın ömürlük həbs cəzasını 15-20 il azadlıqdan məhrumetmə ilə əvəzlənməsi mümkünlüyü ilə bağlı fikir söylədim. Söhbət cinayətkarın azadlığa buraxılmasından getmirdi, çünki qatil öz cəzasını çəkməlidir. Komissiyanın tərkibində olan yüksək vəzifəli məmurların bir neçəsi mənimlə razılaşdı və cavab verdilər ki, cinayətkar 10 il cəzasını çəkəndən sonra bu məsələyə qayıtmaq olar. Bu müzakirədən sonra nə mən, nə də komissiyanın başqa üzvləri həmin hadisəyə toxunduq.
   Qüdrət Həsənquliyev istehza ilə soruşur ki, bu iş onun ailəsinin başına gəlsə, belə edərdimi? Təəssüflər olsun ki, bu iş ailəmin başına gəlib. 1979-cu ildə mən cavan, çox istedadlı insan olan yazıçı, kinodramaturq qardaşımı itirmişəm. O, müəmmalı şəkildə Bakıda qətlə yetirilmişdi. Qatil tapılmadı və işi bağladılar. Ona görə də mən Qüdrət Həsənquliyevin ağrısını çox gözəl başa düşə bilirəm, lakin onun ədalətsiz, qərəzli hərəkətlərini heç bir halda bağışlamıram.
   O ki qaldı mənim Milli Məclisdə oturmağa layiq olmağıma, mənə olan qiyməti 1996-cı ildə Azərbaycan yazıçılarının qurultayında dahi Heydər Əliyev "Elmira xanım çox dəyərli bir insandır" deməklə, 2003-cü ildə isə məni "Şöhrət" ordenilə təltif edərkən vermişdi. Hesab edirəm ki, Qüdrət Həsənquliyev özü Milli Məclisdə oturmağa layiq deyil".
   Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında Elmira Axundovanın fikirlərinin tamamilə qeyri-səmimi olduğunu bildirib. BAXCP sədri qeyd edib ki, muzdlu qatilin bacısının Əfv Komissiyasına müraciətilə bağlı Elmira Axundova deputat həmkarı kimi ona müraciət edə və baş verənlər haqqında ətraflı, dolğun məlumat ala bilərdi: "Elə bu faktın özü bu qadının nə qədər qeyri-səmimi olduğunu sübuta yetirir".
   Qüdrət Həsənquliyev sifarişli qətl hadisəsilə bağlı Azərbaycan mətbuatında saysız-hesabsız yazıların getdiyini, məhkəmə prosesinin mətbuat səhifələrində işıqlandırıldığını vurğuladı və Elmira Axundovanın da həmin dövrdə jurnalist olduğunu xatırlatdı: "Nadir barmağının ucu ilə də bir kimsəyə toxunmayıb. Sadəcə doğma bacısının həyat yoldaşının haqqını tələb edib. Bu barədə Azərbaycan mətbuatında kifayət qədər yazılıb və ictimai-siyasi proseslərlə azacıq da olsa maraqlanan hər kəsin hadisənin təfərrüatından məlumatı var". BAXCP sədri bildirdi ki, muzdlu qatil həbsxanadan ona ünvanladığı məktublarda qətli Müslüm İmanovun oğlu Kamalın və kürəkəni Sabirin sifarişilə həyata keçirdiyini etiraf edib: "Mən bu barədə elə həmin qadının da iştirak etdiyi parlamentin toplantısında danışmışam. Həmin məktublar az qala bütün Azərbaycan mətbuatında dərc olunub".
   Qüdrət Həsənquliyev Elmira Axundovanın muzdlu qatilin birinci dəfə cinayət törətməsi barədə söylədiklərinə də münasibət bildirdi: "Axı o bunu haradan bilir? Bəlkə bu onun üzə çıxan cinayətlərindən yalnız biridir, digərlərinin üstü hələ açılmayıb? Bəlkə bu qadının qardaşını da vaxtilə həmin cinayətkar dəstənin üzvləri qətlə yetirib?"
   BAXCP sədri vurğuladı ki, Elmira Axundovanın Əfv Komissiyasındakı məlum fəaliyyəti haqqında adıçəkilən deputatın parlamentdəki çıxışından sonra danışmaq məcburiyyətində qalıb: "O məni "ədalətsizlikdə" ittiham etdikdən sonra vaxtilə bu qadının özünə dediklərimi bütün millət vəkillərinin, ictimaiyyətin qarşısında bir daha təkrarlamalı oldum".
   
Tahir TAĞIYEV
Naxçıvanda 50 nəfər orta təhsilli bələdiyyə sədri oldu
Dekabrın 23-də Naxçıvan Muxtar Respublikasında 7 seçki dairəsini əhatə edən 316 seçki məntəqəsi üzrə keçirilən bələdiyyə seçkilərində 171 bələdiyyəyə 1437 üzv seçilib.
   APA-nın xəbərinə görə, bu barədə Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir. Tərtib olunmuş 316 məntəqə seçki komissiyası və 171 dairə seçki komissiyasının yekun protokolları heç bir nöqsan və irad bildirilmədən qəbul edilib. Seçkilərin nəticələri rəsmi surətdə elan olunduqdan sonra ilk iclaslar keçirilib, seçilmiş bələdiyyə üzvlərinin hər biri xüsusi hazırlanmış vəsiqələrlə təmin olunub. Seçilmiş 171 bələdiyyə sədrinin 82 nəfəri (48%) ali təhsilli, 39 nəfər (22,8%) orta ixtisas təhsilli, 50 nəfəri isə (29,2%) orta təhsillidir. Partiya mənsubiyyətinə görə bələdiyyə sədrlərinin 150 nəfəri (87,7%) YAP üzvü, 18 nəfəri (10,5%) bitərəf, 3 nəfəri (1,8%) Böyük Quruluş Partiyasını təmsil edənlərdir. Bələdiyyə sədrlərindən 163 nəfəri, (95,3%) kişi, 8 nəfəri (4,7%) qadındır.
Bilgəhdə fəhlə ilə ev sahibi 20 manata görə bıçaqlaşdı
Dünən Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov məlumat verib.
   Məlumata görə, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində 52 yaşlı Vaqif Yusifova məxsus evdə fəhlə işləyən Şağan qəsəbə sakini, 60 yaşlı Rövşən İsmayılov aralarında yaranmış münaqişə zəmnində ev sahibini bıçaqlayıb. Bir neçə bıçaq yarası alan Vaqif Yusifov təcili olaraq 3 saylı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti normaldır. Hadisənin səbəblərinə gəldikdə isə, Rövşən İsmayılov ilkin ifadəsində ev sahibini borc üstündə bıçaqladığını və hadisəni törədərkən sərxoş vəziyyətdə olduğunu etiraf edib. Bölmə rəisinin verdiyi məlumata görə, o, mənzildə fəhlə işləyib və ona olan 20 manat borc ödənilmədiyinə görə belə bir əməl etdiyini etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
ACCESS bank "KİV nümayəndələrinə kredit verməyin" qərarı qəbul edib
Banklarda jurnalistlərə qarşı kredit ayrıseçkiliyi ciddi narahatlıq doğurmağa başlayıb
Son illər məişət texnikalarının kredit vasitəsilə alqı-satqısı prosesi sürətlənsə də, əhalinin heç də bütün təbəqəsi bu imkandan yararlana bilmir. Hər gün ayrı-ayrı şirkətlərin müxtəlif səpgili reklamlarına rast gəlirik.
   Reklamlarda hansısa malların sərfəli kredit şərtlərilə satışı önə çəkilir. Amma müşahidələr göstərir ki, bir çox şirkətlər reklamdan, əsasən həqiqətə uyğun olmayan "informasiyalar"ını ictimaiyyətə çatdırmaq, insanları aldatmaq məqsədilə istifadə edir. Yəqin ki, telekanallarda və şəhərin müxtəlif yerlərində reklam lövhələrində "yalnız şəxsiyyət vəsiqəsi" əsasında kreditlə öz məhsullarını vətəndaşlara satan şirkətlərin adlarına hər kəs rast gəlib. Məsələn, "Maqnium" şirkəti. Bu şirkətin reklamlarında bildirilir ki, "yalnız şəxsiyyət vəsiqəsi gətir, istədiyin malı kreditlə al".
   Amma şirkətə müraciət edəndə "əmma"lar çıxır. Şəxsiyyət vəsiqəsilə yanaşı, iş yerindən arayış da tələb olunur.
   Bununla bağlı redaksiyamıza zəng edən oxucularımız bildirir ki, şəhərdə belə şirkətlər çoxdur.
   "Bunlar reklamlarında bir, ofislərində başqa söz deyirlər" deyən oxucularımız qeyd edirlər ki, dəfələrlə şirkətlər tərəfindən aldadılıblar. "Maqnium" şirkətindən isə bildirirlər ki, onların əməllərilə reklamları eynidir. Şirkətin adını açıqlamayan nümayəndəsi bizimlə söhbətində bildirdi ki, onlar heç də bütün malları kreditlər vermirlər: "Bizdə bir çox elektrik və məişət avadanlıqları satılır. Elə mallar var ki, onları şəxsiyyət vəsiqəsi əsasında alıcılarımıza kreditlə veririk. Elə mallar da var ki, onu kreditlə almaq üçün həm də iş yerindən arayış lazımdır". Digər mühüm problem isə bankların KİV nümayəndələrinə kredit verməməsilə bağlıdır. Jurnalistlərin kredit almasında həqiqətən də ciddi problemlər var. Əksər banklar, kreditlə mal satan firmalar qəzet və telekanallarda işləyənlərlə hər hansı formada əməkdaşlıq etmir. Səbəb kimi iş yerinin, qeyri-stabil maaşların az olması göstərilir. İldən-ilə kredit şərtləri sadələşməkdənsə, daha da mürəkkəbləşdirilir. Banklara müraciət edən KİV nümayəndələrinə "biz jurnalistlərə kredit vermirik" cavabını verirlər. Belə banklardan biri də ASSESS bankdır.
   Bu bank KİV nümayəndələrinə ümumiyyətlə kredit vermir. Bank pul kreditini müəllim və həkimlərə, istehlak kreditini isə qeyri-KİV nümayəndələrinə verir.
   ASSESS bankın Yasamal rayon filialının işçisi Fidan xanım bizimlə söhbətində bildirdi ki, onlar KİV nümayəndələrinə istehlak krediti vermirlər. Səbəbini isə belə izah etdi:
   "Mətbuat işçilərilə problemlərimiz yaşanıb. Ona görə də onlara kredit vermirik". "Bir-iki nəfər qeyri-ciddi vətəndaşa görə yüzlərlə KİV işçisinin kreditdən məhrum edilməsi nə dərəcədə ədalətlidir" sualına gəlincə, Fidan xanım bildirdi ki, mətbuat işçilərilə aralarında yaşanan problemlə əlaqədar bankın İdarə Heyəti məsələni müzakirə edib və "KİV işçilərinə kredit verilməsin" qərarı qəbul olunub.
   Jurnalistlərdən birinin dediyinə görə isə, bank onun qarşısına daha bir şərt qoyub. Belə ki, kreditə kompüter götürmək istəyərkən "bankın əməkdaşı ondan redaksiya heyətinin sayını soruşub, 20-25 nəfər" cavabını eşidəndə isə "biz yalnız 50 və daha çox işçisi olan təşkilata kredit veririk" deyib. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov da bildirdi ki, həqiqətən jurnalistlərin kredit almasında ciddi problem var: "Adi telefon alanda beş mağazadan dördü jurnalistlərə kreditlə telefon satmaqdan imtina edir. Onlar müxbirliyi daimi peşə saymırlar. Jurnalistlərin orta aylıq əməkhaqqı 300-400 manat arasındadır. Əlavə gəlir mənbəyi də yoxdur. İpoteka krediti almaq üçün maaş bir neçə min manat təşkil etməlidir".
   Emin Hüseynova görə, qonşu Qazaxıstanda müəllimlər də, jurnalistlər də çox asanlıqla kredit götürə bilir.
   Qeyd edək ki, bir müddət öncə Azərbaycanda "KİV Nümayəndələrinin Kredit İttifaqı" yaradılıb. İttifaq may ayında dövlət qeydiyyatından keçib və oktyabrın 12-dən Mərkəzi Bankdan bank əməliyyatlarının aparılması üçün xüsusi razılıq (lisenziya) alıb. Əsasən mətbuat işçilərindən ibarət İttifaq öz üzvlərinin qarşılıqlı kreditləşməsini həyata keçirir. Açığı, bu təşkilatın kimə məxsus olduğunu və hazırda konkret nə işlə məşğul olduğunu bilmirik. Belə bir İttifaq yaradılsa da, jurnalistlər yenə də kredit almaqda ciddi çətinlik çəkir. Bu halda belə bir təşkilatın medianın adından danışması nə dərəcədə düzgündür?
   
Eldar XƏLİL
Daşkəsəndə çoxlu hərbçi ölümünə görə ilk həbslər aparıldı
Təmizlənmək üçün əsgərlərə paylanmış silah nəzarətsiz buraxılıb
Baş prokuror yeni həbsləri istisna etmədi
"2010-cu il yanvarın 28-də Azərbaycan Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
   Hadisə barədə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal məlumatlandırılıb və dövlət başçısının göstərişinə əsasən, Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunub".
   APA-nın məlumatına görə, bu sözləri "AzərTAc" dövlət agentliyinə açıqlamasında Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov deyib.
   Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanmaqla, Respublika Hərbi Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını qeyd edən baş prokuror dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin icrasına başlandığını bildirib: "Həmin tədbirlər bu gün də eyni intensivliklə davam etdirilir. Qeyd edilməlidir ki, dövlət başçısının gündəlik nəzarətində olan və araşdırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilən bu faciəli hadisə barədə Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu tərəfindən ictimaiyyətə ilkin məlumatlar çatdırılsa da, bu hadisədən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən kütləvi informasiya vasitələrində obyektiv reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, konkret sübutlara əsaslanmayan fərziyyələr irəli sürülməklə ictimai rəy çaşdırılır, bununla da ağır itkilərə məruz qalmış zabit və əsgərlərin ailə üzvlərinin heysiyyətinə toxunan hərəkətlərə yol verilir.
   Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədlərinə xidmət etməklə müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və obyektiv reallığa əsaslanmayan fikirlərin kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır".
   Z.Qaralov faktla əlaqədar bəzi şəxslərin həbs olunduğunu da deyib: "Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən hərbi hissənin vəzifəli şəxsləri - divizion komandirinin müavini, mayor Vələd Qurbanov və tağım komandiri, baş leytenant Rüstəm Əhmədov 2010-cu il yanvarın 28-də tabelikdə olan tağım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoymaqla divizionun ərazisini tərk etmələrinə şərait yaratdıqları, habelə hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol vermələri müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrilə ittiham elan olunub və barələrində hərbi məhkəmənin qərarına əsasən həbs-qətimkan tədbiri seçilib.
   Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq".
Tanınmış fərdlərin parlament-seçki bloku yarana bilər
Eldəniz Quliyev bilmir, Araz Əlizadə bilir
Milli Məclisə keçiriləcək seçkilərin müddəti yaxınlaşdıqca, seçkidə iştirak etmək istəyənlərin sayı da çoxalır. Amma qarşıdan gələn seçkilərdə bəziləri blok şəklində, digərləri isə fərdi qaydada iştirak etmək niyyətindədir.
   Ötən parlament seçkilərində də belə olmuşdu. 2005-ci ildə bəzi partiyalar bloklaşaraq seçkilərə qatılmışdısa, digər düşərgədə tanınmış siyasətçilər və ziyalılar fərdi şəkildə birləşərək seçkidə iştirik etmişdi. Konkret olaraq "Azadlıq" blokuna alternativ kimi müxalifət düşərgəsində qısaca "YeS" adı ilə tanınan "Yeni Siyasət" bloku çıxış edirdi. Əldə etdiyimiz məlumatlara görə, bu dəfə də belə olacağı istisna edilmir. Tanınmış fərdlərin blok şəklində seçkilərə qatılacağı gözləni. Bu barədə sualları isə onların özlərinə ünvanladıq.
   Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirdi ki, hər hansı blokun tərkibində seçkilərdə iştirak edib-etməmək siyasi şəraitdən asılıdır: "Seçki keçirilməsi son nəticədir. Seçkiyə qədər bir çox mərhələlərdən keçilir. Namizədliyin qeydə alınması, seçicilərlə sərbəst görüş keçirilməsi, bərabər rəqabətin, televiziyalarda bərabər çıxış imkanının yaradılması və sairə. Yenə hər şey yalanlar üzərində qurulacaqsa, deyiləcəksə ki, bələdiyyələrə və icra hakimiyyətinə tapşırmışıq müdaxilə etməsin, hamıya bərabər imkan yaradılsın, sonda da bunların hamısının boş vəd olduğu ortaya çıxacaqsa, bu başqa məsələ. Hakimiyyət bilməlidir ki, Milli Məclis xalqın istədiyi adamlardan təşəkkül tapsa, dövlətə yalnız xeyir gətirə bilər. Əks təqdirdə, dirijor çubuğu ilə "oxuyan" parlament formalaşacaq".
   ASDP sədri Araz Əlizadə, ötən parlament seçkilərindən fərqli olaraq, bu dəfə "YeS"sayağı bloka qatılmaq fikrində deyil: "Çünki Azərbaycan siyasətində bloklaşma, birlik mədəniyyəti yoxdur. "Yeni Siyasət" Blokunun Koordinasiya Şurasının üzvləri olaraq, bir-birimizlə indi də çox mehriban görüşürük. Amma bu blok deyildi, hərə yorğanı öz üzərinə çəkirdi. Biz bir komanda kimi işləmirdik. Ona görə də seçkilərə partiya olaraq gedəcəyik. Onu da deyim ki, majoritar sistemdə partiyaların və blokların seçkidə iştirakı çox çətindir. Fərdi qaydada gedəndə, gəlib ərizəni yazıb, imza vərəqəsini götürüb başlayırsan imza toplamağa. Amma blok şəklində iştirak edəndə, bir partiya digər partiyanın öz rəhbər orqanının iclasını keçirib sənədini təqdim etməsini gözləməli idi. İNdi isə mənim üçün daha asan olacaq".
   A.Əlizadə bildirdi ki, partiyalar və bloklar haqqında qanuna görə, ayrılıqda partiya kimi seçkilərdə deputat mandatı qazana bilsələr, o halda ASDP MSK-da təmsil olunmaq hüququ əldə edəcək. Bu isə daha sərfəlidir.
   
Müşfiq ABDULLA
Bakı şəhər Ticarət və Xidmət Departamentinə təzə status verildi
Azərbaycan Nazirlər Kabineti "İnzibati orqanların Təsnifatı"na əlavələr edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.
   "İnzibati orqanların Təsnifatı"nın III bölməsinə edilmiş əlavələrə əsasən, Bakı şəhər Ticarət və Xidmət Departamenti və Bakı şəhər Ekspertiza Mərkəzi Azərbaycanın yerli icra hakimiyyəti orqanları sırasına daxil edilib.
   Nazirlər Kabineti adıçəkilən qurumları, həmçinin, "Dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları" siyahısına salıb.
ARDNŞ Azərbaycan qazı üçün çıxış yolları axtarır
Sıxılmış qazla nə etməli?
Azərbaycan tərəfi təbii qazın sıxılmış halda Qara dəniz üzərindən Rumıniyaya nəqlinə dair rəsmi Buxarestin təkliflərini dəyərləndirir. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
   R.Abdullayevin sözlərinə görə, ötən il Azərbaycan və Rumıniya prezidentlərinin görüşündə Azərbaycan qazının sıxılmış halda tankerlər vasitəsi ilə Gürcüstandan Rumıniyaya nəqli, buradan Rumıniya və Avropa bazarlarına nəqli məsələsi müzakirə edilib.
   "Bu gün Rumıniya heyəti konkret təkliflərlə gəlib. Biz hazırda bu təkliflərə baxmağa başlamışıq və işçi qrupu yaradılıb. Artıq bu layihənin texniki iqtisadi əsaslandırılmasını həyata keçirəcəyik" - deyə ARDNŞ prezidenti vurğulayıb.
   R.Abdullayev anoloji razılaşmanın Bolqarıstanla da əldə olunduğunu qeyd edib. Hazırda həmin təkliflərə də baxılır: "Orada texniki iqtisadi əsaslandırmaya baxırıq. Əgər hansı layihənin effektliliyi olarsa, baxılacaq".
   ARDNŞ prezidenti vurğulayıb ki, hazırda iki variant nəzərdən keçirilir. Bunlardan biri Gürcüstan sahillərində - quruda zavodun inşası (burada qaz sıxılmış halda gəmiyə yüklənir), ikincisi isə qazın bilavasitə gəmidə sıxılmasını nəzərdə tutur.
   ARDNŞ prezidenti onu da əlavə edib ki, Bolqarıstan-Türkiyə qaz kəmərilə əks istiqamətdə qaz nəqlinin Azərbaycana mənfi təsiri olmayacaq. R.Abdullayevin sözlərinə görə, Bolqarıstan Azərbaycandan 1 mlrd. kubmetr qaz almaq istəyir və hazırda Azərbaycan tərəfi qazın nəqli üçün imkanları araşdırır.
Daşkəsəndəki hərbi faciə Dəyirmi Masa müzakirələrinə çıxdı
"Siyasiləşdirməyin, belə şeylər hər yerdə olur,.."
"Silahlı Qüvvələrə İctimai Nəzarət" İctimai Birliyi yanvarın 28-də Daşkəsəndəki "N" saylı hərbi hissədə baş verən hadisə ilə bağlı Dəyirmi Masa keçirib. APA-nın məlumata görə, birliyin sədri Emin Həsənli deyib ki, bu hadisə faciə olmaqla yanaşı, həm də cinayətdir.
   O bildirib ki, müdafiə nazirinin müavini Çingiz Məmmədov başda olmaqla, nazirliyin idarə rəisi, Şəmkir hərbi birləşməsinin komandiri və müavinləri, həmçinin istintaq qrupu hadisə yerində araşdırma aparıb. E. Həsənli bəyan edib ki, Qarabağ danışıqlarının intensiv xarakter aldığı, Ali Baş Komandanın və bütün ictimaiyyətin Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasa, hərbi yolla həll olunacağını vurğuladığı bir vaxtda orduda baş verən bu faciəvi hadisə siyasiləşdirilməməlidir: "Uğurlarımıza kölgə salınmağa cəhd göstərilməməlidir. Belə hadisələr dünyanın inkişaf etmiş ordularında da olur. Məsələn, ABŞ-da keçən il bir hərbi hissədə 1 nəfər 13 nəfəri güllələyib. Yaxud keçən il Rusiya ordusunda 265 ölüm faktı qeydə alınıb". Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, general Dadaş Rzayev isə xatırladıb ki, sovet ordusunun ən güclü vaxtlarında, 1972-ci ildə Pribaltika Hərbi Dairəsində 2 əsgər 6 əsgəri və 2 zabiti güllələyib. Milli Məclisin deputatları Həvva Məmmədova, Aydın Həsənov da orduya hörmətlə yanaşmağı, təsadüfi hadisələri qarayaxma kampaniyasına çevirməməyi, əsgərlərin vətənpərvərlik hissini yüksəltməyə çalışmağın zəruriliyini vurğulayıb.
   
Xətaidə 29 yaşlı Anar Əhmədov 5-ci mərtəbədən düşdü
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Naximov küçəsi 29 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yaşayan 1980-ci il təvəllüdlü Anar İbrahim oğlu Əhmədov fevralın 1-dən 2-nə keçən gecə mənzilə damdan daxil olmaq istəyərkən yıxılıb. O, aldığı xəsarətdən yerindəcə keçinib. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
İlham Əliyev "Qazprom"la razılaşmanın maraqlı detallarını açıqladı
"Nabukko"nun iki vacib şərtini bir daha təkrarladı
"Biz qazımızı müxtəlif istiqamətlərdə ixrac etməkdəyik. Bu bizim üçün çox vacibdir, çünki biz qazın nəqli sahəsində maksimal şaxələndirməyə nail olmuşuq". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Blombeerg" agentliyinə müsahibəsində deyib.
   "Qazprom"la əməkdaşlığa gəlincə, Əliyev bildirib ki, "sazişdə ixracın yuxarı həddi nəzərdə tutulmayıb". "Biz belə razılığa gəldik ki, hansı həcmdə qaz təklif etsək, "Qazprom" bir o qədər də alacaq. "Qazprom"la münasibətlərimizə gəldikdə, burada üstünlük ondan ibarətdir ki, aramızda heç bir tranzit ölkə yoxdur. Biz sadəcə həmsərhədik, infrastrukturumuz da vardır" - deyə Azərbaycan prezidenti vurğulayıb.
   "Mövcud boru kəmərləri şəbəkəsilə nə qədər qaz ixrac oluna bilər" sualına Əliyev belə cavab verib:Bu məsələdə ən mühüm amil hasilatın həcmidir. Bu gün biz bu həcmi elə bir səviyyədə saxlayırıq ki, ixrac etmək imkanımız olsun. Bizim yeni ixrac imkanlarımız və bazarlar olarsa, əlbəttə ki, hasilatın artırılmasına böyük sərmayələr qoyacağıq. Biz qazı satmaq imkanımız olmadan hasilatı artırmaq üçün on milyardlarla dollar sərmayə qoya bilmərik.
   "Nabukko" layihəsinə gəlincə isə, Əliyev deyib ki, bu layihə "Cənub dəhlizi"nin əsas elementlərindən biridir. "Bu layihə qazımızı Qərb bazarlarına çıxarmaq imkanı verə bilər. Buraya "Nabukko", TGİ (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Transadriatik boru kəməri) layihələri daxildir" - deyə Əliyev vurğulayıb.
   Onun sözlərinə görə, tranzit məsələsini həll etdikdən, ədalətli qiymətə nail olduqdan sonra Azərbaycan və onun tərəfdaşları olan xarici şirkətlər yeni infrastrukturun qurulması üçün milyardlarla dollar sərmayə qoyacaq.
   
RAMİL
Politoloqlar müxalifətin hər seçkiöncəsi eyni səhvi buraxdığını düşünür
Hakim partiyadan isə lakonik cavab gəldi - "onlar danışır, iş görmür"
Parlament seçkilərinin yxınlaşması fonunda ölkənin siyasi həyatında müəyyən aktivliyin müşahidə olunduğu diqqətdən yayınmır. Lakin iqtidar və müxalifət düşərgəsində bu aktivlik fərqli çalarlara malikdir. Belə ki, parlament seçkiləri ərəfəsində müxalifət yenidən birlik məsələsini gündəmə gətirsə də, həmin birlik yaradılmazdan əvvəl bu düşərgədə daha çox qarşılıqlı ittihamlar səslənməkdədir.
   Bu gün müxalif düşərgəyə nəzər salmaq kifayətdir ki, xeyli sayda belə qarşılıqlı ittihamlar müşahidə etmək mümkün olsun. Məsələn, Müsavat və Ümid, Müsavat əv ALP arasında yaranan mövcud münasibətlər fonunda bu partiyaların birlik yaratması indidən mümkünsüz görünür. Eləcə də DUİ, sol düşərgədə yer alan müxalif siyasi partiyaların mövqeyi iqtidar opponetlərinin bu dəfə də hər hansı ciddi birlik yarada bilməsini sual altına alır.
   Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə də mediaya açıqlamasında təsdiq edir ki, müxalifətin birlik yaratması istiqamətində görülən işlər istənilən nəticəni verməyib: "İndiyə qədər Azərbaycanda yaranmış birliklər sonradan qalmaqallarla bitib. Məhz bu səbəbdən də fərqli ideoloji müstəvidə, fərqli platformada olan partiyaların ancaq birlik naminə birliklərinin yaradılmasının əleyhinəyik. Çox təəssüflə qeyd etməliyəm ki, hərdən bizim siyasi arenada olan insanların bir-birilə münaqişələri Azərbaycanda siyasət və siyasətçilərin nüfuzunu aşağı salır. Bu mənada, məncə, sonradan qalmaqallar, münaqişələr yaratmaqdansa, bu cür birliklərin olmaması daha məqsədəuyğundur".
   Politoloq Zəfər Quliyev isə bildirib ki, Azərbaycan müxalifəti hər dəfə seçki ərəfəsində eyni səhvləri təkrarlayır. "Milli.Az" portalına açıqlamasında o qeyd edib ki, əvvəlki parlament seçkilərindəki təcrübə göstərib ki, müxalifət fəallaşmağa, müxtəlif birlik formalarının axtarışına başlayacaq: "Son illərdə müxalifət, demək olar ki, siyasi həyatda görünmürdü. Müxalifətin də iştirakına baxmayaraq, son bələdiyyə seçkiləri çöx sönük keçdi. Parlament seçkisi ərəfəsində isə nisbi fəallıq gözləniləndir. Amma müxalifətin ciddi nəticələr əldə etmək üçün potensialı yoxdur" .
   Politoloq qeyd edib ki, müxalifət ildən-ilə eyni səhvləri təkrarlayır: "Müxalifət partiyaları hər dəfə seçki ərəfəsində öz enerjisini bütünlükdə hansısa birlik formalarının axtarışına, namizədlərin vahid siyahısına xərcləyir. Amma ayrı-ayrılıqda zəif olan partiyaların birlikdə hansısa güclü model yaratması mümkün deyil. Əksinə, bu halda onların zəifliyi daha da qabarıq görünəcək".
   Z. Quliyev hesab edir ki, ayrılıqda heç bir müxalifət partiyasının bütün ölkəni əhatə edə biləcək resursları yoxdur. Bəlkə bu baxımdan onların əməkdaşlıq formalarına can atması anlaşılandır: "Amma təcrübə onu göstərir ki, bu il də müxalifət, hansı modelə üstünlük verməsindən asılı olmayaraq, ciddi uğur qazana bilməyəcək. Hətta deyərdim ki, əvvəlki illərə nisbətən daha zəif nəticə göstərəcək".
   Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov isə hakim partiyanın saytında yerləşdirilən müsahibəsində müxalif düşərgədə baş verənləri, həmçinin müxaliflərin seçki prosesinə hazırlığını belə şərh edib: "İlk növbədə qeyd edilməlidir ki, həmin siyasi təşkilatlar seçki prosesinə hazırlıq dedikdə yalnız danışmağı nəzərdə tuturlar.
   Onlar əməli fəaliyyətlərilə yadda qalmırlar. Qəzetlərə müsahibə vermək və ya hansısa müzakirə açmaq seçkiyə hazırlıq prosesi deyil. İkinci bir tərəfdən, onlar bununla öz gücsüzlüklərini pərdələmək istəyirlər. Çünki seçki olduqca ağır bir prosesdir və bunu həyata keçirmək üçün geniş fəaliyyət, potensial, seçki texnologiyası, konsepsiya lazımdır. Amma həmin partiyaların parlament seçkilərilə bağlı bu cür intensiv və dinamik fəaliyyət aparmağa nə gücü, nə də potensialı var. Seçkiyə hazırlıq konsepsiya şəklində, yuxarıda izah etdiyim şəkildə aparılmalıdır. Bu proses qrafikə uyğun şəkildə ardıcıl həyata keçirilməlidir. Yeni Azərbaycan Partiyasının uğurlarının arxasında həm də bu nizam-intizam dayanır"
   YAP rəsmisi hakim partiyanın artıq seçkiyə hazırlıq prosesinə start verdyini də vurğulayıb.
   
Tahir TAĞIYEV
ATƏT-in Bakı Ofisinin rəhbəri Bənəniyarda kənd camaatı ilə müzakirə apardı
ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel yanvarın 28-29-da Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
   ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, səfər zamanı keçirilən bir sıra rəsmi görüşlər nəticəsində əldə olunmuş ilkin razılaşmaya əsasən, ATƏT-in Bakı Ofisi 2010-cu il ərzində Naxçıvanda "Cəmiyyət dəstəkli polis", "İctimai toplantıların idarə olunması", "Sərhədlərin idarə olunması" mövzularında seminarlar keçirəcək, məhkəmələrin monitorinqini aparacaq. Bundan başqa, ATƏT-in maliyyə dəstəyilə Resurs Mərkəzinin yaradılması, "Səhnələşdirilmiş məhkəmə" layihəsinin həyata keçirilməsi, hüquqşünas, vəkil, hakim və prokurorlar üçün təlimlərin keçirilməsi kimi layihələr gerçəkləşdiriləcək. ATƏT-in Bakı Ofisi Muxtar Respublikada parlament seçkiləri öncəsi seçkilərlə bağlı bəzi layihələrdə həyata keçirəcək. 2010-cu il ərzində yerli media orqanları üçün də təlimlərin keçirilməsi nəzərdə tutulub.
   Qeyd edək ki, səfər zamanı səfir Cankorel Culfa rayonunun Bənəniyar kəndinə də baş çəkib. ATƏT-in Bakı Ofisinin rəhbəri kənd sakinlərilə görüşərək, 2009-cu il dekabrın 28-də Aşura mərasimi zamanı baş vermiş hadisə ilə bağlı onlarla söhbət edib. Səfir, həmçinin, hadisə ilə əlaqədar aparılmış istintaqla da maraqlanıb.
ABŞ-ın Bakıdakı səfirliyi də yeni səfiri gözləyir
Donald Lu necə izah verdi?
ABŞ-ın Azərbaycana yeni səfirinin təyin edilməsinin təxirə salınması üçün xüsusi səbəb yoxdur.
   Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatların Bakıdakı səfirliyi tezliklə yeni səfiri iş başında görməyə ümid edir: "Mən ötən ayın əvvəllərində Vaşinqtonda olmuşam və təyinatla bağlı bir çox adamla söhbətlər aparmışam. Biz səfiri mümkün olduğu qədər tez görmək istəyirik. ABŞ-da bu proses uzun vaxt aparır və bu barədə qərarı yalnız prezident qəbul edə bilər". Dağlıq Qarabağ münaqişəsinə toxunan Donal Lu deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də amerikalı həmsədr Robert Bradtke hazırda yüksək fəallıq nümayiş etdirir: "Hazırda Azərbaycan və Ermənistan prezidentləri, eləcə də həmsədrlər arasında fəallaşma dövrüdür. Mən gözləyirəm ki, bu davam edəcək".
   
Siyavuş Novruzov Musa Musayevin ictimai-siyasi fəaliyyətinə qiymət verilməsini zəruri sayır
"Vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə azad edilib"
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov hesab edir ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinə müdaxilədə ittiham olunan, bu il yanvarın 25-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Musa Musayevin ictimai-siyasi fəaliyyətinə də qiymət verilməlidir.
   M.Musayev YAP Siyasi Şurasının üzvüdür. Onu bələdiyyə seçkisinə müdaxilədə günahlandıran Mərkəzi Seçki Komissiyası 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Naftalan bələdiyyəsinə seçkinin nəticəsini də ləğv edib. Hazırda məsələni Baş Prokurorluq araşdırır. "Media forum" saytının məlumatına görə, S.Novruzov bildirib ki, M.Musayev icra başçısı kimi işinin öhdəsindən gələ bilmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına görə vəzifəsindən çıxarılıb: "Prezident İlham Əliyev onu bu səbəbdən icra başçısı vəzifəsindən azad edib. Musa Musayevin ictimai-siyasi fəaliyyətinə isə YAP qiymət verməlidir. Lakin hələlik onun ictimai-siyasi fəaliyyəti müzakirəyə çıxarılmayıb. Musa Musayevin ictimai-siyasi fəaliyyəti müzakirəyə çıxarılanda partiya buna müvafiq bütün məsələlərə baxacaq".
Səbaildə 3 nəfər dəm qazından zəhərlənib
Səbail rayonunda bir gecədə üç nəfər dəm qazından zəhərlənib. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən bildirilib.
   Səbail rayon sakinləri, 31 yaşlı Niyaməddin Kişiyev, 35 yaşlı Münəvvər Süleymanova və 34 yaşlı Həmidə Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.
   Faktla bağlı polis təhqiqat aparır.
   
Şiraslan İsgəndərov "Opel" maşınını Sumqayıtda teplovoza çırpdı
Sumqayıt şəhərində minik maşını teplovozla toqquşub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
   Hadisə dünən səhər saat 09.30 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində baş verib. Qusar rayon sakini, 1958-ci il təvəllüdlü Əzim Əliyev idarə etdiyi "Opel" markalı, 10 TL 892 dövlət nömrə nişanlı avtomobili dəmir yol xəttini keçmək istəyərkən Şiraslan İsgəndərovun idarə etdiyi, hərəkətdə olan teplovoza çırpıb.
   Qəza nəticəsində sürücü Ə.Əliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Minik maşınında olan digər sərnişinlər - Güludə Muradova və Rəhim Mirsultanov müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
   Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
   
Cəlilabadda İlham Bağırovun aptekini soyublar
Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, fevralın 1-də gecə naməlum şəxslər rayon mərkəzindəki 506 saylı aptekə girərək ümumi dəyəri 6000 manat olan müxtəlif adda dərman preparatı və tibb ləvazimatını oğurlayıb. Aptekin müdiri İlham Bağırovun müraciəti əsasında polis əməliyyat-axtarış tədbirlərinə başlayıb.
   Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4 maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
   
   
Cəlilabadlı azyaşlı "20 Yanvar" metrostansiyasına "bomba qoydu"
Azərbaycan paytaxtında metroya bomba qoyulması barədə yalan məlumat verən şəxsin azyaşlı olduğu məlum olub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Fevralın 1-də naməlum şəxs FHN-in "112" Xidmətinə zəng edərək, metronun "20 Yanvar" stansiyasına bomba qoyulması barədə məlumat verib. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb. Polisə yalan məlumatın Cəlilabad rayon sakini, azyaşlı F.Ə.tərəfindən verildiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
   
Sumqayıt Bələdiyyəsinin binası yandı
Sumqayıt Bələdiyyəsinin inzibati binasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə dünən səhər saatlarında baş verib.
   Yanğın nəticəsində Sumqayıt şəhər Bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 500 kv/m olan ikimərtəbəli binanın yanar konstruksiyaları və oradakı əşyalar 30 kv/m sahədə yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
   
Səfər Əbiyevi parlamentə çağıranlara Eldar Sabiroğlu cavab verdi
"Səfər Əbiyev ali baş komandan qarşısında hesabatla çıxış edir"
"Müdafiə Nazirliyi, ümumiyyətlə güc strukturları prezident qarşısında hesabatlıdır. Nazir Səfər Əbiyev mütəmadi olaraq ali baş komandan qarşısında hesabatla çıxış edir".
   Deputatların müdafiə naziri Səfər Əbiyevin parlamentə dəvət olunması təklifinə cavab olaraq, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu belə deyib.
   E.Sabiroğlu "Media forum"a açıqlamasında onu da vurğulayıb ki, hər bir deputat Milli Məclisin tribunasından müxtəlif təkliflə çıxış edə bilər: "Bu onların hüququdur".
   Parlamentin yaz sessiyasının birinci iclasında yanvarın 28-də Daşkəsəndə baş vermiş qanlı hadisədən danışan bəzi deputatlar müdafiə naziri Səfər Əbiyevin parlamentə dəvət olunmasını və hesabat verməsini təklif ediblər.
   
Ağdamda əsgər özünü vurdu
Müdafiə Nazirliyi Sədaqət Məmmədovun silahla ehtiyatsız davrandığı barədə rəy verib
Ağdam istiqamətində yerləşən "N" saylı hərbi hissənin əsgəri avtomat silahla özünə xəsarət yetirib.
   APA-nın Qarabağ bürosunun məlumatına görə, Lənkəran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Məmmədov Sədaqət Xalid oğlu özünün silahından açılan atəş nəticəsindən ayağından yaralanıb. Hazırda onun vəziyyəti kafi hesab edilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
   Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. T.Abdullayev deyib ki, əsgər silahla ehtiyatsız davrandığı üçün atəş açılıb və o, ayağından xəsarət alıb. Hazırda əsgərin vəziyyəti normaldır.
   
Nərimanov parkında erməni tərəfdarı ilə əleyhdarının razborkası...
Anar Heybətov həbs olundu
Bakı şəhərində müxtəlif internet-forumlarda erməniləri müdafiə edən və onlarla yazışan şəxs saxlanıb. Həmin şəxs dünən saat 18.00 radələrində metronun "Nərimanov" stansiyasının yaxınlığındakı parkda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
   Bu barədə Milli.Az xəbər portalına parkda olan sakinlər məlumat verib. Apardığımız araşdırmadan sonra məlum oldu ki, saxlanan şəxs 25 yaşlı Anar Mühit oğlu Heybətovdur. O, müxtəlif internet saytlarında ermənilərlə danışıqlar aparırmış. Son dəfə də internet-forumda müzakirələr zamanı erməniləri söyən azərbaycanlılara etiraz edib və onlardan birini "Nərimanov" metrosunun yaxınlığındakı parka çağırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi yaxalayaraq MTN-ə təhvil verib. Həmin qurumun ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev MTN tərəfindən belə bir şəxsin saxlandığını təsdiq etmədi.
   
"Əzizbəyov" və "Neftçilər" metrostansiyalarının yaxınlığında fahişələrə qarşı "yürüş" keçirildi
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yüngül həyat tərzi keçirən bir qrup qadın saxlanıb.
   (ANS PRESS) "Əzizbəyov" və "Neftçilər" metro stansiyalarının yaxınlığında əxlaqsızlıqla məşğul olmaqla ictimai asayişi pozan şəxslər izahatlarının alınması üçün bölməyə gətirilib.
   Polis bölməsindən verilən məlumata görə, saxlanan qadınlar fahişəliklə məşğul olduqlarından artıq bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunublar. Amma onlar qanunvericilikdə nəzərdə tutulan cərimələri ödədikdən sonra azad ediliblər. Qadınlar əməllərindən əl çəkmədiklərinə görə növbəti dəfə polis əməkdaşları tərəfindən saxlanıblar.
   Bölmədən onu da bildiriblər ki, qədim peşənin sahibləri müvafiq tibbi ekspertizalardan keçirilmələri üçün dəri-zöhrəvi dispanserinə göndəriləcək.
   
   
   
Bakıdan Naxçıvana təyyarə reysləri 3-dən 2-yə endirildi
Gedib-gələnlər azalıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) dünəndən etibarən Bakı-Naxçıvan marşrutu üzrə sərnişin aviareyslərinin sayını azaldıb.
   AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, bundan öncə sözügedən marşrut üzrə həftənin hər günü uçuşlar 3 dəfə yerinə yetirilirdisə, artıq fevralın 2-dən etibarən hər gün iki uçuş həyata keçirilir: "Reyslərin azaldılmasının səbəbi sərnişinlərin az olması ilə bağlıdır. Bakıdan Naxçıvana təyyarə hər gün saat 14:20-də və 20:40-da, Naxçıvandan Bakıya isə 16:40-da və 22:50-də uçuşlar yerinə yetirəcək".
   Qeyd edək ki, hazırda "Tu-154" avialayneri ilə yerinə yetirilən Bakı-Naxçıvan marşrutuna bir aviabiletin qiyməti 75 manat, 5-12 yaşda uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün isə 65 manat təşkil edir.
   
Quba və Dəvəçidə qanunsuz ov edənlər tutulub
Quba və Dəvəçi rayonlarında qanunsuz ov edən şəxslər tutulub. Dəvəçi rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Dəvəçi şəhər sakini, 43 yaşlı Şaiq Fərzəliyev ovlanması qadağan edilmiş 4 ədəd quşu tutduğuna görə polis tərəfindən saxlanıb.
   Quba rayon sakini, 42 yaşlı Elman Əbdülmanafov isə "Stinger" markalı ov tüfəngilə qanunsuz ov etdiyinə görə tutulub. Bundan başqa, onun ov etdiyi yerdən 3 ədəd atılmış ov tüfəngi aşkar edilərək götürülüb.
   Hər iki faktla bağlı araşdırma aparılır.
   
Eynulla Fətullayevin qan və sidik analizləri ətrafında mübahisə yaranıb
Həbsdə olan jurnalist Eynulla Fətullayevdən götürülmüş qan və sidik analizlərinin nəticələri açıqlanıb.
   Æurnalistin vəkili İsaxan Aşurov APA-ya açıqlamasında bildirib ki, analizin nəticələrinə görə, E.Fətullayevin qanında az miqdarda heroin aşkar edilib. Lakin vəkil analizin nəticələrilə razılaşmadıqlarını vurğulayıb.
   Əlavə edək ki, jurnalistin atası Emin Fətullayev və vəkili İ.Aşurov məhkəmə narkoloji ekspertizasının rəyi barədə fevralın 1-də də mətbuata açıqlama verib. Onlar bildiriblər ki, həmin rəyə əsasən, E.Fətullayev narkotik maddələrin aludəliyindən əziyyət çəkmir və onun məcburi müalicəyə ehtiyacı yoxdur.
   
Nardaranda "balıq üsyanı"...
Yandırılmış təkərlərlə yolu bağladılar
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində növbəti dəfə etiraz aksiyası keçirilib. Bu barədə Lent.az-a qəsəbə sakinlərindən biri məlumat verib. Fevralın 1-də keçirilən aksiyaya səbəb isə yerli əhaliyə Xəzər dənizinin Nardaran sahillərində balıq tutmağa icazə verilməməsi olub.
   Belə ki, 100-dək aksiya iştirakçısı Nardaranda "dördyol" adlanan ərazidə təkər şinləri yandıraraq yolu bağlayıb. Bu zaman yolda xeyli sayda avtomobil yığılıb. Aksiya iştirakçıları onlardan balıq tutmaq üçün hər qayığa görə aylıq 200 manat tələb olunmasına qarşı çıxıb: "Biz nə qədər qazanırıq ki, ayda 200 manat da verək?!"
   Əraziyə polis əməkdaşları da gəlib. Onlar aksiya iştirakçıları ilə məsələni danışıq yolu ilə yoluna qoyub. Yalnız bundan sonra balıqçılar dağılışıb.
   "Həqiqətən də Nardaran qəsəbəsində bir qisim adam toplaşıb. Lakin bizim əməkdaşlarımız buna müdaxilə etməyib". Bu barədə isə Lent.az-a Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən bildirilib.
   Qeyd edək ki, balıqçılıq Nardaran əhalisinin əsas məşğuliyyətlərindən biri sayılır.
 
 
 SON XƏBƏRLƏR
2010-02-03 Nardaranda "balıq üsyanı"...
2010-02-03 Eynulla Fətullayevin qan və sidik analizləri ətrafında mübahisə yaranıb
2010-02-03 Quba və Dəvəçidə qanunsuz ov edənlər tutulub
2010-02-03 Bakıdan Naxçıvana təyyarə reysləri 3-dən 2-yə endirildi
2010-02-03 "Əzizbəyov" və "Neftçilər" metrostansiyalarının yaxınlığında fahişələrə qarşı "yürüş" keçirildi
2010-02-03 Nərimanov parkında erməni tərəfdarı ilə əleyhdarının razborkası...
2010-02-03 Ağdamda əsgər özünü vurdu
2010-02-03 Sumqayıt Bələdiyyəsinin binası yandı
2010-02-03 Cəlilabadlı azyaşlı "20 Yanvar" metrostansiyasına "bomba qoydu"
2010-02-03 Cəlilabadda İlham Bağırovun aptekini soyublar
2010-02-03 Şiraslan İsgəndərov "Opel" maşınını Sumqayıtda teplovoza çırpdı
2010-02-03 Səbaildə 3 nəfər dəm qazından zəhərlənib
2010-02-03 Siyavuş Novruzov Musa Musayevin ictimai-siyasi fəaliyyətinə qiymət verilməsini zəruri sayır
2010-02-03 ABŞ-ın Bakıdakı səfirliyi də yeni səfiri gözləyir
2010-02-03 ATƏT-in Bakı Ofisinin rəhbəri Bənəniyarda kənd camaatı ilə müzakirə apardı
2010-02-03 Politoloqlar müxalifətin hər seçkiöncəsi eyni səhvi buraxdığını düşünür
2010-02-03 İlham Əliyev "Qazprom"la razılaşmanın maraqlı detallarını açıqladı
2010-02-03 Xətaidə 29 yaşlı Anar Əhmədov 5-ci mərtəbədən düşdü
2010-02-03 Daşkəsəndəki hərbi faciə Dəyirmi Masa müzakirələrinə çıxdı
2010-02-03 ARDNŞ Azərbaycan qazı üçün çıxış yolları axtarır
2010-02-03 Bakı şəhər Ticarət və Xidmət Departamentinə təzə status verildi
2010-02-03 Tanınmış fərdlərin parlament-seçki bloku yarana bilər
2010-02-03 Nizami Cəfərov "Diffamasiya qanunu"nun bu il qəbulunu mümkün saymır
2010-02-03 Eks-prezidentlərin statusu barədə qanun MM-in müzakirəsinə çıxarılır
2010-02-03 Yeni Zaman Partiyası qeydiyyata alınsa parlament seçkilərində iştirak edəcək
2010-02-03 Saysız kiçik partiyalar AXCP və Müsavatdan birlikdə kənarlaşa bilər
2010-02-03 "Müsavat sədri müxalifətin birliyinə böyük zərbə vurdu"
2010-02-03 ACCESS bank "KİV nümayəndələrinə kredit verməyin" qərarı qəbul edib
2010-02-03 Bilgəhdə fəhlə ilə ev sahibi 20 manata görə bıçaqlaşdı
2010-02-03 Naxçıvanda 50 nəfər orta təhsilli bələdiyyə sədri oldu
2010-02-03 Elmira Axundova ilə Qüdrət Həsənquliyevin davası kəskinləşir
2010-02-03 Sabir Rüstəmxanlıya ölüm hökmü vermiş nardaranlı həbsxanadan çıxdı
2010-02-03 Bakı Şəhər Vergilər Departamentinin üç filialı ləğv edildi
2010-02-03 İranın Azərbaycan jurnalistləri üçün viza məsələsində təzə qərarı...
2010-02-03 "20 Yanvar" körpüsünün üstündə "Mercedes" yandı
2010-02-03 İranın viza ayrıseçkiliyi Azərbaycan jurnalistlərinin etirazına səbəb oldu
2010-02-03 İranda edama məhkum edilmiş mitinqçilərin qohum-əqrabası ayağa qalxıb
2010-02-03 İrana vizasız gedən azərbaycanlıların tibbi arayış məsələsi hələ müzakirə olunur
2010-02-03 Rusiya kəşfiyyatının 5 zabiti Ukraynada yaxalanıb
2010-02-03 Kiyevin "Maydan" meydanında kütləvi aksiyalar qadağan edildi
2010-02-03 Roma papasının qətlini Ağcaya sovet DTK-sı sifariş edib
2010-02-03 Nizami İsgəndərovla yanaşı Qənirə Paşayeva, Rüfət Quliyev və Sabir Hacıyev də gedir
2010-02-03 ABŞ dövlət katibinin köməkçisi Türkiyə- Ermənistan protokollarına yenə müraciət etdi
2010-02-03 Riçard Armitac ilk vəzifə bəyanatında Türkiyəyə "soyqırım eyhamı" vurdu
2010-02-03 Saakaşvilinin həyatı təhlükədədir
2010-02-03 Binəqədidə avtobus faciəsi ilə əlaqədar Bakı Şəhər DYP-də iclas keçirilib
2010-02-03 Dərnəgül yolunun sağ-solunda əvvəlki dərəbəylik yenə başlayır
2010-02-03 Təzə avtomobillərin qiymətində yeni bahalaşma gözlənilir
2010-02-03 Lənkəranda "Mercedes" və "Moskviç" toqquşdu
2010-02-03 Azərbaycanda varlılar üçün əlavə vergi...
2010-02-03 Bakının mərkəzində çox bahalı kirayə mənzillər sürətlə boşalır
2010-02-03 Bakıda azı 80 yeni çoxmərtəbəli binanın sökülməsinə qərar verilib(?)
2010-02-03 "Kərbəla yolları" şirkəti ilə Mədəniyyət Nazirliyi məşğul olmalı deyil
2010-02-03 "Vest Hem" hücum xəttindəki problemlərini İlanla həll etdi
2010-02-03 Da Silva "Olimpik-Şüvəlan"la yeni müqavilə bağladı
2010-02-03 "Palmeras"ın futbolçusu "Xəzər Lənkəran"da
2010-02-03 "Olimpik-Şüvəlan" "Neftçi"dən asılı vəziyyətə düşdü
2010-02-03 "Barselona" heyətinə görə planetin ən dəyərli klubudur
2010-02-03 Mançini "Milan"la razılığa gəldi
2010-02-03 "Qalatasaray" 1 milyon 250 min dollara futbolçu aldı
2010-02-03 "Qalatasaray"ın futbolçusunu ciddi cəza gözləyir
2010-02-03 Elanoya əvəzlənmədə çatan yoxdur
2010-02-03 Güləşçilərimiz Ermənistana getməkdən rəsmən imtina etdi
2010-02-03 Milli Kitab Mükafatının təşkilatçısı şifahi suallara cavab vermək istəmədi
2010-02-03 Binəqədi polisi Salamov qardaşlarından heroin götürdü
2010-02-03 Bənövşə Hacıyevə razılaşdı, Müşfiq Muradov isə...
2010-02-03 Qaraçuxurlu Mahmud Quliyev də ali məktəblərə qanunsuz tələbə düzəldirmiş
2010-02-03 Bir azyaşlı qızı və oğlanı zorlamış iki gəncəliyə hökm oxundu
2010-02-03 "Rövşən Lənkəranski" ləqəbli kriminal avtoritetin məhkəməsi başladı
2010-02-03 Neftçalada bacısını qətlə yetirən Vüsalın məhkəməsi başladı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009