01 Fevral 2010-cı il, N 281(1179)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"Mən baldırlarımı açıb göstərmirəm" (3548)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2254)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1356)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Deputat Statistika Komitəsinin "nikah-boşanma rəqəmlərinə" şübhə etdi
Aynur Camalqızı: "Qeyri-rəsmi nikahların sayı çox olduğuna görə bu statistika reallığı əks etdirməyə bilər"
Sosioloqlar deyir ki, boşanmanın səviyyəsinin eyni halda qalması həm əhalinin sosial vəziyyətinin müəyyən qədər düzəlməsi, həm də onların apardığı maarifləndirmə ilə bağlıdır
Ölkədə boşanmalarla bağlı statistika sabit qalsa da, nikaha daxil olanların sayı azalıb. Məlumatlara görə, ötən il ərzində Azərbaycanda 78,9 min nikah və 7,8 min boşanma halı qeydə alınıb.
   Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2008-ci illə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 9,2-dən 8,9-a qədər azalıb, boşanmaların sayı isə eyni səviyyədə qalıb.
   Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında isə 23 yaş təşkil edib.
   Sosioloqlar isə hesab edir ki, Dövlət Statistika Komitəsinin boşanma halları və nikahla bağlı məlumatında müəyyən yanlışlıqlar ola bilər. Bəzi sosioloqlara görə, ölkədə il ərzində rəsmi ailə həyatı quran və boşananlarla yanaşı, qeyri-rəsmi olaraq bu aktları gerçəkləşdirənlər də var. Onların fikrincə, Komitə qeyri-rəsmi evlənənlərin və boşananların da siyahısını əldə etməlidir. Bununla yanaşı, sosioloqlar deyir ki, hazırda gənclərin bir qismi məlum səbəblər üzündən evlənmək istəmir. Sosioloqların sözlərinə görə, bu gün maddi ehtiyac, əməkhaqqının az olması, evsizlik problemi gənclərin evlənməsinə əməlli-başlı əngəl yaradır. Azərbaycanda kifayət qədər qarımış qız, ehtiyac üzündən ailə qura bilməyən kişinin olduğunu deyən sosioloqlar bildirir ki, nikahların azalmasına bu amil də təsir göstərir. Boşanmaların azalmasına gəlincə isə, onların dediyinə görə, son illər müəyyən qrup insanların sosial rifahı düzəlməkdədir, bu halda isə boşanmaların faizi qalxa bilməz. Sosioloqlara görə, onlar boşanmalar əleyhinə müəyyən maarifləndirmə işləri aparır, bu da nəticədə boşanmaların sayının stabil qalmasına səbəb olub.
   Millət vəkili Aynur Camalqızı (Quliyeva) isə hesab edir ki, Statistika Komitəsinin təqdim etdiyi rəqəm tam olaraq reallığı əks etdirmir":Mən bu statistikanın düz olub - olmadığına bir qədər şübhə ilə yanaşıram. Bildiyimə görə, bu statistika tamam başqa rəqəmlərdən ibarətdir. Bu mövzu ilə maraqlandığıma və araşdırmalar apardığıma görə az-çox məlumatım var. Bilirəm ki, reallıq bundan ibarət deyil. Yəni ölkəmizdə boşanmaların sayı azalmayıb. Bəlkə də nikahların sayı azala bilər. Bu məsələdə mübahisə etmək istəmirəm. Bunun da bir səbəbi o ola bilər ki, bir qisim insanlar nikah yaşına çatmayan qızlarla ailə həyatı qurmağa üstünlük verir. Bu da cütlüklərin rəsmi nikaha daxil olmasına mane olur. Əslində, qeyri-rəsmi nikahların sayı çox olduğuna görə bu statistika da reallığı əks etdirməyə bilər. Mən fikrimin təsdiqi üçün diqqəti bir məqama yönəltmək istəyirəm. Məsələn, bu yaxınlarda boşanma və nikaha daxil olma ilə bağlı yeni bir rəqəm müzakirəyə çıxarılmışdı. Bildirilirdi ki, 2009-cu ildə doğulan uşaqların təxminən 30-40 faizini yaşı 17-yə qədər olan analar dünyaya gətirib. Bu da mənim dediyimi bir daha təsdiqləyir ki, bizdə nikahların sayı azalmayıb, sadəcə nikahların əksəriyyəti qeyri-rəsmi şəkildə baş verdiyinə görə bu rəqəmlər rəsmi statistikaya düşmür. Bu baxımdan da, Statistika Komitəsinin yaydığı məlumatla bağlı ətraflı fikir bildirməyə çətinlik çətirəm. Çünki mənə elə gəlir ki, göstərilən rəqəmlər reallığı tam əks etdirmir. Yaxşı olardı ki, bu məsələyə yenidən baxılsın, monitorinqlər keçirmək yolu ilə əhaliyə daha dəqiq məlumat verilsin".
   A.Camalqızının sözlərinə görə, ehtiyac üzündən evlənə, özünə yuva qura bilməyən gənclərimiz də çoxdur. Millət vəkili hesab edir ki, bütün sahələrdə çalışan insanlar sırasında belələri çoxdur: "Yaşı 35-40-ı keçən nə qədər oğlan və qızımız var ki, ən primitiv məişət qayğıları ucbatından ailə qura bilmir. Mən bu sosial qruplar içərisində jurnalistika sosial qrupunu xüsusi fərqləndirmək istəyirəm. Ölkəmizdə mətbuatda çalışan jurnalistlərimiz çox ağır şərtlər altında işləyir. Çox az maaş alırlar. Bizim jurnalistlərin 60-70 faizinin ümumiyyətlə şəxsi evi yoxdur. Bu da, təbii ki, onların vaxtında ailə qurmasına çox ciddi maneə törədir. Elə insanlar var ki, 20-30 ildir kirayədə yaşayır. Aldıqları məvacib isə onlara imkan vermir ki, bu pula ev alsınlar. Bu heç hansısa bir bankdan ipoteka şərtlərilə ev almalarına da imkan vermir. Cəmiyyətimizdə əksər sosial zümrələr, sosial qruplar var ki, məişət, sosial məsələlərlə bağlı çox ciddi problemləri var. Bu problemlər üzündən ya ailə qurmurlar, ya da ki, gec ailə qururlar".
   
İradə SARIYEVA
Ağsuda Həmidova Cavahirin evi yanıb
Yanvarın 29-da gecə saat 22:00 radələrində Ağsu şəhəri, S.Vurğun küçəsindəki 18 saylı evdə yanğın baş verib.
   Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 1958-ci il təvəllüdlü Həmidova Cavahir Paşa qızına məxsus, ümumi sahəsi 80 kvadratmetr olan mənzilin 20 kvadratmetrlik hissəsi məişət əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə göndərilən iki yanğınsöndürən maşın və canlı qüvvənin köməyilə alovun digər otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə sobanın tüstü borusunun düzgün quraşdırılmaması səbəb olub. Faktla bağlı təhqiqat aparılır.
   
Lənkəranda Nəsirov qardaşları əlillər üçün tikilən binada saysız oğurluqlar törədib
Lənkəranda oğurluqla məşğul olan iki şəhər sakini yaxalanıb.
   Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, şöbəyə daxil olan şikayət ərizəsi əsasında yaradılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakinləri olan iki qardaş - 1971-ci il təvəllüdlü Vüqar Əzim oğlu Nəsirov və 1973-cü il təvəllüdlü İlqar Əzim oğlu Nəsirov şübhəli şəxs qismində saxlanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, qardaşlar şəhərin Şəhidlər Xiyabanı küçəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən yaşayış binasından ayrı-ayrı vaxtlarda 15 ədəd qaz sobası, 2 yazı masası, 4 əlüzyuyan, 2 sanitariya avadanlığı oğurlayaraq bu malların bir hissəsini satıblar. Qalan avadanlıq isə polis tərəfindən qardaşların yaşadığı evdə aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
   
Bərdədə bir-birinə çox yaxın iki ev yanıb
Bərdə rayonunun Mustafaağalı kəndində iki ev yanıb. Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Ayna Eldar qızı Mustafayeva və Kəklik Həsən qızı Alıyevaya məxsus yaşayış evlərində ümumi sahəsi 45-50 kvadratmetr ərazi yanıb.
   Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını almağa müvəffəq olub. Evlər bir-birinə yaxın olduğundan, yanğın iki evi də birdən bürüyüb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Yanğın zamanı ev sahibləri evdə olmayıb. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.
"Xristianlıq Məsihsiz də yarana bilərdi..."
Məlumdur ki, xristianlığın əsas qayəsi İsa Məsihin günahları bağışlama missiyasına inam, Qiyamətə və Məsihin qiyamətdə zühür edəcəyinə inam, Allahın ədalətli məhkəməsinə və ədalətli quruluşun yaradılacağına inamdır. I əsrin 1-ci yarısında həz.İsa tərəfindən yaradılan xristianlıq, I əsrin 2-ci yarısında Roma imperiyasının şimal əyalətlərində yayılıb. İlk olaraq bu dinin daşıyıcıları yəhudilər, az sonra isə müxtəlif etnik qruplar olub.
   Erkən xristianlığın patristikasını - teoloji, dini, sosial-siyasi doktrinasını İskəndəriyyəli Filon (v.e.50) hazırlayıb. Xristianlığ məhz Filonun ilahi loqos (söz, fikir, təlim)-Allah ilə insanlar arasında vasitəçi, məsiha (xilaskar; xristianlıqda Məsih, şiəlikdə 12-ci imam məsiha sayılır) haqqında təlimini özündə əxz etdirib. Həmin səbəbdən F.Engels (v.e 1895) onu xristianlığın atası adlandırıb.
   Erkən xristianlığın digər mühüm ideya mənbəyi Romalı Senekanın (v.e.65) metafizik fəlsəfəsidir. Bu fəlsəfədə əsas prinsip insanların öz həyatlarını vahid kosmos qanunlarına tabe etdirməsidir. Erkən xristianlıqda müxtəlif qruplar, cərəyanlar arasında dini məsələlər, xüsusən Məsihin təbiəti barədə yekdil fikir olmasa da, onları imperiyaya nifrət, Məsihin rəhbərliyilə "ilahi padşahlığın" yaranacağına ümid birləşdirirdi.
   
   Bütpərəst imperatorun xristianlığı dəstəkləməsinin səbəbləri
   
   Lakin nifrətdən doğan bu ümid həmişə təqiblərlə müşayiət olunub. O dövrdə cəmiyyət çox ciddi piramida şəklində struklaşmışdı. Saysız - hesabsız qullar piramidanın əsasında, imperator isə külli ixtiyar sahibi kimi piramidanın başında idi. Quldarlıq dövrünün mahiyyətindən irəli gələn istismar, xristianlığı təzəcə qəbul etmiş inanclı bəndələr üçün daha dözülməz idi. Artıq III əsrdə, imperator Diokletian Qay Avreliy (v.e.313) dövründə xristianları təqib edən xüsusi qurum yaradılmışdı. Tarixçi Laktansiy (v.e.325) "Təqibçilərə ölüm" kitabında yazıb: "İmperator sarayında yanğın xristianların təqibini daha da gücləndirdi". Ümumiyyətlə 303-311-ci illərdəki təqiblər xristian tarixində "əzabkeşlər erası" kimi yadda qalıb. İman və azadlıq uğrunda ölüm - dirim üsyanları Diokletianın 305-ci ildə taxtdan könüllü imtinasına(?!) səbəb oldu və 0,8 ildən sonra 313-cü ildə kimsəsiz bir adam kimi vəfat etdi.
   Həmin dövrdə imperatorluq uğrunda mübarizə əsasən Konstantin və Maksensiya arasında idi. Xristianlar Konstantini inandırmışdılar ki, Allah onunladır və döyüş onun qələbəsilə qurtaracaq. 27 oktyabr 312-ci ildəki döyüşdə xristianların amansız düşməni Maksensiya öldürüldü. Onun meyidini Tibr çayı bu günə kimi gizlədib. Həmin epoxanın hər iki xronisti - Laktensiy və Evseviy Kesariyskiy (v.e.340) yazıb ki, Konstantinin qələbəsinə səbəb, onun yuxuda Məsihə işarə edə "X" simvolunu görməsi olub.
   Laktinsiy yazır: "Döyüşün əvvəlində Maksensiyanın ordusu üstün idi. Az sonra Konstantin cuşə gəlib şəhərin lap yaxınına gəldi. Kontantinə yuxada deyilmişdi ki, əsgərlərinin qalxanlarına Xristosun adının ilk hərfini yazdırsın". Kesariyesiy isə bu möcüzəni belə şərh edir: "İmperator mənə dedi: Günün 2-ci yarısında, Günəşin batmasından bir az əvvəl Günəşin üstündə xaç şəkli və yazı gördüm. Yazıda deyilirdi": İndi sən qalib gələcəksən! Bu işarəni əsgərlərim də gördü. Gecə yatarkən yuxuda mənim yanıma həmin işarə ilə Xristos gəldi". Sonradan senat imperatorun bu qələbəsinin "İlahidən" olduğunu rəsmən təsdiqlədi.
   
   Kilsə bütpərəst imperatoru özünün xarici məsələlər üzrə yepiskopu seçdi
   
   Mütləq hakimiyyətə malik olan Konstantin kəbinsiz evlənməyi, çarmıxa çəkilməyi, heyvanların daxili orqanları ilə fala baxmağı qadağan etdi. Yəhudi, bütpərəst və xristianların inanclarına hörmət edən imperator, yəhudilərə xristianlığı qəbul edən yəhudiləri daş-qalaq etməyi qadağan etdi. 321-ci ildə bazar günü "Allah günü" kimi bayram və istirahət günü elan edildi. Bazar gününün "Allah günü" (Məsihin göyə çəkilməsi) qəbul edilməsi Konstantin daxil olmaqla Günəşə (Günəş allahı Apollona) sitayiş edənləri də qane edirdi. Çünki onlar da bazar gününü - "Günəş günü"nü istirahət günü qəbul etmişdi. Qeyd edək ki, "Günəş günü" termini (Copptaq (zonntaq) alman, Sindau (sandi) ingilis dilində) "bazar günü" kimi bu gün də xristian dinini qəbul edən alman və ingilissakson xalqlarının təqvimlərində istifadə edilir.
   Lakin Konstantin bununla kifayətlənmədi. O, imperiyanı və özünün taxt-tacını qorumaq məqsədilə "ümumdünya" adı altında ümumimperiya dini toplantı keçirməyi qərara aldı. Özü Həz.İsanın təbiətilə bağlı teoloji disputlarda iştirak etməsə də, fəqət toplantı hələ də bütpərəst olan Konstantinin rəhbərliyi və diqtəsilə keçdi (20 may 325-ci il, Nikey şəh.). Toplantı əslində din sferasının dövlətin əlində təmərküzləşməsi məqsədini güdürdü. Din xadimlərinin bütpərəst imperatoru "Kilsənin xarici məsələlər üzrə yepiskop" seçməsi isə həm Konstantinin xristianlar arasında xarizmasından, həm də kilsənin metodik surətdə özünü dirçəltməsindən xəbər verirdi. Həmin dövrdə dini və siyasi institutlar bir-birilə o qədər üzvi əlaqədə idi ki, hətta bəzi teoloqlar Məsihin "Allah padşahlığı" sözünün "Konstantın padşahlığı" ilə reallaşacağına inanırdılar.
   Nikey toplantısını bağlayan Konstantin imperiya ərazisində olan bütün kilsələrə müraciət etdi. Müraciətdə deyilirdi: "Məğlubedilməz, əzəmətli və müqəddəs Konstantindən bütün kilsələrə! Dövlətin xoşbəxt durumu məndə əminlik yaratdı ki, qazandığım bütün nəaliyyətlər qüdrətli Allahın mənə olan lütvüdür. Bundan sonra mən ancaq bir-yeganə inam ilə hər şeyə qadir olan Allahı sevməli və bu sevgini imanlı bəndələrə aşımalıyam".
   Az sonra Konstantin imperiyanın mərkəzini Romadan şərqə, Bosfora yaxın, gələcəkdə yaranan Bizansa köçürməyə başladı. Buna səbəb: 1) Şərqdə xristianlığı qəbul edənlərin, deməli Konstantini dəstəkləyənlərin sayının Qərbdəkindən 2 dəfə çox olması; 2) İrandan gələn təhlükəyə çevik cavab vermək; 3) Şərqin coğrafi baxımdan daha perspektivli iqtisadi məkan olması və s. amillər idi. Beləliklə, tikiləcək yeni paytaxtda imperatorun adını əbədiləşdirmək üçün 326-cı ildə Konstantinopolun özülü qoyuldu. Tikintisi 330-cu ildə sona çatan Konstantinopolda Konstantinin Günəş allahı Apollon şəklində heykəli qoyuldu. Qeyd edək ki, Şərqi imperiyanın mərkəzi olan bu şəhər, 1453-ci ildən Osmanlı imperiyasının paytaxtı kimi İstanbul (yunanca - şəhərə gedirəm) adlanıb. Əvvəli bütpərəst sonu xristian olan Konstantin 22 may 337-ci ildə, Sasanilər nümayəndəsi İran şahı II Şapura (v.e.379) qarşı yürüşdən qabaq ölüb. O, ölüm ərəfəsi xaç suyuna salınıb.
   
   Həz.İsanın həvariləri
   
   Qeyd edildiyi kimi, ilkin xristianlığın patristikasını hazırlayan Filon və Seneka olub. Lakin istər İsa(ə)-nin sağlığında, istərsə də onun Allah dərgahına getməsindən sonra ilkin xristianlığı bilavasitə təbliğ və təşviq edənlər məhz Məsihin həvariləri (şagirdləri) olub.
   Allahu-Təalənin İsa(ə)-yə nazil etdiyi İncilin təhrif olunmasında həvarilərin də müəyyən dərəcədə rolu olmasına baxmayaraq, fəqət erkən xristianlıq məhz onların əməli missioner fədakarlığı nəticəsində inkişaf edib. Həvarilər təbliği zor gücünə deyil, inandırıcı dəlillərlə apardığına görə, onlar nəinki bütpərəstlərin və yəhudilərin müqavimətini dəf edib əksinə, onları xristian dininə cəlb etməklə xristianlığı uğurla yayıblar. Həvarilər haqqında tarixçi Vasiliy (v.e.379) yazıb: "Onların çoxu öz əmlakını kasıblara verərək vətənini tərk etdikdən sonra Məsihin təlimini digər ölkələrdə yayıblar". Qurani-Kərim həvarilərin fəaliyyətini və onların imanlı bəndələr olmasını belə bəyan edir: "Xatırla ki, o zaman həvarilərə: "Mənə və Peyğəmbərimə iman gətirin!" - deyə əmr etmişdik. Onlar isə: "Bizim (Sənə və Peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!" - deyə cavab vermişdilər" (Məidə 113).
   Həz.İsa ilk şagirdlərini Kopernaumdakı bir balıqçı ailəsində tapıb. Bu ailədə iki qardaşın - Şimon və Andreyin ona olan məhəbbəti Məsih məktəbinin əsasını qoydu. Şimon Əhdi Cədidə (İncilə) daxil olan yazılarda həvari Pyotr kimi göstərilib. Pyotr evli olub, iki övladı, arvadı və anası ilə yaşayıb. Məsih bu ailəni sevdiyinə görə, çox vaxt onlarda qalıb. Andrey isə əvvəl İsa(ə)-nin müasiri vəftizçi Yəhya(ə)-nin şagirdi olub. O, Həz.Yəhyanın başı kəsildikdən sonra İsa(ə)-yə qoşulub. Peyğəmbərin sonrakı 2 şagirdi - Yaqub və Yəhya da balıqçı ailəsindən olub. Həz.İsanın qalan şagirdləri bunlardır: Yəhya, Yəhudə, Filip, Varfolomey, Matvey, Foma, Simon və İsa(ə)-ni yəhudilərin təhrikilə imperator canişinin əlinə verən satqın Yəhudə İskariot.
   
   "Xristianlıq İsasız da yarana bilərdi, fəqət Pavelsiz yox"
   
   İsa(ə)-nin təliminin təbliğində rəsmi 12 (burada 12 rəqəmi İsrail oğullarının 12 qoluna işarə edən simvolikadır) həvari siyahısına daxil edilməyən və milliyyətçi yəhudi olan Paveli xüsusilə qeyd etmək lazımdır. İncildəki yazılar içində ona şamil olunan 3 məktub var ki, bunların da hamısı Kanona (Kilsənin qəbul etdiyi müqəddəs yazılar toplusu) daxil edilib. Həz.İsanın Allah dərgahına getməsindən sonra onun kəlamlarını ən qorxulu və məsul yerlərdə təbliğ edən də, məhz Pavel olub. O, ideoloji işi bilavasitə bütpərəstlərin arasında apardığına görə, bəzən onu "bütpərəstlərin həvarisi" də adlandırıblar.
   O vaxtki imperiya əhalisinin 85 faizini bütpərəstlərin təşkil etdiyini nəzərə alan və onları xristianlığa dəvət edən Pavel, bütpərəstlərin şərtini qəbul edərək, xaç suyuna salma mərasiminin sünnətsiz keçirilməsinə razılıq verdi. Sünnət olunmaqdan qorxan bütpərəstlərə Pavel deyib: "Budur, mən Pavel sizə deyirəm: "Əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz. Çünki Məsih İsada nə sünnətlilik, nə də sünnətsizlik, ancaq məhəbbətlə hərəkət edən iman mühümdür" (İncil, Qalatiyalılara 25:2,6).
   Və Pavel bunu heç də Həz.İbrahimin qoyduğu qanunun pozulması hesab etmirdi. O, sübut etməyə çalışırdı ki, Allahın İbrahim(ə) ilə əhdi onun sünnət olunmadığı vaxtda olub. Pavelə görə, sünnətsiz imanlı və əməlisaleh adamın Allah dərgahında mövqeyi, sünnətli imansız adamdan daha üstündür. Böyük auditoriyanı ram etmək xüsusiyyətinə malik olan Pavel, təbliğinin sirrini belə açıqlayıb: "Mən Qanunu (Tövratı) olmayanları əldə etmək üçün Qanunu olmayanlarla Qanunu olmayan kimi davrandım" (Orada, Korinflilərə 9:21). Pavelin xristianlığı məhz belə təbliğ və təşviqi əsrin əvvəllərində planetin əksər faizini təşkil edən bütpərəstlərin xristianlığı qəbul etməsinə şərait yaratdı. Xristianlığın qeyri-adi təbliğində başqa sözlə, ideologiyanın yeni forma və metodlarla aparılmasında xüsusi fərqlənən həvari Pavel haqqında filosof Drevs belə deyib: "Xristianlıq İsasız da yarana bilərdi, fəqət Pavelsiz yarana bilməzdi".
   
   Həvarilərin aqibəti
   
   Allaha və onun peyğəmbərinə iman uğrunda aparılan mübarizədə həvarilərin hamısı (bir nəfər istisna olmaqla) dözülməz mənəvi və fiziki əzablara məruz qalıb. Onların sonrakı aqibəti də bunu sübut edir. Belə ki: 1) Pyotr ləqəbli balıqçı Şimon xristianlıq tarixində I Papa stasusuna layiq görülüb. Lakin Pyotr İsa(ə) tutulduğu vaxtı onu 3 dəfə inkar edib: "İsa ona dedi: "Bu gecə xoruz banlamazdan qabaq sən məni üç dəfə inkar edəcəksən" (Matta 26:34). Pyotr Məsihin təlimini Yəhudə, Antioxiy və Romada əsasən sünnətlilər (yəhudilər) arasında təbliğ edib. Bu barədə Pavel yazıb: "Pyotra sünnətlilər arasında olduğu kimi, mənə də bütpərəstlər arasında İncili yaymaq tapşırığı verildi" (İncil, Qalatiyalara 2:7). İncildəki 2 məktubun müəllifliyi də Pyotra şamil edilib. O, Romada başıaşağı, ayaqları yuxarıda çarmıxa çəkilib. Çarmıxa çəkilməzdən öncə ona təklif ediblər ki, "əgər İsa(ə)-nin təlimindən imtina etsən, səni azad edərik". Fəqət o, bu təklifi qəbul etməyib. Maraqlıdır, çoxysaylı papaların Pyotrın qəbrinin Vatikanda olmasını əsrlərlə iddia etməsini müasir elm dəfələrlə inkar edib. Yalnız bundan sonra papa XXIII Yəhya bu məsələyə bir də qayıtmadı. 2) Andrey, Pyotrun qardaşı, balıqçı olub. Yunanıstan, Skif və Kiçik Asiyada Allah və İsa(ə)-nin kəlamlarını təbliğ edib. "X" formasında çarmıxa çəkilib; 3) Yaqub, balıqçı, Yəhudə və Yerusəlimdə İsa(ə) təlimini təbliğ edib, 44-cü ildə İrod tərəfindən başı kəsilib; 4) Yəhya. O, Fələstin və Misirdə ilkin xristianlığı yayanlardan biri olub. "Sevməyən Allahı dərk etməyib, çünki Allah məhəbbətdir" kəlamının müəllifidir. İncildəki 3 ədəd Yəhya məktubunun müəllifi kimi qəbul edilib. 64-cü ildə Yerusəlimdəki məbədin qülləsindən atılıb; 5) Yəhudə. O, İsa(ə)-nin təlimini Assuriya və İranda təbliğ edib. İncildəki Yəhudə məktubunun müəllifi kimi qəbul edilib, İranda işgəncə ilə öldürülüb; 6) Varfolomey, dərisi diri-diri soyulub; 7) Matta. Guya o, Mattaya görə İncilin müəllifidir. O, xristianlığı Yəhudə və Afrikada təbliğ edib, Efiopiyada işgəncə ilə öldürülüb; 8) Şimon. O, çarmıxa çəkilib; 9) Yəhya. O, guya Yəhyaya görə İncilin müəllifidir. 95-ci ildə Aralıq dənizindəki adaya sürgün edilib, 80-85 yaşlarında vəfat edib. Qəbri mübahisəli olan həvari; 10) Filip. Aralıq dənizi ətrafında İsa(ə)-nin təlimini yayıb və çox ehtimal ki, öz əcəlilə ölüb; 11) Foma. O, xristianlığı Suriya, İran və Hindistanda təbliğ edib. Kanona daxil olmayan İncilin müəllifidir, ibadət vaxtı ox ilə öldürülüb; 12) Yəhudə İskariot. O, İsa(ə)-ni yəhudi kahinləri və Roma dövlət nümayəndəsinə satıb, sonradan dəli olub və özünü öldürüb. İskariot Məsihi satmasına görə, 30 dirhəm gümüş pul aldıqdan sonra həmin məbləğə torpaq sahəsi alıb. Lakin həmin torpaq heç vaxt bəhrə verməyib və indiyə kimi "qanlı torpaq" adlanır.
   Yuxarıda qeyd edildiyi kimi, xristianlığın təbliğində müstəsna xidmətləri olan, fəqət rəsmi 12 həvari siyahısına daxil olmayan həvari Pavel də ağlasığmaz işgəncə ilə öldürülüb. Qurani-Kərimi şərh edən təfsirçilərin fikrinə görə, "Quranın qəlbi" hesab olunan "Yəsin" surəsinin 13-33-cü ayələrində bilavasitə İsa(ə)-nin həvarilərindən bəhs edilib. Təfsirçilərə görə, İsa(ə)-nin Antakiyada xristianlığın təbliğilə məşğul olan iki nümayəndəsi, həvarilərdən Yəhya və Yaqub olub. "O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik!". Rəbb kəlamındakı üçüncü şəxs isə həvari Şimon olub. Beləliklə, erkən xristianlığa qısa tarixi ekskurs göstərir ki, İlahi təqdir olaraq bu din əvvəlcə həvarilərin missioner fədakarlığı, sonradan isə imperator Konstantinin dövlət səviyyəsində müdafiəsi nəticəsində inkişaf edib, yayılıb. Lakin, diqqətli olmaq lazımdır. Çünki çağdaş dünyanın, xüsusən İslam ölkələrinin incilləşdirilməsi üçün missionerlərin istifadə etdiyi metod və vasitələr, bizim eranın əvvəlində zor işlətmədən, son dərəcə humanist və könüllü surətdə aparılan həvari təbliğindən çox fərqlidir.
   
Vaqif Cəliloğlu
Brakonyerlər çay balıqlarına qarşı dəhşətli üsula əl atıb
Suya partlayıcı maddə atılması nəticəsində ölən balıqların yalnız 10 faizini toplaya bilirlər
Son illər Kür çayının balıq ehtiyatları nəzərəçarpacaq dərəcədə azalıb. Buna səbəb kimi, çayın ekoloji durumunun ildən-ilə pisləşməsi və brakonyerlərin qanunsuz fəaliyyəti göstərilir.
   Ov mövsümündə balıq tutmaqla məşğul olan həvəskar balıqçıların verdiyi məlumata əsasən, son illər Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarında, Kürün deltasında brakonyerlik fəaliyyətilə məşğul olanların sayı nisbətən azalsa da, bütövlükdə problem tam həllini tapmayıb. Məsələ ondadır ki, əvvəlki illərdə çayda qanunsuz balıq ovunun ağlasığmaz dərəcədə vüsət alması sonrakı dövrlərdə Kürün qiymətli balıq növlərinin azalmasına səbəb olub. Ötən il su anbarlarında, çayın axarlarında tilovla qiymətli çay sazanı tutan balıqçılar bu il çox az şəxsin ov mövsüm ərzində bir-iki kiçik çəkili sazan balığı tutduğunu bildirir.
   Analoji tendensiya digər balıq növləri üzrə də müşahidə olunur. Onu da qeyd edək ki, brakonyerlik fəaliyyəti, adətən aprel-iyun və sentyabr-noyabr aylarında xüsusilə genişlənir. Bununla belə, qanunsuz ovla məşğul olanlar, əsasən gecələr çayın zəif axarlarına partlayıcı maddələr atmaqla balıq ehtiyatlarını məhv edir. Kustar üsulla hazırlanan bu tip partlayıcılar xüsusilə balıq körpələrinin kütləvi şəkildə qırılmasına səbəb olur. Həvəskar balıq ovu ilə məşğul olanların sözlərinə görə, hətta ilin qeyd olunan dövrlərində partlayış nəticəsində məhv olan balıqların çayın üzü ilə axması adi hala çevrilir. Suya partlayıcı maddə atılması nəticəsində həmin ərazidə olan balıqların hamısı məhv olaraq suyun üzünə çıxsa da, brakonyerlər həmin balığın yalnız 10 faizini toplaya bilir.
   Bu ilin əvvəllərində Kür çayı boyunca partlayıcı maddə istifadə edilməklə balıq ovuna dair fakta təsadüf edilməsə də, hazırda çayda brakonyerlik fəaliyyətinin başqa bir növü - tor vasitəsilə ov geniş yayılıb. Bunu çay hövzəsində yaşayan yerli əhali də təsdiq edir. Yerli sakinlərin verdiyi məlumata görə, bu ovla, əsasən motorlu qayıqlara malik olan brakonyerlər məşğul olur. Bu tip brakonyerlər, əsasən gecə saatlarında qanunsuz balıq ovu ilə məşğul olduğuna görə, onların bu əməllərinin qarşısını almaq mümkün olmur. Kürün hər iki sahilini birləşdirən torlar balıqların mövsümi miqrasiyasına meneçilik törətməklə yanaşı, çayın ekosisteminə də ciddi təsir göstərir. Belə ki, bu torlar təkcə balıqların deyil, Kür faunasının əvəzedilməz üzvləri sayılan nadir tısbağa, suilanı, xərçəng növlərinin məhvinə gətirib çıxarır.
   Bu günlərdə sahil kəndlərində yaşayan balıqçıların telekanallardan birinə verdiyi məlumata görə, təkcə ötən il Yenikənd su anbarının mərkəz hissəsində uzunluğu 20 metrə yaxın tor təqribən 700 kq-a yaxın balığın məhvinə səbəb olub. Belə ki, qanunsuz ov fəaliyyəti balıqların miqrasiyası dövrünə təsadüf etdiyindən, tora sürü şəklində üzən külli miqdarda balıq ilişib. Bu isə brakonyerlərə toru sudan çıxarmağa mane olub, onlar cinayət başında yaxalanmamaq üçün toru suda qoyub qaçıblar.
   Kənd sakinləri toru saxlayan üzgəclərin üç gün su üzündə qaldığını, daha sonra balıqların ağırlığından torun suyun dibinə çökdüyünü görüb. Ən müxtəlif hesablamalara görə, təkcə bu fakt su anbarında bir tona yaxın balığın səbəbsiz yerə məhv olması ilə nəticələnib. Kürün balıq ehtiyatlarının yenidən bərpa olunması üçün görülən işlər isə brakonyer fəaliyyəti nəticəsində dəyən ziyanın tam ödənməsinə imkan verməsə də, bu ehtiyatların qismən bərpasına təsir göstərir.
   Hazırda Şəmkir və Samux rayonlarında sahil boyu özəl fermer təsərrüfatlarında sənaye əhəmiyyətli balıq növləri, o cümlədən qiymətli forel balığının körpələri suya buraxılır.
   Mütəxəssislər hesab edir ki, suya balıq körpələrinin buraxılması yalnız bir neçə ildən sonra öz bəhrəsini verəcək. Bununla belə, mütəxəssislər təkcə sənaye əhəmiyyətli balıq körpələrinin deyil, həmçinin çayın əsas balıqları sayılan sazan, şahmayı, som, sudak, xul, çapaq, xəşəm balıqlarının sənaye üsulu ilə artırılaraq Kür çayına buraxılmasını məqsəduyğun hesab edir.
   
Vidadi Ordahallı
Azərbaycanda otel biznesi çökür
Otel zallarında tədbir keçirmək sifarişləri də azalıb
Qlobal maliyyə böhranının Azərbaycanda təsir göstərdiyi sahələr sırasında yer alan otel biznesində vəziyyət hələ də 2008-ci ildə olan səviyyəyə çatmayıb. Bunun əsas səbəblərindən biri istər yerli, istərsə də xarici səviyyədə turist axınının azalması, həmçinin otellərdə, istirahət mərkəzlərində qiymətlərin hələ də baha hesab edilən həddə olmasıdır.
   Düzdür, son vaxtlar otel biznesində çalışanlar müəyyən qiymət endirimlərinə getsələr də, bu sahədə, qeyd olunduğu kimi, əvvəlki aktivlik yoxdur.
   Digər tərəfdən, ötən ilin yekunları göstərir ki, məhz qiymət bahalığı üzündən azərbaycanlıların əksəriyyəti yerli istirahət mərkəzlərində yox, xarici ölkələrdə, xüsusən də Türkiyə, Misir və digər ölkələrdə dincəlməyə üstünlük verib. Bununla belə, xaricdən Azərbaycana gələnlərin də sayı az olmayıb. Turistlər arasında qonşu Rusiya, İran və Türkiyədən olanlar çoxluq təşkil edib. Lakin qeyd olunanlara rəğmən, ümumilikdə, qlobal maliyyə böhranı turizm sektoruna da təsirsiz ötüşmədi. Elə bunun nəticəsidir ki, həm yerli, həm də beynəlxalq səviyyədə turistlərin gəzmək həvəsi də əvvəlki səviyyədə deyil. Bu səbəbdən ölkəyə gəlib-gedənlərin sayı azaldığından, fəaliyyət göstərən otellər indi müştərilərinə daha qonaqpərvər yanaşır. Azərbaycanda fəaliyyət göstərən otellər arasında aparılan sorğu göstərib ki, onlar qiymətlərdə əməlli-başlı güzəştə getməyə hazırdır, təki müştəri narazı qalıb başqa otelə getməsin.
   Bununla yanaşı, Azərbaycanda oteldə qalmaq ucuzlaşıb. Turizm şirkətləri arasında aparılan sorğu göstərir ki, 2009-cu ilin ikinci yarısından başlayaraq otellərin qiymətləri 15-20 faizədək aşağı düşüb. Məsələn, şəhərin ən yaxşı otellərində əvvəllər bir gecə qalmaq orta hesabla 200 manata başa gəlirdisə, indi bunun üçün 160 manat da kifayətdir. Ancaq bu da hələ son deyil. İndi otel menecerləri hər bir güzəştə getməyə hazırdır, təki nömrələrdə qalan olsun.
   Rayonlardakı otellər və istirahət mərkəzlərində də qiymətlər düşüb. Bir il əvvəl 80-90 manata verilən nömrədə indi 50 manata qalmaq olar. Üstəlik, istirahət mərkəzlərinin çoxu bu məbləğə səhər yeməyi və bəzi nəqliyyat xidmətini də daxil edir. Otellərdəki ucuzlaşma turistlərin azalması ilə bağlıdır. Maliyyə böhranı təkcə əyləncə axtaranları yox, işgüzar səfərləri də azaldıb.
   Paytaxt otellərində bildirirlər ki, dövlət və biznes qurumlarının tədbirləri azaldığından, qonaqların yerləşdirilməsi üçün sifarişlərin faizi də aşağı düşüb. Biznes nümayəndələri görüşlər üçün konfrans zallarına da pul xərcləmək istəmir. Müştəri az olduğuna görə, otellərin konfrans, görüş və yığıncaq üçün istifadə edilən zallarının icarə haqqı təqribən 20 % aşağı düşüb.
   Turizm mütəxəssisi Faiq Qürbətov İctimai Televiziyaya açıqlamasında bildirir ki, əvvəllər yalnız konfrans zalının qiyməti 500 manat idisə, indi çay fasiləsində çay, kofe verilməsi də həmin qiymətə daxil olur. Bununla da müştəriləri özlərinə cəlb edirlər.
   Qiymətlərin aşağı düşməsinin bir səbəbi də son vaxtlar ölkədə otellərin sayının artması ilə bağlıdır. Son 2 ildə Azərbaycanda 50-dən çox yeni otel istifadəyə verilib və bu proses davam etməkdədir. Ekspertlər deyir ki, nisbətən aşağı qiymətlər təklif edən kiçik otellərin sayı da artır, onları tanıyanlar da. Nəticədə indi otel puluna qənaət etmək istəyənlərin seçimi daha çoxdur. Bu isə qiymətlərin ucuzlaşmasını davam etdirəcək. Rayonlara gəlincə, burada da istirahət mərkəzləri və kiçik otellərin sayı artmaqdadır. Bu da, öz növbəsində, qiymətlərə təsirsiz ötüşmür.
   Lakin otel biznesində gəlirlilik səviyyəsinin azalmasına təsir göstərən ən mühüm amil böhranla bağlıdır və böhran davam edərsə, otel, istirahət mərkəzlərilə bağlı biznesin çöküşünün sürətlənməsi qaçılmaz olacaq. İqtisadçılar isə, böhran təsir edəcəyi təqdirdə, turizm şirkətlərinin turist qıtlığı ilə üzləşməməsi üçün hökumətin onlara güzəştli kreditlər verməsini təklif edir. Həmin vəsaitlərin hansı məbləğdə və hansı şərtlərlə verilməsi konkret mexanizmə əsaslanmalıdır və o da xüsusi olaraq qeyd edilir ki, kreditlər bütün turizm şirkətlərinə verilməməlidir. Vurğulanır ki, ilk növbədə Azərbaycanın qeyri-neft sektorunda əsas rol oynayan şirkətlər bu yardımlardan faydalanmalıdır.
   İqtisadçılar, vəziyyətdən çıxış yolu kimi, başqa üsulların da olduğunu qeyd edir. Belə ki, hər bir otel və ya istirahət mərkəzi mövcud qiymətləri bir qədər aşağı salmaqla da böhranın təsirindən xilas ola bilər. Ona görə də, otel və istirahət mərkəzlərinin rəhbərləri qiymətləri aşağı salmaqda maraqlı olmalıdır.
   Çünki bu vaxta qədər gedilən qiymət endirimlərinə baxmayaraq, ekspertlərin qənaətincə, Azərbaycanda istirahət etmək hələ də bəzi xarici ölkələrlə müqayisədə bu işin baha başa gəlməsi, xidmətin səviyyəsinin yüksək olmaması və ən əsası turist cəlb etmək üçün lazımi işlərin görülməməsilə xarakterizə olunur. Bu səbəbdən istər əcnəbi, istərsə də yerli turistlər ölkəmizdə istirahət etməyə bir o qədər də maraq göstərmir. Lakin Azərbaycanın regionlarda turizmin inkişafı üçün potensialı həddindən artıq çoxdur. Çünki ölkənin bir çox regionlarında həm təbiət, həm də mənzərə cəhətdən əlverişli şərait mövcuddur.
   
Tahir TAĞIYEV
15 ildə Gömrük Komitəsində ilk kəsir çıxdı
Büdcə proqnozu 86 faiz icra edilib
Ötən il Azərbaycanda gömrük orqanları tərəfindən büdcəyə daxilolmalar kəsirlə yerinə yetirilib. APA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, 1996-cı ildən sonra ilk dəfə olaraq 2009-cu ildə DGK büdcə proqnozlarını kəsirlə, təxminən 86 faiz həcmində icra edib.
   Ötən il dövlət büdcəsinə DGK tərəfindən daxilolmalar 1 milyard 112.7 milyon təşkil edib.
   A.Əliyev bildirib ki, Azərbaycanın ticarət dövriyyəsi 2009-cu ildə 1 milyard manatdan çox azalıb. İxrac əməliyyatlarında əsasən neft və neft məhsulları, idxal əməliyyatlarında isə buğda, yağlar, avtomobil, metal məmulatları üstünlük təşkil edir.
Valyuta ehtiyatlarımız təhlükədə...
"Çox güman ki, bu da qlobal miqyaslı maliyyə fırıldağıdır"
Yaşar Əsədov: "Avro düşürsə, dollar bahalaşır. Yəni Azərbaycanın valyuta ehtiyatları məcmu şəkildə az itirəcək"
Artıq bir müddətdir ki, Avropa Birliyi ölkələrinin vahid valyutası olan avronun məzənnəsi dünyanın bir sıra aparıcı valyutalarına nisbətən ucuzlaşır. Hətta avronun tamamilə qiymətdən düşəcəyi barədə də proqnozlar səslənir.
   Bunun səbəbi bir sıra amillərlə izah olunur. Ancaq bizim məqsədimiz heç də avronun nəyə görə ucuzlaşdığını aydınlaşdırmaq deyil. Bizi narahat edən Azərbaycanın avro ilə yerləşdirilən valyuta ehtiyatlarının təhlükədə olmasıdır. Məsələ ondadır ki, Azərbaycanın valyuta ehtiyatlarının dollar, avro və digər xarici dövlətlərə məxsus pullarla diversifikasiya olunduğunu nəzərə alsaq, dünyanın maliyyə bazarında valyuta dəyərləri məzənnələrinin dəyişməsinin ölkəmizə nə qədər təsir göstərdiyi bir daha məlum olur.
   Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatlarının 50 faizi dollarda, 40 faiz avroda, 5 faiz Böyük Britaniya funt-sterlinqində saxlanır. Yerdə qalan 5 faiz də digər valyutalarda saxlanır. Ümumilikdə Azərbaycanın hazırkı valyuta ehtiyatları 20 milyard dolları keçib.
   İqtisadçı-ekspert Yaşar Əsədov baş verən proseslərdən Azərbaycanın ciddi narahatlıq keçirməsinə ehtiyac olmadığını bildirdi. O, fikirlərini belə əsaslandırdı: "Məsələ ondadır ki, Azərbaycanın valyuta ehtiyatları sırf pul şəklində ehtiyatda deyil. Valyuta ehtiyatları qiymətli kağızlarda da saxlanır. Həmin qiymətli kağızlar da Azərbaycan büdcəsinə illik 3-5 faiz dividend gətirir. Nə qədər də olmasa ölkə büdcəsinə dividend gətirir. Təsəvvür edin ki, Azərbaycanın valyuta ehtiyatlarının yarısı yerləşdirildi qızılda. Qızıl isə heç bir divident gətirmir. Təbii ki, dünya valyuta bazarında bu səpkili təlatümlər olacaq. Çox ehtimal ki, avro ətrafında yaranan vəziyyət maliyyə fırıldağıdır. Necə ki, A qripi ətrafında ajiotaj yaratmışdılar.
   Çox güman, bu da qlobal miqyaslı maliyyə fırıldağıdır. Bu fırıldaq da Yaponiyanın və Çinin böyük valyuta ehtiyatlarına hədəflənib. Azərbaycanın təxminən 4 milyard avro valyuta ehtiyatı varsa, Rusiyada bu rəqəm 500 milyard avrodur. Çində 1 trilyon, Yaponiyada 600 milyard təşkil edir. İndi təsəvvür edin onlar nə qədər zərər çəkir. Avro düşürsə, dollar bahalaşır. Yəni Azərbaycanın valyuta ehtiyatları məcmu şəkildə az itirəcək".
   
Vidadi Ordahallı
Goranboyda Əlisa Cəfərovun "06" maşınında bir ailənin üç üzvü həlak oldu
Azərbaycanda yol qəzasında bir ailənin 3 üzvü həlak olub.
   Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Goranboy rayonunun Cinli-Borsunlu kəndi ərazisində Ağdaş rayon sakini Əlisa Cəfərov "VAZ-2106" markalı avtomobili idarə edərkən onu qarşıda gedən, Balakişi Məmmədovun idarə etdiyi "QAZ-3307" markalı avtomobilə vurub.
   Qəza zamanı Cəfərovun sərnişinləri, Şəki şəhər sakinləri Bəxtiyar Məmmədov, onun oğulları Eynulla və Bəhruz hadisə yerində ölüb.
   Cəfərov isə ağır bədən xəsarətilə xəstəxanaya yerləşdirilib.
Tikinti şirkətləri üçün cəlbedici ideya...
Sosioloqun bu barədə tikinti biznesilə məşğul olan şəxslərə müraciəti nə ilə nəticələnib?
Əhməd Qəşəmoğlu: "Yerli tikinti şirkətləri tələbə yataqxanaları tikməkdə maraqlı olmalıdır"
Tələbələrin yataqxana ilə təmin olunmasında böyük çətinliklər var. Məlum olduğu kimi, Qarabağ savaşında öz yurd-yuvasını itirən məcburi köçkünlərin müəyyən bir qismi ali məktəblərin tələbə yataqxanalarında məskunlaşıb. Bunnu da nəticəsində Bakıda mənzili olmayan tələbələr şəhərimizin müxtəlif yerlərində kirayədə yaşamağa məcbur olub.
   Kirayə verilən mənzillərin qiyməti isə çox bahadır. Bu səbəbdən də bir neçə tələbə yığışıb bir otaq kirayələyir. Əksər hallarda, kirayə mənzildə yaşamaq tələbələrə rahatlıq deyil, narahatlıq gətirir. Müasir standartlara cavab verən tələbə yataqxanası isə hələlik tələbələrə qismət olmur.
   Fəlsəfə elmləri doktoru, professor, tanınmış sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, tələbənin gələcəkdə keyfiyyətli bir vətəndaş, mütəxəssis, şəxsiyyət kimi yetişməsində yataqxana həyatının müsbət rolu olur. Ə.Qəşəmoğlunun sözlərinə görə, ali məktəb tələbələri əsasən kommunal problemləri çox olan, rütubətli, yaşayış ölçülərinə cavab verməyən kirayə mənzillərdə yaşayır. Sosioloq hesab edir ki, tələbələrin tələbə yataqxanasında yaşaması həm onların yaxşı oxuması, həm formalaşması, həm də sosiallaşmasına böyük təkan verir. Ekspert deyir ki, yerli tikinti şirkətləri "göydələn" tikib satmaqdansa, yataqxana tikib tələbələrə kirayəyə versə, yaxud onu ali təhsil müəssisələrinə satsa daha yaxşı olar: "Təhsildə müəyyən işlər görülüb. Məktəblər tikilib, dərsliklər buraxılır, "Təhsil Haqqında" Qanun qəbul edilib. Bu gün təhsil strukturunun özündə çatışmayan əsas cəhət yataqxana məsələsidir. Təhsilin digər bu tərəflərinə fikir veririk, amma yataqxanamız yoxdur. Məlum hadisələrdən sonra ali məktəblərin əksər yataqxanalarında qaçqınlar məskunlaşıb. Bu da bütün tələbələrin yataqxanadan məhrum olması ilə nəticələnib. Müəyyən insanlar çox gözəl bilir ki, təhsil sisteminin yaxşı qurulmasında yataqxananın böyük rolu var. Nəticədə çox ağlasığmaz bir hal yaranır. Bir gənc gecə-gündüz çalışıb gəlib ali məktəbə daxil olur, elə bu zaman onun yaşayış yerilə bağlı problemi yaranır. Bilirik ki, Bakı şəhərində ev kirayələmək üçün orta səviyyəli bir mənzilə 300 manat pul lazımdır. Təsəvvür edin ki, kasıb bir tələbə nə qədər istedadlı olsa da, ödənişsiz oxusa da yaşayış yeri problemilə qarşılaşmağa məhkumdur. Təbii ki, kənd yerindən bura oxumağa gələn kasıb bir uşağın kirayə qalmaq üçün 300 manat ödəmək imkanı yoxdur. Bu halda dörd-beş nəfər tələbə yığışıb yararsız bir məhəllədə kommunal xərcləri çox olan bir ev tutacaq, sanki bununla da yataqxanada qalmış olacaqlar. Amma həmin evin ya işıq sistemi qaydasında olmayacaq, ya da nəmişlik olacaq.
   Tələbələrin, ölkənin istedadlı gənclərinin yararlı yerdə qalmaq imkanı yoxdur. Gələcəkdə dövlətimizdə böyük rol oynaya biləcək bir gənc sosial problemlər üzündən ağır durumda yaşamağa məhkumdur. Hazırda bizim təhsilin qarşısında duran əsas məsələlərdən biri yataqxana problemini həll etməkdir. Bunun bir neçə yolu var. Bu gün ali məktəblərdə ödənişli sektor fəaliyyət göstərir və onlar bu gəliri ali məktəbin daxili təmir işlərinə və s. xərcləyir. Ödənişli təhsildən kifayət qədər böyük pullar yığılır. Təhsil Nazirliyi, ali məktəblər, hökumət və qeyri-hökumət təşkilatları, KİV bu məsələni qabartsa, bunun nə dərəcədə əhəmiyyətli, həyati bir məsələ olduğu üzə çıxar. Bu, ölkənin gələcəyində qeyri-adi rol oynayan fövqəladə bir məsələdir. Universitetlər biznes strukturları ilə müqavilə bağlaya bilər. Ali məktəblər boş sahələrdə tikinti şirkətlərinə müəyyən şərtlər altında yataqxanalar tikdirə bilər".
   Ə.Qəşəmoğlu dedi ki, yataqxana problemi onu həmişə narahat edir. Ekspertin sözlərinə görə, bir neçə dəfə tikinti şirkətlərinə tələbə yataqxanası tikib kirayə verməyi təklif edib, lakin tikinti şirkətləri müxtəlif səbəblər ucbatından bundan imtina edib: "Bir neçə tikinti şirkətinin sahibinə təklif eləmişəm ki, çoxmərtəbəli binalar tikib satmaqdansa, tələbə yataqxanası tikib icarəyə versinlər. Mənim gücüm təklif verməyə çatır. Tikinti biznesilə məşğul olanlar isə mənə birmənalı cavab veriblər ki, Əhməd müəllim, təklifiniz yaxşıdır, biz yataqxana tikə, oranı kirayəyə vermək yolu ilə indikindən bir neçə dəfə artıq pul qazana bilərik, amma biz tikdiyimiz evi tez satmağın, konkret məbləğ əldə etməyin tərəfdarıyıq. Yataqxanadan isə bilmirik ki, tez bir zamanda gəlir əldə edə biləcəyik, ya yox, bir də gəlir gətirsə, o axıra qədər bizim olacaqmı? İş adamları bu sahəyə ehtiyatla yanaşır. Amma onlar yataqxana tikib tələbələrin ixtiyarına versələr daha yaxşı olar. Bu həm də savabdır".
   Tikinti şirkətlərinin bu yataqxanaları tikib ali məktəblərə sata, ya da müqavilə yolu ilə icarəyə verə bilib-bilməyəcəyinə gəlincə, Ə.Qəşəmoğlu bildirdi ki, bu məsələdə gərək təhsil müəssisələri maraqlı olsun":Bu söhbətlər gedir. Tikinti şirkətləri mütəmadi olaraq buna vasitə axtarır. Görünür, onlar universitet rəhbərlərilə razılığa gələ bilmir. Çünki ali məktəblər də bunu nazirliklə həll eləməlidir. Nazirlikdə isə ortaya hansısa problem çıxır. Təhsil Nazirliyi də, başqa təşkilatlar da çox yaxşı bilir ki, yataqxana problemi mövcuddur və bunun həll edilməsinə ciddi ehtiyac var".
   Ə.Qəşəmoğlu hesab edir ki, yataqxana həyatı görmüş tələbələr sonradan daha mehriban, daha səmimi bir insan kimi cəmiyyətə qaynayıb-qarışır":Yataqxananın tədris sistemində həm ali məktəblərin özləri üçün, həm də yeni nəslin yetişməsində çox böyük əhəmiyyəti var. Yataqxana həyatında gənclərin psixoloji vəziyyəti də normal olur. Tutalım, gələcəyin dahisi yataqxanada deyil, şəhərin hansısa bir məhəlləsində otaq kirayələyib qalır. O məhəllədə də narkoman, avara, cinayətkar və s. yaşayır, üstəlik, otağın özünün də bir çox problemləri var. Digər tərəfdən, yataqxanada yaşayan uşaqlarda sosiallaşma tez gedir, onlar tez qaynayıb-qarışırlar. Mənim ali məktəbi bitirməyimin üstündən 40 ilə qədər vaxt keçib. Yataqxana yoldaşlarımın əksəriyyəti cəmiyyətdə yüksək mövqe tutur. Onlardan ali məktəb rektorları, vəzifə sahibləri var.
   Biz onlarla indi də görüşürük. Hamının ad günündə yığışırıq. Bir də ki, yataqxanada əlaçı uşaqların dərsə yanaşması, oxuması, çalışqanlığı o biri uşaqlara da müsbət təsir göstərirdi. Düşünürəm ki, indi də bu belə olmalıdır. O vaxt tez-tez yazıçı və şairlərlə, üzdə olan adamlarla görüş keçirirdik".
   Ə.Qəşəmoğlunun bildirdiyinə görə, bu gün Rusiya, Türkiyə, Fransa və digər inkişaf etmiş ölkələrdə tələbələrin yataqxanada yaşamasına xüsusi önəm verilir. Sosioloq onu da deyir ki, müasir yataqxanalar köhnə sovet yataqxanalarının davamı olmalı deyil. O yataqxanalarda hər şey ev şəraitinə uyğunlaşdırılmalıdır ki, tələbələr üçün ev, ailə, doğma mənzil təssüratı yaratsın. Ə.Qəşəmoğlu hesab edir ki, tələbələrimizin belə yataqxanalarda yaşamasına böyük ehtiyac var. Onun fikrincə, bu tələbələrin də, onların valideynlərinin də ürəyincə olar: "Yerli tikinti şirkətləri tələbə yataqxanaları tikməkdə maraqlı olmalıdır. KİV də bu məsələdə xüsusi səy göstərsə, yaxşı olar".
   
İradə SARIYEVA
 
 
 SON XƏBƏRLƏR
2010-02-01 "Putinə də, Obamaya da dedim, Sarkozi ilə danışa bilmədim"
2010-02-01 "Taliban" BMT ilə danışıq apardığını təkzib edir
2010-02-01 Tayvan Çinlə ABŞ-ı "kəllə-kəlləyə gətirir"
2010-02-01 Haitidə kütləvi uşaq oğurluğu başlayıb
2010-02-01 Lənkəranda İlkin Nağıyev və Malik Qasımov "06" ilə "07"ni toqquşdurdu
2010-02-01 Saatlının Seyidoba kəndində yük maşını yanıb
2010-02-01 ABŞ İran barədə daha bir hazırlıq işinə başladı
2010-02-01 Şəkinin Bakı Zəyzit kəndində 26 yaşlı qız özünü asdı
2010-02-01 Ermənilər Tovuzda Azərbaycan ordusunun gizirini yaraladı
2010-02-01 Prezident Berlinə və Münhenə getməyə hazırlaşır
2010-02-01 "Dalğa"çılar Bakı küçələrində "şamlı kekslər" payladılar
2010-02-01 Qalanın Xaşaxuna bağlarında daha bir müəmmalı intihar...
2010-02-01 Vaşinqton meri Azərbaycanın 1990-cı il yanvar faciəsindən danışdı
2010-02-01 İranda Aşura günü keçirilən aksiyalarla bağlı daha 150 nəfər həbs edilib
2010-02-01 ATƏT-in Bakı ofisinin rəhbəri Vasif Talıbovla Naxçıvanda builki tədbirləri müzakirə edib
2010-02-01 YAP Daşkəsəndə hərbi hissədəki qanlı hadisənin ciddi araşdırılmasını tələb edir
2010-02-01 Təyinatlı vəkillərə 1 saatlıq işə görə 2 manat haqq təyin edilib
2010-02-01 Bələdiyyələrdə 2-ci, 3-cü olan partiyaların parlament seçkilərində də 2-ciliyi, 3-cülüyü mümkündürmü?
2010-02-01 Bakıda 11 yaşlı terrorçu...
2010-02-01 Bakı Dövlət Universitetinin I kurs tələbəsi özünü asdı
2010-02-01 Taliban liderinin öldürülməsi barədə xəbər yayıldı
2010-02-01 Ukraynada seçkiöncəsi vəziyyət gərginləşir
2010-02-01 Qubada qəlp pul kəsən dəstə zərərsizləşdirilib
2010-02-01 YAP-ın ənənəsi...
2010-02-01 Banklar kredit borclularına əlavə faiz hesablamaqdan vaz keçir
2010-02-01 Böhranın ikinci dalğası Rusiyada azərbaycanlı miqrantlara necə təsir edəcək?
2010-02-01 ABŞ regionda yeni enerji oyununa start verir
2010-02-01 Sərhədçilər "qara siyahı"ya düşmüş 347 şəxsin Azərbaycandan çıxışının qarşısını alıb
2010-02-01 Polislər tənqid, həqarət və qərəzli münasibətlə üzləşəndə...
2010-02-01 Nigeriyada yaraqlılar neft gəlirlərinin ədalətli bölgüsü uğrunda silahlı üsyana başladı
2010-02-01 MHP Türkiyədə növbədənkənar parlament seçkilərini qaçılmaz sayır
2010-02-01 İsrail kəşfiyyatı HƏMAS-ın əsas liderlərindən birini məhv etdi
2010-02-01 İran və ərəb ölkələrinin DQ münaqişəsinin həllində vasitəçilik təkliflərinin pərdəarxası...
2010-02-01 Tikinti şirkətləri üçün cəlbedici ideya...
2010-02-01 Goranboyda Əlisa Cəfərovun "06" maşınında bir ailənin üç üzvü həlak oldu
2010-02-01 15 ildə Gömrük Komitəsində ilk kəsir çıxdı
2010-02-01 Azərbaycanda otel biznesi çökür
2010-02-01 Brakonyerlər çay balıqlarına qarşı dəhşətli üsula əl atıb
2010-02-01 "Xristianlıq Məsihsiz də yarana bilərdi..."
2010-02-01 "Borussiya" - "Verder" oyununda qapılara yeddi qol vuruldu
2010-02-01 "Yuventus"un baş məşqçisi dəyişdirildi
2010-02-01 "Barselona" hələlik 20 oyunundan heç birində məğlub olmayıb
2010-02-01 "Turan" klubunda şok istefa
2010-02-01 "Fənərbaxça" "Mançester Yunayted"dən futbolçu alır
2010-02-01 "Qarabağ" Neftçi"ni məğlub etdi
2010-02-01 İspaniya beşqat Avropa çempionuna çevrildi
2010-02-01 Futzal yığmamızın oyunçusu "Qızıl buts" aldı
2010-02-01 "Real" 19 il ərzində ilk dəfə səfərdə "Depotivo"ya qalib gəldi
2010-02-01 "Qalatasaray" Linderotun ardınca Nonda ilə də yollarını ayırdı
2010-02-01 Bərdədə bir-birinə çox yaxın iki ev yanıb
2010-02-01 Lənkəranda Nəsirov qardaşları əlillər üçün tikilən binada saysız oğurluqlar törədib
2010-02-01 Ağsuda Həmidova Cavahirin evi yanıb
2010-02-01 Deputat Statistika Komitəsinin "nikah-boşanma rəqəmlərinə" şübhə etdi
2010-02-01 Gömrük Komitəsinin yeni təklifi Dünya Ticarət Təşkilatını qabaqlamaq məqsədi daşıyır
2010-02-01 "Azdrama"nın rəhbərliyi ətrafında yeni söz-söhbətlər başlayıb
2010-01-29 "Gilan"a hücum edənlərin axtarışı davam edir
2010-01-29 Bakı Dəmiryol Vağzalının ərazisində partlayış olub
2010-01-29 Gəncədə 1 saylı peşə məktəbinin binası yandı
2010-01-29 Hərbçi polkovnikin müəmmalı intiharı rəsmən təsdiqləndi
2010-01-29 Siyəzəndə mebel mağazası yandı
2010-01-29 Mart ayında Mətbuat Şurası vahid "Diffamasiya qanunu"nu hazırlamağa başlayacaq
2010-01-29 Sumqayıtda keçmiş "türemşik" qətlə yetirilib
2010-01-29 Sumqayıt sakini buzda sürüşüb öldü
2010-01-29 Hacı Məmmədovun mədəaltı vəzində problem yaranıb
2010-01-29 Keşlədə Xəlilovlar ailəsinin üç üzvü qazdan boğuldu
2010-01-29 Yazıçı Sabir Azəri Neftçilər Xəstəxanasında vəfat edib
2010-01-29 NATO-nun baş katibi Rasmussen Gürcüstanın hərbi alyansa üzv qəbul olunacağına söz verdi
2010-01-29 Aydın Əliyevlə müavini prezidentdən mükafat aldı
2010-01-29 Prezident Davosda qaz ixracının şaxələndiriləcəyini bir daha bəyan etdi
2010-01-29 YAP Musa Musayevlə bağlı açıqlama verdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009