01 Fevral 2010-cı il, N 281(1179)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3655)
"Mən baldırlarımı açıb göstərmirəm" (3554)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2257)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Gömrük generalının məlumatı taxıl problemini yenidən gündəmə qaytardı
Vahid Məhərrəmov: "Ölkədə taxıl istehsalı barədə deyilən bir sıra rəqəmlər düz deyil və biz idxal taxılından asılıyıq"
2009-cu ildə Azərbaycanda idxal məhsulları sırasında birinci yeri taxıl və taxıl məhsulları tutub. Bu məlumatı jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib. Halbuki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmi açıqlamasına görə, ötən il Azərbaycan 3 milyon ton taxıl istehsal edib ki, onun 2 milyon tondan artığı ərzaq buğdasıdır.
   Xatırladaq ki, Azərbaycanın ərzaq buğdasına olan tələbatı 1 milyon 600 min tondur. Bu səbəbdən də KTN daxili tələbatı ödəməklə yanaşı, xaricə də ixrac barədə düşünürdü. Hətta nazirlik çörəyin qiymətinin aşağı salınması barədə təşəbbüslə çıxış etmişdi. Lakin DGK-nin rəyindən belə görünür ki, taxıla və taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiq olunmasına baxmayaraq, sahibkarlar, buğda və unu xaricdən gətirməyə daha çox üstünlük verir. Səbəbini təhlil etmək üçün kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovla əlaqə saxladıq. Ekspert hesab edir ki, başlıca səbəb Azərbaycan buğdasının keyfiyyətcə aşağı olmasıdır: "Faktiki olaraq, hazırda ölkəyə unu və un məhsullarının idxalı davam edir. Azərbaycanın özünü buğda və unla tam təmin etməsi barədə deyilənlər isə uydurmadır. Nəinki çörək istehsalında, hətta pivəbişirmədə, araq istehsalında, heyvandarlıqda yem kimi istifadə olunan taxılçılığı da xaricdən asılı vəziyyətə qoymuşuq. Əsasən də Qazaxıstan, Rusiya, Ukraynadan taxıl idxal olunur. Bizim sahibkarlar xaricdən gətirilən buğdaya əlavə dəyər vergisi ödəyir, ona görə ki, onların gətirdiyi məhsul 4-cü sinfə uyğun gəlir. Həmin buğdadan çörəkbişirmədə istifadə etmək olur. Amma bizim istehsal etdiyimiz buğda heç bir sinifə, növə uyğun gəlmədiyi üçün ondan çörək bişirmək də mümkün olmur. Böyük un dəyirmanları belə buğdadan imtina edir. O ki, qaldı Azərbaycanın istehsal səviyyəsilə bağlı deyilənlərə, bunlar şişirdilmiş rəqəmlərdir. Azərbaycan bu qədər taxıl istehsal edə bilmir. Azərbaycanın 3 milyon ton taxıl istehsal etməsi üçün nə bu qədər texnikası, nə də mütəxəssisi var. 1 milyon 100 min hektar sahədə taxıl əkilsəydi, mövcud texnika ilə biz onu bu günə qədər biçib qurtara bilməzdik. Bu rəqəmlər şişirdilib. Maliyyə Nazirliyinin yoxlamalarından sonra məlum olur ki, bu sahəyə aiddiyyəti olmayan adamlar inişil taxıl istehsalı adı altında subsidiya alıb, əslində 1 hektar da olsun, taxıl əkinilə məşğul olmayıb. Reallıq isə göstərir ki, ölkə idxaldan asılıdır".
   "Ölkə idxaldan asılıdırsa, ƏDV ödəyən sahibkarlar nə üçün çörəyin və unun qiymətini artırmır" sualına cavab olaraq V.Məhərrəmov bildirdi ki, bu, dünya bazarındakı vəziyyətlə bağlıdır. Yəni dünya bazarında buğdanın və unun qiyməti xeyli aşağı olduğundan, bu, Azərbaycanda idxal məhsullarına təsir göstərmir: "18 faiz əlavə dəyər vergisi 1 kiloqram çörəyin çəkisində o qədər cüzidir ki, qiymətlərə ciddi təsir göstərə bilmir. Əvvəllər də demişəm ki, çörəyin qiymətinə daha çox ƏDV deyil, yanacağın qiyməti, işə clb olunmuş insanların əməkhaqqı, daşınma xərcləri təsir göstərir. İkincisi, Qazaxıstanda, Ukraynada, Rusiyada fermerlər bizim sahibkarları potensial alıcı bilərək onlara qiymətdə endirim edir. Onlar bilirlər ki, Azərbaycanda bu məhsula ƏDV tətbiq olunur, bu fərqi öz üzərilərinə götürməklə istehsal etdikləri taxılı satmağa maraq oyadırlar".
   Xatırladaq ki, KTN 2010-cu ildə Azərbaycanda buğda istehsalının ötən illə müqayisədə az olacağını proqnozlaşdırıbı.
   Üstəlik, DGK-nin taxıl idxalının artması barədə məlumatını əlavə etsək, bu cari ildə idxal məhsulunun artacağından xəbər vermirmi?
   Ekspert bildirdi ki, Azərbaycana idxal edilən buğdanın həcmi əvvəlki illərdə olduğu qədər qalacaq. Bu norma 1 milyon 500 min-1 milyon 700 min ton civarındadır. Ciddi artım isə gözlənilmir.
   
Müşfiq ABDULLA
Gömrük Komitəsinin yeni təklifi Dünya Ticarət Təşkilatını qabaqlamaq məqsədi daşıyır
Ekspertlərə görə, idxal olunan spirtli içkiyə rüsumun artırılması ideyası daxili bazara hesablanıb
Cümşüd Nuriyev: "Bu məsələ ona görə qaldırılıb ki, yaxın bir-iki ilə Azərbaycan ÜTT-yə qəbul ediləndə ölkənin daxili bazarını qorumaq mümkün olsun"
Dövlət Gömrük Komitəsinin rəhbəri (DGK) Aydın Əliyevin bu günlərdə mətbuata verdiyi açıqlamaya görə, yaxın zamanlarda xaricdən idxal edilən spirtli içkilərə qoyulan rüsum artırılacaq. Lakin o, rüsumun nə qədər artırılacağını deməyib. Onu qeyd edək ki, ötən il Azərbaycanda gömrük orqanları tərəfindən büdcəyə daxilolmalar kəsirlə yerinə yetirilib.
   Belə ki, DGK sədrinin dediyinə görə, keçən il qurum büdcə proqnozlarını, təxminən 86 faiz həcmində icra edib. 2009-cu ildə dövlət büdcəsinə DGK tərəfindən daxilolmalar 1 milyard 112,7 milyon təşkil edib. Azərbaycanda spirtli içki içənlərin sayı 12-15 faiz arasındadır. Əvvəllər illik tələbat 1 milyon dekalitr idi. Ümumiyətlə, burada realizə olunan spirtli içkinin təxminən 30-40 faizi idxal məhsuludur. Bu içkilər bizə, əsasın Gürcüstan, Türkiyə, Rusiya və qəribə də olsa, İrandan gətirilir. Cənub qonşumuzda spirt istehsalı qadağan edildiyindən, gizli yolla istehsal edilən bu məhsul əsasən Azərbaycana gətirilir. Hətta deyilənə görə, idxal olunan həmin məhsullar arasında Ermənistan istehsalı olan içkilər də var. Ermənilər onu Gürcüstan vasitəsilə Azərbaycanda realizə edir. Bu mənada, idxal olunan spirtə qoyulan rüsumun artırılması, istər-istəməz, xaricdən gətirilən məhsulun azalmasına təkan verə bilər. Belə ki, rüsumun artırılması həmin məhsulun qiymətinin bahalaşmasına səbəb olacaq ki, bu da sonda yerli məhsulların daha asan satışına rəvac verəcək. Buradan belə görünür ki, idxal spirtinə qoyulan rüsumun artırılmasının arxasında yerli məhsulların qorunması məqsədi durur. Başqa bir tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, keçən il DGK büdcəni kəsirlə icra edib. Ola bilsin ki, komitə rəhbərliyi xarici spirtli içkilərə rüsumu artırmaqla bu kəsiri aradan qaldırmağı proqnozlaşdırır. Onu da xatırladaq ki, mütəxəssislərin də dəfələrlə vurğuladığı kimi, Azərbaycana gətirilən spirtli içkilərin heç də hamısı standartlara cavab vermir. Bu, daxili istehsala da aiddir. Bizdə spirtli içkinin əsas realizə olunduğu məkan, söz yox ki, şadlıq evləri və restoranlardır. Burada da qonaqlara, əsasən xaricdən gətirilən, özü də keyfiyyətcə qat-qat aşağı məhsullar verilir. Burada belə başa düşmək olar ki, sözügedən məhsula rüsumun qaldırılması elə ilk növbədə şadlıq evlərinə qarşı yönəlib. Onlar ya yerli məhsula daha çox əhəmiyyət verməli, ya da xarici malı daha baha qiymətə almalıdırlar, hansı ki, bu da onlara və əhaliyə sərf etmir. Bütün hallarda, xaricdən idxal olunan spirtli içkiyə qoyulan rüsumun artırılması daxili bazarın müdafiəsinə və onun inkişafına stimul verəcək. Görəsən, bu barədə ekspertlər nə düşünür? Məsələnin ortaya atılmasının arxasında nə gizlənir? İdxal spirtinə rüsumun qaldırılması yerli istehsalın artmasına və keyfiyyət əmsalına nə kimi təsir edəcək?
   İqtisadçı ekspert Cümşüd Nuriyevin fikrincə, sözügedən məsələnin arxasında ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq ideyası durur: "Azərbaycan bütün hallarda Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşır. Ümumdünya Ticarət Təşkilatının əsas prinsiplərindən biri ondan ibarətdir ki, heç bir sahəyə dotasiya verilməsin. Yəni rəqabət qabiliyyəti təmin olunsun. Azərbaycan buna hazırlaşmalıdır. Dövlət Gömrük Komitəsi bu məsələni ona görə qaldırıb ki, yaxın bir-iki ilə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qəbul ediləndə ölkənin daxili bazarını qorumaq mümkün olsun. Bizdə qeyri-neft sektorunun inkişafına da ciddi diqqət verilməlidir. Xarici məhsula rüsumun artırılması ilə daxili bazarın qorunmasına və milli sahibkarlığın inkişaf etdirilməsinə şərait yaradılır. İkincisi bu, rəqabət qabiliyyətli məhsulların yaranmasına stimul verir. Hazırda dünya bazarında Azərbaycan markası ilə tanınan məhsulumuz yoxdur. Ona görə də bizdə spirtli içkilərin əksəriyyəti dünya standartlarından aşağı olmasa da, dünya bazarında özünə yer tapa bilmir. Çünki xaricdən gətirilən ucuz spirt məhsulu Azərbaycan bazarında rəqabət qabiliyyətini formalaşdırmağa imkan vermir". C. Nuriyev qeyd etdi ki, ölkənin iqtisadi təhlükəsizliyi baxımından da sözügedən məsələnin həlli vacibdir: "Bu işdə Azərbaycan dövləti də maraqlıdır. Ona görə ki, ekoloji cəhətdən təmiz spirtli içki istehsalına ölkə daxilində nəzarət etmək xaricdən gətirilənə nəzarət etməkdən daha asan olur. Ölkənin iqtisadi təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olduğundan, bu məsələnin də həlli vacibdir. Rüsum dərəcələrilə yanaşı, aksiz dərəcələri də artırılmalıdır. Azərbaycan özünün spirt təminatını həyata keçirə bilir. Amma bir müsəlman ölkəsi olaraq, bizdə içki içənlərin də xüsusi çəkisi azdır. Ona görə də daxildə spirtin realizə olunması üçün elə də böyük bazar yoxdur. Digər tərəfdən, rüsum dərəcələrinin artırılması ilə dövlət büdcəsinə daxilolmalar da çoxalacaq. Sözügedən məsələnin reallaşması xaricdən gətirilən spirtli içkinin çəkisinin azalmasına gətirib çıxaracaq.Azərbaycana Gürcüstan üzərindən erməni məhsulları gətirilir, ilk növbədə bunun qarşısı alınacaq. Rusiyadan həddindən artıq keyfiyyətsiz məhsul gətirilir ki, bunun da qabağına sədd çəkiləcək.
   Buna, iqtisadi tədbirlə yanaşı, siyasi tədbir kimi də baxmaq olar. Çünki Azərbaycan Ermənistanla iqtisadi əlaqəsini kəssə də, ermənilər bunu digərləri vasitəsilə həyata keçirir. Rüsumun artırılması ilə ilk ildə xaricdən gətirilən bu məhsul yarıbayarı azalacaq. Sonrakı illərdə Azərbaycan daxilində qiymətlər düşəcəyindən, spirtin xaricdən gətirilməsinə ümumiyyətlə ehtiyac qalmayacaq. Bu da bizim xeyrimizədir". Ekspertin bildirdiyinə görə, xarici spirt məhsuluna rüsumun artırılması daha çox toy biznesinə zərbə vuracaq: "Dövlət də bunda maraqlıdır. Şadlıq saraylarının əksəriyyəti bəzi dövlət məmurlarının nəzarəti altında olduğundan, dövlət burada stabillik yaratmaqda bir qədər acizdir. Amma iqtisadi metodun tətbiqilə dövlət məmuru kənarda qalacaq. Toyların da qiyməti aşağı düşəcək. Bunun da xeyri vətəndaşlaradır".
   
Rüfət SULTAN
 
 
 SON XƏBƏRLƏR
2010-02-01 "Putinə də, Obamaya da dedim, Sarkozi ilə danışa bilmədim"
2010-02-01 "Taliban" BMT ilə danışıq apardığını təkzib edir
2010-02-01 Tayvan Çinlə ABŞ-ı "kəllə-kəlləyə gətirir"
2010-02-01 Haitidə kütləvi uşaq oğurluğu başlayıb
2010-02-01 Lənkəranda İlkin Nağıyev və Malik Qasımov "06" ilə "07"ni toqquşdurdu
2010-02-01 Saatlının Seyidoba kəndində yük maşını yanıb
2010-02-01 ABŞ İran barədə daha bir hazırlıq işinə başladı
2010-02-01 Şəkinin Bakı Zəyzit kəndində 26 yaşlı qız özünü asdı
2010-02-01 Ermənilər Tovuzda Azərbaycan ordusunun gizirini yaraladı
2010-02-01 Prezident Berlinə və Münhenə getməyə hazırlaşır
2010-02-01 "Dalğa"çılar Bakı küçələrində "şamlı kekslər" payladılar
2010-02-01 Qalanın Xaşaxuna bağlarında daha bir müəmmalı intihar...
2010-02-01 Vaşinqton meri Azərbaycanın 1990-cı il yanvar faciəsindən danışdı
2010-02-01 İranda Aşura günü keçirilən aksiyalarla bağlı daha 150 nəfər həbs edilib
2010-02-01 ATƏT-in Bakı ofisinin rəhbəri Vasif Talıbovla Naxçıvanda builki tədbirləri müzakirə edib
2010-02-01 YAP Daşkəsəndə hərbi hissədəki qanlı hadisənin ciddi araşdırılmasını tələb edir
2010-02-01 Təyinatlı vəkillərə 1 saatlıq işə görə 2 manat haqq təyin edilib
2010-02-01 Bələdiyyələrdə 2-ci, 3-cü olan partiyaların parlament seçkilərində də 2-ciliyi, 3-cülüyü mümkündürmü?
2010-02-01 Bakıda 11 yaşlı terrorçu...
2010-02-01 Bakı Dövlət Universitetinin I kurs tələbəsi özünü asdı
2010-02-01 Taliban liderinin öldürülməsi barədə xəbər yayıldı
2010-02-01 Ukraynada seçkiöncəsi vəziyyət gərginləşir
2010-02-01 Qubada qəlp pul kəsən dəstə zərərsizləşdirilib
2010-02-01 YAP-ın ənənəsi...
2010-02-01 Banklar kredit borclularına əlavə faiz hesablamaqdan vaz keçir
2010-02-01 Böhranın ikinci dalğası Rusiyada azərbaycanlı miqrantlara necə təsir edəcək?
2010-02-01 ABŞ regionda yeni enerji oyununa start verir
2010-02-01 Sərhədçilər "qara siyahı"ya düşmüş 347 şəxsin Azərbaycandan çıxışının qarşısını alıb
2010-02-01 Polislər tənqid, həqarət və qərəzli münasibətlə üzləşəndə...
2010-02-01 Nigeriyada yaraqlılar neft gəlirlərinin ədalətli bölgüsü uğrunda silahlı üsyana başladı
2010-02-01 MHP Türkiyədə növbədənkənar parlament seçkilərini qaçılmaz sayır
2010-02-01 İsrail kəşfiyyatı HƏMAS-ın əsas liderlərindən birini məhv etdi
2010-02-01 İran və ərəb ölkələrinin DQ münaqişəsinin həllində vasitəçilik təkliflərinin pərdəarxası...
2010-02-01 Tikinti şirkətləri üçün cəlbedici ideya...
2010-02-01 Goranboyda Əlisa Cəfərovun "06" maşınında bir ailənin üç üzvü həlak oldu
2010-02-01 15 ildə Gömrük Komitəsində ilk kəsir çıxdı
2010-02-01 Azərbaycanda otel biznesi çökür
2010-02-01 Brakonyerlər çay balıqlarına qarşı dəhşətli üsula əl atıb
2010-02-01 "Xristianlıq Məsihsiz də yarana bilərdi..."
2010-02-01 "Borussiya" - "Verder" oyununda qapılara yeddi qol vuruldu
2010-02-01 "Yuventus"un baş məşqçisi dəyişdirildi
2010-02-01 "Barselona" hələlik 20 oyunundan heç birində məğlub olmayıb
2010-02-01 "Turan" klubunda şok istefa
2010-02-01 "Fənərbaxça" "Mançester Yunayted"dən futbolçu alır
2010-02-01 "Qarabağ" Neftçi"ni məğlub etdi
2010-02-01 İspaniya beşqat Avropa çempionuna çevrildi
2010-02-01 Futzal yığmamızın oyunçusu "Qızıl buts" aldı
2010-02-01 "Real" 19 il ərzində ilk dəfə səfərdə "Depotivo"ya qalib gəldi
2010-02-01 "Qalatasaray" Linderotun ardınca Nonda ilə də yollarını ayırdı
2010-02-01 Bərdədə bir-birinə çox yaxın iki ev yanıb
2010-02-01 Lənkəranda Nəsirov qardaşları əlillər üçün tikilən binada saysız oğurluqlar törədib
2010-02-01 Ağsuda Həmidova Cavahirin evi yanıb
2010-02-01 Deputat Statistika Komitəsinin "nikah-boşanma rəqəmlərinə" şübhə etdi
2010-02-01 Gömrük Komitəsinin yeni təklifi Dünya Ticarət Təşkilatını qabaqlamaq məqsədi daşıyır
2010-02-01 "Azdrama"nın rəhbərliyi ətrafında yeni söz-söhbətlər başlayıb
2010-01-29 "Gilan"a hücum edənlərin axtarışı davam edir
2010-01-29 Bakı Dəmiryol Vağzalının ərazisində partlayış olub
2010-01-29 Gəncədə 1 saylı peşə məktəbinin binası yandı
2010-01-29 Hərbçi polkovnikin müəmmalı intiharı rəsmən təsdiqləndi
2010-01-29 Siyəzəndə mebel mağazası yandı
2010-01-29 Mart ayında Mətbuat Şurası vahid "Diffamasiya qanunu"nu hazırlamağa başlayacaq
2010-01-29 Sumqayıtda keçmiş "türemşik" qətlə yetirilib
2010-01-29 Sumqayıt sakini buzda sürüşüb öldü
2010-01-29 Hacı Məmmədovun mədəaltı vəzində problem yaranıb
2010-01-29 Keşlədə Xəlilovlar ailəsinin üç üzvü qazdan boğuldu
2010-01-29 Yazıçı Sabir Azəri Neftçilər Xəstəxanasında vəfat edib
2010-01-29 NATO-nun baş katibi Rasmussen Gürcüstanın hərbi alyansa üzv qəbul olunacağına söz verdi
2010-01-29 Aydın Əliyevlə müavini prezidentdən mükafat aldı
2010-01-29 Prezident Davosda qaz ixracının şaxələndiriləcəyini bir daha bəyan etdi
2010-01-29 YAP Musa Musayevlə bağlı açıqlama verdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009