01 Fevral 2010-cı il, N 281(1179)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"Mən baldırlarımı açıb göstərmirəm" (3548)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2254)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1357)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Stratfor" Qarabağda müharibəyə dair qorxulu proqnoz verdi
Qarabağ münaqişəsi I Dünya Müharibəsinə səbəb olmuş 1914-cü il Bosniya konflikti ilə müqayisə edilir
Azərbaycan və Ermənistan arasında lokal konflikt regionda irimiqyaslı qarşıdurmaya gətirib çıxara bilər. Belə bir açıqlama ilə ABŞ-da yerləşən "Stratfor" mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Marko Papiç çıxış edib.Rusiyada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü şərh edən ekspert daha sonra qeyd edir:
   "Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında konfliktin həlli məqsədilə növbəti görüşlərdən biri keçirildi. Lakin proseslərin təhlili göstərir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik yenidən artır. Azərbaycan və Ermənistan müharibənin başlanmasını istisna etmir. Xüsusən də Azərbaycan güc yoluna çox meyllənir. Müharibənin başlanması isə Rusiya, Türkiyə və İranın buna cəlb olunmasına gətirib çıxara bilər ki, bu da konfliktin nəzarət altından çıxmasını istisna etmir".
   Papiçin sözlərinə görə, ötən ilin sonlarından etibarən Dağlıq Qarabağın gələcəyi yenidən diqqət mərkəzinə gəlməyə başlayıb və buna əsas səbəb Türkiyə ilə Ermənistan arasında baş verənlərdir: "Bu məsələ Azərbaycanda müəyyən narahatlıq yaratdı. Lakin burada diqqət yetiriləsi əsas məqam Qafqaz kimi qaynar regionun coğrafiyasıdır. Bu gün Dağlıq Qarabağ olduqca vacib mövzudur. Çünki Azərbaycan və Ermənistan regionda öz gücünü artırmaqda olan üç dövlətlə əhatə olunub: şimalda Rusiya ilə, qərbdə Türkiyə ilə və cənub-şərqdə İranla. Məhz bu səbəbdən sözügedən Azərbaycan və Ermənistanın yaşadığı konfliktin taleyi ölkələr arasında qarşılıqlı münasibətlərdən asılı olacaq. Lakin Dağlıq Qarabağın taleyi təkcə Türkiyənin regionda əsas söz sahibinə çevrilmək istəyindən yox, həm də Rusiya-İran müttəfiqliyinin proseslərin gedişinə təsirindən, eləcə də neft və qaza böyük ehtiyac duyan Avropanın hadisələrə təsirindən asılıdır. Bu mərkəzlər arasında yaradılan ittifaq və düşmənçilik diplomatik cəbhədə proseslərin inkişaf sürətini ləngidir. Çünki bütün iri dövlətlər hadisələrə öz təsirini göstərməyə çalışır".
   Ekspertin fikrincə, bütün bunlar fonunda gərginlik səviyyəsi olduqca yüksəkdir və regional oyunçuların ən cəsarətli strategiyası belə problemin həllində uğursuzluğa düçar ola bilər: "Vəziyyət təkcə Rusiya, İran və Türkiyənin istəyinə görə yox, Azərbaycan və Ermənistan arasında hadisələrin inkişaf səviyyəsindən də asılı olaraq nəzarətdən çıxa bilər. Bununla vəziyyət, deyək ki, 1914-cü ildə Bosniyadakı durumla eyniləşə bilər. Həmin vaxt Bosniyada yerli konflikt dünya müharibəsinə yol açdı".
   Lakin məsələyə fərqli prizmadan yanaşan ekspertlərin də sayı az deyil. Məsələn, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov məsələni şərh edərəkən bildirib: "Mənə elə gəlir ki, yaxın vaxtlarda Qarabağ problemində heç bir irəliləyiş olmayacaq və hər şey indi olduğu kimi qalacaq. Çünki siyasi situasiya prinsipial dəyişikliyə məruz qalmayıb. Doğrudur, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması müşahidə edilir. Lakin bunun proseslərdə Türkiyənin daha əhəmiyyətli rol oynamasına gətirib çıxaracağı məsələsi açıq qalır. Hələlik Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ probleminə dair mövqeləri bir-birindən o qədər uzaqdır ki, mən yaxın vaxtlarda yaxınlaşmanı real görmürəm. Tez və ya gec, bütün problemlər kimi, bu problem də həll ediləcək. Lakin çox şey dəyişməli və həddən artıq iş görülməlidir ki, problem həll olunsun".
   Onun sözlərinə görə, gözlər önündə yeni Türkiyə doğulur və o, hələlik lazımi qədər qiymətləndirilmir: "Biz Rusiyada bu yeni Türkiyə ilə maksimal dərəcədə yaxşı münasibətlər qurmağa, hətta bu ölkənin Rusiya, Qazaxıstan və Belarusdan ibarət Gömrük İttifaqına daxil edilməsinə ümid bəsləyirik. Mən hesab edirəm ki, məhz bu ittifaq daxilində Türkiyə öz iqtisadi inkişaf imkanlarından daha çox yararlana bilər. Türkiyənin Avropaya inteqrasiyasının realist, obyektiv yolu üzünə tam bağlı olan Avropa Birliyinin qapısında yatmaqdan deyil, ondan yan ötərək Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və digər postsovet məkanı ölkələrilə maksimal əməkdaşlıqdan, sürətli inkişaf tempinə nail olmaqdan və tədricən vahid və böyük Avropanın yaradılmasından keçir".
   
Sahil QULİYEV
İran və ərəb ölkələrinin DQ münaqişəsinin həllində vasitəçilik təkliflərinin pərdəarxası...
Qabil Hüseynli: "Münaqişənin həllində vasitəçilik funksiyalarını xristian dövlətlərin, ən azı Azərbaycanı sevməyən dövlətlərin, qüvvələrin əlindən almaq lazımdır"
Eldar Namazov: "Digər beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı aktivləşməsi Minsk Qrupunun işinə əlavə dəstəkdir"
Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həlli mümkün olmadıqca, rəsmi və qeyri-rəsmi dairələrdə, o cümlədən dünya ölkələrində bu qrupun səmərəsiz fəaliyyət göstərməsinə dair fikirlər formalaşmaqdadır. Münaqişənin həllində aktivlik göstərməyən Minsk Qrupunun təşkilatçılığı ilə bu günə qədər keçirilən bütün görüşlər, aparılan danışıqlar uğursuzluqla nəticələnib.
   Minsk Qrupunda təmsil olunan dövlətlərin münaqişənin həllində maraqlı görünməməsi və qərəzli olması digər formatlardan istifadəni gündəmə gətirir.
   Dəfələrlə münaqişənin həllində vasitəçilik etmək üçün Türkiyə faktoru önə çəkilsə də, Ermənistan tərəfi buna öz etirazını bildirib. İran rəsmiləri də münaqişənin həllində maraqlı olduqlarını bir neçə dəfə dilə gətirib. Rəsmi Tehran bəyan edib ki, münaqişə onun sərhədlərinin yaxınlığında baş verib və həmçinin bu ölkənin Azərbaycan və Ermənistanla yaxşı əlaqələri mövcuddur. Odur ki, İranın vasitəçiliyi olmadan münaqişənin həlli real görünmür.
   Digər tərəfdən, Ərəb Ölkələri Birliyi (22 üzvü var) və İslam Konfransı Təşkilatı (47 üzvü var) da münaqişənin həllində vasitəçilik etməyə hazır olduqlarını bəyan edib. Azərbaycan rəsmiləri də münaqişənin İslam Konfransı Təşkilatı (İKT) və Türkdilli Dövlətlər Birliyi (TDB) çərçivəsində həllinin daha ədalətli variant olduğunu bildirib.
   Son dövrlər isə İran və Ərəb Ölkələri Birliyinin münaqişənin həllində vasitəçiliklə bağlı təşəbbüsləri artıb.
   İranın, eləcə də Ərəb Ölkələri Birliyinin münaqişənin həllində vasitəçilik etməsi mümkündürmü? Bu vasitəçilik hansı formatda ola bilər? Ermənistanın buna reaksiyası necə olacaq?
   Bu suallara aydınlıq gətirmək üçün politoloqlara müraciət etdik.
   Müsavat Partiyasının başqan müavini, politoloq Qabil Hüseynli bizimlə söhbətində bildirdi ki, İranın və Ərəb Ölkələri Birliyinin münaqişənin həllində vasitəçilik etməsinə normal baxır: "Mən burada zərərli bir şey görmürəm. Münaqişənin həllində vasitəçilik funksiyasını xristian dövlətlərin, ən azı Azərbaycanı sevməyən dövlətlərin, qüvvələrin əlindən almaq lazımdır. Münaqişənin həllində müxtəlif sivilizasiyalara malik dövlətlər, birliklər iştirak etməlidir. Mən daha çox İslam Konfransı Təşkilatının münaqişənin həllində yaxından iştirak etməsini arzulayardım. Bu təşkilatın vasitəçiliyi öz üzərinə götürməsi ümumi işin xeyrinə olardı".
   Qabil Hüseynli onu da qeyd etdi ki, İran İslam Konfransı Təşkilatı çərçivəsində münaqişənin həllində iştirak edə bilər: "Münaqişənin həllilə bağlı İslam Konfransı Təşkilatında hansısa komissiyanın yaradılması və fəaliyyət göstərməsi mümkündür. Bu komissiyanın Ermənistan, o cümlədən hazırkı Minsk Qrupu tərəfindən nə dərəcədə qəbul olunacağı sual doğurur. Bütün hallarda mövcud format dəyişdirilməlidir. Təcrübə və müşahidələr göstərir ki, Minsk Qrupu münaqişəni ədalətli yolla həll etmək gücündə deyil. O da ola bilər ki, Minsk Qrupu saxlansın, sadəcə onun tərkibinə İslam Konfransı Təşkilatının nümayəndəsi salınsın."
   Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov
   hesab edir ki, Azərbaycan və Ermənistanın rəsmi vasitəçi olaraq tanınan ATƏT-in Minsk Qrupundan imtina edəcəyini güman etmir: "İndiki durumda nə Azərbaycan, nə də Ermənistan Minsk Qrupundan imtina etmək fikrindədir. Digər beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı aktivləşməsi Minsk Qrupunun işinə əlavə dəstəkdir. Bu mənada Ərəb Ölkələri Birliyindən daha çox, İslam Konfransı Təşkilatının atkivləşməsini məqsədəuyğun hesab edərdim. İslam Konfransı Təşkilatı birmənalı olaraq Azərbaycan torpaqlarının işğal olunması faktını qəbul edib və dəfələrlə bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair bəyanatlar verib. İstər İranın, istərsə də digər beynəlxalq qurumların fəallaşması Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aləmdə prioritet münaqişə kimi tanınması ilə bağlıdır. Türkiyə-Ermənistan protokollarından sonra Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etməyə başladı".
   Eldar Namazov onu da qeyd etdi ki, bizimlə qonşu olan İranın ona yaxın ərazidə münaqişənin dinc yolla həllində maraqlı olması təbiidir: "İranın burada maraqlı olması təbiidir. Çünki münaqişə onun sərhədində baş verir.
   Təəssüflər olsun ki, İran İslam Respublikası münaqişənin ədalətli həlli üçün Ermənistana təsir imkanlarından bu günə qədər istifadə etməyib. Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan deyir di ki, İran Ermənistanla sərhədlərini bağlasa Ermənistan iqtisadiyyatı bir aya çökə bilər. Lakin ötən 15 il ərzində İran bunu etməyib. Bu mənada, bundan sonra İranın münaqişənin ədalətli həlli üçün çalışacağını demək mənim üçün bir qədər çətindir".
   
Ruslan XƏLİL
Sürix protokolları Ermənistan parlamentinin yaz sessiyasına salınmadı
Davudoğlu ilə Nalbandyanın Münhen görüşü təxirə düşdü
Ötən ilin oktyabrında Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları əvvəllər iki dövlətin münasibətlərini normallaşdıracaq sənəd kimi qəbul olunurdusa, indi daha çox qarşılıqlı ittihamlara yol açan əsas kimi görülməkdədir. Proseslərin təhlili göstərir ki, hadisələrin bu səpkidə inkişafına əsas səbəb Ermənistanın protokollar məsələsində də qeyri-konstruktiv mövqe tutması, ən əsası isə, Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilməməsidir.
   Bütün bunlar isə Sürix protokollarının reallaşmasını sual altına almaqda, həmçinin Türkiyə və Ermənistan arasında onsuz da xoş olmayan münasibətləri bir qədər də gərginləşdirməkdədir.
   Artıq proseslərin indiki inkişaf çərçivəsində Ankara Ermənistanla danışıqların davam etdirilməsinin lüzumsuz olduğunu görür. Lakin Türkiyə tərəfi hələ də yüksək səviyyədə bəyan edir ki, danışıqları davam etdirmək niyyətindədir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərkən yenidən Ermənistanı Türkiyə ilə imzalanmış protokollara diqqətli yanaşmağa çağırıb. O, "Euronews" telekanalına müsahibəsində deyib ki, rəsmi Ankara Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmır: "O zaman biz niyə görüşürük? Nə edəcəyik? O zaman Ermənistanın bunu yenidən ələ alması, yenidən müzakirə etməsi lazımdır. Biz Türkiyə olaraq, razılaşmadakı vədlərimizi yerinə yetirmişik. Ortada qarşılıqlı hazırlanmış bir yol xəritəsi var və o davam edəcək. Biz buna hazırıq. Səmimiyik. Yolumuza da eyni şəkildə davam edirik".
   Ərdoğan Ermənistanın hələ prosesin başlanğıcında məsələyə uğursuz müdaxilə etdiyini vurğulayaraq qeyd edib ki, İrəvan məsələni bir də gözdən keçirməlidir".
   Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda (İİSS) çıxış edərkən deyib ki, Ankara İrəvanla münasibətlərdə etimadın yaradılması istiqamətində bir neçə addım atıb. Cənab Davudoğlu onu da vurğulayıb ki, indiki nöqtədən tərpəniş olmasa, bu məsələdə hamının itirəcəyi var: "Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır, bu beynəlxalq birlik tərəfindən pislənir və Ermənistan gündən-günə yoxsullaşır.
   Azərbaycan getdikcə zənginləşir, lakin onun ərazisi işğal altındadır. Türkiyəyə gəldikdə isə, Türkiyə beynəlxalq tədbirlərdə erməni məsləsilə hər dəfə üzləşməli olur. İndi isə artıq sülh vaxtı yetişib".
   Türkiyə-Ermənistan protokollarının təsdiqlənməsinin yubadılması ilə bağlı suala cavab verən Əhməd Davudoğlu deyib ki, regional konfliktlər çözülmədən vəziyyəti düzəltmək səyləri nəticə verməyəcək və Türkiyə Qarabağ probleminin çözülməsi istiqamətində iş görür. Ermənistanın Konstitusiya məhkəməsinimn protokollarla bağlı qərarına toxunan Əhməd Davudoğlu qeyd edib ki, həmin qərarın bəzi müddəaları Türkiyə üçün tamamilə qəbuledilməzdir.
   Bu arada isə məlum olub ki, Ermənistan parlamentinin yaz sessiyasının gündəliyinə Türkiyə ilə imzalanmış protokolların ratifikasiyası məsələsi daxil edilməyib. Ermənistan parlament sədrinin mətbuat katibi Nairi Petrosyan məsələ ilə bağlı bildirib ki, protokollar Prezident Aparatındadır və hələlik parlamentə göndərilməyib. Ermənistan Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi protokol barədə qərar çıxardıqdan sonra sənəd ratifikasiya olunmaq üçün parlamentə göndərilməli idi. Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi 2010-cu il yanvarın 12-də Türkiyə ilə imzalanmış protokolların ölkə Konstitusiyasına uyğun olması barədə rəy verib. Konstitusiya Məhkəməsinin qərarına əsasən imzalanmış protokollar Ermənistan Konstitusiyasının preambula hissəsinə və Müstəqillik Bəyannaməsinə zidd şəkildə şərh edilə bilməz. Müstəqillik Bəyannaməsində isə Türkiyəyə ərazi iddiası irəli sürülür və bu ölkənin şərq vilayətləri "Qərbi Ermənistan" adlandırılır. Eyni zamanda, bəyannamədə saxta və uydurma "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasının Ermənistan dövlətinin vəzifəsi olduğu bildirilir.
   Hakim partiyadan fərqli olaraq, Türkiyə müxalifəti Ankaranı daha qətiyyətlə hərəkət etməyə çağırır. Məsələn, ana müxalifət olan CHP başqanının köməkçisi Onur Öymən bildirir ki, Ermənistanın Konstitusiya Məhkəməsinin son addımından sonra AKP hökumətinin nə dərəcədə yanlış addım atdığı bir daha göründü. O, Ermənistanda prezidentə protokolların altındakı imzanı ləğv etmək hüququ verən qanun layihəsindən bəhs edərkən qeyd edib ki, İrəvan barışıqda maraqlı olmadığını nümayiş etdirir və Ankara bu prosesdə məğlub duruma düşür:
   "Biz protokolların imzalanmasının yanlış olduğunu bəri başdan demişdik. Son baş verənlər bizim nə dərəcədə haqlı olduğumuzu göstərir. Həm Ermənistan Konstitusiya Məhkəməsinin qərarı, həm ABŞ-ın bu qərara baxmayaraq İrəvanın mövqeyini dəstəkləməkdə davam etməsi, Türkiyəni ön şərt qoymadan sərhədləri açmağa çağırması AKP-nin ciddi səhvə yol verdiyini göstərir. Türkiyə Ermənistan Azərbaycan torpaqlarından çəkilməyi qəbul etmədən onunla bu protokolları imzalamaqla çox ciddi səhvə yol verib" .
   Ermənistan prezident administrasiyası başçısının müavini Viqen Sarqsyanın sözlərinə görə isə, apreldə keçiriləcək 1915-ci il hadisələrinin ildönümü yaxınlaşdıqca sənədlərin əleyhinə olan çağırışlar altında protokolların təsdiqlənməsinə ayrılan vaxt daralır. Ankaranın tənqidlərini qəbul etməyən Viqen Sarqsyan, protokolları parlamentə təqdim etməklə yanaşı, prezident imzasını geri çağırmağa hüquqi əsas verəcək qanunvericilik aktının işləndiyini də xatırladaraq, ölkəsinin hər an protokollardan vaz keçə biləcəyini bir daha diqqətə çatdırmış olub. Bununla yanaşı o qeyd edib: "Biz sənədlərin təsdiqlənməsilə bağlı imkanı əldən versək, bölgədə danışıqlar başlamayacaq və ondan əvvəlki mövqelərə qayıdılacaq".
   Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Türkiyə ilə danışıqlar prosesinin pozulacağını istisna etmir: "Türkiyə protokolları imzalamağa hazır olmayacaqsa, ultimatum dilində danışmağı davam etdirəcəksə, şərt irəli sürəcəksə və prosesi ləngidəcəksə, onda istisna etmirəm ki, danışıqlar pozulacaq. Proqnozlar verməyi xoşlamasam da, heç nə istisna olunmur".
   Beləliklə, proseslərin ümumi mənzərəsi belə qənaətə gəlməyə əsas verir ki, Türkiyə protokollarla bağlı danışıqların davam etdirilməsini istəsə də, Ermənistanın indiki mövqeyi bunu sual altına alır. Daha doğrusu, Ermənistan protokollorla bağlı danışıqları manipulyasiya etməkdə və öz maraqlarına uyğunlaşdırmağa çalışmaqdadır. Problemə iki ölkənin xarici işlər naziri - Əhməd Davudoğlu ilə Edvard Nalbandyan arasında Münhendə keçirilməsi nəzərdə tutulan görüşdə aydınlıq gətiriləcəyi gözlənsə də, sonradan məlum olub ki, bu görüş təxirə salınıb. Ermənistanın Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Bildirilir ki, Nalbandyan Münhendə keçiriləcək təhlükəsizlik məsələlərilə bağlı konfransa qatılmayacaq. "İnterfaks"a açıqlamasında Ermənistan XİN mətbuat katibi Tiqran Balayan qeyd edib: "E.Nalbandyanın Münhen konfransında iştirakı planlaşdırılmayıb. Odur ki, Ermənistan XİN başçısının Münhendə Türkiyə XİN başçısı ilə görüşündən söhbət belə gedə bilməz".
   
Sahil QULİYEV
İsrail kəşfiyyatı HƏMAS-ın əsas liderlərindən birini məhv etdi
Liderin boğulmuş meyiti mehmanxanada tapıldı
İsrail xüsusi xidmət orqanları HƏMAS terrorçu təşkilatının hərbi qanadı olan "İzəddin əl-Kasam"ın banisi, 50 yaşlı Mahmud əl-Mabuhu məhv etməyə müvəffəq olub.
   APA-nın sem40.ru-ya istinadən verdiyi məlumata görə, HƏMAS-ın suriyadakı nümayəndəsi, təşkilatın siyasi bürosunun üzvü İzzət ər-Rişk Reyters agentliyinə müsahibəsində əl-Mabuhun yanvarın 29-da qətlə yetirildiyini təsdiqləyib.
   Onun sözlərinə görə, HƏMAS birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları ilə birlikdə hadisənin təfərrüatlarını araşdırır.
   HƏMAS-dakı mənbələrin məlumatlarına görə, son illər Dəməşqdə yaşayan əl-Mabuh "İzəddin əl-Kasam" Briqadalarının Qəzza sektorunda fəaliyyətini əlaqələndirib və eyni zamanda təşkilatın Suriyadakı siyasi bürosu ilə əlaqələrini təmin edib.
   Bundan əlavə, əl-Mabuh Sudan və Misir ərazisindən keçməklə Qəzza sektoruna silah ötürülməsinə də rəhbərlik edib.
   Əl-Mabuhun qohumlarının sözlərinə görə, onun cəsədi elektroşoker və boğulma izlərilə mehmanxanada tapılıb.
   
MHP Türkiyədə növbədənkənar parlament seçkilərini qaçılmaz sayır
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini Dəniz Bölükbaşı Türkiyənin qarşısına çıxan problemləri həll edə bilməsi üçün erkən seçimə getməli olduğunu bildirib.
   APA-nın məlumatına görə, Bölükbaşı Türkiyənin hazırda üç əsas probleminin olduğunu bildirib. "Birincisi, Türkiyə getdikcə yoxsullaşır. İşsizlik getdikcə artır. İkincisi, Türkiyə soyulur. Rüşvətxorluq və korrupsiya idarəetmə strukturu ilə bütünləşib. Üçüncü əsas problem isə Türkiyənin bölünməsi təhlükəsidir. Türkiyə cəbhələrə ayrılmaq, etnik qarşıdurma dönəmilə üz-üzədir" - deyə MHP rəsmisi vurğulayıb.
   Türkiyənin üç əsas problemini birdəfəlik həll etmək üçün D.Bölükbaşı mütləq növbədənkənar parlament seçkisinin keçirilməsinin vacibliyini qeyd edib.
   
Nigeriyada yaraqlılar neft gəlirlərinin ədalətli bölgüsü uğrunda silahlı üsyana başladı
"Delta" Hərəkatı hökumətin ədalətli bölgü aparacağına inanmır
Nigeriyada ən iri üsyançı qruplaşma olan "Nigerin deltasının azadlığı uğrunda hərəkat" (MEND) birtərəfli atəşkəsi dayandıraraq yenidən neft sənayesi obyektlərinə hücumlara başlayacağını elan edib.
   APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, adıçəkilən qruplaşma tərəfindən yerli hakimiyyətlə atəşkəs barədə danışıqlar aparmaq məqsədilə 2009-cu il dekabrın sonunda atəş "qeyri-müəyyən müddətə dayandırılıb".
   Lakin ötən cümə günü MEND hakimiyyətdən neft sənayesindən əldə olunan gəlirin bölüşdürülməsinə dair hakimiyyətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini gözləmədiyini elan edib.
   "Artıq aydındır ki, Nigeriya hökuməti hazırda təbii ehtiyatlar və torpaqlara nəzarətlə bağlı qruplaşmanın irəli sürdüyü şərtləri qəbul etmək niyyətində deyil" - deyə MEND-in bəyanatında deyilir.
   Bundan əlavə, yaraqlılar neft sənayesi obyektlərinə hücumların mümkünlüyünü də vurğulayıb.
   "Neft sənayesinə aidiyyəti olan bütün şirkətlər, onların obyektləri, işçi heyətlərin irimiqyaslı hücumlara hazır olması məsləhətdir" - deyə bəyanatda deyilir.
   Xatırladaq ki, MEND yaraqlılarının və Nigerin deltasında fəaliyyət göstərən digər silahlı qruplaşmaların 2006-cı ildə Chevron, Shell və digər neft şirkətlərinin obyektlərinə hücumları neft ixracının 20% azalmasına gətirmişdi.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-01 "Putinə də, Obamaya da dedim, Sarkozi ilə danışa bilmədim"
2010-02-01 "Taliban" BMT ilə danışıq apardığını təkzib edir
2010-02-01 Tayvan Çinlə ABŞ-ı "kəllə-kəlləyə gətirir"
2010-02-01 Haitidə kütləvi uşaq oğurluğu başlayıb
2010-02-01 Lənkəranda İlkin Nağıyev və Malik Qasımov "06" ilə "07"ni toqquşdurdu
2010-02-01 Saatlının Seyidoba kəndində yük maşını yanıb
2010-02-01 ABŞ İran barədə daha bir hazırlıq işinə başladı
2010-02-01 Şəkinin Bakı Zəyzit kəndində 26 yaşlı qız özünü asdı
2010-02-01 Ermənilər Tovuzda Azərbaycan ordusunun gizirini yaraladı
2010-02-01 Prezident Berlinə və Münhenə getməyə hazırlaşır
2010-02-01 "Dalğa"çılar Bakı küçələrində "şamlı kekslər" payladılar
2010-02-01 Qalanın Xaşaxuna bağlarında daha bir müəmmalı intihar...
2010-02-01 Vaşinqton meri Azərbaycanın 1990-cı il yanvar faciəsindən danışdı
2010-02-01 İranda Aşura günü keçirilən aksiyalarla bağlı daha 150 nəfər həbs edilib
2010-02-01 ATƏT-in Bakı ofisinin rəhbəri Vasif Talıbovla Naxçıvanda builki tədbirləri müzakirə edib
2010-02-01 YAP Daşkəsəndə hərbi hissədəki qanlı hadisənin ciddi araşdırılmasını tələb edir
2010-02-01 Təyinatlı vəkillərə 1 saatlıq işə görə 2 manat haqq təyin edilib
2010-02-01 Bələdiyyələrdə 2-ci, 3-cü olan partiyaların parlament seçkilərində də 2-ciliyi, 3-cülüyü mümkündürmü?
2010-02-01 Bakıda 11 yaşlı terrorçu...
2010-02-01 Bakı Dövlət Universitetinin I kurs tələbəsi özünü asdı
2010-02-01 Taliban liderinin öldürülməsi barədə xəbər yayıldı
2010-02-01 Ukraynada seçkiöncəsi vəziyyət gərginləşir
2010-02-01 Qubada qəlp pul kəsən dəstə zərərsizləşdirilib
2010-02-01 YAP-ın ənənəsi...
2010-02-01 Banklar kredit borclularına əlavə faiz hesablamaqdan vaz keçir
2010-02-01 Böhranın ikinci dalğası Rusiyada azərbaycanlı miqrantlara necə təsir edəcək?
2010-02-01 ABŞ regionda yeni enerji oyununa start verir
2010-02-01 Sərhədçilər "qara siyahı"ya düşmüş 347 şəxsin Azərbaycandan çıxışının qarşısını alıb
2010-02-01 Polislər tənqid, həqarət və qərəzli münasibətlə üzləşəndə...
2010-02-01 Nigeriyada yaraqlılar neft gəlirlərinin ədalətli bölgüsü uğrunda silahlı üsyana başladı
2010-02-01 MHP Türkiyədə növbədənkənar parlament seçkilərini qaçılmaz sayır
2010-02-01 İsrail kəşfiyyatı HƏMAS-ın əsas liderlərindən birini məhv etdi
2010-02-01 İran və ərəb ölkələrinin DQ münaqişəsinin həllində vasitəçilik təkliflərinin pərdəarxası...
2010-02-01 Tikinti şirkətləri üçün cəlbedici ideya...
2010-02-01 Goranboyda Əlisa Cəfərovun "06" maşınında bir ailənin üç üzvü həlak oldu
2010-02-01 15 ildə Gömrük Komitəsində ilk kəsir çıxdı
2010-02-01 Azərbaycanda otel biznesi çökür
2010-02-01 Brakonyerlər çay balıqlarına qarşı dəhşətli üsula əl atıb
2010-02-01 "Xristianlıq Məsihsiz də yarana bilərdi..."
2010-02-01 "Borussiya" - "Verder" oyununda qapılara yeddi qol vuruldu
2010-02-01 "Yuventus"un baş məşqçisi dəyişdirildi
2010-02-01 "Barselona" hələlik 20 oyunundan heç birində məğlub olmayıb
2010-02-01 "Turan" klubunda şok istefa
2010-02-01 "Fənərbaxça" "Mançester Yunayted"dən futbolçu alır
2010-02-01 "Qarabağ" Neftçi"ni məğlub etdi
2010-02-01 İspaniya beşqat Avropa çempionuna çevrildi
2010-02-01 Futzal yığmamızın oyunçusu "Qızıl buts" aldı
2010-02-01 "Real" 19 il ərzində ilk dəfə səfərdə "Depotivo"ya qalib gəldi
2010-02-01 "Qalatasaray" Linderotun ardınca Nonda ilə də yollarını ayırdı
2010-02-01 Bərdədə bir-birinə çox yaxın iki ev yanıb
2010-02-01 Lənkəranda Nəsirov qardaşları əlillər üçün tikilən binada saysız oğurluqlar törədib
2010-02-01 Ağsuda Həmidova Cavahirin evi yanıb
2010-02-01 Deputat Statistika Komitəsinin "nikah-boşanma rəqəmlərinə" şübhə etdi
2010-02-01 Gömrük Komitəsinin yeni təklifi Dünya Ticarət Təşkilatını qabaqlamaq məqsədi daşıyır
2010-02-01 "Azdrama"nın rəhbərliyi ətrafında yeni söz-söhbətlər başlayıb
2010-01-29 "Gilan"a hücum edənlərin axtarışı davam edir
2010-01-29 Bakı Dəmiryol Vağzalının ərazisində partlayış olub
2010-01-29 Gəncədə 1 saylı peşə məktəbinin binası yandı
2010-01-29 Hərbçi polkovnikin müəmmalı intiharı rəsmən təsdiqləndi
2010-01-29 Siyəzəndə mebel mağazası yandı
2010-01-29 Mart ayında Mətbuat Şurası vahid "Diffamasiya qanunu"nu hazırlamağa başlayacaq
2010-01-29 Sumqayıtda keçmiş "türemşik" qətlə yetirilib
2010-01-29 Sumqayıt sakini buzda sürüşüb öldü
2010-01-29 Hacı Məmmədovun mədəaltı vəzində problem yaranıb
2010-01-29 Keşlədə Xəlilovlar ailəsinin üç üzvü qazdan boğuldu
2010-01-29 Yazıçı Sabir Azəri Neftçilər Xəstəxanasında vəfat edib
2010-01-29 NATO-nun baş katibi Rasmussen Gürcüstanın hərbi alyansa üzv qəbul olunacağına söz verdi
2010-01-29 Aydın Əliyevlə müavini prezidentdən mükafat aldı
2010-01-29 Prezident Davosda qaz ixracının şaxələndiriləcəyini bir daha bəyan etdi
2010-01-29 YAP Musa Musayevlə bağlı açıqlama verdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009