01 Fevral 2010-cı il, N 281(1179)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"Mən baldırlarımı açıb göstərmirəm" (3548)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2254)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1357)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Polislər tənqid, həqarət və qərəzli münasibətlə üzləşəndə...
"Hər şey yerində deyiləndə yaxşıdır"
Polisin fəaliyyətində dönüş yaratmaq üçün bilik və peşəkarlıqdan başqa digər amillər də əhəmiyyət kəsb edir. Son illər daxili işlər orqanlarında demokratik islahatların və təşkilati dəyişikliklərin həyata keçirilməsi, habelə polis əməkdaşlarının qanun qarşısında vətəndaşların təhlükəsizliyini təmin etməyə görə məsuliyyətinin və cavabdehliyin artması bu amillər sırasındadır.
   Hakimiyyətin səlahiyyətli orqanı kimi polisin insan hüquqlarına həssas və hörmətlə yanaşması onun borcu və xidmət qayəsi kimi qəbul edilir. Cinayətkarlıqla mübarizənin gərginliyindən, qeyri-aşkarlığından və ağırlığından asılı olmayaraq, polis ona verilən qanuni gücdən qanunun tələbləri daxilində və insanlara məhəbbət çərçivəsində istifadə etməlidir. Bu, bugünkü polisin peşə etikasının əsas prinsiplərindəndir. BMT hüquq-mühafizə orqanları əməkdaşları üçün artıq belə bir sənəd hazırlamışdır. İnsan hüquqlarının mahiyyəti və onların qorunması, habelə vətəndaşların da bu istiqamətə yönələn fəaliyyətinin təşkilində polisin iştirakı(dəstəyi) qeyd olunan sənədin ana xəttini təşkil edir.
   Bəzən cinayətkarlıqla mübarizə fəaliyyətində qarşıda duran vəzifələrin öhdəsindən gəlmək çətinliyi əməkdaşların işə yanaşma həssaslığına və tərzinə də təsir edir. Belə hallar nə cəmiyyət, nə də polis əməkdaşları üçün arzuolunandır. Bütün bunlara baxmayaraq, il ərzində respublika daxili işlər orqanları, cinayətkarlıqla mübarizə ənənəsinə sadiq qalaraq, xalqa edilən xidmətin öhdəsindən layiqincə gəlmiş, 21 mindən artıq cinayətin 90 faizdən çoxu açılmışdır.
   2009-cu il ərzində şəxsiyyət əleyhinə olan 8039 cinayətin 98,0 faizi, qəsdən sağlamlığa az ağır zərər vurmaların 94,9 faizi, qəsdən adam öldürmələrin 88,9 faizi, qarətlərin 72,1 faizi, adam oğurluğu cinayətlərinin 66,7 faizinin açılması sevindirici haldır.
   Lakin hər bir sahədə olduğu kimi, bu sahədə də bəzi əyintilər olsa da, bunu polisin aydın görünən xidməti vəzifəsinə əməl etməmək kimi yozmaq olmaz. Mən çox istərdim ki, polisin yaxşı işi, davranışı dəstəklənsin, digər hərəkətləri isə ictimailəşməsin.
   Azərbaycan polisi qanunla müəyyən edilmiş səlahiyyətlərini həyata keçirərkən, fəaliyyətini siyasi proseslərin gedişinə uyğun qurur, ekstremal şəraitlərdə müvazinətini qorumağı bacarır. Belə hallar bəzən kənardan təəssüflə qarşılansa da, son nəticədə anlaşılır ki, daxili sabitliyin və dövlətçiliyin qorunmasının başqa yolu yoxdur.
   İctimaiyyətdən və QHİ-lərdən dəstək almaq əvəzinə, bəzən həqarətlə müşahidə edilən tənqidlərlə rastlaşanda polislər pessimizm əhval-ruhiyyəsinin əhatəsində qalır. Bu zaman isə mübarizənin səmərəsinə zərbə dəyir, baş verən digər cinayətlərin açılmasına o qədər də güc və həvəs qalmır. Bu baxımdan çətin bir işlə məşğul olan qurumun fəaliyyətində çatışmazlıqların olmasını şişirtməyə ehtiyac yoxdur. Statistikaya nəzər salaq:
   2009-cu il ərzində 15217 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 164 qəsdən adamöldürmə faktlarının, 184 quldurluqla bağlı cinayətlərin, 320 fakt insan alveri cinayətlərinin, 26 hədə-qorxu ilə tələb etmə cinayətlərinin 88%-dən 94%-ə qədər açılması təmin edilmişdir. Həyata keçirilən qabaqlayıcı və profilaktik tədbirlər nəticəsində bir sıra ağır cinayətlərin sayında 2008-ci ilin hesabat dövrünə nisbətən azalma müşahidə edilmişdir. Keçmiş illərdən bağlı qalmış 376, o cümlədən onların 113-ü ağır və xüsusilə ağır olmaqla cinayətlər açılmışdır. Bu bir günün, iki günün işi deyil, aylarla davam edən yuxusuz, yorğun günlərin bəhrəsidir.
   2009-cu ildə şəxsiyyət əleyhinə olan cinayətləri təhlil etdikdə mənzərə aydın görünür: 8039 cinayətin, demək olar ki, hamısı açılmışdır. Belə cinayətlərin çoxlu sayda subyektlərinin 98% nəfəri məsuliyyətə cəlb edilib. Bir qismi isə cəmiyyətdən təcrid edilib. Ölkədəki cinayətkarlıqla mübarizə vəziyyətini başqa ölkələrlə müqayisə etdikcə bizdə olan vəziyyət narahatlığa yer qoymur. Məndə olan məlumata görə, son iki ildə RF-də ictimai nüfuza malik xadimlərə qarşı onlarla sui-qəsdlər edilmiş və əksər cinayətkarların şəxsiyyəti bəlli olmamışdır. Bütövlükdə cinayətkarlıqla mübarizə ənənəsi insan hüquqları faktoruna söykənsə də, əsas prossesual diqqət belə ünsürlərlə mübarizəyə, onlara soyuq münasibətin formalaşmasına yönəlir. Son zamanlar dəfələrlə ağır cinayətlərə görə məhkum edilmiş (bir neçə dəfə adam öldürmüş) şəxslərin qayğısına qalmaq və cəmiyyətə qənim kəsilən ünsürləri müdafiə etmək halları da vərdişə çevrilib. Ömürlük həbsin 15 il azadlıqdan məhkumetmə cəzası ilə əvəz edilməsi tələb edilir, mətbuat konfransları keçirilir. Belə cinayətdən zərər çəkənlər - qurbanlar və mübarizə aparan subyektlər isə unudulur.
   İl ərzində 164 qəsdən ölüm halı, 184 quldurluq və çoxlu sayda bədənə xəsarət yetirmələrə nəzər salsaq, bir daha belə qənaətə gəlmək olar ki, zərərçəkənlərə dəyən ziyanların ödənilməsi həmişə diqqət mərkəzində olmur.
   Vətəndaşların nəzərinə bir mühüm amili də çatdırmaq istəyirəm. Adətən baş vermiş cinayətlərə və cinayətkarlığa dair vəziyyətə yalnız polis real "cavablarla" reaksiya verir. Belə vəziyyətlərdə polisin imdadına vətandaşlar deyil, qanunlar çatır. Qanuni tələblər daxilində hərəkət edən polis insan hüquqlarını bəzən zərurətdən irəli gələrək pozmuş olur. Bunun fərqinə isə heç kim varmır. Əksinə, məsələ şişirdilir, polisin nüfuzuna təsir edən məlumatlar yayılır. Hər şey yerində deyiləndə yaxşıdır. Bəs, vətəndaşlar vətəndaşlıq borcunu yerinə yetirmirlərsə, buna kim cavabdehlik daşıyır?!
   Qanunvericiliyin tələbinə, habelə beynəlxalq normalara görə, polis əməkdaşları ciddi zərurət və real vəziyyət yarandıqda, xidməti vəzifələrini icra edərkən, yalnız tələb olunan (lazım olan) həddə güc tətbiq edə bilər. Burada, təbii ki, mütənasiblik gözlənilməlidir. Belə vəziyyətlərdə (ekstremal situasiyalarda) odlu silahın tətbiq edilməsinə də icazə verilir. Lakin mütənasiblik prinsipinə, vəzifəsini icra edərkən tələb olunan həddə gücün tətbiqi məsələsinə şərh verilmir. "Bu necə və hansı hallarda olmalıdır" suallarına cavab dolğun deyil. Odlu silahı polis əməkdaşları tətbiq etsələr də, onu düzgün tətbiq edib-etmədiyini bəzən nə özləri, nə də istintaq sübut edə bilir. ("Əməliyyat-Axtarış Fəaliyyəti Haqqında" və "Polis Haqqında" qanunlarda bunun qismən açması verilmişdir).
   Vətəndaşlar bilməlidir ki, polis xidməti vəzifəsini yerinə yetirərkən (zəruri hallarda) silah tətbiq edə bilər.
   Avropa Şurasının Polis Haqqında Bəyannaməsinin 1-ci maddəsində göstərilir: polis əməkdaşlarından tələb edilir ki, qanunla müəyyən edilmiş vəzifəsini vətəndaşları zorakı, vəhşi və digər ziyanlı hərəkətlərdən qorumaqla yerinə yetirsin.
   Sual yaranır: vətəndaşların zorakı, vəhşi və qaba hərəkətlərinə qarşı polis necə davranmalıdır? "Ayıbdır, belə olmaz!" ifadəsiləmi? Əlbəttə, yox! Polisin belə halda vəzifəsi və nə etməli olduğu dəqiq göstərilməlidir. ABŞ-dakı kimi.
   Həmin bəyannamənin 16-cı maddəsində isə qeyd edilir: ...polis əməkdaşının xidmət etdiyi cəmiyyətin fəal, mənəvi və fiziki dəstəyindən istifadə etmək hüququ var". Polisin xidmətilə təmin edilən sabitliyimiz üçün 16-cı maddədə qeyd edilən belə hüquq və ictimai dəstək hələlik ya zəifdir, ya da yoxdur. Buna ehtiyacımız var.
   Cinayətkarlıqla mübarizədə cəmiyyətin dəstəyindən istifadə edilməsi BMT-nin polislə bağlı kodeksində də öz əksini tapmışdır.
   Polis əməkdaşları da vətəndaşdır. Onların həm vətəndaş, həm də polis əməkdaşı kimi müdafiə olunmaq hüquqları var. Hələ ki, biz cəmiyyət olaraq polisdən tələb edirik, onları ictimai qınağa çəkirik, onların dəstəyilə müdafiə olunuruq, onlarla münasibətdə olmağı isə qəbul etmirik.
   Azərbaycan polisinin işi xalqa mühüm əhəmiyyətli sosial xidmətdir. Belə xidmətin əməkdaşlarının iş şəraitini yaxşılaşdırmaq, statusunu qorumaq və təkmilləşdirmək borcumuzdur. Onların həyat və təhlükəsizliyinə təhdidlər isə ümumilikdə cəmiyyətdə sabitliyə qarşı təhdid kimi qəbul edilməlidir.
   Belə bir fikir BMT-nin 1990-cı il sentyabrın 7-də cinayətlərin qarşısının alınmasına dair VIII qurultayında da səslənmişdir. Yuxarıdakılara rəğmən 2009-cu il ərzində bir neçə mütəşəkkil cinayətkar qrupun zərərsizləşdirilməsi, 356 axtarışda olan şəxsin yaxalanması zamanı polisin şəxsi həyatı üçün neçə dəfə təhlükənin yaranmasını təsəvvür etmək çətin deyil.
   Beləliklə, son olaraq bir də statistik rəqəmlərə diqqəti cəlb etmək istərdim: 2009-cu il ərzində əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən 1847, yeniyetmələr tərəfindən 453, işləməyən və oxumayanlar tərəfindən törədilən 15979 və ən çox narahatlıq doğuran zərif cinslər - qadınlar tərəfindən törədilən 2665 cinayətin üstü polisin peşəkarlığı nəticəsində açılmışdır. Bu çətin işdə çoxminli polis əməkdaşlarına uğurlar, səbr və sağlamlıq arzulamaqla, onlarla bir yerdə olmağı da hər birimiz üçün vacib sayıram.
Şəmsəddin Əliyev "Polisə Dəstək" İctimai Birliyinin sədri
Sərhədçilər "qara siyahı"ya düşmüş 347 şəxsin Azərbaycandan çıxışının qarşısını alıb
"Meşə qardaşlarının" 10 üzvü qonşu dövlətə qaça bilmədi
Dövlət Sərhəd Xidmətində (DSX) 2009-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə DSX-nin il ərzindəki fəaliyyəti və qarşıda duran vəzifələrdən danışılıb.
   "Turan"ın məlumatına görə, DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev "Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın dördüncü mərhələsinin icrasının müvəffəqiyyətlə başa çatdırıldığını bildirib. Onun sözlərinə görə, DSX-yə büdcə ayırmaları 2008-ci illə müqayisədə 11,6 faiz artırılıb.
   DSX rəisi bildirib ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş 2 nəfər və onlarla əlaqədə şübhəli bilinən 12 şəxs barəsində müvafiq tədbirlər görülüb. "Terrorçuluğa qarşı mübarizə çərçivəsində qanunsuz silahlı qruplaşma üzvü olan 6 nəfər yaxalanıb, 3 nəfər zərərsizləşdirilib. "Meşə qardaşları" terror dəstəsinin 10 üzvünün qonşu dövlət ərazisinə keçməsinin qarşısı alınıb".
   E.Quliyev deyib ki, Ermənistan tərəfindən Azərbaycanın İranla sərhədinin 132, Ermənistan ilə isə 733 kilometrinin işğal edilməsi, sərhədin yaxınlığında və Xəzər dənizində əməliyyat şəraitinin gərgin olaraq qalması, narkotik maddələrin tranziti, qaçaqmalçılıq və digər məqsədlərlə dövlət sərhədinin pozulması, xidmətdə olan sərhəd naryadlarına silahlı müqavimət göstərilməsi ötən il sərhədlərin mühafizəsinə təsir edən əsas amillər olub. "2009-ci ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 4 min 899 nəfər saxlanıb, bunlardan 355 nəfərin sərhəd pozucusu kimi tutulub. Tutulan sərhəd pozucularının 39,2 faizi Azərbaycandan qonşu ölkələrə keçərkən, 60,8 faizi respublikamıza gələrkən saxlanılıb. Tutulan Azərbaycan vətəndaşlarının 49,3 faizi sərhədyanı rayonların sakinləri olub". DSX rəisi qeyd edib ki, 16 halda terrorçuluq və narkotik maddələrin qanunsuz daşınması ilə məşğul olan silahlı qruplar sərhəd naryadlarına silahlı müqavimət göstərib. "Nəticədə 3 sərhəd pozucusu yaralanıb. Terrorçularla döyüşdə DSX-nin əsgəri Eltun Xaləddin oğlu İsgəndərov komandirlərini və əsgər yoldaşlarını xilas etmək üçün həyatını qurban verərək qəhrəmancasına həlak olub. Əsgərin igidliyi yüksək qiymətləndirilib, ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib".
   Onun sözlərinə görə, ötən il dövlət sərhədini 119 nəfər saxta, 28 nəfər özgəsinin sənədilə və 17 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanıb, axtarışda olan 1045 nəfər tutulub. Ölkədən çıxışı qadağan edilmiş 347 nəfərin respublikadan çıxmasına icazə verilməyib, girişi qadağan olunmuş 83 nəfər ölkəyə buraxılmayıb, 166 nəfərin pasportu etibarsız olduğu üçün alınıb. 665 halda 3 milyon 52 min manat dəyərində qaçaqmal tutulub, 309 kiloqram 109,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 16,8 ton olan 69,1 min yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib. Əməliyyat şəraitinin dəyişməsi və ölkədə keçirilən mühüm tədbirlərlə əlaqədar dövlət sərhədi 125 halda 241 gün gücləndirilmiş üsulla mühafizə edilib". E.Quliyevin dediyinə görə, il ərzində DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri Xəzər dənizinin Azərbaycana məxsus hissəsində - Çilov və Nargin adaları, "Neft daşları", Neftçala, Lənkəran, Astara, Həsənqulu istiqamətlərində dövlət sərhədinin mühafizəsini təşkil edib.
   "Ötən il sərhəd gözətçi gəmiləri tərəfindən sərhəd sularında rejim qaydalarını pozduğu üçün 4 gəmi, 170 qayıq saxlanaraq yoxlanıb. Rejim qaydalarını pozan 177 Azərbaycan vətəndaşı barəsində müvafiq tədbirlər görülüb. Dənizdə qaçaqmalçılardan 81 min 691 qarmaq, 62,5 min metr tor, 3,2 ton balıq aşkar olunaraq götürülüb".
   
Sahil QULİYEV
ABŞ regionda yeni enerji oyununa start verir
Rusiya "Nabukko" kəmərinə qoşulmağa dəvət edildi
Vaşinqton Ankaranın İrəvanla münasibətlərinə görə enerji dəhlizindən vaz keçməz. Belə bir açıqlama ilə Birləşmiş Ştatlar prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çıxış edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması naminə belə "Cənub dəhlizi"ndən vaz keçmək niyyətində deyil.
   Amerika prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi onu da vurğulayıb ki, Ermənistan və Dağlıq Qarabağla bağlı proseslər Türkiyə-Azərbaycan münasibətlərinin bir parçasıdır: "Rəsmi Vaşinqton, Ankara-İrəvan münasibətlərindən asılı olmayaraq, enerji dəhlizinin reallaşmasında qərarlıdır. Vaşinqton Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropaya nəqli üçün yeni dəhlizin açılmasını dəstəkləyir. Bu dəhliz "Nabukko" və Türkiyə -Yunanıstan - İtaliya boru kəmərlərindən ibarət olacaq. Hər iki layihə Cənubi Qafqaz və Orta Asiyadakı tədarükçü ölkələrə maliyyə gəliri və Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq gətirəcək. Qarşıda düran əsas məqsəd isə Türkiyə ilə Azərbaycan arasında tranzit şərtlərində razılıq əldə olunması və Orta Asiya ölkələrinin bu dəhlizə qaz verməsidir".
    Riçard Morninqstar İran qazının "Cənub dəhlizi" ilə nəqlindən məmnun olmayacaqlarını, yaxın zamanda Amerikanın bu siyasətində dəyişiklik gözlənilmədiyini də əlavə edib. Bununla yanaşı, o qeyd edib ki, ABŞ tərəfindən Avropa enerji təhlükəsizliyinin dəstəklənməsi antirusiya xarakteri daşımır: "Bəziləri hesab edir ki, ABŞ tərəfindən Avropa enerji təhlükəsizliyinin dəstəklənməsi antirusiya xarakteri daşıyır. Bununla razılaşmaq olmaz".
   Onun sözlərinə görə, Avropa enerji təhlükəsizliyinin bir çox aspektləri var: "Biz bazara etibarlı çıxış yolları axtaran Rusiya kimi istehsalçıların təhlükəsizliyi haqda danışa bilərik. Lakin biz bəzi AB ölkələri kimi neft və qazın etibarlı ixracını əldə etmək istəyən istehlakçıların təhlükəsizliyi haqda da danışa bilərik. Biz Rusiyada birgə müəssisələr haqda danışa bilərik. ABŞ Rusiya ilə enerji effektivliyi məsələləri, yeni texnologiyalar barədə də danışa bilər və bunu etmək niyyətindədir. Energetika sahəsində Qərblə Rusiyanın münasibətlərində boru kəmərləri barədə məsələlərin siyasiləşdirilməməsi həddindən artıq vacibdir". Onun sözlərinə görə, Rusiyanı "Nabukko"da iştiraka dəvət etmək olar: "Məsələn, mümkündür ki, Rusiya üçüncü ölkə kimi "Nabukko" boru kəmərində iştiraka dəvət edilsin. Ola bilər Rusiya "Mavi axın" vasitəsilə "Nabukko" üçün Türkiyəyə qaz ixrac edə bilsin. Bu Rusiya üçün layihədə nəzarətedici tərəfdaş kimi deyil, iştirakçı olmaq imkanı ola bilər və qlobal maliyyə vəziyyəti nəzərə alınarsa, bu, işlərin aparılmasında tamamilə rasional üsul ola bilər. Mənə belə gəlir ki, biz bu haqda Rusiya ilə açıq danışsaq, maraqlı cavablar ala bilərik".
   R.Morninqstar etiraf edib ki, iki ölkə arasında fikir ayrılıqları qalmaqdadır: "Sadəlövh görünmək istəməzdim. Lakin Rusiya ilə bizim aramızda fikir ayrılıqları qalır. Çünki biz, "Cənub dəhlizi" də daxil olmaqla, Avropaya enerji yollarının diversifikasiyasını və müxtəlifliyini dəstəkləyirik. Rusiyanın bununla bağlı baxışları başqadır və bu, "Cənub axını" və ya "Şimal axını" kimi layihələrdə əksini tapır. Biz həmin layihələrə qarşı çıxmırıq, lakin onların, xüsusilə də "Cənub axını"nın kommersiya baxımından əhəmiyyətini şübhə altına qoyuruq. Lakin son olaraq hansı boru kəmərinin öz maraqlarına daha uyğun gəldiyini avropalı istehlakçılar və investorlar qərara almalıdır".
   Onun sözlərinə görə, Rusiya regionda mühüm istehsalçı və mühüm oyunçudur və belə də qalacaq: "Odur ki, biz razılığa gələ bildiyimiz sahələrdə Rusiya ilə işləməliyik". R.Morninqstar qeyd edib ki, ABŞ Sankt-Peterburqda "Böyük səkkizliy"in görüşündə əldə olunan prinsiplər əsasında işləmək niyyətindədir:
   "Biz Rusiya ilə daha çox danışmalıyıq, bununla da daha irəliyə gedə, anlaşılmazlıqdan qaça bilərik, bəlkə də ümumi əsaslara gələ bilərik". O xatırladıb ki, Rusiya-Amerika prezident komissiyası, energetika da daxil olmaqla, bir çox istiqamətlər üzrə işləməlidir və "biz ümid edirik ki, enerji üzrə işçi qrupun iclası yaxın zamanlarda keçiriləcək".
   Xatırladaq ki, "Cənub dəhlizi", əsas etibarilə Xəzər qazının Rusiyanın nəzarətindən kənar Avropaya nəqlini nəzərdə tutur. Artıq fəaliyyət göstərən Bakı-Tiflis-Ərzurum bu layihənin bir hissəsidir. Gələcəkdə icra olunarsa, "Nabukko" da bu dəhlizin bir parçası olacaq. Lakin "Nabukko" ətrafında qeyri-müəyyənliklər hələ də davam edir.
   Məsələn, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Edvard Çou bildirir: "Nabukko" layihəsinin qarşısında çoxsaylı çətinliklər var. Avropanın vahid qaz bazarı, enerji nəqlinin diversifikasiyası üzrə vahid mövqeyi yoxdur. Qərbi Avropanın qaz nəqlində mövqeyi Mərkəzi və Şərqi Avropadan əsaslı şəkildə fərqlənir".
   Onun fikrincə, hazırda yeganə yeni qaz mənbəyi "Şahdəniz" yatağındakı ikinci fazadır, digər mənbələr isə gələcəkdə istifadə oluna bilinəcək potensial mənbələrdir. Analitik həm də bildirib ki, ilk növbədə həll olunacaq məsələ qaz ehtiyatlarının, xüsusilə Azərbaycanda bu ehtiyatların sonrakı inkişafı, Türkiyə ilə tranzit qaz nəqli üzrə razılığın əldə olunması, İstanbulun qərbinə, ilk növbədə nəqlin diversifikasiyasına daha çox ehtiyacı olan Cənub-Şərqi Avropaya daha çox qaz ötürülməsidir.
   
Sahil QULİYEV
Böhranın ikinci dalğası Rusiyada azərbaycanlı miqrantlara necə təsir edəcək?
Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin rəhbəri vəziyyəti faciəyə çevirməyin tərəfdarı deyil
MDB-nin ən böyük iqtisadiyyatına malik ölkə kimi dəyərləndirilən Rusiya rəsmiləri qlobal böhranla bağlı elə də nikbin olmayan yeni bəyanatlar səsləndirməkdədir. Məsələn, Rusiyanın maliyyə naziri Aleksey Kudrin bəyan edirki, böhranın ikinci dalğasının başlanması istisna deyil. Cənab Kudrinə görə, hər şey yenidən ABŞ-dan başlaya bilər.
   Nazir deyib ki, ABŞ-da ötən ilin 4-cü rübü yaxşı olubsa, bu o demək deyil ki, eyni şeyi biz cari ilin ilk rübündə görəcəyik.
   Moskvadakı "Keçid iqtisadiyyatı" institutundan Kirill Rogov məsələni şərh edərək bildirir ki, ikinci dalğa üçün bütün şərtlər formalaşıb: "Hazırkı böhranı törədən problem vəsait çoxluğu olub. Son illər ərzində böyük həcmdə ucuz pullar toplanmışdı. Bu problem aradan götürülməyib, əksinə, böhranı aradan götürmək üçün hökumətlər bazara daha çox pul çıxarıb. İqtisadi köpüklərə gətirən maliyyə natarazlıqları qalır. Başqa tərəfdən Çin amili işi gərginləşdirə bilər. Hazırda Çin iqtisadiyyatının böyük problemlərlə üzləşə biləcəyi haqda mülahizələr geniş yayılıb. Bütün bunlar isə neft və metalların qiymətlərinin enişinə gətirə bilər.
   Rusiyanın ən çox ehtiyat etdiyi də, məhz neft və metalların qiymətlərinin enişidir. Ölkə büdcəsi ilk növbədə xammaldan gələn gəlirlər hesabına formalaşır. Həmçinin, deyək, metal istehsalına bağlı xeyli monoşəhərlər mövcuddur. Bu şəhərlərdə hər şey 1-2 müəssisədən asılıdır və onların da geriləməsi bütün şəhəri böhrana salır. Burada yaşayanlar isə qaçılmaz işsizliklə üzləşir, belə ki, bu şəhərlərdə böhranda olan həmin 1-2 müəssisədən başqa işverən faktiki yoxdur. Öz növbəsində, Rusiyanın ticarət və sənaye nazirinin müavini Stanislav Naumov Bi-Bi-Si-yə müsahibəsində deyib ki, böhran monoşəhərlərdəki dəyişikliklərə bir təkan olub: "Böhran hələ sovetlər dövründən qalan ətalət qüvvəsinə yenidən baxmağa imkan verib. İndi aydındır ki, bu ətalət qüvvəsi qırılmalı və alternativ yaradılmalı, oradakı iqtisadiyyat müxtəlifləşdirilməlidir".
   Hökumət məmuruna görə, indi monoşəhərlərdəki vətəndaşlara özəl iş açmaqda kömək edilir, habelə variantların biri də monoşəhərlərdəki mütəxəssisləri ölkənin başqa yerlərinə köçürməkdir. Bir çox müşahidəçilərə görə, Rusiyada yüzlərlə monoşəhər var və buradakı işsizlik problemini həll etmək çox çətin olacaq. İşsizliklə mübarizə metodlarından biri kimi Rusiya hökuməti əmək miqrantlarının ölkəyə cəlb olunmasını məhdudlaşdırır. Müvafiq kvota son 2 ildə 3 dəfə azaldılıb. Bu məqam, o cümlədən Azərbaycandan olan miqrantlara da təsir edir.
   Ancaq icma nümayəndələrinin dediyinə görə, azərbaycanlılar əsasən ticarətlə məşğul olduğundan, bu təsir elədə geniş deyil. Hələ 3 il əvvəl Rusiyada bazarlarda pərakəndə satışla ancaq ölkə vətəndaşlarının məşğul olması qaydası qəbul olunub. Odur ki, öz işində qalmaq istəyən azərbaycanlıların əksəriyyəti Rusiya vətəndaşlığını qəbul edib və artıq miqrant kateqoriyasına düşmür.
   O ki qaldı böhranın birbaşa bizneslə məşğul olan azərbaycanlılara təsirinə, Ümumrusiya Azərbaycan Konqresi Moskva şöbəsinin müdiri İlqar Hacıyevə görə, təsir var, amma vəziyyət faciəvi də deyil. Bu arada Rusiya hökuməti bu ilin perspektivlərinə ümumən nikbin yanaşır. Ötənilki təxminən 9 faizlik enimdən sonra rəsmilər bu il artım gözləyir.
   Rusiyada miqrasiya qanunvericiliyini pozan əcnəbilərin ölkədən daha tez-tez çıxarılmasına başlandığını deyən Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovski idarənin kollegiyasında bununla bağlı bildirib: "2009-cu ildə RF ərazisindən 34 min xarici vətəndaş çıxarılıb. Bu, ötən illə müqayisədə 70% çoxdur. Deportasiya proseduru fəal tətbiq olunub - 2008-ci illə müqayisədə deportasiya edilənlərin sayı, demək olar ki, 3 dəfə artıb".
   Romodanovski bildirib ki, 2009-cu ildə FMX miqrasiya qanunvericiliyinin pozulmasına görə 6,8 mlrd. rubl məbləğində cərimə tətbiq edib, bunun yarısı federal büdcənin xeyrinə alınıb.
   
Tahir TAĞIYEV
Avtomobillərin qiymətində yeni bahalaşma dalğası gəlir
İdxal olunan avtomobillərə rüsumların artırılacağı barədə xəbərlər müxtəlif reaksiyalar doğurub
"Avtomobil bazarında da böhran hökm sürür"
Akif Nəsirli: "Sözügedən rüsumlar tətbiq olunarsa, sözsüz ki, bu, avtomobil bazarına ciddi zərbə olacaq. Həm yeni avtomobillərin satışı aşağı düşəcək, həm də qiymətlər artacaq"
Məlum olduğu kimi, Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev spirtli içkilərə və avtomobillərə tətbiq olunan idxal rüsumlarının artırılması ilə bağlı Nazirlər Kabinetinə təkliflər olunacağını bildirib. Maraqlıdır ki, A.Əliyev sözügedən istəyini əsaslandırmayıb.
   Çünki 2008-ci ilin sentyabrında dünya iqtisadi böhranı başlayandan sonra avtomobil sənayesi ciddi ziyan çəkib. O cümlədən, böhranla əlaqədar olaraq ölkəyə maşın idxalı xeyli azalıb.
   Digər tərəfdən, ölkədə istismar olunan avtomobillər arasında köhnə avtomobillərin çəkisi üstünlük təşkil edir. Hökumət də ekoloji tələblərlə bağlı köhnə avtomobilləri dövriyyədən çıxarmaq istəyir. Rüsumlar artırılacağı təqdirdə isə yeni avtomobillərin qiyməti xeyli qalxacaq. Bu isə onsuz da zəif olan avtomobil satışını daha da passivləşdirəcək.
   Müstəqil iqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, ümumilikdə Gömrük Komitəsinin hansısa rüsumun artırılması və yaxud da azaldılması təklifilə çıxış etməsi məntiqə uyğun deyil: "Bu təklif yalnız birbaşa ölkənin makro iqtisadiyyatını idarə edən strukturdan gələ bilər. Yəni Gömrük Komitəsi mövcud qaydalara, qanuna uyğun məsələlərin icrası ilə məşğul olmalıdır. Komitə yalnız hansısa prosedurun sadələşdirilməsi və yaxud dəyişdirilməsilə bağlı təkliflər verə bilər. Rüsumların artırılması ilə bağlı verilən təkliflər anormal təsir bağışlayır. Bu qurumun işi rüsumları vaxtlı-vaxtında yığıb təhvil verməkdən ibarətdir".
   A.Nəsirlinin fikrincə, avtomobillərə tətbiq olunacaq vergilərin artırılması ilə bağlı istək A.Əliyevə məxsus deyil: "Bu, hökumətin qərarıdır. Deməzdim ki, bu istək birbaşa A.Əliyevə məxsusdur. Sadəcə olaraq, məsləhət biliblər ki, bu, A.Əliyevin dilindən səslənsin. Yəni bu, bütün hallarda ümumi qərardır. Başqa bir tərəfdən, vergi və yaxud da hər hansı bir rüsum artırılarkən mütləq əsaslandırılmalıdır. Hökumət strukturlarının bütün əsasnamələrində də var ki, edilən dəyişikliklər əsaslandırılmalıdır. Ancaq A.Əliyevin verdiyi təklifə baxsaq görərik ki, bu əsaslandırılmayıb. Heç bundan söhbət belə getmir. Rüsumları nəyə görə artırırlar? Məgər dövlət büdcəsinə daxilolmaların əsas hissəsini gömrükdən gələn daxilolmalar təşkil edir? Dövlət büdcəsinin 50 faizdən çoxu Neft Fondundan ayrılan transferlər hesabına formalaşır. O ölkə avtomobilə görə rüsumları artırır ki, həmin ölkədə avtomobil istehsal olunur və daxili bazarı qorumaqdan ötrü bu addımı atırlar. Azərbaycanda, demək olar ki, avtomobil istehsal olunmur. Ona görə bu istiqamətdə daxili bazarı qorumağa da ehtiyac yoxdur".
   A.Nəsirli, sözügedən təklif reallaşacağı təqdirdə, bunun ölkədəki avtomobil bazarına ciddi təsir edəcəyi qənaətindədir: "Gömrük rüsumlarının artırılması ölkəyə gətirilən avtomobillərin sayına ciddi təsir göstərəcək. Yəni idxal olunan avtomobillərin sayı kəskin aşağı düşəcək. Nəticədə ölkə bazarındakı avtomobillərin qiyməti artacaq. Müqayisə üçün qeyd edim ki, rüsumda 5 faiz artım avtomobillərin qiymətinin artmasına birbaşa təsir edəcək. Onu da nəzərə almalıyıq ki, avtomobil bazarı Azərbaycanda yenicə canlanmağa başlayıb. Sözügedən artım avtomobil bazarı üçün yeni zərbə olacaq. Nəticədə satış faizi daha da aşağı düşəcək. Məlum iqtisadi böhran, bilirsiniz ki, bir sıra sahələrlə yanaşı, avtomobil istehsal edən sektora da ciddi mənfi təsir göstərib. Digər bazarlarda olduğu kimi, avtomobil bazarında da böhran hökm sürür. İndi-indi avtomobil sənayesi böhrandan çıxır. Sözügedən rüsumlar tətbiq olunarsa, sözsüz ki, bu, avtomobil bazarına ciddi zərbə olacaq. Həm yeni avtomobillərin satışı aşağı düşəcək, həm də qiymətlər artacaq. Bunu proqnozlaşdırmaq o qədər asandır ki, bunun üçün heç əlavə mütəxəssis şərhinə də ehtiyac qalmır".
   
Vidadi Ordahallı
Banklar kredit borclularına əlavə faiz hesablamaqdan vaz keçir
Akif Nəsirli: "Bu, kredit bazarında müəyyən canlanmaya gətirib çıxarar, amma güzəştlərin tətbiqinə ciddi göstərici kimi də baxmaq olmaz"
Azərbaycanın özəl bankları hələ də böhrandan əvvəlki mövqeyini bərpa edə bilməyib. Hazırda onların durumu heç də ürəkaçan deyil. Bu səbəbdən də kommersiya bankları bu gün, 2008-ci ildə olduğu kimi, istehsalata elə də ciddi kredit qoyuluşu yatıra bilmir.
   Xarici donorların kredit verilişini dayandırması bir yana, yerli əhalinin də indiki situasiyada banklara etibarı azalıb. Ona görə də, əhali banklara əvvəlki səviyyədə həvəslə əmanət qoymur. Həmin vəziyyətisə bankları daha çıxılmaz duruma salır. Başqa bir tərəfdən, kreditlərin qaytarılması məsələsində də irəliləyiş gözə çarpmır. Kredit alan fiziki şəxslər onu qaytarmaqda çətinlik çəkir. Belədə banklar verdiyi borcu və onun faizini geri almaq üçün məhkəmələrə müraciət etməli olur. Hətta borc faizinin ödəniş müddəti keçdikdə insanlar müxtəlif cərimələrlə üzləşməli olur. Lakin mətbuatın yazdığına görə, hazırda kredit məsələsində banklarda yeni tendensiya yaranır. Bu tendensiyaya görə, kredit alan insanlar borcun ödənmə müddəti bitdikdən sonra belə cərimələnməyəcək. İndiyə kimi isə faizi vaxtında ödəməməyə görə onun üstünə əlavə cərimə tətbiq olunurdu. Bildiyimiz kimi, bankların verdiyi kreditlər əsas və faiz kreditinə bölünür. Əsas kredit vətəndaşın bankdan aldığı konkret məbləğdir. Faiz isə alınan kreditə görə əhalinin ödədiyi əlavə vəsaitdir. Artıq yuxarıda da qeyd etdiyimiz kimi, gec ödəməyə görə əlavə sələm tələb olunmur, bundan başqa, banklar girov qoyulan əmlakın müsadirəsinə də ciddi meyl etmir. Bu halın yaranmasının kökündə, söz yox ki, hələ də davam edən iqtisadi böhran durur. Banklar əhalinin alıcılıq qabiliyyətinin kəskin düşdüyünü gördüyündən, habelə, müsadirə etdikləri əmlakı satmaqda çətinliklərlə üzləşdiyindən bu addımı atmağa məcbur olub. Görəsən, banklarda özünü göstərən yeni tendensiya onların böhran vəziyyətindən çıxmasında nə kimi rol oynaya bilər?
   Müstəqil iqtisadçı ekspert Akif Nəsirli bu tendensiyanın sözügedən problemin həllində cüzi rola malik olduğunu dedi. Onun sözlərinə görə, bu, kredit bazarında müəyyən canlanmaya gətirib çıxara bilər, amma güzəştlərin tətbiqinə ciddi göstərici kimi də baxmaq olmaz: "Bankların hazırda aldığı faizlərin üstünə ciddi düşmədiyi, girova fikir vermədiyinin nümunəsini hələlik müşahidə etməmişəm. Digər tərəfdən, dünyada artıq yeni tendensiyalar ortalıqdadır. Xaricdə banklar kreditlərə daha ciddi yanaşmağa başlayıb. Bu yaxınlarda Amerika prezidenti Barak Obamanın irəli sürdüyü təklifə görə, ABŞ-ın bütün dünyada fəaliyyət göstərən sahibkar və bankirləri daha ehtiyatlı olmalıdır. Onun tərəfindən risqlərin sığortalanması proqramı ortaya qoyulub. Ona uyğun olaraq da kredit dərəcələri bir qədər artırılır, girovlara tələb ciddiləşdirilir.
   Hətta Avropa Şurası və digər qurumlar ABŞ prezidentinin ortaya qoyduğu proqramın dünyanın böhrandan çıxmasını əngəllədiyini ehtimal edir. Onların fikrinə görə, bu proqram dünyanın böhrandan çıxışını əngəlləyə bilər. Azərbaycanda borcun gec ödənilməsinə görə əlavə faizlərin tələb edilməsinin dayandırılması baş veribsə, bu sözsüz ki, kredit bazarında müəyyən canlanmaya gətirib çıxara bilər. Bu mümkündür. Düzdür, bu canlanma halı özünü elə də ciddi göstərməyəcək. Eyni zamanda, dediyimiz məsələ məntiqli də deyil. Yəni kreditin girovunun ciddi şəkildə tələb edilməsi və faiz dərəcələrinin gecikdirilməsinə görə güzəştlərin tətbiqinə ciddi göstərici kimi baxmaq olmaz.
   Ümumiyyətlə, ölkədə kredit bazarının canlanması üçün geniş zolaqlı kreditlərin verilmə imkanları artırılmalıdır. Azərbaycanda fəaliyyət göstərən banklar hələ də donor tapa bilmir, bu problemlə üz-üzə qalıb. Hesab edirəm ki, hökumət öz daxili imkanları hesabına kommersiya banklarına donorluq etməlidir. Ölkənin kredit bazarının canlandırılmasını məhz bu yolda görürəm".
   
Həsən İSLAMOV
YAP-ın ənənəsi...
Əli Əhmədov bu dəfə də ənənəni pozmadıqlarını deyir
Azərbaycanın hakim partiyası parlament seçkilərinə hazırlığa başlayıb.
   "Seçkilərə çox əvvəldən başlamaq artıq bizim üçün bir ənənəyə çevrilib" bu barədə şənbə günü Trend News-a Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.
   Əhmədovun sözlərinə görə, parlament seçkiləri təxminən on aydan sonra keçiriləcək. "Ancaq bizim gündəlik fəaliyyətimiz partiya daxilində bütün hazırlıq işlərini yekunlaşdırmağa yönəlib" - sədr müavini əlavə edib. Onun fikrincə, seçkilərə rəsmi start veriləndə partiyanın bütün strukturları, yerli təşkilatları genişmiqyaslı kampaniyanın aparılmasına tam hazır olacaq.
   
Qubada qəlp pul kəsən dəstə zərərsizləşdirilib
Bu barədə APA-ya Quba Rayon Polis Şöbəsindən məlumat verilib.
   Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Quba rayon sakinləri Elşad Ağarzayev, Samir Şirinov, Xamid Baxışov, Elçin Əlixanov və Eldəniz Nurullayev şübhəli şəxs qismində saxlanıb. Onların üzərinə baxış keçirilən zaman saxta yolla hazırlanmış 15 ədəd 100 ABŞ dolları, 10 ədəd 5 minlik və 10 ədəd 1000 rubluq saxta əskinas aşkar edilərək götürülüb. Dəstə üzvləri onlarda aşkarlanan saxta pulları özləri hazırladıqlarını bildiriblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
   
Hərbi hissədəki qanlı atışmada xarici kəşfiyyat izləri...
Daşkəsəndə 6 hərbçinin ölümü ilə nəticələnən hadisənin bəzi şübhəli tərəfləri diqqət çəkməyə başlayıb
Mehdi Mehdiyev: "Ola bilsin bu, öz ordusunun gözündə ordumuzun nüfuzunu aşağı salmaq üçün düşmən tərəfindən yönəldilən, hazırlanan bir addımdır"
Yaşar Cəfərli: "Baş verən hadisə həmin hərbi hissədə nizam-intizamın çox aşağı səviyyədə olmasından xəbər verir"
Yanvarın 28-də Daşkəsənin Xoşbulaq kəndi ərazisindəki "N" saylı hərbi hissədə baş verən dəhşətli hadisə ətrafında müxtəlif versiyalar səslənməkdədir. Xatırladaq ki, həmin gün hərbi hissənin əsgərləri-Elxan Əzizov və Sadiq Məmmədov 6 zabiti-Yusif Gümayev, Vasif Sadıxov, Anar Quliyev, Elgün Səmədov, Valeh Məmmədov və Samir Abbasovu güllələyib.
   Nəticədə onlardan 4-ü, Yusif Gümayev, Vasif Sadıxov, Anar Quliyev, Elgün Səmədov ölüb, Valeh Məmmədov və Samir Abbasov isə ağır yaralanıb. Hadisəni törədən əsgərlər də ölüb, rəsmi məlumatlara görə, onlar intihar edib. Hadisəni Müdafiə Nazirliyi təsdiqləsə də, hələlik konkret səbəblər barədə heç bir açıqlama verməyib. Mətbuata sızan ilkin xəbərlərdə bildirilirdi ki, iki sıravinin zabitlərə atəş açması həmin əsgərlərin incidilməsi, təhqir olunması ilə bağlıdır. Bəzi xəbərlərə görə, faciə axşam saatlarında hərbi hissədə naryad bölgüsü zamanı baş verib. Belə ki qarovul xidməti üçün ayrılan tağımın əsgərləri hərbi hissənin qərargahı qarşısında təlimatlandırılıb "qaravul evi"nə yola salınan ərəfədə artıq silahla tam təchiz edilmiş iki əsgər qərargahın qarşısında dayanan zabitlərə atəş açmağa başlayıb. Əsgərlərin durmadan atəş açdığını görən zabitlər onları zərərsizləşdirmək istəsə də, buna nail ola bilməyib. Burada göstərilir ki, vəziyyəti belə görən hərbi hissə rəhbərliyi onlara atəş açılması əmrini verib. Verilən bilgiyə görə, əsgərlərin sonda bir-birini güllələməsi xəbəri doğru deyil, bu işi onları zərərsizləşdirmək üçün hərbi hissənin zabitlərindən biri edib. Hadisənin necə baş verdiyini, əsgərlərin necə öldüyünü dəqiq deyə bilmərik, bunu araşdırmalar göstərəcək, amma əsgərlərin bir-birini güllələməsi elə də inandırıcı görünmür. Çünki bu mümkün də deyil, biri ilk olaraq atəş açıbsa, gülləyə tuş gələn digərinin bunu etməyə artıq fiziki gücünün çatması real deyil. Başqa bir tərəfdən, komandanlıq belə hərəkətə yol verən əsgərlərə qarşı tədbir görməli idi, necə ki, görüblər də. Bu mənada, həmin iki əsgərin zərərsizləşdirilməsində söz, yox ki, zabitlərin əməyi olub.
   Qəzetlər yazır ki, sözügedən hərbi hissədə əsgərlərin incidilməsi faktları çoxalıb. Hətta zabit heyətinin haqsızlıqlarla üzləşdiyi vurğulanır. Bunu da onunla əsaslandırırlar ki, hadisə zamanı qətlə yetirilən baş leytenant Anar Quliyev 10 ilə yaxındır, səngərdə qulluq edirmiş. Amma burada göstərilir ki, mövcud qaydalara görə, ön xətdə qulluq edən zabitlər ən çoxu 5 ildən sonra arxa cəbhəyə köçürülməlidir. Mövcud qaydalarda yuxarıda deyildiyi kimi nəzərdə tutulsa da, ola bilsin ki, həmin zabit öz xahişilə 10 il səngərdə qulluq edib. Yəni ilk növbədə məsələnin məğzi dəqiqləşdirilməlidir. "Reytinq" qəzeti öz araşdırmasında göstərir ki, son vaxtlar orduda "dedovşina", nizamnamə pozuntusu və yuxarı heyətin əsgərlərlə kobud davranması, onlara münasibətdə işgəncə və nizamnamədən kənar hərəkətlərə yol verilməsi halları artıb. Buna əsasən belə nəticəyə gəliblər ki, hadisənin baş verməsində nizamnamə pozuntusu özünəməxsus rol oynayıb. Hadisənin baş verməsində başqa məqamların da olduğu iddialar sırasındadır. Belə ki, fikirlərini "Reytinq"lə bölüşən keçmiş hərbçilərdən biri hadisəni nəzərdən keçirərkən bunun zorakılıq, işgəncə, yaxud hansısa nizamnamədən kənar hərəkətlə əlaqəli olma ehtimalını aşağı göstərib: "Öncə nəzərə almaq lazımdır ki, bu əsgərlər çavuş olub. Yəni çavuşun "dedovşina" ilə üzləşməsi bir qədər inandırıcı deyil. Üstəlik, onların hərbi hissə komandiri, qərargah rəisi və digər zabitlərlə problemlərinin olması ehtimalı da azdır. Çünki adətən hərbi hissə rəhbərliyi özünü yaxşı göstərən, sözü keçən və müəyyən qədər özlərinin də müsbət münasibəti olduğu əsgərlərə çavuş rütbəsi verir. Bu mənada, mənə elə gəlir ki, əsgərlərin hansısa təzyiqə məruz qalması üzündən belə bir addım atması ehtimalı olduqca aşağıdır. Mənim bildiyimə görə, bu əsgərlərin zabit-gizir heyətindən şikayəti olmayıb. Əks təqdirdə, hadisə baş verən gün məsələnin təfərrüatı barədə məlumat yayılardı".
   Çavuş Elxan Əzizovun atası Bəyalı Əzizovun açıqlaması da belə düşünməyə əsas verir ki, çavuşun hərbi hissədə hər hansı problemi olmayıb, əksinə, onun yaxşı hörməti var idi.
   Nəzərə alsaq ki, hərbi hissənin yerləşdiyi Daşkəsən ərazisi Ermənistanla sərhəd zonasındadır, ermənilərin burada bəzi təxribatlara əl atmaq imkanlarının olduğunu da inkar etmək olmaz. Bu mənada, çox güman ki, baş verən hadisədə erməni və ya hər hansı düşmən dövlətin izi var. Müvafiq qurumlar araşdırma apararkən bu amili də unutmamalıdır.
   Onlar Azərbaycanın hərbi cəhətdən güclənməsindən, burada müharibə çağırışlarının artmasından təşvişə düşərək, hər vəchlə ordumuzu ləkələməyə çalışırlar. Bu mənada, baş verən insidentdən də öz maraqları naminə bəhrələnməyə çalışan ermənilər bu hadisə ilə guya Azərbaycan ordusunun döyüş qabiliyyətinin zəif olduğunu nimayiş etdirmək istəyiblər. Hərbi ekspert Mehdi Mehdiyev də zənn edir ki, baş verən olay erməni tərəfindən yönəldilən, hazırlanan bir addımdır: "Burada müxtəlif versiyalar ola bilər. Hazırda araşdırmalar gedir. Dəqiq informasiya olmadığından, hər kəs düşündüyü tərzdə müxtəlif rəylər irəli sürür. Belə məsələdə həddindən artıq ehtiyatlı olmaq gərəkdir.
   Ola bilsin bu, öz ordusunun gözündə ordumuzun nüfuzunu aşağı salmaq üçün düşmən tərəfindən yönəldilən, hazırlanan bir addımdır ki, daxilən özlərini Azərbaycan ordusunun əsgərlərindən daha güclü hiss etsinlər. Hadisə barədə bəzi təxribat xarakterli versiyalar da bu məqsədə xidmət etdiyindən, yəqin məhz ermənilər tərəfindən uydurulub. Amma hər halda araşdırmalar gedir. Ola bilsin, əsgərlərin psixi pozuntusu da olub. Çünki təsadüfi insanlar çavuş vəzifəsinə təyin edilmir. Hər halda, aparılan istintaq öz nəticəsini verəcək və hadisənin dəqiq səbəbləri bilinəndən sonra bu barədə mətbuatda da geniş məlumat veriləcək".
   "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin rəhbəri Yaşar Cəfərli yayılan informasiyaları düşmən versiyası hesab etmir: "Bu məlumatları bizim öz təhlilçilərimiz verir. Mən də onlarla razıyam.
   Baş verən hadisə faciədir və bu həmin hərbi hissədə nizam-intizamın çox aşağı səviyyədə olmasından xəbər verir. Vəziyyət bu həddə çatıbsa, deməli orada özbaşınalıqdan da ciddi nöqsanlar olub. Ümumiyyətlə, ermənilərin fikirlərinə əhəmiyyət verməməliyik. Bu bizim daxili problemimizdir və təkcə ordunun deyil, bütövlükdə cəmiyyətin problemidir. Cəmiyyət bunun üzərində ciddi düşünüb müəyyən tədbirlər görməlidir".
   
Həsən İSLAMOV
Ukraynada seçkiöncəsi vəziyyət gərginləşir
Timoşenko: "Ukrayna paytaxtı Yanukoviçi dəstəkləyən silahlılar tərəfindən mühasirəyə alınıb"
Ukrayna paytaxtı Viktor Yanukoviçi dəstəkləyən silahlılar tərəfindən mühasirəyə alınıb.
   Belə bir bəyanatla Ukraynanın baş naziri Yuliya Timoşenko çıxış edib. "Kanal 5" adlı telekanala müsahibə verən Timoşenko bildirib ki, Yanukoviçin silahlı tərəfdarları hakimiyyəti ələ keçirmək üçün istənilən varianta hazırdır.
   "Kiyev ətrafında yerləşən silahlıları "işə" salmaq Yanukoviçə xas metoddur. Ancaq silahlılar Regionlar Partiyası liderinin yeganə resursu deyil. Onun tərəfdarları həmçinin seçkilər zamanı saxtakarlıqla məşğul olur", - deyə o vurğulayıb.
   Timoşenko həmçinin qeyd edib ki, ötən illər ərzində Yanukoviçin nə siyasəti, nə də metodları dəyişib. "Biz onlara öz yerlərini göstərəcəyik. Yanukoviç heç bir halda hakimiyyətə gəlməyəcək", - deyə baş nazir bildirib.
   Xatırladaq ki, Ukraynada prezident seçkiləri fevralın 7-də keçiriləcək.
   
Taliban liderinin öldürülməsi barədə xəbər yayıldı
Pakistanın dövlət televiziyası Pakistan taliblərinin lideri Hikmətulla Məsudun öldüyünü xəbər verir.
   Məlumatlara görə Məsud ayın əvvəllərində raket zərbəsində aldığı yaradan keçinib. Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
   Talibançılar isə liderlərinin ölmədiyini deyirlər.
   
Bakı Dövlət Universitetinin I kurs tələbəsi özünü asdı
Mərhum Nəriman Məmmədovun kompüteri araşdırılır
Sabunçu rayonunda 20 yaşlı oğlan özünü öldürüb. Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
   Hadisə srağagün rayonun Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi ev 22-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1990-cı il təvəllüdlü Nəriman Tofiq oğlu Məmmədov yaşadığı evin hamamında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.
   N.Məmmədovun ailəsinin istintaqa ifadəsinə görə, o, intihar etməzdən əvvəl bir neçə saat internetlə məşğul olub. Mərhumun məşğul olduğu kompüter istintaqla bağlı maddi sübut kimi götürülüb.
   Prokurorluqdan, həmçinin, N.Məmmədovun Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi olduğunu bildiriblər.
   Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
Bakıda 11 yaşlı terrorçu...
Daxili İşlər Nazirliyinə Qaçaq Nəbi 69-dan həyəcanlı zəng gəldi və...
Azərbaycan paytaxtında yaşayış evinin partladılacağı barədə polisə məlumat daxil olub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
   Yanvarın 29-da saat 20.18 radələrində naməlum şəxs DİN-in "102" xidmətinə zəng edərək, metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında, Qaçaq Nəbi küçəsi, ev 69-da partlayış olacağını bildirib. Dərhal hadisə yerinə əməliyyat qrupu göndərilib. Həyata keçirilən axtarış tədbirlərinə baxmayaraq, məlumat təsdiqini tapmayıb.
   Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxsin Bakı şəhər sakini, 11 yaşlı A.T (ad şərtidir) olduğu müəyyənləşib.
   Faktla bağlı araşdırma aparılır.
   
   
Bələdiyyələrdə 2-ci, 3-cü olan partiyaların parlament seçkilərində də 2-ciliyi, 3-cülüyü mümkündürmü?
Fazil Mustafa da, Məmməd Əlizadə də iki seçkini eyniləşdirməyin tərəfdarı deyil
Bələdiyyə seçkilərini başa vuran siyasi partiyalar artıq parlamentə düşmək uğrunda qüvvələr nisbətini formalaşdırmağa başlayıb. Amma Mərkəzi Seçki Komissiyasının 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə dair açıqladığı rəsmi nəticələr cəmiyyətdə siyasi qüvvələrin güc balansını əks etdirən ilkin rəy yaradır.
   Xatırladaq ki, həmin nəticələrə görə, birinci 5 yeri Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Sosial Rifah Ümid Partiyası və sair tutub. Qeyd edilən sıralama ölkədə siyasi güc balansını əks etdirən reallıq kimi qəbul olunsa, onun qarşıdan gələn parlament seçkilərinə təsiri də qaçılmazdır. Yəni Milli Məclisə seçkilərdən sonra eyni siyasi mənzərənin şahidi ola bilərikmi?
   Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, bələdiyyə və parlament seçkilərini eyniləşdirmək olmaz: "Əvvəla onu deyim ki, MSK-nın açıqladığı siyahı bir qədər ziddiyyətlidir. Biz bir partiya olaraq seçkidə iştirak edirik. Partiya siyahısı ilə namizədlərin irəli sürüldüyü yerdə Yeni Azərbaycan Partiyası ilə Böyük Quruluş Partiyasının 132 namizədi keçib. Ona görə də bizim partiya AVP ilə rəqabətdə olmalı idi. Amma parlament seçkilərində taktika başqadır. Çalışacağıq ki, daha çox qalib gəlmək şansı olan və hansısa dairədə nüfuzu olan adamlar üzərində dayanaq. Amma bu arifmetika, ola bilsin ki, parlament seçkilərində dəyişsin".
   "Azərbaycanda proporsional sistemin olmadığını və parlamentə seçkilərin majoritar əsaslarla keçirildiyini nəzərə alsaq, partiya olaraq necə qalib gələcəksiniz" sualına F.Mustafa belə cavab verdi: "Çalışacağıq ki, bütün namizədlərimiz, mojaritar da olsa, partiya tərəfindən irəli sürülsün və keçsin".
   Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə də bələdiyyə və parlament seçkilərini müqayisə etməyin əleyhinədir. Onun fikrincə, Milli Məclisə seçkilər bələdiyyə seçkilərindən bir neçə dəfə fəal olacaq: "Bələdiyyə seçkilərində müəyyən məmur özbaşınalığı oldusa, cənab prezident onları cəzalandırdı, hüquq-mühafizə orqanlarının bu işə cəlb olunması və sairəni qeyd etmək olar.
   Amma parlament seçkilərində bəzi xırda məmurların belə müdaxiləsinə yol veriləcəyinə inanmıram".
   M.Əlizadə "DADP-ni seçkilərdən sonra neçənci yerdə görürsünüz" sualına cavab verməyə tələsmir: "Biz bütövlükdə parlament seçkilərində iştirak edəcəyik. Amma hənsısa namizəd öz fəaliyyətini dövlətçilik naminə qura bilən şəxs olarsa, biz öz namizədimizi onun xeyrinə geri götürərik. Ona görə də bəri başdan nə qədər yer götürəcəyimizi demək düzgün olmazdı. Hər bir təşkilatın iddiası olmalıdır. Bizim də partiya iddiasına uyğun addım atacaq. Biz Azərbaycanda seçkilərin düzgün şəkildə və fəal dərk olunmasını istəyirik".
   
Müşfiq ABDULLA
Təyinatlı vəkillərə 1 saatlıq işə görə 2 manat haqq təyin edilib
Əliməmməd Nuriyev: "Artırılan bu məbləğ, düşünmürəm ki, hansısa yüksək keyfiyyətli hüquqi yardımın həyata keçirilməsinə gətirib çıxaracaq"
Azərbaycan hökumətinin qərarı ilə təyinatlı vəkillərin məhkəmədə 1 saat işinə görə əməkhaqqı 2 manat ölçüsündə müəyyən edilib. Mətbuatın yazdığına görə, Nazirlər Kabinetinin "Vəkillərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödəmələrin ölçüsü haqqında" 1 fevral 2001-ci il tarixli 31 saylı sərəncamına müvafiq dəyişikliklər edilib.
   Əvvəllər aztəminatlı vətəndaşlara hüquqi xidmətlər göstərən vəkillərin əməkhaqqı dəqiqləşdirilməmiş və minimum şərti pul vahidinin 0,9 hissəsi kimi müəyyən edilmişdi. Sərancam cari il yanvarın 1-dən qüvvəyə minib. Qeyd edək ki, bu əmsala görə Azərbaycan, qabaqcıl ölkələr bir yana, hətta MDB dövlətlərinin əksəriyyətindən geri qalır. Belə ki, Rusiyada təyinatlı vəkillər 1 saata görə 275 rubl (9 dollar) alır. ABŞ-da isə, cinayət işinin mürəkkəbliyindən asılı olaraq, bir saat 200-300 dollara başa gəlir. Azərbaycanda son illər iqtisadi yüksəliş baş verir. Bunun nəticəsi olaraq biz müxtəlif malların qiymət dərəcəsinə görə artıq Avropa ölkələrinə çatmışıq. Amma bunu əməkhaqları barədə söyləmək təəssüf ki, hələlik mümkün deyil. Bu mənada təyinatlı vəkillərin 1 saatına görə 2 manata qaldırılan əməkhaqqı irəliyə doğru addım olsa da, heç də problemin həllinə xidmət etmir. Heç kimə sirr deyil ki, Azərbaycanda məhkəmələr və o cümlədən tərəfləri müdafiə edən vəkillər elə də yüksək peşəkarlığı ilə seçilmir. Bu amil, xüsusən də təyinatlı vəkillərə aiddir. Onlar göstərdikləri hüquqi xidmətə görə az əməkhaqqı aldığından, işlərinə də ürəkdən, can yanğısı ilə yanaşmır, nəticədə də peşəkarlıqdan qat-qat uzaq nəticələr əldə edirlər. Bundan da ilk növbədə müdafiəyə ehtiyacı olan sadə və yoxsul insanlar əziyyət çəkir. Azərbaycanda əhalinin çoxunun yüksək maaş istəyən şəxsi vəkil tutmağa imkanı yox dərəcəsindədir. Ona görə də belələri təyinatlı vəkillərin köməyinə üz tutmalı olur. Onlar isə, yuxarıda da vurğulandığı kimi, az əməkhaqqı aldıqlarından işə keyfiyyətli yanaşmır. Nə qədər ki, sözügedən problem aradan qaldırılmayıb, vəkillər normal əməkhaqqı ilə təmin olunmayıb, bu sahədə normal inkişafdan danışmaq yersizdir.
   Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin də fikrincə, belə vəziyyətdə vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərilə biləcəyindən danışmaq yersizdir: "Təyinat üzrə vəkillərə saat miqdarına görə ödənilən məbləğin artırılması, düşünmürəm ki, hansısa yüksək keyfiyyətli hüquqi yardımın həyata keçirilməsinə gətirib çıxaracaq. Çünki bu çox aşağı məbləğdir. Baxmayaraq ki, əvvəlki illərdəkinə nisbətən bu rəqəm iki dəfə artıqdır, amma bütövlükdə bu, konstitusion normada yüksək keyfiyyətli hüquqi yardım göstərməklə bağlı məsələni təmin etməyəcək. Hazırda ehtiyac meyarı, yaşayış şəraiti, gündəlik çəkilən xərclərin böyüklüyü bu ödənişlə vəkillərə daha keyfiyyətli hüquqi yardım göstərməyə imkan verməyəcək. Daha optimal variant üçün orta bir rəqəm müəyyənləşdirmək olardı. Tam surətdə onu təmin etmək mümkün olmasa da, əksər vəkillər tərəfindən göstərilən hüquqi yardıma və əldə edilən müqavilələrin məbləğinə baxmaqla orta rəqəm çıxarmaq mümkündür. Bu da Nazirlər Kabinetinə daha optimal ödənişi həyata keçirməyə imkan verərdi. Belədə vətəndaşların keyfiyyətli hüquqi yardım almaqla bağlı konstitusion hüquqları da təmin edilərdi.
   Amma bütün bunlara baxmayaraq, verilən qərar da irəliyə doğru bir addımdır. Ümumiyyətlə, Azərbaycanda hazırda bir çox vəkillərin özləri tərəfindən də peşəkarlıq nümayiş etdirilmir. Hətta əməyə görə ən yüksək qiymətləndirmə olsa belə, bu o demək deyil ki, heç də bütün vəkillər yüksək keyfiyyətli hüquqi yardım göstərəcək. Digər tərəfdən, son illər bu istiqamətdə bəzi irəliləyişlər hiss olunsa da, məhkəmələrə ədalətli qərarlar çıxarılması baxımından da etimad o qədər böyük deyil.
   Keyfiyyətli hüquqi yardımın olmamasına bu da təsir edir. Ona görə də mövcud şəraitdə verilən qərar, güman etmirəm ki, keyfiyyətli hüquqi yardım göstərilməsinə təsir edəcək".
   
Rüfət SULTAN
YAP Daşkəsəndə hərbi hissədəki qanlı hadisənin ciddi araşdırılmasını tələb edir
"İndi hər hansı şərh vermək düzgün olmazdı"
Azərbaycanın hərbi hissəsində baş verən hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır. Azərbaycanın hakim partiyasının sədr müavini belə hesab edir.
   "Biz bu cür hadisənin baş verməsindən çox təəssüflənirik. Hadisənin bütün mahiyyəti və səbəbləri ciddi aydınlaşdırılmalıdır. Ona görə indi hər hansı şərh vermək düzgün olmazdı" - deyə şənbə günü Trend News-a Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.
   Əhmədovun sözlərinə görə, hadisə ilə bağlı aparılan xüsusi təhqiqatın nəticələrini gözləmək lazımdır. "Təhqiqat başa çatandan sonra ictimaiyyətə geniş məlumat veriləcək. Mən belə hesab edirəm ki, hərbçilərimizin həlak olmasından təəssüfləndiyimizi bildirməliyik. Əlbəttə, elə tədbirlər görülməlidir ki, bu cür kədərləndirici hallar heç zaman olmasın. Amma bir daha qeyd edirəm ki, təmkinlə hadisənin baş vermə səbəblərilə bağlı təhqiqatın nəticəsini gözləyək", - hakim partiyanın sədr müavini əlavə edib.
   Yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə silahlı insident zamanı 6 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.
   
ATƏT-in Bakı ofisinin rəhbəri Vasif Talıbovla Naxçıvanda builki tədbirləri müzakirə edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 29-da ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorellə görüşüb.
   APA-nın Naxçıvan MR Ali Məclisi mətbuat xidmətinin məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə səfir Naxçıvana səfərində əsas məqsədin 2010-cu ildə Muxtar Respublikada bəzi layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarət olduğunu deyib.
   Ali Məclisin sədri ATƏT-in Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərdiyini, ilk dövrlərdə Bakı ofisilə Naxçıvan MR arasında əlaqələrin qanedici olmadığını, son illərdə isə əlaqələrin genişləndiyini bildirib.
   
İranda Aşura günü keçirilən aksiyalarla bağlı daha 150 nəfər həbs edilib
İranda 27 dekabr 2009-cu il - Aşura günü keçirilən aksiyalarla əlaqədar daha 150 nəfər həbs edilib.
   APA-nın "FARSNEWS"a istinadən verdiyi məlumata görə, polisin ictimaiyyətə müraciətindən və axtarışda olanların şəkilləri yayıldıqdan sonra 150 nəfər vətəndaşlar tərəfindən tutularaq polisə təhvil verilib. Həbs olunanların evlərinin axtarışı zamanı bəzi videomateriallar əldə edilib.
   
Vaşinqton meri Azərbaycanın 1990-cı il yanvar faciəsindən danışdı
...gecə təcavüzə məruz qalıb
ABŞ rəsmiləri 20 yanvar hadisələrinin ildönümü münasibətilə Azərbaycan diasporuna dəstək məktubları göndərməkdə davam edir.
   APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Vaşinqton meri Adrian Fenti ABŞ Azərbaycanlıları şəbəkəsinə (USAN) məktubunda faciə ilə bağlı fikirlərinin ifadə edib: "Mən, Kolumbiya bölgəsinin meri bu böyük şəhərin sakinlərindən 20 yanvar hadisələrinin qurbanlarını yad etməyi xahiş edirəm. Azərbaycan 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə təcavüzə məruz qalıb, hücuma mətanətlə müqavimət göstərən yüzlərlə azərbaycanlı həlak olub və yaralanıb. Bu gün azərbaycanlılar Azərbaycanın müstəqilliyinə aparan hadisələrdən biri olan bu faciəli hadisəni yad edir".
   Xatırladaq ki, ABŞ-da yaşayan azərbaycanlıları 20 yanvar hadisələrinin ildönümündə həmişə anım tədbirləri keçirir, lakin bu il ilk dəfə ABŞ paytaxtında bu hadisəyə rəsmi münasibət bildirilib.
   
Qalanın Xaşaxuna bağlarında daha bir müəmmalı intihar...
Vəhhabi olduğu ehtimal olunan Əliağa İmamzadə özünü asıb
Bakının Əzizbəyov rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Əzizbəyov Rayon Prokurorluğundan məlumat verilib.
   Hadisə yanvarın 29-dan 30-a keçən gecə rayonun Qala qəsəbəsi, Xaşaxuna bağlarında baş verib. Həmin ünvanda yaşayan 30 yaşlı Əliağa İmamzadə yaşadığı evin tavanından özünü asıb. Ə.İmamzadənin özünə qəsd etməsinin səbəbləri barədə prokurorluqdan hələlik heç bir məlumat olmadığı bildirilsə də, onun dindar olduğu qeyd edilib. Qala qəsəbəsinin sakinləri də APA-ya açıqlamalarında bildiriblər ki, mərhum dindar olub. Sakinlərin sözlərinə görə, Ə.İmamzadənin görkəmi və daim saqqal saxlaması onun vəhhabi təriqətinin üzvü olduğunu deməyə əsas verir.
   Faktla bağlı Əzizbəyov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
   
"Dalğa"çılar Bakı küçələrində "şamlı kekslər" payladılar
Dünən səhər saat 12.00-də "Dalğa" Gənclər Hərəkatı (DGH) Məmməd Əmin Rəsulzadənin 126 illik yubileyi münasibətilə aksiya keçirib. Hərəkatdan lent.az-a daxil olan məlumatda bildirilib ki, simvolik olaraq M.Ə.Rəsulzadə küçəsindən başlayan aksiya Kukla Teatrının qarşısında yerləşən fontana qədər davam edib. DGH-nın fəal gəncləri "Sizi M.Ə.Rəsulzadənin ad günü münasibətilə təbrik edirik" sözlərini deyərək, üzərində şam yandırılan keksləri paytaxt sakinlərinə paylayıblar.
   "Ad günün mübarək, demokratiya!" şüarı altında keçirilən aksiyanın əsas məqsədi M.Ə.Rəsulzadənin doğum gününə Gənclər Hərəkatının pozitiv mövqeyini göstərmək, eləcə də demokratiyanın doğuluşuna sevgi ifadə etmək olub.
   
Prezident Berlinə və Münhenə getməyə hazırlaşır
Fevralın 4-də Berlində Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçiriləcək.
   APA-nın məlumatına görə, bu barədə Almaniya hökumətindən açıqlama verilib. Rəsmi açıqlamada bildirilir ki, görüşdə ikitərəfli məsələlər müzakirə ediləcək: "İkitərəfli münasibətlər, iqtisadi və enerji məsələləri, eləcə də regional mövzular diqqət mərkəzində olacaq".
   Azərbaycan prezidenti daha sonra Berlindən Münhenə yola düşəcək. O, fevralın 5-7-də keçiriləcək Münhen təhlükəsizlik konfransında iştirak edəcək.
   
Ermənilər Tovuzda Azərbaycan ordusunun gizirini yaraladı
Srağagün saat 18.00 radələrində Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub.
   APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri düşmənin Tərtər rayonunun işğal altında olan keçmiş 3 saylı sovxozu və Həsənqaya kəndlərindəki, habelə Torpaqtəpə adlanan ərazidəki mövqelərindən atəşə tutulub.
   Düşmənin hücumunun dəf edilməsi zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Tağıyev Natiq Ənvər oğlu yaralanıb.
   Əldə edilən məlumata görə, düşmən tərəf xeyli itkiyə məruz qalıb.
   
Şəkinin Bakı Zəyzit kəndində 26 yaşlı qız özünü asdı
Şəki rayonunda 26 yaşlı qız intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Şəhər Prokurorluğundan məlumat verilib.
   Məlumata görə, rayonun Baş Zəyzit kənd sakini, 1984-cü il təvəllüdlü Bəkirova Gülxar Ramazan qızı özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib.
   G.Bəkirovanın intihar etməsinin səbəbi məlum deyil.
   Faktla bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb,
   Hadisənin səbəbləri araşdırılır.
   
ABŞ İran barədə daha bir hazırlıq işinə başladı
İran körfəzindəki ərəb dövlətlərində raketdən müdafiə sistemi gücləndilir
Obama administrasiyası İrana qarşı sanksiyaların geniş yayıldığı bir dövrdə İran tərəfindən mümkün raket hücumuna qarşı müdafiə sistemini möhkəmləndirmək məqsədilə müttəfiq ərəb ölkələrindəki bazalarını gücləndirmək niyyətindədir.
   APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, ABŞ İran körfəzində yerləşən bəzi müttəfiq ərəb ölkələrində özünün raketdən müdafiə sistemini gücləndirmək üçün "Patriot" raketlərinin sayını artırıb. Rəsmi məlumatlara görə, ABŞ hətta İran körfəzindəki dəniz donanmasını da genişləndirməkdədir.
   ABŞ müdafiə naziri Robert Qeyts ABŞ-ın həm Avropa, həm də İran körfəzindəki müdafiə sisteminə yeni yanaşmadan danışıb. O bu mövzunun çox həssas olduğunu vurğulayaraq, detallar haqda məlumat verməkdən imtina edib. R.Qeyts deyib ki, amerikalılar İran körfəzindəki müttəfiq ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər əsasında əməkdaşlıq edir.
   
Saatlının Seyidoba kəndində yük maşını yanıb
Saatlı rayonunda yanacaq daşıyan yük maşınında yanğın olub.
   APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə yanvarın 29-u, axşam saat 18.30 radələrində rayonun Seyidoba kəndində baş verib. "KamAZ" markalı benzindaşıyan yük avtomobilinin kabinə hissəsində oturacaqlar və elektrik naqilləri yanıb. Avtomobilin yanacaqla dolu çəni yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub.
   
   
   
   
Lənkəranda İlkin Nağıyev və Malik Qasımov "06" ilə "07"ni toqquşdurdu
Yanvarın 30-da axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib.
   Lənkəran şəhəri istiqamətində hərəkətdə olan şəhər sakini 24 yaşlı İlkin Nağıyevin idarə etdiyi "VAZ 2106" markalı avtomaşın Gərmətük qəsəbəsi istiqamətində hərəkət edən həmin qəsəbə sakini, 29 yaşlı Malik Qasımovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
   Xəstəxanadan travmatologiya şöbəsinin həkimi Ağarüstəm Ağayevin bildirdiyinə görə, xəsarət alan sərnişinlərdən Gərmətük qəsəbə sakini, 28 yaşlı Nazim Rzayev, həmkəndlisi, 29 yaşlı Malik Qasımov və şəhər sakini, 24 yaşlı Amil Muradova ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Digər yaralı, Darquba kənd sakini, 28 yaşlı Qafar Əsgərov isə, xəsarətləri ağır olduğundan o, palataya yerləşdirilib.
   Lənkəran Şəhər Polis Şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun verdiyi məlumata görə, hadisəyə hər iki sürücünün avtomobilləri yüksək sürətlə idarə etməsi səbəb olub. Əks istiqamətdə hərəkət edən "VAZ 2106" markalı maşın "VAZ 2107" markalı avtomaşının yoluna qəfil çıxdığı üçün qəza baş verib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.
Haitidə kütləvi uşaq oğurluğu başlayıb
Bu günlərdə güclü zəlzələ baş vermiş Haitidə polis 10 ABŞ vətəndaşını həbs edib.
   Onlar 30-dan çox uşağı qanunsuz yollarla ölkədən çıxarmağa cəhd göstərməkdə şübhəli bilinir.
   Amma özünü xeyriyyə təşkilatının rəhbəri kimi təqdim edən onlardan biri bildirib ki, qanun çərçivəsində hərəkət ediblər.
   Amerikalılar Dominikan Respublikasının sərhədində saxlanıb.
   
Tayvan Çinlə ABŞ-ı "kəllə-kəlləyə gətirir"
Çin Birləşmiş Ştatların Tayvana silah satmaq planına etirazını artırır. Xarici işlər naziri Yang Tseçi bildirib ki, Çin dəfələrlə Birləşmiş Ştatlarla bu məsələni müzakirə etsə də,Vaşinqton Pekinin tələbinə məhəl qoymur və bu ölkənin milli maraqlarını təhlükə altında qoyur.
   Birləşmiş Ştatlar isə buna görə Çinin onunla hərbi əməkdaşlığı dayandırmaq qərarından təəssüf bildirib. Birləşmiş Ştatlar Tayvana hərbi vertolyotlar və təkmilləşdirilmiş raket sistemləri satmaq fikrindədir.
   
"Taliban" BMT ilə danışıq apardığını təkzib edir
"Taliban" təşkilatı nümayəndəsinin Əfqanıstanda sülh prosesini müzakirə etmək üçün BMT rəsmisilə gizli görüşməsi haqda yayılan xəbərləri təkzib edib.
   APA-nın məlumatına görə, "Taliban" rəhbərliyinin yaydığı açıqlamada BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Kay Eyde ilə təşkilat hərbi komandirlərindən birinin görüşməsi haqda xəbərlərin "yalan və əsassız şayiə" olduğu bildirilib.
   
"Putinə də, Obamaya da dedim, Sarkozi ilə danışa bilmədim"
Ərdoğan Minsk Qrupunu diqqətsizlikdə günahlandırdı
"Bu 20 ildə Rusiya, Amerika, Fransa bu işə ciddi yanaşmış olsaydı, heç bir problem ortaya çıxmazdı"
ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyəti nəticəsizdir. Bu illər ərzində "üçlük" ciddi diqqətsizliyə yol verib. Bunu Türkiyənin TRT kanalına müsahibəsində bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Minsk Qrupunun həmsədr dövlətləri Qarabağ probleminin həllinə ciddi yanaşmadığı üçün problem hələ də həll edilməyib.
   "Bizim Minsk Qrupundan istədiyimiz bir şey var. Bunu mən son Amerika səfərimdə cənab Obamadan da xahiş etdim. Son Rusiya səfərimdə isə həm Medvedyev, həm də Putinə söylədim və xahiş etdim. Sarkozi ilə isə görüşmək imkanım olmadı. Düzdür, telefonla danışmaq olardı, amma ikisi ilə görüşdüyüm üçün dedim ki, hər halda özləri bir araya gələndə bunu danışarlar. Burada Minsk Qrupu ciddi diqqətsizliyə
   yol verib. 20 illik bir vaxtda bu işi bir nəticəyə gətirə bilmədilər. Yəni bu 20 ildə Rusiya, Amerika, Fransa bu işə ciddi yanaşmış olsaydı, heç bir problem ortaya çıxmazdı", - deyə o vurğulayıb.
   Ərdoğanın fikrincə, həmsədr ölkələr Qarabağ probleminə ciddi yanaşsaydı, nə Türkiyə ilə Ermənistan arasında bir sıxıntı qalardı, nə də Ermənistanın Azərbaycanla problemi qalardı: "Yəni onlar "bu belə olacaq" desəydilər, Ermənistan bu işğalı aradan qaldırardı. Bəli, burada Ermənistanın işğalı var. Bunu Birləşmiş Ştatlar artıq təsdiq edib. Bu işğal aradan qalxarsa, artıq ortada bir problem olmaz. Amma çox təəssüf ki, burada Rusiya gözlənilən rolu oynamadı, Amerika da, Fransa da oynamadı".
   Türkiyə baş naziri "erməni soyqırımı" məsələsinə də diqqət yetirib. "Artıq aprel ayı yaxınlaşır. Aprel ayının yaxınlaşması ilə Amerikada nəsə olsa belə, biz özlərinə artıq demişik. Sizin necə parlamentiniz varsa, bizim də eyni ilə parlamentimiz var və parlamentimizə hər hansı bir məsələdə təsir edəcək deyilik. Parlamentimiz necə qərar verərsə, biz o qərarla razılaşarıq. Biz İsveçrədəki protokolu artıq parlamentə göndərmiş vəziyyətdəyik. Ermənistan isə isə, təəssüf ki, protokolları Konstitusiya Məhkəməsində dəyişərək parlamentə göndərib", - deyə o fikrini tamamlayıb.
 
 
 SON XƏBƏRLƏR
2010-02-01 "Putinə də, Obamaya da dedim, Sarkozi ilə danışa bilmədim"
2010-02-01 "Taliban" BMT ilə danışıq apardığını təkzib edir
2010-02-01 Tayvan Çinlə ABŞ-ı "kəllə-kəlləyə gətirir"
2010-02-01 Haitidə kütləvi uşaq oğurluğu başlayıb
2010-02-01 Lənkəranda İlkin Nağıyev və Malik Qasımov "06" ilə "07"ni toqquşdurdu
2010-02-01 Saatlının Seyidoba kəndində yük maşını yanıb
2010-02-01 ABŞ İran barədə daha bir hazırlıq işinə başladı
2010-02-01 Şəkinin Bakı Zəyzit kəndində 26 yaşlı qız özünü asdı
2010-02-01 Ermənilər Tovuzda Azərbaycan ordusunun gizirini yaraladı
2010-02-01 Prezident Berlinə və Münhenə getməyə hazırlaşır
2010-02-01 "Dalğa"çılar Bakı küçələrində "şamlı kekslər" payladılar
2010-02-01 Qalanın Xaşaxuna bağlarında daha bir müəmmalı intihar...
2010-02-01 Vaşinqton meri Azərbaycanın 1990-cı il yanvar faciəsindən danışdı
2010-02-01 İranda Aşura günü keçirilən aksiyalarla bağlı daha 150 nəfər həbs edilib
2010-02-01 ATƏT-in Bakı ofisinin rəhbəri Vasif Talıbovla Naxçıvanda builki tədbirləri müzakirə edib
2010-02-01 YAP Daşkəsəndə hərbi hissədəki qanlı hadisənin ciddi araşdırılmasını tələb edir
2010-02-01 Təyinatlı vəkillərə 1 saatlıq işə görə 2 manat haqq təyin edilib
2010-02-01 Bələdiyyələrdə 2-ci, 3-cü olan partiyaların parlament seçkilərində də 2-ciliyi, 3-cülüyü mümkündürmü?
2010-02-01 Bakıda 11 yaşlı terrorçu...
2010-02-01 Bakı Dövlət Universitetinin I kurs tələbəsi özünü asdı
2010-02-01 Taliban liderinin öldürülməsi barədə xəbər yayıldı
2010-02-01 Ukraynada seçkiöncəsi vəziyyət gərginləşir
2010-02-01 Qubada qəlp pul kəsən dəstə zərərsizləşdirilib
2010-02-01 YAP-ın ənənəsi...
2010-02-01 Banklar kredit borclularına əlavə faiz hesablamaqdan vaz keçir
2010-02-01 Böhranın ikinci dalğası Rusiyada azərbaycanlı miqrantlara necə təsir edəcək?
2010-02-01 ABŞ regionda yeni enerji oyununa start verir
2010-02-01 Sərhədçilər "qara siyahı"ya düşmüş 347 şəxsin Azərbaycandan çıxışının qarşısını alıb
2010-02-01 Polislər tənqid, həqarət və qərəzli münasibətlə üzləşəndə...
2010-02-01 Nigeriyada yaraqlılar neft gəlirlərinin ədalətli bölgüsü uğrunda silahlı üsyana başladı
2010-02-01 MHP Türkiyədə növbədənkənar parlament seçkilərini qaçılmaz sayır
2010-02-01 İsrail kəşfiyyatı HƏMAS-ın əsas liderlərindən birini məhv etdi
2010-02-01 İran və ərəb ölkələrinin DQ münaqişəsinin həllində vasitəçilik təkliflərinin pərdəarxası...
2010-02-01 Tikinti şirkətləri üçün cəlbedici ideya...
2010-02-01 Goranboyda Əlisa Cəfərovun "06" maşınında bir ailənin üç üzvü həlak oldu
2010-02-01 15 ildə Gömrük Komitəsində ilk kəsir çıxdı
2010-02-01 Azərbaycanda otel biznesi çökür
2010-02-01 Brakonyerlər çay balıqlarına qarşı dəhşətli üsula əl atıb
2010-02-01 "Xristianlıq Məsihsiz də yarana bilərdi..."
2010-02-01 "Borussiya" - "Verder" oyununda qapılara yeddi qol vuruldu
2010-02-01 "Yuventus"un baş məşqçisi dəyişdirildi
2010-02-01 "Barselona" hələlik 20 oyunundan heç birində məğlub olmayıb
2010-02-01 "Turan" klubunda şok istefa
2010-02-01 "Fənərbaxça" "Mançester Yunayted"dən futbolçu alır
2010-02-01 "Qarabağ" Neftçi"ni məğlub etdi
2010-02-01 İspaniya beşqat Avropa çempionuna çevrildi
2010-02-01 Futzal yığmamızın oyunçusu "Qızıl buts" aldı
2010-02-01 "Real" 19 il ərzində ilk dəfə səfərdə "Depotivo"ya qalib gəldi
2010-02-01 "Qalatasaray" Linderotun ardınca Nonda ilə də yollarını ayırdı
2010-02-01 Bərdədə bir-birinə çox yaxın iki ev yanıb
2010-02-01 Lənkəranda Nəsirov qardaşları əlillər üçün tikilən binada saysız oğurluqlar törədib
2010-02-01 Ağsuda Həmidova Cavahirin evi yanıb
2010-02-01 Deputat Statistika Komitəsinin "nikah-boşanma rəqəmlərinə" şübhə etdi
2010-02-01 Gömrük Komitəsinin yeni təklifi Dünya Ticarət Təşkilatını qabaqlamaq məqsədi daşıyır
2010-02-01 "Azdrama"nın rəhbərliyi ətrafında yeni söz-söhbətlər başlayıb
2010-01-29 "Gilan"a hücum edənlərin axtarışı davam edir
2010-01-29 Bakı Dəmiryol Vağzalının ərazisində partlayış olub
2010-01-29 Gəncədə 1 saylı peşə məktəbinin binası yandı
2010-01-29 Hərbçi polkovnikin müəmmalı intiharı rəsmən təsdiqləndi
2010-01-29 Siyəzəndə mebel mağazası yandı
2010-01-29 Mart ayında Mətbuat Şurası vahid "Diffamasiya qanunu"nu hazırlamağa başlayacaq
2010-01-29 Sumqayıtda keçmiş "türemşik" qətlə yetirilib
2010-01-29 Sumqayıt sakini buzda sürüşüb öldü
2010-01-29 Hacı Məmmədovun mədəaltı vəzində problem yaranıb
2010-01-29 Keşlədə Xəlilovlar ailəsinin üç üzvü qazdan boğuldu
2010-01-29 Yazıçı Sabir Azəri Neftçilər Xəstəxanasında vəfat edib
2010-01-29 NATO-nun baş katibi Rasmussen Gürcüstanın hərbi alyansa üzv qəbul olunacağına söz verdi
2010-01-29 Aydın Əliyevlə müavini prezidentdən mükafat aldı
2010-01-29 Prezident Davosda qaz ixracının şaxələndiriləcəyini bir daha bəyan etdi
2010-01-29 YAP Musa Musayevlə bağlı açıqlama verdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009