23/01/2019 18:32
728 x 90

ABŞ Suriyadan çəkilməklə bağlı ilk addımı atdı - YPG-yə silah göndərilən mərkəzlərdən biri boşaldıldı

img

Dekabrın 19-da Suriyadan çıxmaq qərarı verən ABŞ bu ölkənin Haseke bölgəsindən çəkilməyə başlayıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ ordusu ilk olaraq, Suriyanın İraq sərhədində Malikiyye rayonunda yerləşən hərbi anbarı boşaldıb.

Təxminən 50 ABŞ əsgərinin xidmət etdiyi anbardakı Hummer tipli zirehli maşınlar və TIR-lar Suriyadan çıxarılaraq İraqa göndərilib. Anbarlarda xidmət edən ABŞ əsgərləri də bölgəni tərk edərək İraqa gedib.

Sözügedən anbar, Suriyadakı ABŞ əsgərlərinin YPG/PKK terror təşkilatına silah göndərdiyi mərkəzlərdən biri olub.

Son xəbərlər