18/03/2019 18:42
728 x 90

Azərbaycan xalçalarının dünya bazarlarında daha geniş satılmasına mane olan ən böyük səbəb bu imiş…

“Azərxalça” ASC tərəfindən Hazır Xalçaların Emalı Mərkəzi də inşa ediləcək…

img

Vidadi Muradov: “Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək”

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov mətbuata müsahibəsində bu il Hazır Xalçaların Emalı Mərkəzinin də inşa ediləcəyini bildirib.

O qeyd edib ki,  bu il Sumqayıt Kimya Sənaye Parkında Cəmiyyətin daha bir əhəmiyyətli obyekti – Hazır Xalçaların Emalı Mərkəzi də inşa ediləcək. Hazır xalçanın emalı ilə bağlı insanlarda o qədər də təsəvvür yoxdur. “Ancaq dünya təcrübəsi bunu tələb edir. Xalça hanadan kəsildikdən sonra emal olunmalıdır. Yəni xalça yuyulmalı, dartılmalı, ütülənməli, beləliklə, satışa hazır vəziyyətə gətirilməlidir. Xalçanın təbii boyalarla boyanmış iplərdən toxunduğu, keyfiyyəti emaldan sonra üzə çıxır. Ona görə də dünya bazarında emaldan keçməmiş xalçanı almırlar. Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək, bizim məhsullarımızın hamısı daxili və xarici bazarda satılacaq” - deyə bildirən V.Muradov xalça satışının genişləndirilməsi üçün emal prosesinin əhəmiyyətli mərhələ olduğunu da vurğulayıb. “…Mən deyərdim ki, xalçanın toxunması qədər əhəmiyyətlidir. Azərbaycan xalçası çox keyfiyyətlidir. Ona görə də bizim xalçaların satışı ilə bağlı heç bir problem yoxdur. Sadəcə olaraq, istehsal etdiyimiz məhsulları dünya bazarının tələbləri səviyyəsinə gətirmək lazımdır. Bu da Hazır Xalçaların Emalı Mərkəzinin yaradılmasından və fəaliyyətinin təşkilindən asılıdır” - deyə V.Muradov qeyd edib.

İRADƏ

Son xəbərlər