18/03/2019 18:39
728 x 90

Türkiyənin məşhur müğənnisi Deniz Seki Səidə Dadaşovanı nə üçün məhkəməyə verib?

“Bizim şou sənətçiləri plagiatlığa meyllidir, onlar indiyə qədər bir çox əcnəbi müğənninin mahnılarını mənimsəyib”

img

Xəyalə Rais: “Bu gün türkiyəli müğənni Səidə Dadaşovanı mahnıya görə məhkəməyə veribsə, bu o deməkdir ki, o, müəllif kimi öz hüquqlarını tələb edir”

 

Azərbaycan şou-biznesində olan müğənnilərin, ifaçıların böyük əksəriyyətinin nə səsi var, nə də bir normal davranışı. Adları müxtəlif qalmaqallarda, çirkin əməllərdə hallandırılan şou müğənnilərinin plagiatlığa da meyl etməsi onları əməlli-başlı rüsvay edir. Türkiyənin yolları açılandan bizim bir şox şou sənətçi ora axın etməyə başladı və bunu da onunla izah etdilər ki, guya Türkiyə şou-biznesinə daxil olub orada tufan qoparacaqlar.

Göründüyü kimi, bir-iki müğənnimiz istisna olmaqla, heç bir sənətçi orada özlərinə müsbət imic qazana bilmədi. Çünki sənəti olmayan birisi Türkiyə kimi bir ölkədə özünü yaxşı mənada necə təsdiqləyə bilər ki? Bu sənətçilərin bəziləri Türkiyə müğənnilərinin repertuarında yer alan mahnıların sözlərini Azərbaycan dilinə çevirərək, o mahnıları burada “öz bəstələri” kimi ifa edirlər. Saxtakarlığa əl atanların əməlləri isə, heç şübhəsiz ki, məhkəmədə ifşa olunur.

Türkiyənin məşhur müğənnisi Deniz Seki azərbaycanlı ifaçı Səidə Dadaşovanı məhkəməyə verib. Səbəb Səidənin plagiatlığıdır. Mətbuatın yazdığına görə, Sekinin Dadaşovanı məhkəməyə verməsinə Səidənin onun “Hayat iki bilet” adlı mahnısını icazəsiz oxuması səbəb olub. Sənətçi Türkiyə mətbuatına bildirib ki, S.Dadaşova onun icazəsini almadan mahnısını ələ keçirib. O, məlumat alıb ki, azərbaycanlı müğənni onun mahnısını ifa edir. “Mənəvi haqlarıma təcavüz edildi” deyə bildirən türkiyəli sənətçi məhkəməyə üz tutub. Araşdırma aparan “İstanbul Fikri Sinai Tədqiqat Bürosu”  müəyyən edib ki, S.Dadaşova sözügedən mahnını “ARB”-də ifa edib.

S.Dadaşova həqiqətənmi türkiyəli sənətçinin mahnısını ondan xəbəsiz ifa edib? Səidə onun iddiası ilə razılaşırmı?

Nə qədər cəhd göstərsək də, S.Dadaşova ilə əlaqə saxlaya bilmədik. Onun bizdə olan telefon nömrəsinə tamamilə fərqli adam cavab verdi.

Mədəniyyət üzrə ekspertlərin bildirdiyinə görə, məhkəmə hökmü qüvvəyə minərsə, S.Dadaşovanı cəza gözləyir. Onların sözlərinə görə, Türkiyədə müəllif  hüquqları lazımi səviyyədə qorunduğu üçün, müğənnilər, sənət adamları onlara məxsus mahnılar, əsərlər plagiatlığa məruz qalarkən həm müəllif hüquqları təşkilatlarına, həm də məhkəməyə müraciət edə bilirlər.

Mədəniyyətşünas Xəyalə Rais bizimlə söhbətində bildirdi ki, azərbaycanlı şou-biznesçilər indiyə qədər hind, ərəb, gürcü, yunan, türk, özbək mahnılarını mənimsəyərək, öz əsərləri kimi tədim ediblər. “Birinci dəfə deyil ki, şou-biznesçilərimiz başqa xalqlara, başqa ölkələrin müğənnilərinə aid əsərləri mənimsəyirlər. Bu hal dəfələrlə baş verib. Bu gün türkiyəli müğənni Səidə Dadaşovanı mahnıya görə məhkəməyə veribsə, bu o deməkdir ki, o, müəllif kimi öz hüquqlarını tələb edir. Burada qanun pozuntusu var ki, türkiyəli müğənni məsələnin hüquq müstəvisində həll olunmasını istəyir. Bildiyim qədər, məhkəmə olmayacaq, çünki Türkiyə məhkəməsi bir azərbaycanlının bu məsələyə görə cəzalandırılmasını istəmir. Yəqin ki, tərəflər barışıq üçün addımlar atacaqlar. Bizim şou sənətçiləri plagiatlığa meyllidir, onlar indiyə qədər bir çox əcnəbi müğənninin mahnılarını mənimsəyərək, sözlərini Azərbaycan dilinə çevirib oxuyublar. Odur ki, şou-bznesçilərin hələ çoxu məhkəməyə verilə bilər. Biri götürüb özbək mahnısını öz əsəri kimi təqdim edir, o biri hind mahnısını “mən bəstələmişəm” iddiasını irəli sürür. Doğrudur, bu gün ən çox plagiatlığa məruz qalan Azərbaycan mahnılarıdır, bizim bəstəkarların əsərləridir” - deyə X.Rais bildirdi.

Leyla QARAXANLI 

Son xəbərlər