17/02/2019 21:00
728 x 90

Teatrlarımız pro­düs­ser­ ştatını çox əhəmiyyətsiz vəzifə kimi bir kənara atıblar

img

Mərahim Fərzəlibəyov: “Teatrların inkişafında prodüsserlərin hansı iş görməli olduğunu bilmirəm”
Həsən Həsənov: “Azər­bay­can te­at­rın­da hə­lə də prodüsserlik institutu in­ki­şaf et­mə­yib”

 

Müasir Azərbaycan teatrı dünya teatr axarına qoşulmaq istəyirsə, o ən vacib şərtlərə əməl etməlidir. Bizim teatrlar isə sanki dünya teatrları ilə rəqabət aparmaq, onlarla eyni pillədə dayanmaq istəmirlər. Çağdaş teatrın əsas inkişafı onun müstəqil maliyyə resursları cəlb etməsindən çox asılıdır. Heç şübhəsiz ki, teatrlarımız dövlət büdcəsindən ayrılan vəsaitlə ayaqdadır. Özləri isə öz maliyyə bazalarının formalaşdırılması üçün addım atmaq istəmirlər.

Dövlət qayğısı ilə əhatə olunan teatrlarımız hər zaman istəyirlər ki, bütün tamaşalar dövlət tərəfindən maliyyələşdirilsin, layihələrin həyata keçirilməsinə dövlət maliyyə ayırsın. Əslində isə bu olduqca mənfi haldır. Bu mənada ki, teatrlar özləri maliyyə qaynaqları axtarıb tapmalı, müxtəlif layihələrdən gəlir əldə etməlidirlər. Dünyanın bir sıra ölkələrində teatrlar dövlət büdcəsinə zərər vurmur, əksinə, gəlirlərindən dövlət büdcəsinə vergi ödəyirlər.     

Azər­bay­can Res­pub­li­ka­sı­nın "Te­atr və te­atr fə­a­liy­yə­ti haq­qın­da" Qa­nu­nun­da təs­bit olu­nan bi­ri ne­çə mad­də var ki, onlar teatrların müstəqil fəaliyyət göstərməsinə, layihələr həyata keçirməsinə, maliyyə gəlirləri əldə etməsinə şərait yaradır. Qanunda bir neçə maddə pro­düs­ser­lik­lə bağ­lı­dır. Yə­ni dün­ya te­atr alə­mi­nin tə­lə­ba­tı­na uy­ğun ola­raq, Azər­bay­can te­atrla­rın­da pro­düs­ser­lik insti­tu­tu­nun for­ma­laş­dı­rıl­ma­sı mə­sə­lə­si sə­nəd­də əks olu­nub. Bu mə­sə­lə hə­lə­lik sə­nəd üzə­rin­də qa­lıb, ic­ra edil­mir. Halbuki, Azərbaycan teatrlarında prodüsserlik institutu çoxdan formalaşmalı idi. Çünki bunun üçün qanunvericilik bacazı mövcuddur.

Azərbaycan teatrlarında prodüsser institutu niyə formalaşa bilmir?

Tanınmış teatr rejissoru Mərahim Fərzəlibəyov “Bakı-Xəbər”ə bildirdi ki, o, indiyə qədər teatrlarda prodüsserlik institutunun nə üçün formalaşmamasının səbəbini bilmir. “Açığı, heç bu məsələ ilə maraqlanmamışam. Bu gün prodüsserin teatrda oynayacağı rol haqqında məlumatsızam. Biz ənənəvi qaydada işləmişik. Yəni teatrı direktoru və baş rejissoru inkişaf etdirib. Teatrların inkişafında prodüsserlərin hansı iş görməli olduğunu bilmirəm”. 

Əməkdar mədəniyyət işçisi Həsən Həsənov isə hesab edir ki, teatrlarda prodüsserlik institutunun formalaşmasına böyük ehtiyac var. “Azər­bay­can te­at­rın­da hə­lə də prodüsserlik institutu in­ki­şaf et­mə­yib. Te­atr pro­düs­se­ri de­dik­də, ilk növ­bə­də, yadımıza te­atrda in­zi­bat­çı dü­şür. Biz­də hə­lə te­atr pro­düs­se­ri yox­dur, in­ki­şaf et­mə­yib. Fik­rim­cə, te­atr pro­düs­se­ri o in­san­lar ola bi­lər ki, te­at­rı, dra­ma­tur­gi­ya­nı in­cə­li­yi­nə qə­dər bil­sin. Prodüsser te­atrla ta­ma­şa­çı ara­sın­da güc­lü əla­qə qur­ma­lı­dır, yax­şı im­ka­na ma­lik ol­ma­lı­dır ki, heç ol­ma­sa ilk ta­ma­şa­ya ve­ri­lən qu­ru­luş rek­lam xərclə­ri­ni ödə­yə bil­sin. Lo­ru dil­də de­sək, pul qo­yub pul gö­tür­mə­li­dir. Te­atr da elə ta­ma­şa­lar ha­zır­la­ma­lı­dır ki, pro­düs­se­ri zər­bə al­tın­da qoy­ma­sın. Əsas və­zi­fə­lə­rin­dən bi­ri də te­at­rı dün­ya miq­ya­sı­na çı­xar­ma­ğı ba­car­ma­sı­dır. Ona gö­rə, yu­xa­rı­da qeyd et­di­yim ki­mi, yax­şı ma­liy­yə im­ka­nı­na ma­lik ol­ma­lı­dır. On­da te­at­rın rəh­bər­li­yi də, aktyor­lar da bü­tün qüv­və­lə­ri­ni sə­fər­bər edə­cəklər ki, ta­ma­şa yük­sək sə­viy­yə­də ha­zır­lan­sın” - deyə H.Həsənov qeyd etdi.

Teatrşünaslar qeyd edirlər ki, teatrda prodüsserlik insti­tu­tu­nun fə­a­liy­yə­ti yarıtmazdır. Azərbaycanda bu sistemin formalaşmalı olduğunu deyən mütəxəssislərin qənaətinə görə, bunun üçün əməli işlər görülməlidir. Onlar hesab edirlər ki, bir çox teatr elə də yüksək səviyyədə fəaliyyət göstərmir və həmin teatrlar dövlət büdcəsinə yükdür.

Teatr prodüsserləri, teatr menecerləri həm teatrların səhnəyə maraqlı əsərlər qoymasını, həm qastrolları, həm də həyata keçirilən layihələrlə teatrlara maliyyə cəlbini təşkil edə bilər.

İradə SARIYEVA 

Son xəbərlər