19/11/2018 18:26
728 x 90

Azərbaycanda beynəlxalq teatr festival və konfransları - ölkəmizin dünyadakı müsbət imicinə əlavə pozitiv ştrixlər...

Nurəddin Mehdixanlı:”Təbii ki, bu cür konfranslar bizim teatrların beynəlxalq teatr prosesinə qoşulmasına, qarşılıqlı yaradıcılıq əlaqələri qurmasına və s kifayət qədər imkanlar yaradır”

img

“Hesab edirəm ki, bizim teatrlarla müxtəlif xarici ölkə teatrlarının yaradıcılıq əlaqələri daha aktiv müstəviyə keçməlidir”

 

“Qarşılıqlı qastrol səfərlərinin təşkil edilməsi, bizim reajissorların müxtəlif ölkələrə dəvət edilməsi, onların orada tamaşalara quruluş verməsi, oradan rejissorlar  bura gəlib bizim teatrlarda tamaşalar hazırlaması ən vacib məsələlərdəndir”

   

Azərbaycanda beynəlxalq teatr festivallarının, konfranslarının keçirilməsi ölkəmizin  dünyadakı imicinə müsbət təsir edir və  bu, teatrlarımızla xarici ölkə teatrları arasındakı qarşılıqlı yaradıcılıq münasibətlərinin formalaşmasında mühüm rol oynayır Azərbaycanda keçirilən humanitar, mədəni tədbirlərin sırasında teatr sahəsinin də üstünlük təşkil etməsi Azərbaycanda teatrın inkişafına dövlətin qayıkeş münasibətilə bağlıdır. Bu qənaətləri “Bakı-Xəbər”ə açılamasında bizimlə Milli Akademik Dram Teatrının aparıcı səhnə ustadı, xalq artisti Nürəddin Mehdixanlı bölüşüb.

 N.Mehdixanlı hesab edir ki, Azərbaycanda keçirilən istənilən beynəlixalq tədbirlərə dünya çapında böyük maraq var. “Azərbaycan Respublikası dünyanın bir hissəsi olduğu üçün onun teatr sənəti də dünya teatr mədəniyyətinin bir parçasıdır. Beynəlxalq Teatr Konfransının Azərbaycanda artıq 5-ci dəfədir ki, keçirilməsinin özü də təbii ki, Azərbaycanla bağlı müsbət bir göstəricidir. Bu Azərbaycanın özünə, ölkəmizin inkişafına, nailiyyətlərinə, burada küll halında mədəniyyətin inkişafına  dünyanın münasibətinin təzahürüdür. Sözsüz ki, bu sayaq tədbirlər mədəniyyətlərdə öz izlərini qoyur və faydasını verir. Arzu edərdik ki, bu sayaq yaradıcı münasibətlər birtərəfli deyil, qarşılıqlı olsun. Çox yaxşı olardı ki, bu konfransların, tədbirlərin nəticələri qarşılıqlı yaradıcılıq münasibətlərinə çevirilsin.  Əgər Azərbaycanda davamlı olaraq Beynəlxalq Teatr Konfransı keçirilirsə bu o deməkdir ki, Azərbaycan dünya teatrına inteqrasiya edir, dünya teatr aləmində gedən prosesləri öyrənmək istəyir, buna marağı var. Bu mənada bu işlərin yaradıcılıq müstəvisinə keçirilməsi çox vacibdir. Qarşılıqlı qastrol səfərlərinin təşkil edilməsi, bizim reajissorların müxtəlif ölkələrə dəvət edilməsi, onların orada tamaşalara quruluş verməsi, oradan rejissorlar  bura gəlib bizim teatrlarda tamaşalar hazırlaması ən vacib məsələlərdəndir. Hesab edirəm ki, bizim teatrlarla müxtəlif xarici ölkə teatrlarının yaradıcılıq əlaqələri daha aktiv müstəviyə keçməlidir”-deyə N.Mehdixanlı vurğualdı. Onun fikrincə, Azərbaycan teatrlarının xarici teatrlardan, onların da bizdən öyrənəcəyi çox məsələlər var ki, bu da yalnız qarşılıqlı yaradıcılıq əməkdaşlığı nəticəsində üzə çıxa bilər. “Əgər Azərbaycan Prezidenti Beynəlxalq Teatr Konfransı iştirakçılarına təbrik məktubu göndərirsə bu artıq dövlətin ümumilikdə teatr prosesinə olan diqqətinin göstəricisidir. Bu mənada hesab edirəm ki, bizim sənətçilərimiz də bu məqamdan istifadə edərək dünya teatr prosesinə inteqrasiya olunmaq üçün daha çevik fəaliyyət göstərməlidirlər. Çünki Azərbaycan teatrı dünənin teatrı deyil və teatrımızın 147 yaşı var. Bu mənada hesab edirəm ki, dünya teatr mədəniyyətinin bir parçası olaraq üzərimizə düşəni daha aktiv şəkildə yerinə yetirməliyik. Təbii ki, bu cür konfranslar bizim teatrların beynəlxalq teatr prosesinə qoşulmasına, qarşılıqlı yaradıcılıq əlaqələri qurmasına və s kifayət qədər imkanlar yaradır. Lakin daha çox imkanların yaradılmasını istərdik”. N.Mehdixanlı həmçinin hesab edir ki, Azərbaycan teatrı dünyada gedən teatr prosesi ilə ayaqlaşmaq üçün fəaliyyətdədir.

İradə SARIYEVA

Son xəbərlər