19/11/2018 16:11
728 x 90

Şəmistan Əlizamanlı Türkiyənin “Diriliş Ərtoğrul” ailəsinə necə qoşuldu…

Şəmistan Əlizamanlı:”Türk tarixi ilə bağlı “Diriliş Ərtoğrul” filminə çəkilmək mənim üçün çox xoş oldu”

img

“İfamda “Turan elləri var olsun” mahnısının o filmdə səslənməsi Azərbaycana böyük hörmətdir…”

 

Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının Türkiyədə “Diriliş Ərtoğrul” filminə çəkilməsi ölkəmizdə böyük marağa səbəb olub, sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzuya çevirilib.

“Türk tarixi ilə bağlı “Diriliş Ərtoğrul” filminə çəkilmək mənim üçün çox xoş oldu. Məni bu filmdə çəkilmək üçün dəvət etdilər və mən də etiraz etməyib gedib çəkildim. Filmin yaradıcı heyəti məni tanıyırdı, mahnılarım, ifalarım haqqında məlumatları vardı. Əsasən də filmdə mənim ifamda “Turan elləri var olsun” mahnısını səsləndirmək istəyirdilər. Onların bu barədə fikirləri vardı. Ona görə də filmə çəkildəm və “Turan elləri var olsun” mahnımı ifa etdim”.

Bunu “Bakı-Xəbər”in sorğusuna cavabında Türkiyənin ən çox izlənən “Diriliş Ərtoğrul” çoxseriyalı filmində rol alan Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının bənzərsiz ifaçısı Şəmistan Əlizamanlı dedi.

Ş.Əlizamanlı onu da bildirdi ki, qardaş ölkədə filmə çəkilmək onun üçün çətin olmayıb və çəkilişlər zamanı filmin kollektivindən ancaq səmimiyyət, isti münasibət görüb. “Məni çox gözəl qarşıladılar, çox böyük hörmət göstərdilər. Onlar Azərbaycanı çox sevirlər. Mənim ifamda “Turan elləri var olsun” mahnsının da o filmdə səslənməsi Azərbaycana böyük hörmətdir”-deyən Ş.Əlizamanlı türkiyəli kinematoqraflarla gələcəkdə də əməkdaşlıq edəcəyini istisna etmədi.

Qeyd edək ki, “Diriliş Ərtoğrul” çoxserialı filmi Türkiyənin “TRT1” telekanalında yayımlanır.  

İradə SARIYEVA

 

 

Son xəbərlər