18/12/2018 00:06
728 x 90

Yazıçı və şairlərimiz cəbhə bölgələrində... - FOTO

img

Azərbaycanın bir qrup yazıçı və şairləri cəbhə bölgələrinə səfər edib. İlk səfər Xocavənd rayonuna gerçəkləşdirilib.

Tədbir “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ -3” layihəsi çərçivəsində həyata keçirilib.

Görüşdə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyi sədrinin layihələr üzrə müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli, AYB hərbi vətənpərvərlik bölməsinin rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu, Azərbaycan-Türkiyə Dostliq Cəmiyyətinin əlaqələndiricisi, şair İlqar Türkoğlu, yazıçı Aləm Kəngərli, AYB Beyləqan regional bölməsinin rəhbəri Asif Cəfərli, yerli şair və yazarlar iştirak edib.

Tədbiri Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov açıb və sənət adamlarının məcburi köçkünlərlə görüşünün əlamətdar, yaddaqalan bir hadisə olduğunu bildirib.

Elçin Hüseynbəyli çıxışında layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir, məcburi köçkünlərə, ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.

Yazıçı onu da vurğulayıb ki, “Canımız Qarabağ, Yazımız Qarabağ!” şüarı da təsadüfi seçilməyib. ”Yazımız” deyəndə həm ordumuzun 2016-cı ilki aprel (Yaz) və 2018-ci ilin may (Şərurun Günnüt kəndinin azad edilməsi) zəfəri, həm də qələmlə, sözümüzlə  düşmənə qarşı vuruşmaq nəzərdə tutulur. Yazıçı onu da xatırladıb ki, oxşar tədbir 3-cü ildir ki, keçirilir. Bundan əvvəl yazarlar digər cəbhə bölgələrində də olub. Növbəti layihənin Naxçıvanın cəbhə bölgələrində, eləcə də ölkəmizin düşmənlə digər sərhəd bölgələrində keçirilməsi planlaşdırılır.

İndiyə kimi yazarlar yerli kitabxanalara mindən artıq kitab və disklər hədiyyə edib.

Daha sonra həm Bakıdan gələn qonaqlar, həm də yerli şair və yazıçılar çıxış edib. Onlar yurd həsrəti çəkən soydaşlarının dərdinə şərik olduqlarını deyib və bu ruhda şeirlər səsləndiriblər.

Həmin gün axşam yazarlar Beyləqan rayonundakı N saylı hərbi hissəyə gedib. Zabit və əsgərlər qarşısında çıxış edən yazarlar Azərbaycan ordusunun getdikcə gücləndiyini və yaxın zamanlarda düşmən üzərində qələbə çalacağına inandıqlarını dilə gətirib.

“Mürəkkəb şəhid qanı qədər əzizdir və mən inanıram ki, həmin qanla və mürəkkəblə biz qələbəni bir yerdə qeyd edəcək və dastanlar yazacağıq” – deyə şair - bəstəkar Şahin Musaoğlu bildirib.

Avqustun 4-də qələm adamları laçınlıların məskunlaşdığı “Taxta Körpü”də (Ağcabədi) olub.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının akt zalında keçirilən görüşü Laçın rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Cabir Əvvəzzadə açıb. O qeyd edib ki, yazarların bu gəlişi onlara ruh verir və insanları qürurlandırır.

Bu görüş də əvvəlkilər kimi müsbət atmosferdə davam edib. Layihə rəhbəri Elçin Hüseynbəyli dövlətin məcburi köçkünlərə qayğsından danışıb: “Yerindən-yurdundan məcburi qaçqın düşmüş insanlara dövlət qayğısı artmaqdadır. Ancaq onlara nə cür gözəl şərait yaratsan da, gözləri öz doğma torpaqlarındadır. Bizim özgənin torpağında gözümüz yoxdur. Biz ədalət istəyirik. Ədalətin yolu isə torpaqlarımızın azadlığından keçir”.

Yekunda tədbir iştirakçıları əmin olduqlarını bildiriblər ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və yurdlarımız yenidən güllü-çiçəkli diyara çevriləcək.

Görüşlərdə  Şahin Musaoğlunun bəstəsində artıq hitə çevrilmiş “Cənab Leytenant”, “İgid əsgər möhkəm dayan” mahnıları səsləndirilib.

Tədbirin axırında yazarlar görüş iştirakçılarına Qarabağ döyüşçüləri və şəhidləri haqda kitab və disklər hədiyyə edib.ş xatirə şəkli çəkdiriblər.

Son xəbərlər