28/05/2018 05:12
728 x 90

Məşhur aktrisa mənzilində ölü tapıldı: FHN məlumat yaydı...

img

Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı məlumat yayıb.

Baki-xeber.com-un Nazirliyin saytından əldə etdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla bağlı sözügedən ünvana baxış keçirilərkən ev sahibi, məşhur aktrisa Zərnigar Ağakişiyevanın dünyasını dəyişdiyi bəlli olub.

FHN olayla bağlı məlumat yayıb. "Hadisə yerinə cəlb olunmuş Xüsusi Risqli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının meyitini aşkar ediblər. Z.Ağakişiyevanın meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb", — deyə məlumatda qeyd olunur.

Azərbaycanın kino və teatr səhnəsində bənzərsiz obrazlar yaradan Zərnigar Ağakişiyevanın sənəti dövlət tərəfindən hər zaman layiqli qiymətini alıb. Belə ki, o, 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2014-cü ildə Şöhrət ordeninə layiq görülüb. Eyni zamanda Prezident təqaüdçüsü olan xanım sənətkar 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Ömrünü sənətə həsr edən Zərnigar Ağakişiyeva ailə qurmayıb...

Allah rəhmət eləsin

Son xəbərlər