22/02/2018 13:12
728 x 90

Aprel döyüşlərinin ilk romanı – “Ovçu”…

img

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun daha bir romanı işıq üzü görüb. Müəllifin “Ovçu” romanı 2016-cı ilin Aprel döyüşlərinə həsr olunub.

Roman Aprel döyüşlərinin şəhidlərindən biri, Milli Qəhrəman Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğullarımızın əziz xatirəsinə elegiyadır. Kitabın bədii redaktoru yazıçı Elçin Hüseynbəyli, hərbi ekspretləri isə Rey Kərimoğlu və Tofiq Şahmuradovdur.

Kitaba ön sözü millət vəkili, akademik Nizami Cəfərov yazıb. Akademik qeyd edir ki, Azərbaycan ədəbiyyatını bir-birinin ardınca qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2016-cı ilin məşhur Aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq istəyindən irəli gəlir.

Qeyd edək ki, romanda ilk dəfə olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin və digər yetkililərin bədii obrazları yaradılıb.

Son xəbərlər