21/08/2017 18:06
728 x 90

Na­zir Əh­məd­li­nin mü­ba­hi­sə­li ki­ta­bı­na op­po­nent­lə­rin­dən re­ak­si­ya gəl­di...

"Haqq-na­haq se­çi­lər haqq di­va­nın­da" ki­ta­bı ilə bağ­lı mü­za­ki­rə­lər ge­niş­lə­nir

img

Qa­bil Zi­mis­ta­noğ­lu: "Diq­qə­ti­ni­zə çat­dı­rım ki, bu, N.Əh­məd­li­nin nəşr et­dir­di­yi ilk sax­ta­kar­lıq de­yil"

II ya­zı

 

Ata­türk Mər­kə­zi­nin şö­bə mü­di­ri, təd­qi­qat­çı Na­zir Əh­məd­li­nin bir müd­dət əv­vəl işıq üzü gö­rən "Haqq-na­haq se­çi­lər haqq di­va­nın­da" ki­ta­bı ilə bağ­lı ta­nın­mış təd­qi­qat­çı-jur­na­list Qa­bil Zi­mis­ta­noğ­lu­dan gö­tür­dü­yü­müz mü­sa­hi­bə­nin ikin­ci his­sə­si­ni si­zə təq­dim edi­rik. 

- Bil­di­yim qə­dər, Siz us­tad Aşıq Alı­nın təd­qi­qat­çı­sı­sı­nız. Ki­tab­da Aşıq Alı ilə bağ­lı qeyd edi­lən da­ha han­sı fi­kir­lər­lə ra­zı de­yil­si­niz?

- N.Əhm­məd­li Er­mə­nis­tan Mil­li Ar­xi­vi­nə (Erm. Mil­li Ar­xi­vi, F.267, siy.1, sax.vah 23- səh. 183-198) is­ti­nad edə­rək Ağ Aşı­ğın ən se­vim­li şa­gir­di Aşıq Alı­nın da tə­vəl­lüd ta­ri­xi­ni də­yi­şib. Onun bil­dir­di­yi­nə gö­rə, Aşıq Alı 1801-ci il­də Göy­çə ma­ha­lı­nın Qı­zıl­vəng kən­din­də ana­dan ol­ma­yıb. 1842-ci ilin Göy­çə ma­ha­lı­nın Şiş­qa­ya kən­di­nin ka­me­ral si­ya­hı­sı ad­lı "sə­nəd"də Mir­zə Ov­çu oğ­lu və onun Al­mə­dəd ad­lı oğ­lu olan şəxs­lə­rə da­ir qeyd­lə­rə rast gə­lib. Bu­ra­da Mir­zə Ov­çu oğ­lu 41 yaş, Al­mə­də­din isə 7 ya­şı ol­du­ğu gös­tə­ri­lib. N.Əh­məd­li də, haqq-na­haq, bu ai­lə­nin ya­xa­sın­dan tu­tub de­yir ki, elə Aşıq Alı Şiş­qa­ya­da ana­dan olub, Mir­zə Ov­çu oğ­lu da onun ata­sı­dır. Tez he­sab­la­ma apa­rıb ki, si­ya­hı 1842-ci il­də tər­tib olu­nub­sa, on­da Mir­zə 1801-ci il­də, oğ­lu Al­mə­dət isə 1835-ci il­də dün­ya­ya gə­lib. Qı­zıl­vən­gin nə 1842, nə də 1852-ci ilin si­ya­hı­sın­da Aşıq Alı yox­dur. 1859-cu il Qı­zıl­vən­gin si­ya­hı­sın­da Aşıq Alı Al­mə­dəd adı ilə pey­da olur. Am­ma Göy­çə­də heç kim Aşıq Alı­nı şiş­qa­ya­lı Alı ki­mi ta­nı­ma­yıb, adı­nın isə Al­mə­dəd ol­du­ğu­nu de­mə­yib­lər. Uzun müd­dət bu is­ti­qa­mət­də apar­dı­ğım araş­dır­ma­lar za­ma­nı da bu cür fakt­la­ra rast gəl­mə­dim.                                                                                                                                     

- Si­zin Aşıq Alı ilə bağ­lı ki­ta­bı­nız da var de­yə­sən...

- Bə­li. 2013-cü il­də nəşr et­dir­di­yim "Aşıq Alı. Əsər­lə­ri" ki­ta­bın­da us­ta­dın nə­sil-şə­cə­rə­si­ni çap et­mi­şəm. Ora­da Aşıq Alı­nın ata­sı­nın adı Mir­zə ol­sa da, Mir­zə­nin ata­sı­nın adı Haq­ver­di olub. Ov­çu Mə­lik isə Haq­ver­di­nin qar­da­şı ki­mi gös­tə­ri­lib. Si­ya­hı­ya­al­ma­da Mir­zə­nin qar­da­şı ki­mi qeyd olu­nan Nə­bi isə Ov­çu Mə­li­kin oğ­lu olub. Bir söz­lə, o bi­ri us­tad­la­rın şə­cə­rə­sin­də­ki möv­cud qa­rı­şıq­lı­ğa bu­ra­da da rast gə­li­nir. Aşıq Alı­nın qo­hum­la­rı Aşıq Alı­dan ön­cə 5 ba­ba­la­rı­nın Qı­zıl­vəng­də ana­dan ol­du­ğu­nu və hə­min kənd­də dün­ya­la­rı­nı də­yiş­di­yi­ni id­dia edir, bu­nu şə­cə­rə­nin si­ya­hı­sın­da qeyd et­mə­lə­ri­nə bax­ma­ya­raq, N.Əh­məd­li inad­kar­lı­ğı­nı da­vam et­di­rir ki, mən de­di­yim düz­dür, əlim­də "mö­tə­bər" sə­nəd­lər var. O, Qı­zıl­vəng­lə bağ­lı 1859-cu ilin si­ya­hı­sın­da Mir­zə Ov­çu­nun 50 yaş, Aşıq Alı id­dia et­di­yi Al­mə­də­din isə 25 ya­şı ol­du­ğu­nu bil­di­rir. Üs­tə­lik, Aşıq Alı­nın 15 yaş­lı Ab­bas ad­lı qar­da­şı­nın ol­du­ğu­nu qeyd edir. Nə mə­nim, nə də di­gər təd­qi­qat­çı­la­rın apar­dı­ğı araş­dır­ma­da Aşıq Alı­nın Ab­bas ad­lı qar­da­şı­nın ol­du­ğu­na rast gə­lin­mə­yib. Elə das­tan­la­rın müx­tə­lif va­ri­ant­la­rın­da da Mir­zə ki­şi­nin iki öv­la­dı ol­du­ğu bil­di­ri­lir. Oğ­lu­nun adı Alı, qı­zı­nın adı isə Pə­ri olub. Mən hət­ta təd­qi­qat iş­lə­ri apa­ran za­man Pə­ri­nin dün­ya­ya gə­lən nə­və­lə­ri­ni də da­nış­dır­dım və on­lar haq­qın­da ki­tab­da ge­niş mə­lu­mat ver­dim. Heç bi­ri Pə­ri­nin Ab­bas ad­lı əla­və qar­da­şı ol­du­ğu­nu de­mə­di­lər. 1859-cu ilin ka­me­ral si­ya­hı­sı ilə 1842-ci ilin si­ya­hı­sın­da olan yaş­lar da uy­ğun­luq təş­kil et­mir. Hər yer­də sax­ta­kar­lıq edən er­mə­ni­lər, us­tad­lar­la bağ­lı ve­ri­lən mə­lu­mat­lar­da ol­du­ğu­ğu ki­mi, on­la­rın do­ğum ta­rix­lə­rin­də də sax­ta­kar­lıq edib­lər. Müx­tə­lif il­lər­lə bağ­lı N.Əh­məd­li­yə ötür­dük­lə­ri sax­ta mə­lu­mat­la­rı heç ol­ma­sa bir-bi­ri­lə uy­ğun­laş­dır­ma­yıb­lar ki, na­bə­ləd in­san oxu­yan­da nə­zə­rə çarp­ma­sın. Be­lə ki, Mir­zə Ov­çu oğ­lu 1859-cu ilin si­ya­hı­sın­da 50 yaş ki­mi gös­tə­ri­lir­sə, he­sab­la­ma ilə o, 1809-cu il­də, oğ­lu Al­mə­də­din isə hə­min dövr­də 25 ya­şı ol­du­ğu  gös­tə­ri­lir­di­sə, de­mək, 1834-cü il­də ana­dan olub. Gör­dü­yü­nüz ki­mi, 1842-ci il­lə 1859-cu ilin ara­sın­da xey­li uy­ğun­suz­luq var. Mir­zə­də tək­cə bu il­lər ara­sın­da 8 il, Al­mə­dəd­tə isə 1 il fərq edir. Əgər 1859-cu il­də Al­mə­də­din qar­da­şı Ab­ba­sın 15 ya­şı ol­du­ğu­nu gö­rü­rük­sə, onun 1844-cü il­də ana­dan ol­du­ğu qə­naə­ti­nə gəl­mək olar. Əgər 1842-ci ilin si­ya­hı­sın­da Mir­zə Ov­çu oğ­lu­nun, Al­mə­də­din adı­na rast gə­li­rik­sə, qar­da­şı Ab­ba­sın adı­na rast gəl­mi­rik. Hal­bu­ki, hə­min dövr­də Ab­ba­sın 2 ya­şı var idi. Onun da adı si­ya­hı­ya düş­mə­li idi. Am­ma yox­dur. Gə­lib bir­dən-bi­rə 15 ya­şın­da Qı­zıl­vəng­də pey­da olur. Bu sax­ta­kar­lıq və uy­ğun­suz­luq hə­lə bi­zim bəl­li ai­lə­lər üzə­rin­də apar­dı­ğı­mız araş­dır­ma za­ma­nı mey­da­na çı­xıb. Araş­dır­ma apa­rıl­sa, o bi­ri ai­lə­lər­də də ey­ni uy­ğun­suz­lu­ğun şa­hi­di ol­maq olar. Aşıq Alı­nın 1859-cu il­də Hü­seyn adın­da 3 yaş­lı oğ­lu ol­du­ğu bil­di­ri­lir, əmi­si id­dia et­di­yi Nə­bi­nin isə Hü­seyn ad­lı 4 ya­şın­da nə­və­si ol­du­ğu­nu qeyd edir. Oxu­cu­da be­lə bir su­al ya­ra­na bi­lər: əgər on­lar əmi-qar­da­şoğ­lu idi­lər­sə, ey­ni adı uşaq­la­rı­na qoy­ma­sı­na nə eh­ti­yac var­dı? Hər iki­si də hə­min dövr­də sağ olub, bi­ri dün­ya­sı­nı də­yiş­mə­yib ki, de­yə­sən bu sə­bəb­dən Hü­seyn adı­nı o bi­ri əmi­oğ­lu öz öv­la­dı­na qo­yub. Bu­ra­da da uy­ğun­suz­luq diq­qə­ti çə­kir. Bir söz­lə, si­ya­hı­ya­al­ma­nın özü­nün o dövr­də bər­bad gün­də apa­rıl­dı­ğı­nı üzə çı­xar­mış olur.

- Aşıq Alı ilə bağ­lı da­ha han­sı fakt­la­rın təh­rif olun­du­ğu qə­naə­tin­də­si­niz?

- Bun­dan əla­və, N.Əh­məd­li qeyd edir ki, Aşıq Alı 17 ya­şın­da, 1852-ci il­də Ağ Aşı­ğa şə­yird­lik et­mə­yə baş­la­yıb. O, Aşıq Alı­nı 1852-ci ilə aid et­di­yi Şiş­qa­ya­nın si­ya­hı­sın­da sax­la­yıb. N.Əh­məd­li Göy­çə­ni yax­şı ta­nı­ma­dı­ğın­dan, er­mə­ni­lə­rin uy­dur­du­ğu in­for­ma­si­ya­la­rı və sax­ta­kar­lı­ğı ol­du­ğu ki­mi qə­bul edib. Əgər o, yax­şı ta­nı­say­dı, bi­lər­di ki, Şiş­qa­ya ilə Ağ Aşı­ğın ya­şa­dı­ğı Kər­ki­baş kən­di ara­sın­da ən azı 50 km mə­sa­fə var. Am­ma Qı­zıl­vəng­lə Kər­ki­baş çox ya­xın idi. At­la uza­ğı ya­rım saa­ta Qı­zıl­vəng­dən Kər­ki­ba­şa çox ra­hat get­mək müm­kün idi. 17 yaş­lı bir şəx­sin isə tək­ba­şı­na Şiş­qa­ya­dan Kər­ki­ba­şa və ora­dan da ge­ri qa­yıt­ma­sı təh­lü­kə­siz­lik ba­xı­mın­dan müm­kün ol­ma­dı­ğın­dan, bu, uy­dur­ma­dan baş­qa bir şey de­yil. Aşıq Alı şə­yird­li­yə Kər­ki­ba­şa Şiş­qa­ya­dan de­yil, məhz ana­dan ol­du­ğu Qı­zıl­vəng­dən gə­lir­di.

Aşıq Alı, bil­di­yi­miz ki­mi, Nif­ta­lı bə­yin qı­zı Bəs­ti xa­nım­la ni­şan­la­nan­dan son­ra, bir il­dən bir az ar­tıq müd­dət­də Os­man­lı əra­zi­sin­də, in­di­ki Tür­ki­yə əra­zi­sin­də sə­fər­də olub. Ora­da ol­ma­mış­dan qa­baq Aşıq Du­ra­xa­nı, son­ra isə Cə­fər Pa­şa­nın aşı­ğı Aşıq İq­ba­lı, İs­tan­bul­da isə Aşıq Əs­mə­ri bağ­la­yıb.

Aşıq Əs­mər­lə de­yiş­mə­sin­də də açıq-aş­kar de­yir:

"Ma­ha­lım Göy­çə­dir, kən­dim Qı­zıl­vəng,

Aşıq Alı tək­dir, tə­kə tək gə­rək"

Bu­ra­da de­mir ki, kən­dim Şiş­qa­ya­dır?

Aşıq Zə­ki ilə de­yiş­mə isə Aşıq Alı­nın 40 ya­şın­dan son­ra­kı döv­rə tə­sa­düf edir. Bu de­yiş­mə isə Tür­ki­yə­də yox, İran­da olub. Bü­tün bu uğur­la­ra se­vi­nən us­ta­dı Ağ Aşıq bö­yük qü­rur his­si ilə "Al­qış sə­nə, Aşıq Alı" ad­lı şei­ri­ni ya­zıb. Şe­ir be­lə­dir: (N.Əh­məd­li bu şei­rə is­ti­nad edib)

Ma­ha­lı­mım şah ta­va­rı,

Al­qış sə­nə, Aşıq Alı.

Sal­dın kə­mən­də Yığ­va­lı,

Al­qış sə­nə, Aşıq Alı.

 

Us­ta­dı­nın üzü ağ­dı,

Zə­ki­yə çək­di­yin dağ­dı.

Oğul, müj­dəm xub so­raq­dı,

Al­qış sə­nə, Aşıq Alı.

 

Du­ra­xan da gəl­di da­da,

Əs­mə­ri də sal­dı oda.

Ağ Aşı­ğın bu dün­ya­da

Şöh­rə­ti­sən, Aşıq Alı,

Al­qış sə­nə, Aşıq Alı

Am­ma N.Əh­məd­li­nin id­dia­sı­na gö­rə, Aşıq Alı­nın 24 ya­şı olan­da Ağ Aşıq dün­ya­sı­nı də­yi­şir. O, 40 ya­şın­dan son­ra­kı il­lər­də Aşıq Zə­ki ilə de­yi­şib­sə, bəs on­da Ağ Aşıq bu uğu­ru ne­cə tə­rən­nüm edə, "Us­ta­dı­nın üzü ağ­dı, Zə­ki­yə çək­di­yin dağ­dı" mis­ra­la­rı­nı de­yə bi­lər­di?

Apa­rı­lan təd­qi­qat­la­ra gö­rə, Aşıq Alı­nın Tür­ki­yə­yə sə­fə­ri onun 28-30 yaş­la­rı ara­sı­na tə­sa­düf edir. Çün­ki Aşıq Alı Tür­ki­yə­yə sə­fə­ri za­ma­nı us­ta­dın­dan xe­yir-dua ala­raq yo­la çı­xır. Bu da 1829-1831-ci il­lə­ri əha­tə edir.

Göy­çə­də olan bir kən­din adı ya­lan­dan bir ne­çə ad­la ve­ri­lib. Bu da in­san­la­rı çaş­dır­ma­ğa xid­mət edir. Be­lə hal­lar çox­dur. Mən Aşıq Alı­nın ana­dan ol­du­ğu Qı­zıl­vəng kən­di­nin üzə­rin­də da­yan­maq is­tə­yi­rəm. 1831-ci il­də Göy­çə­nin boş kənd­lə­ri si­ya­hı­sın­da Qı­zıl­vən­gin adı Qı­zıl­kil­sə ki­mi qeyd olu­nub. (səh. 80) 1831-ci il Yar­pız­lı kən­di­nin təs­vi­rin­də isə bu kən­din Za­ğa ilə Qı­zıl­qış­laq kənd­lə­ri (səh.176) ara­sın­da yer­ləş­di­yi qeyd olu­nur. Nə hə­min dövr­də, nə on­dan ön­cə, nə də son­ra Göy­çə ma­ha­lın­da Qı­zıl­kil­sə və Qı­zıl­qış­laq ad­lı kənd­lər ol­ma­yıb. Yar­pız­lı kən­di isə Qı­zıl­vəng­lə Aşa­ğı Za­ğa­nın ara­sın­da yer­lə­şir­di. Bu kənd­lər in­di də möv­cud­dur. Er­mə­ni­lər bu­ra­da da N.Əh­məd­li­ni o yer­lə­ri yax­şı ta­nı­ma­dı­ğı üçün möh­kəm al­da­dıb. Onun va­si­tə­si­lə də ça­lı­şıb­lar ki, Azər­bay­can ic­ti­ma­iy­yə­ti­ni çaş-baş sal­sın­lar.

- Aşıq Ələs­gər­lə bağ­lı da­ha han­sı fi­kir­lər­lə ra­zı de­yil­si­niz?

- Bu cür hal­lar, nə­sil-şə­cə­rə­nin ayaq­baş ve­ril­mə­si, tə­vəl­lüd­lə bağ­lı təh­rif­lər Aşıq Ələs­gər­də də öz ək­si­ni ta­pıb. Us­ta­dın nə­ti­cə­si Xə­tai Ələs­gər­li mət­bu­at­da bu ba­rə­də ge­niş mə­lu­mat ver­di­yi üçün, onun üzə­rin­də elə də çox da­yan­maq is­tə­mi­rəm.

Us­ta­dın ya­ra­dı­cı­lı­ğı­na hör­mət­lə ya­naş­dı­ğı­nı de­yən N.Əh­məd­li

Sək­sə­ni, dox­sa­nı ke­çib­dir ya­şım,

Əz­ra­yıl həm­də­mim, mə­zar yol­da­şım.

Gor de­yə tər­pə­nir bə­la­lı ba­şım,

Da­ha köç tə­bi­lin çal, qo­ca bax­tım

mis­ra­la­rı­nı mü­ba­li­ğə ad­lan­dı­rır. Bu­nu gör­məz­dən gə­lə­rək Də­də Ələs­gə­rin də ya­şı­nı azal­dır. Su­al ve­ri­rəm: bu cür də mü­ba­li­ğə olar?

Hə­lə, üs­tə­lik, id­dia edir ki, sə­nət­kar­la­rın ya­şı­nın az­lı­ğı on­la­rın da­hi­li­yi­nə xə­ləl gə­tir­mir. Bə­li, da­hi, ya­şı­nın han­sı vax­tın­dan ası­lı ol­ma­ya­raq, da­hi­dir. Söh­bət on­dan ge­dir ki, us­tad­la­rın ya­şı­nı qı­salt­maq tək­cə on­la­rın hə­ya­tı ilə bağ­lı mə­lu­mat­la­rı təh­rif et­mə­yə de­yil, ey­ni za­man­da, Göy­çə­nin ta­ri­xi­nin sax­ta­laş­dı­rıl­ma­sı­na he­sab­la­nıb. Er­mə­ni­lər öz ma­raq­la­rı­na uy­ğun ola­raq, 1831-ci il­də xey­li kənd­lə­ri boş gös­tə­rib, çox kənd­lə­rin adı­nı təh­rif edib, ol­ma­yan kənd­lə­ri ol­muş ki­mi gös­tə­rib və Göy­çə­də möv­cud ol­ma­yan er­mə­ni kənd­lə­ri­nin ad­la­rı­nı si­ya­hı­ya sa­lıb. Mə­sə­lən, Gən­zak, Də­li arut­yun, Ko­ma­şer və s. ki­mi er­mə­ni kənd­lə­ri.

Tə­səv­vür edir­si­niz­mi, hə­lə er­mə­ni­lə­rin de­di­yi­nə inan­saq, Göy­çə­də 126 kənd­dən 67-si boş olub. Sə­hi­fə 78-də 999 ta­tar-mü­səl­man ai­lə­si­nin ya­şa­dı­ğı öz ək­si­ni tap­dı­ğı hal­da, 1485 er­mə­ni ai­lə­si­nin Tür­ki­yə­dən kö­çü­rül­dü­yü qeyd olu­nur. Tə­səv­vür edir­si­niz­mi, 999 mü­səl­man ai­lə­si ha­ra, 1485 er­mə­ni ai­lə­si ha­ra? Bun­la­rı kim kö­çü­rür­dü? Er­mə­ni­lər özü­mü kö­çür­dü? Əs­la! Ta­rix­dən də mə­lum­dur ki, er­mə­ni vi­la­yə­ti­nin təş­ki­lin­də Çar Ru­si­ya­sı­nın bir­ba­şa ma­ra­ğı olub. Bu öz ye­rin­də və baş­qa söh­bə­tin möv­zu­su­dur.

Edil­miş təh­rif­lər və sax­ta­kar­lıq­lar ba­rə­də N.Əh­məd­li­yə irad tu­tul­sa da, hə­lə də inad­kar­lı­ğı­nı da­vam et­di­rir. Bu­nu isə Azər­bay­can ta­ri­xi­nə və folk­lo­ru­na vu­ru­lan zər­bə ki­mi də­yər­lən­dir­mək olar.

- Na­zir Əh­məd­li bil­di­rir ki, o xe­yir­xah bir iş gö­rüb və er­mə­ni mən­bə­lə­ri­nə is­ti­nad et­mə­yib. Bu ba­rə­də fi­kir­lə­ri­niz ne­cə­dir?

- Diq­qə­ti­ni­zə çat­dı­rım ki, bu, N.Əh­məd­li­nin nəşr et­dir­di­yi ilk sax­ta­kar­lıq de­yil. Bun­dan ön­cə­ki nəşr­lər­də də Er­mə­nis­tan Mil­li Ar­xi­vi­nə is­ti­nad edə­rək, do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğı Də­rə­lə­yəz ma­ha­lı ilə də bağ­lı ana­lo­ji sax­ta­kar­lıq­la­ra və təh­rif­lə­rə yol ve­rib. Hə­lə is­tə­yir ki, bu və­ziy­yət­lə Qər­bi Azər­bay­ca­nın 16 ma­ha­lı­nın da ka­me­ral si­ya­hı­sı­nı nəşr et­sin. Heç şüb­hə­siz, ox­şar və­ziy­yə­tə ora­da da rast gə­li­nə­cək.

O bu hə­rə­kə­ti ilə bir­ba­şa er­mə­ni də­yir­ma­nı­na su tö­kür. Hə­mi­şə er­mə­ni­lə­ri sax­ta­kar ki­mi qə­bul edən bir xal­qın nü­ma­yən­də­lə­ri­ni sax­ta­kar­lıq et­mək­də suç­lan­dı­rır. Be­lə ki, gu­ya N.Əh­məd­li­yə­dək us­tad­lar­la bağ­lı araş­dır­ma apa­ran ta­nın­mış alim­lə­ri­mi­zin və təd­qi­qat­çı­la­rı­mı­zın ha­mı­sı­nın  sax­ta­kar­lıq et­di­yi fik­ri­ni for­ma­laş­dır­ma­ğa cəhd edir. Elə er­mə­ni­yə də bu la­zım­dır. Əgər sax­ta­kar­lıq edib­lər­sə, de­mə­li, on­la­rın top­la­dıq­la­rı kül­li­yat­lar və ma­te­ri­al­lar da sax­ta­dır. Sa­bah er­mə­ni­lər N.Əh­məd­li­yə is­ti­nad edib xal­qı­mı­zın əley­hi­nə nə isə yaz­sa­lar, tə­əc­cüb­lən­mə­yin!

İra­də SA­RI­YE­VA

Birinci yazını burdan oxuyun: Na­zir Əh­məd­li­nin mü­ba­hi­sə­li ki­ta­bı­na op­po­nent­lə­rin­dən re­ak­si­ya gəl­di...

Son xəbərlər