12/12/2017 00:57
728 x 90

Nazir Əhmədlinin mübahisəli kitabına opponentlərindən reaksiya gəldi...

"Haqq-na­haq se­çi­lər haqq di­va­nın­da" ki­ta­bın­da­kı "haq­lı-haq­sız" mə­qam­lar ge­niş­lə­nən mü­za­ki­rə­lər­də...

img

Qa­bil Zi­mis­ta­noğ­lu: "Na­zir Əh­məd­li tək­cə er­mə­ni sax­ta­kar­lı­ğın­dan de­yil, həm də er­mə­ni tak­ti­ka­sın­dan mə­ha­rət­lə is­ti­fa­də et­mək­lə..."
"Am­ma bir şe­yi unu­dur­lar ki, çox­say­lı ma­nevr və tak­ti­ki ge­diş­lər­lə ic­ti­ma­iy­yə­tin fik­ri­ni uzun müd­dət çaş­dır­maq müm­kün ol­ma­ya­caq"

 

Ata­türk Mər­kə­zi­nin şö­bə mü­di­ri, təd­qi­qat­çı Na­zir Əh­məd­li­nin bir müd­dət əv­vəl işıq üzü gö­rən "Haqq-na­haq se­çi­lər haqq di­va­nın­da" ki­ta­bı­nın el­mi ic­ti­ma­iy­yət­də, elə­cə də cə­miy­yə­tin di­gər kə­sim­lə­rin­də bö­yük ajio­taj ya­rat­dı­ğı mə­lum­dur. Bi­li­rik ki, ki­tab kəs­kin tən­qid­lə­rə mə­ruz qal­dı. Bu gün də nəşr ət­ra­fın­da mü­za­ki­rə­lər da­vam edir. Ba­rə­sin­də səs­lən­di­ri­lən irad­lar­la bağ­lı ke­çən say­la­rı­mız­da N.Əh­məd­li­nin onu tən­qid edən­lə­rə ca­va­bı­nı dərc et­miş­dik. N.Əh­məd­li­nin mü­sa­hi­bə­də səs­lən­dir­di­yi fi­kir­lər, ha­be­lə ki­tab haq­qın­da dü­şün­cə­lə­ri əks tə­rə­fi qa­ne et­mə­yib.

Ta­nın­mış təd­qi­qat­çı-jur­na­list Qa­bil Zi­mis­ta­noğ­lu re­dak­si­ya­mız­la əla­qə sax­la­ya­raq nəşr­lə, onun mü­əl­li­fi­nin fi­kir­lə­ri ilə ra­zı­laş­ma­dı­ğı­nı bil­dir­di. Mə­sə­lə ilə əla­qə­dar Q.Zi­mis­ta­noğ­lun­dan gö­tür­dü­yü­müz mü­sa­hi­bə­ni si­zə təq­dim edi­rik. 

- Qa­bil bəy, ar­tıq bu nəşr haq­qın­da həm mü­əl­li­fin, həm də onu təq­dir və tən­qid edən­lə­rin fi­kir­lə­ri KİV-lər­də, elə­cə də so­si­al şə­bə­kə­lər­də ge­niş ya­yı­lıb və bu­nun ət­ra­fın­da mü­za­ki­rə­lər hə­lə də da­vam edir. Ki­ta­bı tən­qid edən­lər sı­ra­sın­da Siz də var­sı­nız. "Haqq-na­haq se­çi­lər haqq di­va­nın­da" ki­ta­bın­da Si­zi na­ra­zı sa­lan mə­qam­lar nə­dən iba­rət­dir?

- Ata­türk Mər­kə­zi­nin şö­bə mü­di­ri Na­zir Əh­məd­li ye­nə də öz amp­lua­sın­da­dır. Dörd ay­dır ic­ti­ma­iy­yə­tə sı­rı­dı­ğı sax­ta er­mə­ni mə­lu­mat­la­rı­na "ta­ri­xi fakt­lar", "mö­tə­bər sə­nəd­lər" adı ilə "hü­qu­qi don" gey­dir­mə­yə, mə­sə­lə­nin əsl ma­hiy­yə­tin­dən xə­bə­ri ol­ma­yan oxu­cu­lar­da be­lə bir rəy ya­rat­ma­ğa ça­lı­şır ki, gu­ya sə­nəd­lər ta­pıb, ki­min­sə ba­ba­la­rı haq­qın­da mə­lu­mat əl­də edə­rək nəşr et­di­rib, am­ma onu gö­zü gö­tür­mə­yən­lər ona qar­şı çı­xır, onun yaz­dıq­la­rı ba­rə­də tən­qi­di fi­kir­lər söy­lə­yir­lər. Hət­ta onu tən­qid edən­lə­rə min­nət də qo­yur ki, gə­rək siz mə­nə tə­şək­kür edə­si­niz. Sə­bə­bi­ni də bu­nun­la izah edir ki, mən ol­ma­say­dım, bu cür in­for­ma­si­ya­lar əl­də edə bil­mə­yə­cək, də­də-ba­ba­la­rı­nı­zın kim ol­du­ğu­nu ta­nı­ma­ya­caq, on­lar ba­rə­də mə­lu­mat­lar it-bat ola­caq­dı.                             

- Na­zir mü­əl­lim bil­di­rir ki, yaz­dıq­la­rı sırf sə­nəd­lər əsa­sın­da mey­da­na çı­xıb. O bu­ra­da han­sı fakt­la­rı təh­rif edib ki?

- Yaz­dı­ğı nə­sil-şə­cə­rə­dən isə ra­zı qa­lan yox­dur. Çün­ki is­ti­nad et­di­yi in­for­ma­si­ya­lar baş-ayaq ve­ri­lib, or­ta­da cid­di sax­ta­kar­lıq və təh­rif­lər möv­cud­dur. Bu da oxu­cu­la­rın və o cüm­lə­dən nə­sil-şə­cə­rə nü­ma­yən­də­lə­ri­nin haq­lı ola­raq cid­di na­ra­zı­lı­ğı­na sə­bəb olub. N.Əh­məd­li bir az da irə­li ge­də­rək, ona eti­raz edən­lə­rin içə­ri­sin­də Aşıq Ələs­gə­rin nə­ti­cə­si Xə­tai Ələs­gər­li və Mür­vət Yu­si­fov­la bağ­lı po­li­sə şi­ka­yət edib ki, gu­ya onu adı­çə­ki­lən şəxs­lər təh­did və təh­qir edib­lər. Əl­qə­rəz, mə­sə­lə­nin əsl ma­hiy­yə­tin­dən xə­bə­ri ol­ma­yan oxu­cu hə­qi­qə­tən də be­lə dü­şü­nə bi­lər ki, N.Əh­məd­li xe­yir­xah bir iş gö­rüb, Qər­bi Azər­bay­can­da ya­şa­yan­la­rın 200 il ön­cə ba­ba­la­rı ba­rə­də mə­lu­mat əl­də edib, onu nəşr ha­lı­na gə­ti­rib. Bu­ra­da qə­ba­hət­li nə iş var ki, onu təq­dir et­mək əvə­zi­nə, tən­qid və təh­did edir­si­niz?                                                                                      Am­ma, əs­lin­də, mə­sə­lə­nin ma­hiy­yə­ti onun mət­bu­at­da təs­vir et­di­yi ki­mi de­yil.

- Bəs ne­cə­dir?

- N.Əh­məd­li tək­cə er­mə­ni sax­ta­kar­lı­ğın­dan de­yil, həm də er­mə­ni tak­ti­ka­sın­dan mə­ha­rət­lə is­ti­fa­də et­mək­lə, özü­nü ya­zıq və məz­lum gör­kə­min­də oxu­cu­la­ra təq­dim edir. O bi­ri tə­rəf­dən o və onun ha­va­dar­la­rı haq­lı irad bil­di­rən­lə­ri, mü­na­si­bət sər­gi­lə­yən­lə­ri po­li­sə ver­mək­lə, on­la­rı sus­dur­maq tak­ti­ka­sı­nı se­çib­lər. Am­ma bir şe­yi unu­dur­lar ki, çox­say­lı ma­nevr və tak­ti­ki ge­diş­lər­lə ic­ti­ma­iy­yə­tin fik­ri­ni uzun müd­dət çaş­dır­maq müm­kün ol­ma­ya­caq.                                                                                                              İn­di isə ke­çək əsas mə­sə­lə­yə. Əgər N.Əh­məd­li­nin "Haqq-na­haq se­çi­lər haqq di­va­nın­da" çap məh­su­lun­da et­di­yi sax­ta­kar­lıq və təh­rif­lər­lə bağ­lı ət­raf­lı mü­na­si­bət bil­dir­mə­li ol­sam, gə­rək bir ne­çə qə­zet sə­hi­fə­si­ni zəbt et­miş olam. Bir təd­qi­qat­çı ki­mi sax­ta­kar­lıq­lar­dan bə­zi mə­qam­la­ra to­xun­ma­ğı özü­mə borc bi­li­rəm.                                                                                                  N.Əh­məd­li qə­ze­ti­ni­zə ver­di­yi mü­sa­hi­bə­də qeyd edir ki, sə­nəd­lər­lə Aşıq Alı, Aşıq Ələs­gə­rin türk ol­du­ğu­nu mü­əy­yən­ləş­di­rib. Gu­ya ki, bu nə­həng sə­nət­kar­la­rın türk ol­du­ğu­nu bi­lən yox imiş. On­la­rın mil­li mən­su­biy­yə­ti­ni mü­əy­yən­ləş­dir­mək üçün Na­zir bə­yin tap­dı­ğı sax­ta sə­nəd­lə­rə eh­ti­yac var imiş.                                                                                        N.Əh­məd­li diq­qət­lə araş­dır­ma apar­say­dı, Aşıq Ələs­gə­rin mil­li mən­su­biy­yə­ti­nin öz­gə­ləş­di­ril­mə­si ilə bağ­lı heç za­man prob­le­min ol­ma­dı­ğı­nı mü­əy­yən­ləş­di­rə bi­lər­di. Gö­rü­nür, o özü­nü bu mə­sə­lə­də elə də çə­ti­nə sal­ma­yıb. Am­ma Aşıq Alı ilə bağ­lı bə­zi üz­də­ni­raq təd­qi­qat­çı­lar onu türk­lü­yün­dən ayır­ma­ğa ça­lış­sa­lar da, bu­na na­il ola bil­mə­di­lər. Çün­ki Göy­çə­də ha­mı onun türk oğ­lu türk ol­du­ğu­nu bi­lir­di və üs­tə­lik, təd­qi­qat­çı­lar bu mə­sə­lə­də us­ta­dın nə­və­lə­ri­nin sərt təp­ki­si ilə üz­ləş­di­lər. N.Əh­məd­li heç mü­sa­hi­bə­sin­də Ağ Aşıq­la bağ­lı mə­qa­ma to­xun­mur, nə­dən­sə o mə­qa­mı giz­lət­mə­yə ça­lı­şır. De­mir ki, er­mə­ni sax­ta­kar­lı­ğın­dan is­ti­fa­də edib Ağ Aşı­ğı mil­li kürd­lə­ri­nə apa­rıb çı­xa­rıb. Gu­ya ki, Göy­çə­də Aşa­ğı Key­ti ad­lı bir kənd olub, ora­nın da əsas əha­li­si mil­li kürd­lə­rin­dən iba­rət imiş. Ağ Aşıq da hə­min kənd­də ya­şa­yıb. Son­ra mü­əm­ma­lı şə­kil­də kən­din ca­maa­tı Ve­di­ba­sar ma­ha­lı­nın kənd­lə­ri­nə köç edir. Er­mə­ni­lər bu­ra­da da çox bö­yük sax­ta­kar­lı­ğa yol ve­rib. Gu­ya mil­li kürd­lə­ri kö­çən­dən son­ra Aşa­ğı Key­ti­də qa­ra­pa­paq türk­lə­ri ya­şa­yıb.                                                         Bun­lar ha­mı­sı uy­dur­ma və ya­lan­dır. Göy­çə­də, ümu­miy­yət­lə, Key­ti ad­lı kənd ol­ma­yıb. Yal­nız Key­ti ad­lı dağ olub. Er­mə­ni­lər N.Əh­məd­li­yə ötür­dü­yü in­for­ma­si­ya­lar­da isə Göy­çə­də gu­ya Baş Key­ti, Daş Key­ti və Aşa­ğı Key­ti ad­lı 3 kənd ol­du­ğu­nu id­dia edir­lər.

Gu­ya mil­li kürd ai­lə­lə­ri Ve­di­ba­sa­ra kö­çən­də Ağ Aşıq Al­lah­ver­di də Kər­ki­baş kən­din­də qa­lıb. Er­mə­ni Ağ Aşı­ğı  Ve­di­ba­sa­ra ona gö­rə apar­mır ki, onun qo­hum­la­rı Kər­ki­baş­da 1988-ci ilə­dək ya­şa­yır­dı. Us­ta­dın dün­ya­sı­nı də­yiş­di­yi evi be­lə göy­çə­li­lər yax­şı xa­tır­la­yır­lar. Onun türk ol­du­ğu­nu isə hə­min nəs­lin nü­ma­yən­də­lə­ri də bir­mə­na­lı ola­raq qeyd edir­lər. Yax­şı, N.Əh­məd­li­nin qeyd et­di­yi ki­mi, Ağ Aşıq elə kürd ol­say­dı, o kən­din nü­ma­yən­də­lə­ri­nə qo­şu­lub o da Ve­di­ba­sa­ra ge­dər­di, da­ha ni­yə Kər­ki­baş­da qa­lır­dı? İd­dia et­di­yi ki­mi, Kər­ki­baş­da mil­li tay­fa­sı­na məx­sus kim­sə ya­şa­mır­dı, ora­da ya­şa­yan­lar türk­lər olub.    

Xa­tır­la­dım ki, Ağ Aşıq Al­lah­ver­di­nin ai­lə­si, bir çox göy­çə­li­lər ki­mi, Kər­ki­ba­şa Sul­duz­dan gə­lib­lər. Sul­duz­da isə mil­li kürd tay­fa­la­rı ya­şa­ma­yıb. Odur ki, N.Əh­məd­li öz üz­də­ni­raq sə­ləf­lə­rin­dən ge­ri qal­ma­ya­raq, sax­ta sə­nəd­lər əsa­sın­da Ağ Aşı­ğı öz mil­li mən­su­biy­yə­tin­dən uzaq­laş­dır­maq is­tə­yir. Hət­ta ona bu mə­sə­lə­də irad tu­tan us­ta­dın nəs­li­nin nü­ma­yən­də­si, ha­zır­da Tür­ki­yə­nin nü­fuz­lu ali mək­təb­lə­ri­nin bi­rin­də dərs de­yən pro­fes­sor El­brus Cə­fə­ro­vu təh­qir et­mək­dən be­lə çə­kin­mə­yib.

Oxu­cu­lar mə­ni düz­gün ba­şa düş­sün­lər. Ki­min­sə han­sı­sa xal­qa mən­sub ol­ma­sı qə­ba­hət­li de­yil. Kürd xal­qın­dan olan in­san­la­ra xal­qı­mız hə­mi­şə bu tor­paq­lar­da qar­daş və dost ki­mi ya­na­şıb. N.Əh­məd­li­nin yaz­dıq­la­rı isə hə­qi­qət­dən və re­al­lıq­dan ta­ma­mi­lə uzaq­dır.

- Na­zir mü­əl­lim də­fə­lər­lə qeyd edib ki, yaz­dıq­la­rın­da Çar Ru­si­ya­sı döv­rün­də müx­tə­lif il­lər­də tər­tib edi­lən "ka­me­ral təs­vir­lə­rə" is­ti­nad edib. Bu "ka­me­ral təs­vir"lər haq­qın­da nə de­yər­di­niz, mə­gər on­lar fakt­lar əsa­sın­da ha­zır­lan­ma­yıb?

- N.Əh­məd­li 1831-ci ilə aid olan və "Göy­çə ma­ha­lı­nın ka­me­ral təs­vi­ri" ki­mi təq­dim et­di­yi mə­lu­mat top­lu­sun­da (hü­qu­qi sə­nəd sta­tu­su ol­ma­dı­ğı üçün bu cür ya­zı­ram - Q.Z) Ağ Aşıq Al­lah­ver­di­nin 40, oğ­lu Mə­hər­rə­min isə 10 ya­şı ol­du­ğu­nu qeyd edir. Gu­ya ki, hə­min vaxt onun ya­şa­dı­ğı Kər­ki­baş kən­din­də ya­şa­yış ol­ma­yıb. On­lar Aşa­ğı Key­ti kən­din­də ya­şa­yıb­lar. Be­lə qə­naə­tə gəl­mək olar ki, 1831-ci il­də Ağ Aşı­ğın 40 ya­şı olub­sa, on­da o, 1791-ci il­də ana­dan olub. Yə­ni, təd­qi­qat­çı­la­rın yaz­dı­ğı ki­mi, 1754-cü il­də ana­dan ol­ma­yıb. Oğ­lu Mə­hər­rə­min do­ğum ta­ri­xi 1821-ci ilə tə­sa­düf edir. 1859-cu il "İrə­van əya­lə­ti No­vo­bə­ya­zid qə­za­sı­nın ka­me­ral təs­vi­ri"ndə Ağ Aşıq Al­lah­ver­di­nin adı­na rast gə­lin­mir. Us­ta­dın oğ­lu Mə­hər­rə­min 45 ya­şı ol­du­ğu gös­tə­ri­lir. Bu­nu da he­sab­la­yan­da do­ğum ta­ri­xi 1814-cü ilə tə­sa­düf edir. Fi­kir ve­rir­si­niz­mi, N.Əh­məd­li­nin "mö­tə­bər" he­sab et­di­yi bu si­ya­hı­ya­al­ma­da bir şəx­sin do­ğum ta­ri­xin­də 7 il fərq var. 1859-cu ilin si­ya­hı­sın­da Ağ Aşıq­la bağ­lı mə­lu­mat yox­dur. N.Əh­məd­li bu­nu onun­la izah edir ki, Ağ Aşıq 1859-cu il­dən ön­cə dün­ya­sı­nı də­yi­şib. Yə­ni 1858-ci il­də və­fat edib. Bu mə­lu­mat­la­rın isə Er­mə­nis­tan Mil­li Ar­xi­vin­də sax­lan­dı­ğı­nı qeyd edir. ( səh.241-257).

Oxu­cu­la­ra bir mə­qa­mı çat­dı­rım ki, si­ya­hı­ya­al­ma­da Ağ Aşıq Al­lah­ver­di "aşıq" epi­te­ti ilə təq­dim olu­nub. Er­mə­ni­lər is­tər Ağ Aşı­ğı, is­tər Aşıq Alı­nı, is­tər­sə də Aşıq Ələs­gə­ri çox yax­şı ta­nı­yır, on­la­rın türk aşı­ğı ol­du­ğu­nu çox gö­zəl bi­lir­di­lər. Hə­mi­şə on­lar­dan söh­bət dü­şən­də qıs­qanc­lıq­la­rı­nı, is­tər-is­tə­məz, or­ta­ya qo­yur­du­lar. Ona gö­rə də, xü­su­si ola­raq, er­mə­ni­lə­rin bu sə­nət­kar­lar ba­rə­də ver­di­yi in­for­ma­si­ya­lar­da sa­xa­ta­kar­lıq et­mə­si, on­lar haq­qın­da mə­lu­mat­la­rı təh­rif et­mə­si qa­çıl­maz­dır. Ne­cə ki, müx­tə­lif si­ya­hı­lar­da us­ta­dın oğ­lu Mə­hər­rə­min do­ğu­mu ilə bağ­lı 7 il sax­ta­kar­lıq edib­lər. Bu mə­qam­da məş­hur bir mə­səl ya­da dü­şür: "Ci­na­yət­kar nə qə­dər pe­şə­kar olur­sa-ol­sun, et­di­yi ci­na­yət­də müt­ləq iz bu­ra­xır".

N.Əh­məd­li ya­zır ki, bə­zi təd­qi­qat­çı­lar Ağ Aşı­ğın oğ­lu İs­ma­yı­lın vaxt­sız və­fat et­di­yi­ni qeyd edir­lər. O bu mə­qa­mın doğ­ru ol­ma­dı­ğı qə­naə­tin­də­dir. Bil­di­rir ki, Ağ Aşıq İs­ma­yı­lı de­yil, oğ­lu Mə­hər­rə­mi er­kən iti­rib. Ağ Aşıq nəs­li­nin nü­ma­yən­də­lə­ri də, hə­qi­qə­tən, Mə­hər­rə­min ata­sı­nın sağ­lı­ğın­da dün­ya­sı­nı də­yiş­di­yi­ni bil­di­rir­lər, apar­dı­ğım araş­dır­ma­lar­la da bu öz təs­di­qi­ni ta­pır. Elə mən­də olan şe­ir­lə­ri­nin bi­rin­də us­tad bu mə­qa­ma bö­yük ürək ağ­rı­sı ilə to­xu­nub:

... Ağır il­lər ötür­mü­şəm,

Öm­rü ba­şa ye­tir­mi­şəm,

Mə­hər­rə­mi itir­mi­şəm,

Ünüm yet­məz Sü­sən­bə­rə.

 

Ağ Aşı­ğa dərd yol­daş­dı,

Qüs­sə-qə­mim baş­dan aş­dı.

Si­nəm dağ­lı, gö­züm yaş­dı,

Ünüm yet­məz Sü­sən­bə­rə.

Mən də bir təd­qi­qat­çı ki­mi, N.Əh­məd­li­nin us­ta­dın İs­ma­yıl de­yil, Mə­hər­rəm da­ğı­nı gör­mə­si ilə ra­zı­yam. O həm də Ağ Aşı­ğın təd­qi­qat­çı­la­rı­nın bil­dir­di­yi ki­mi, 1860-cı il­də de­yil, 1858-ci il­də dün­ya­sı­nı də­yiş­di­yi­ni qeyd edir.

1873-cü ilin si­ya­hı­sın­da isə Mə­hər­rə­min adı yox­dur. Am­ma onun 8 ya­şın­da Al­lah­ver­di adın­da oğ­lu­nun ol­du­ğu və qar­da­şı İs­ma­yı­lın 34 ya­şı ol­du­ğu qeyd olu­nub. He­sab­la­yan­da isə Mə­hər­rə­min oğ­lu Al­lah­ver­di­nin 1865-ci il­də dün­ya­ya gəl­di­yi­ni he­sab et­mək olar. Al­lah­ver­di 1865-ci il­də ana­dan olub­sa, on­da ata­sı Mə­hər­rə­min ən tez 1864-cü il­də, ən ge­ci isə  1872-ci il­də dün­ya­sı­nı də­yiş­di­yi qə­naə­ti­nə gəl­mək olar.

Yax­şı, biz Ağ Aşı­ğın oğ­lu Mə­hər­rə­min dün­ya­dan köç­dü­yü­nün şa­hi­di ol­du­ğu­nu de­yi­rik­sə, N.Əh­məd­li də bu­nu təs­diq edir­sə, o, us­ta­dın 1858-ci il­də dün­ya­sı­nı də­yiş­di­yi­ni id­dia edir­sə, on­da us­tad oğ­lu­nun fa­ciə­si­ni ha­ra­dan gö­rə bi­lər­di? N.Əh­məd­li­nin "mö­tə­bər mən­bə"si bu­ra­da da öz təs­di­qi­ni tap­mır. Yə­ni us­ta­dın dün­ya­sı­nı də­yiş­di­yi 1858-ci il ha­ra, Mə­hər­rə­min dün­ya­sı­nı də­yiş­di­yi 1864-cü il və ya on­dan son­ra­kı il­lər ha­ra? Aşa­ğı­sı 6 il fərq var. Bu­ra­da da sax­ta­kar­lı­ğı gö­rür­sü­nüz­mü, əziz oxu­cu­lar?!

(Ar­dı var)

İra­də SA­RI­YE­VA

Son xəbərlər