17/10/2017 15:27
728 x 90

Polad Ələmdar “Kurtlar Vadisi Vatan” serialı ilə ekranlara qayıdır...

img

Türkiyənin “Pana Film” kinostudiyası Azərbaycanda da sevilən “Kurtlar Vadisi” serialında yeni dönəm başladır.

Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, sentyabrın 29-dan yayımına başlanacaq serial  “Kurtlar Vadisi Vatan”  adlanır. Necati Şaşmazın baş rol aldığı filmin fraqment Qalası “Zorlu Center”-də təqdim olunub. Filmin ssenarisində də imzası olan Şaşmaz media mənsublarına açıklamasında fraqment Qalasının Türkiyədə ilk olduğunu açıqlayıb. Bildirib ki,  “Kurtlar Vadisi Vatan”  filminin ideyası 15 iyul hadisələrinin ardından yaranıb və elə 16-17 iyul tarixlərində bu barədə qərar veriblər. Həmin ərəfədə özlərinə qarşı bəzi yayımların olduğuna işarə vuran aktyor barələrindəki haqsız ittihama işlərilə cavab verməyi üstün tutduqlarını bildirib. Qeyd edib ki, bunun ardınca çəkəcəkləri yeni serialın adı isə “Kurtlar Vadisi Kaos” olacaq.

Xatırladaq ki, ötən ilin məlum iyul hadisələri sonrası “Kurtlar Vadisi Pusu” serialındakı bəzi epizodlar 15 iyul hadisələrinin baş verəcəyinə işarə kimi şərh edilmiş və filmin yaradıcıları Fətullah Gülənlə əlaqə şübhəsilə sorğu-suala çəkilmişdi.

Son xəbərlər