14/12/2017 10:10
728 x 90

Qə­bə­lə mu­si­qi fes­ti­val­la­rı Azər­bay­can mə­də­niy­yə­ti­nin mü­hüm ta­nıt­ma are­na­sı ki­mi... - FOTO

"Fes­ti­val­da iş­ti­rak edən əc­nə­bi­lər Azər­bay­can mu­si­qi­si­nə hey­ran olur­lar"

img

Təy­yar Bay­ra­mov: "Azər­bay­can mə­də­niy­yə­ti­nin ta­nı­dıl­ma­sı, onun in­ki­şa­fı ba­xı­mın­dan bu tip fes­ti­val­la­rın ke­çi­ril­mə­si əhə­miy­yət­li­dir"

 

Öl­kə­miz, ənə­nə­vi ola­raq, bu il də Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı­na ev sa­hib­li­yi edir. Hey­dər Əli­yev Fon­du­nun təş­ki­lat­çı­lı­ğı, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin və "Gi­lan Hol­dinq"in dəs­tə­yi ilə ke­çi­ri­lən IX Qə­bə­lə Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı­nın iyu­lun 30-da rəs­mi açı­lış mə­ra­si­mi olub.

Qə­bə­lə şə­hə­rin­də­ki Hey­dər Əli­yev adı­na Kon­qres Mər­kə­zi­nin qar­şı­sın­da qu­raş­dı­rı­lan açıq səh­nə­də ke­çi­ri­lən mə­ra­sim­də öl­kə­miz­də mu­si­qi mə­də­niy­yə­ti­nin in­ki­şa­fın­da və təb­li­ğin­də müs­təs­na rol oy­na­yan Azər­bay­can Res­pub­li­ka­sı­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, UNES­CO-nun və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban Əli­ye­va­nın fes­ti­val iş­ti­rak­çı­la­rı­na təb­rik mək­tu­bu oxu­nub. Mək­tub­da de­yi­lir: "Hör­mət­li fes­ti­val iş­ti­rak­çı­la­rı, əziz dost­lar! Si­zi - IX Qə­bə­lə Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı­nın iş­ti­rak­çı­la­rı­nı ürək­dən sa­lam­la­yır, fes­ti­va­lın işi­nə uğur­lar di­lə­yir, hər bi­ri­ni­zə xoş ar­zu­la­rı­mı çat­dı­rı­ram. Əsr­lər bo­yu si­vi­li­za­si­ya­la­ra­ra­sı dia­lo­qun in­ki­şa­fı­na öz töh­fə­si­ni ve­rən Azər­bay­can ta­ri­xən xalq­la­ra­ra­sı bir­li­yin güc­lən­di­ril­mə­si­nə səy gös­tə­rib. Mə­də­ni-mə­nə­vi in­teq­ra­si­ya­nın sə­mə­rə­li­li­yi­ni ar­tı­ran hər bir la­yi­hə bi­zim üçün çox də­yər­li­dir. Son il­lər öl­kə­miz­də ke­çi­ri­lən bey­nəl­xalq əhə­miy­yət­li təd­bir­lər Azər­bay­ca­nın tə­məl prin­sip­lə­ri­nin sülh və hu­ma­nizm ol­du­ğu­nu bir da­ha sü­but edə­rək, di­lin­dən, di­nin­dən, et­nik mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq, bü­tün xalq­la­rın nü­ma­yən­də­lə­ri­ni bir ara­ya top­la­yır.

Fə­rəh­lən­di­ri­ci hal­dır ki, nü­fu­zu il­dən-ilə art­maq­da olan Qə­bə­lə Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı da mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qa bö­yük töh­fə ve­rən əhə­miy­yət­li bir təd­bir ki­mi ta­nın­maq­da­dır. Ay­rı-ay­rı öl­kə­lər­dən çox­say­lı mu­si­qi­çi­lə­rin iş­ti­rak et­di­yi bu dost­luq və mu­si­qi bay­ra­mı Azər­bay­ca­nın dün­ya­da mul­ti­kul­tu­ra­lizm və to­le­rant­lı­ğın uğur­lu mo­del­lə­rin­dən bi­ri ki­mi ta­nı­dıl­ma­sı ilə ya­na­şı, müx­tə­lif öl­kə­lə­ri təm­sil edən mu­si­qi­çi­lə­rə ün­siy­yət və əmək­daş­lıq üçün əl­ve­riş­li şə­ra­it ya­ra­da­raq, si­vi­li­za­si­ya­la­ra­ra­sı dia­lo­qun möh­kəm­lən­di­ril­mə­si­nə öz töh­fə­si­ni ve­rir".

Ma­raq­lı­dır, Qə­bə­lə Mu­si­qi Fes­ti­va­lı Azər­bay­can mə­də­niy­yə­ti­nin, in­cə­sə­nə­ti­nin dün­ya­da ta­nı­dıl­ma­sın­da nə ki­mi rol oy­na­yır?

Əmək­dar ar­tist, ta­nın­mış xa­nən­də Təy­yar Bay­ra­mov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, Qə­bə­lə­də ke­çi­ri­lən Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı Azər­bay­can mə­də­niy­yə­ti­nin ta­nı­dıl­ma­sın­da müs­təs­na rol oy­na­yır: "Mə­lu­mat üçün bil­di­rim ki, sra­ğa­gün Ope­ra və Ba­let Te­at­rı­nın kol­lek­ti­vi ola­raq "Ley­li və Məc­nun" ta­ma­şa­sı ilə Qə­bə­lə­də ke­çi­ri­lən IX Mu­si­qi Fes­ti­va­lın­da iş­ti­rak et­dik. Ta­ma­şa çox uğur­lu alın­dı".

T.Bay­ra­mo­vun fik­rin­cə, bu cür fes­ti­val­la­rın ke­çi­ril­mə­si çox təq­di­rə­la­yiq­dir: "Fes­ti­val­da yer­li və­tən­daş­lar­la ya­na­şı, əc­nə­bi­lər də iş­ti­rak edir. Nə­zə­ri­ni­zə çat­dı­rım ki, fes­ti­val­da iş­ti­rak edən­lə­rin, de­mək olar ki, ək­sə­riy­yə­ti xa­ri­ci və­tən­daş­lar­dır. IX Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı­nın əhə­miy­yə­ti ol­duq­ca bö­yük­dür. Mu­si­qi­nin ta­nı­tı­mı və onun rən­ga­rəng­li­yi ba­xı­mın­dan va­cib­dir. Xa­ri­ci­lər bi­zim mu­si­qi­çi­lə­rin ifa­sı­na çox ma­raq­la qu­laq asır­lar".

Xa­nən­də­nin söz­lə­ri­nə gö­rə, Azər­bay­can mə­də­niy­yə­ti­nin ta­nı­dıl­ma­sı, onun in­ki­şa­fı ba­xı­mın­dan bu tip fes­ti­val­la­rın ke­çi­ril­mə­si əhə­miy­yət­li­dir. Həm­çi­nin, Azər­bay­ca­nın təb­li­ğa­tı ba­xı­mın­dan Mu­si­qi Fes­ti­va­lı­nın ke­çi­ril­mə­si ol­duq­ca va­cib­dir: "Fes­ti­val­da iş­ti­rak edən əc­nə­bi­lər Azər­bay­can mu­si­qi­si­nə, mə­də­niy­yə­ti­nə, bir söz­lə, in­cə­sə­nə­ti­nə hey­ran olur­lar. Hə­lə fes­ti­val bir ne­çə gün da­vam edə­cək. Əmi­nəm ki, qar­şı­da­kı gün­lər ər­zin­də on­la­rın mə­də­niy­yə­ti­miz­lə bağ­lı hey­ran­lı­ğı da­ha da ar­ta­caq".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər