20/09/2017 18:45
728 x 90

İranın “Səhər” dövlət televiziyasında aşıq sənətinə həsr olunmuş həftəlik veriliş...

img

Səlcuq Şahbazi:” İranda hazırda 3 min nəfərdən çox aşıq var”

2015-ci ildə yaradılıb rəsmi dövlət qeydiyyatına alınmış İran Aşıqlar Birliyi yaranmasından az vaxt keçməsinə baxmayaraq aşıq sənəti ilə bağlı bir sıra uğurlara imza atıb. Bir neçə beynəlxalq festivallar keçirilib, ustad aşıqların yubileyi qeyd olunub. Bu tədbirlər sırasında Aşıq Ələsgər və Dədə Şəmşirə həsr olunmuş festivallar da xüsusilə qeyd olunmalıdır. Bu günlərdə isə İranda yaşayıb fəaliyyət göstərən aşıqlar daha bir xoş xəbər alıblar. Belə ki, Tehranda fəaliyyət göstərən "Səhər” dövlət televiziya kanalında aşıq sənətinə həsr olunmuş ayrıca veriliş yayımlanacaq. İran Aşıqlar Birliyinin sədri, ustad aşıq Səlcuq Şahbazinin aparıcılığı ilə yayımlanacaq bu verilişin efir vaxtı təxminən bir saata yaxındır və hələlik həftədə bir dəfə efirə çıxacaq. Bu barədə məlumat verən Səlcuq Şahbazi deyib ki, gələcəkdə verilişin həftədə iki dəfə yayımlanması, eyni zamanda aşıqların ifasında dastanların səsləndiriləcəyi ayrıca bir verilişin də açılması nəzərdə tutlub:” İranda hazırda 3 min nəfərdən çox aşıq var və bunlar sazın əsas beşiklərindən olan Təbrizlə yanaşı, İranın Həmədan, Xorasan, Qum, Şiraz, Savə, Tehran, Qaşqay, Kərəc, Zəngan, Miyana, Xoy, Urmiyə, Miyandab, Xalxal, Parsabad, Meşkin, Mərənd, Sahəndva və Heştəri vilayətlərində yaşayıb fəaliyyət göstərirlər. Bu bölgələrin hər birində olan aşıqlar özlərinəməxsusluğu ilə də fərqlənirlər. Verilişin açılmasında məqsəd İranda yaşayıb fəaliyyət göstərən aşıqları həm ölkə daxilində, həm də xaricdə daha geniş təbliğ etmək, tanıtmaq, ayrı-ayrı aşıq mühitlərinin özünəməxsusluğunu göstərmək, bununla da bu sənətin inkişafına töhfə verməkdir. İran Aşıqlar Birliyinin sədri onu da vurğulayıb ki, bu verilişlərə Azərbaycan Respublikasından, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən də aşıqlar dəvət olunacaq. IAB qurucusu və sədri Aşıq Səlcuq Şəhbazi İran İslam Respublikasının dövlətindən və ali liderindən SƏHƏR televiziya kanalının rəhbəri çox hörmətli

"Bəhrilulum” və çox dəyərli Alim "Ay işiğında” proqıramım rejissoru cənab Novruz Purmənda təşəkkürünü bildirdi.

İradə SARIYEVA

Son xəbərlər