21/11/2017 21:20
728 x 90

Ən ye­ni dövr ki­no­la­rı­mız­da Azər­bay­can qa­dı­nı­nın ob­ra­zı...

Bə­zi se­ri­al­lar­da Azər­bay­can qa­dın və qız­la­rı hə­ya­sız, əx­laq qay­da­la­rı­na ria­yət et­mə­yən ki­mi təq­dim edi­lir...

img

Zül­fiy­yə El­dar­qı­zı: "Çox tə­əs­süf­lə­ni­rəm ki, bə­zən hə­ya­tın ne­qa­tiv hal­la­rı ki­no­ya, se­ri­al­la­ra da­şı­nır"
Qiy­mət Mə­hər­rəm­li: "Bə­zi se­ri­al­la­rı­mı­za ba­xan­lar bi­zim haq­qı­mız­da nə dü­şü­nə bi­lər?"
Tə­ra­nə Əli­za­də: "Axı adam gör­dü­yü, bil­di­yi hər şe­yi sə­nə­tə gə­tir­mə­mə­li­dir"
Kö­nül Va­qif­qı­zı: "Yün­gül hə­yat tər­zi ke­çi­rən qız­la­rın hə­ya­tı­nı ob­raz­la­rın di­li ilə bu qə­dər rek­lam et­mək ol­maz"

 

Ki­no şü­ur­la­ra da­ha tez tə­sir edir və in­sa­nın da­xi­li alə­mi­ni tər­pət­mə­yə, də­yiş­mə­yə qa­dir­dir. Bir çox hal­lar­da de­yir­lər ki, ki­no­nun, te­le­se­ria­lın möv­zu­su hə­yat­dan gö­tü­rü­lür. Bəl­kə də be­lə­dir, am­ma hə­ya­tı­mız ne­cə­dir­sə, onu bü­töv­lük­də ki­no­ya, se­ria­la gə­tir­mək doğ­ru de­yil. Əs­lin­də, ki­no hə­ya­tın ci­la­lan­mış mo­de­li­ni əks et­dir­mə­li­dir. Hə­ya­tın tam çıl­paq­lı­ğı ilə se­ri­al­da, ki­no­da can­lan­dı­rıl­ma­sı cə­miy­yət­də müs­bət re­ak­si­ya do­ğu­ra bil­məz.

Son il­lər Azər­bay­can te­le­vi­zi­ya­la­rı, elə­cə də müx­tə­lif özəl ki­no şir­kət­lər müx­tə­lif film və se­ri­al­lar çə­kir. Bu se­ri­al­la­rın da bə­zi­lə­rin­də Azər­bay­can xal­qı­nın ai­lə də­yər­lə­ri­nə zidd olan bə­zi mə­qam­lar əks olu­nub. Çox tə­əs­süf ki, se­ri­al­la­rın mü­əy­yən bir his­sə­sin­də qa­dın­la­rı­mı­zı, qız­la­rı­mı­zı da­ha çox hə­ya­sız, ai­lə də­yər­lə­ri­nə hör­mət et­mə­yən in­san­lar ki­mi təq­dim edir­lər. San­ki kim­lər­sə bi­zim ai­lə də­yər­lə­ri­nin qəs­di­nə du­rur. Azər­bay­can qız­la­rı bə­zi se­ri­al­lar­da küt­lə­vi ola­raq tər­bi­yə­siz, hə­ya­sız ki­mi gös­tə­ri­lir­sə, bu anor­mal­lıq de­yil­mi?

"Doğ­ru mü­şa­hi­də et­mi­si­niz..."

Ta­nın­mış ak­tri­sa, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, bir sı­ra se­ri­al­lar­da ma­raq­lı rol­lar alan Zül­fiy­yə El­dar­qı­zı "Ba­kı-Xə­bər"ə bil­dir­di ki, bu cür təq­di­mat bü­tün se­ri­al­lar­da ol­ma­sa da, bə­zi se­ri­al­lar­da var. Bu­nun tə­əs­süf do­ğu­ran mə­qam ol­du­ğu­nu vur­ğu­la­yan Z.El­dar­qı­zı­nın bil­dir­di­yi­nə gö­rə, Azər­bay­can qa­dı­nı­nı bu şə­kil­də təq­dim et­mək o se­ri­al­la­ra küt­lə­vi ta­ma­şa­çı gə­tir­mir, ək­si­nə, ta­ma­şa­çı­la­rı on­la­ra bax­maq­dan uzaq­laş­dı­rır: "Son vaxt­lar çə­ki­lən se­ri­al­lar ara­sın­da yax­şı­la­rı da var. Am­ma doğ­ru mü­şa­hi­də et­mi­si­niz, bə­zi se­ri­al­lar­da Azər­bay­can qız­la­rı tər­bi­yə­siz, hə­ya­sız, ai­lə qa­nun­la­rı ilə ra­zı­laş­ma­yan, cə­miy­yə­tin fik­ri­ni nə­zə­rə al­ma­yan qız­lar ki­mi gös­tə­ri­lir. Bu bir ne­çə se­ri­al­da be­lə­dir. Bi­zim qız­lar ai­lə­də, cə­miy­yət­də ta­mam baş­qa cür­dür. On­lar hə­mi­şə baş­qa xalq­la­rın qız­la­rı­na nü­mu­nə olub. Am­ma bu gün qız­la­rı­mı­zın, qa­dın­la­rı­mı­zın pis yo­lun yol­çu­su ki­mi, ərin, qa­yı­na­na, qa­yı­na­ta­nın üs­tü­nə qış­qı­ran qa­dın­lar ki­mi gös­tə­ril­mə­si yax­şı hal de­yil. Qa­dın qa­dın ki­mi təq­dim edil­mə­li­dir. Mən de­mi­rəm ki, cə­miy­yə­ti­miz­də ne­qa­tiv hal­lar yox­dur. Var, özü də bu­nu hər kəs mü­şa­hi­də edir. Am­ma bu ne­qa­tiv­li­yin tam ola­raq se­ri­al­la­ra yük­lən­mə­si müs­bət hal de­yil. Bir də gö­rür­sən se­ri­al­da ana içə­ri gi­rib qı­zı­na de­yir ki, qı­zım, mə­nə çay ver. Qız elə hə­ya­sız­lıq edir, sə­si­ni atır ba­şı­na ki, mən ni­yə sü­zü­rəm, özün süz də. Əs­lin­də, be­lə de­yil, biz­də ana­lar içə­ri gi­rən­də qız­lar aya­ğa du­rur, ana­nın qay­ğı­sı­na qa­lır. Yə­ni ti­pik Azər­bay­can ai­lə­si be­lə­dir. Çox tə­əs­süf­lə­ni­rəm ki, bə­zən hə­ya­tın ne­qa­tiv hal­la­rı ki­no­ya, se­ri­al­la­ra da­şı­nır. Ümu­miy­yət­lə, film­də hər cür ob­raz ol­ma­lı­dır, am­ma o elə şə­kil­də təq­dim edil­mə­li­dir ki, mən­fi ça­lar­lar ye­ni­yet­mə və gənc­lə­rə ör­nək ol­ma­sın. Çox za­man ye­ni­yet­mə və gənc­lər müa­sir se­ri­al qəh­rə­man­la­rı­nı öz­lə­ri­nə ör­nək sa­yır, xü­su­sən də qız­lar. Bu gün ev­də otu­ran xa­nım­lar, qız­lar da­ha çox se­ri­al­la­ra ba­xır. Ora­da nə gö­rür­lər, onu müt­ləq tək­rar et­mək is­tə­yir­lər. Ye­ni­yet­mə qız ba­xıb gö­rür ki, se­ri­al qəh­rə­ma­nı oğ­lan­la­rı əl­cək ki­mi də­yi­şir, var-döv­lə­tə çat­maq üçün yaş­lı ki­şi­lər­lə gö­rü­şür, on­da o qız­da da bu işə ma­raq ya­ra­nır. De­mək is­tə­yi­rəm ki, se­ri­al çə­kən­lər bu mə­sə­lə­də diq­qət­li ol­sun. On­suz da həs­sas bir dö­nəm­də ya­şa­yı­rıq. Bir tə­rəf­dən bə­zi çü­rük Av­ro­pa də­yər­lə­ri cə­miy­yə­ti­mi­zə ix­rac olu­nur, di­gər tə­rəf­dən də qlo­bal­laş­ma dal­ğa­sı ilə üz-üzə­yik. Bu hal­da mə­nə­viy­ya­tı­mız da­ha çox təh­lü­kə­yə mə­ruz qa­lır. Ki­no ən bö­yük və tə­sir­li təb­li­ğat me­xa­niz­mi­dir. Onun gös­tər­di­yi tə­si­ri heç nə əvəz edə bil­məz".

Z.El­dar­qı­zı, həm­çi­nin, qeyd et­di ki, ak­tri­sa ki­no­da, se­ri­al­da hər cür ob­raz ya­rat­ma­lı­dır. Onun söz­lə­ri­nə gö­rə, am­ma ak­tri­sa­lar gə­rək elə oy­na­sın ki, təq­dim et­di­yi ob­raz vul­qar, ba­ya­ğı gö­rün­mə­sin: "Ki­no, se­ri­al da hə­ya­ta bağ­lı­dır. Bu­ra­da da hə­yat­da baş ve­rən­lər can­lan­dı­rı­lır. Am­ma bu aşı­rı ol­ma­lı de­yil, hər şey çər­çi­və­də ol­ma­lı­dır. Bə­zi se­ri­al­la­ra ba­xan­da ada­ma elə gə­lir ki, Azər­bay­can qı­zı hə­ya­sız­dır, sö­zə­ba­xan de­yil, ana­sı­na, ata­sı­na hör­mət qoy­mur. Axı bir-iki ada­mın hə­yat tər­zi bü­töv bir cə­miy­yə­tə aid edi­lə bil­məz. Odur ki, sse­na­ri ya­zı­lan­da bu şey­lər diq­qət­də sax­lan­ma­lı­dır. Bü­tün qa­dın­lar, qız­lar yün­gül hə­ya­ta meyl­li de­yil ki. Bi­zim öz əx­laq öl­çü­lə­ri­miz var.

Ye­ri gəl­miş­kən, bu ya­xın­lar­da 22-23 yaş­lı gənc bir ak­tri­sa­nın mü­sa­hi­bə­si­ni oxu­dum. Bu mü­sa­hi­bə mə­ni çox dü­şün­dür­dü. Qız de­yir ki, bir yaş­lı adam var, həd­siz im­kan­lı­dır, mə­nə onun­la ya­şa­ma­ğı tək­lif edib, mə­nə ev, ma­şın, xoş gü­zə­ran vəd edib. Əziz­lə­rim, be­lə tək­lif­lər bir çox ak­tri­sa­la­ra edi­lir, am­ma bu­nu gün­də­mə gə­tir­mək, mət­bua­ta de­mək ol­maz. Bu mən­fi bir nü­mu­nə­dir. Bə­zi gənc qız­lar da bu­nu oxu­yub özü­nü ona ox­şat­maq is­tə­yə­cək. Elə mə­sə­lə­lər var ki, onu tam açıq­la­ma­ğa haq­qı­mız yox­dur. Azər­bay­can ai­lə­si­nin əsr­lər­dən bə­ri for­ma­la­şan ənə­nə­lə­ri var, on­lar da se­ri­al­lar­da əks olun­ma­lı­dır. Heç nə­yə bir­rəng­li ya­naş­maq ol­maz".

"İn­di kü­çə­də, ba­zar­da han­sı­sa bir qa­dın..."

Sə­nət­şü­nas Tə­ra­nə Əli­za­də­nin fik­rin­cə də bu cür təq­di­mat­lar Azər­bay­can qı­zı və qa­dı­nı haq­qın­da düz­gün rəy for­ma­laş­dır­mır: "Azər­bay­can qa­dın­la­rı, qız­la­rı də­yər­lə­ri­mi­zə bağ­lı olub hə­mi­şə. İn­di bi­zim içi­miz­də də düz­gün hə­yat tər­zi seç­mə­yən­lər var. Bu­nun küt­lə­vi ola­raq bə­zi se­ri­al­lar­da gös­tə­ril­mə­si ta­ma­şa­çı­la­rı çox na­ra­hat edir. Azər­bay­can qı­zı, qa­dı­nı hə­ya­sız de­yil. İn­di kü­çə­də, ba­zar­da han­sı­sa bir qa­dın hə­ya­sız­lıq edir­sə, onun on-on beş qa­dı­nın tim­sa­lın­da ve­ril­mə­si nə də­rə­cə­də doğ­ru­dur? Sse­na­rist­lər və ki­no­re­jis­sor­lar diq­qət­li ol­ma­lı­dır. Bə­zən de­yir­lər ki, gör­dü­yü­mü­zü çə­ki­rik. Axı adam gör­dü­yü, bil­di­yi hər şe­yi sə­nə­tə gə­tir­mə­mə­li­dir".

"Se­ri­al­lar da­ha çox ba­xım­lı ol­ma­lı­dır"

Fi­lo­lo­gi­ya elm­lə­ri üz­rə fəl­sə­fə dok­to­ru Qiy­mət Mə­hər­rəm­li­nin söz­lə­ri­nə gö­rə isə, se­ri­al­lar ar­dı­cıl­lı­ğı əks et­dir­di­yi üçün, ta­ma­şa­çı­lar on­la­rı da­ha hə­yə­can­la iz­lə­mə­li­dir. Onun de­di­yi­nə gö­rə, biz­də bə­zi se­ri­al­la­rı çıx­maq şər­ti­lə, hə­lə ta­ma­şa­çı­ya müs­bət mə­na­da tə­sir edən se­ri­al­lar çə­kil­mir: "Mən bi­zim se­ri­al­la­ra adə­tən bax­mı­ram. Ba­xan­da da çox əsəb­lə­şi­rəm. Yax­şı se­ri­al­lar da var, an­caq çox az­dır. Si­zin sö­zü­nü­zə qüv­vət, bə­zən ma­raq üçün otu­rub se­ri­al­la­ra ba­xı­ram, de­yi­rəm ki, gö­rüm nə­dər bəhs edir. Əv­və­la sse­na­ri həd­dən ar­tıq zə­if olur. Ba­xan ki­mi hiss edi­lir ki, onu qey­ri-pe­şə­kar ya­zıb. Re­jis­sor işi də o qə­dər də güc­lü ol­mur. Yük dü­şür ak­tyor və ak­tri­sa­nın üzə­ri­nə. On­dan tə­ləb olu­nur ki, hə­ya­sız­lıq et­mə­li­sən, qa­ra-qış­qı­rıq sal­ma­lı­san, ob­ra­zı­nı ba­zar ar­va­dı ki­mi təq­dim et­mə­li­sən. Film­də hə­ya­sız qa­dı­nın da ob­ra­zı ol­ma­lı­dır. Bu tə­bii­dir. Ki­no­nun, se­ria­lın möv­zu­su ha­va­dan yox, hə­yat­dan gö­tü­rü­lür. Am­ma qa­dın ob­raz­la­rı­nın bö­yük ək­sə­riy­yə­ti­ni sə­viy­yə­siz, hə­ya­sız, ai­lə­si­nə xə­ya­nət edən qa­dın­lar ki­mi gös­tər­mək düz­gün de­yil. Bi­lir­si­niz, bi­zim ai­lə də­yər­lə­ri­mi­zin tə­ləb­lə­ri po­zul­ma­ma­lı­dır. Bu gün Azər­bay­can qa­dı­nı di­şi-dır­na­ğı ilə ba­la­sı­na çö­rək pu­lu qa­za­nır, ai­lə­si­ni sax­la­yır, oca­ğı­nı sön­mə­yə qoy­mur. Pis yo­la düş­mə­yib sü­pür­gə­çi­lik edən, ev­lər­də tə­miz­lik işi gö­rən nə qə­dər gənc qız və qa­dın­la­rı­mız var. Bun­lar bir ör­nək de­yil­mi? Azər­bay­can xa­nım­la­rı hə­mi­şə zəh­mət­keş olub. Bu gün bə­zi qız­la­rın yün­gül hə­yat tər­zi ke­çir­mə­si o de­mək de­yil ki, bü­tün qız­lar be­lə­dir. Mən­cə, bu mə­sə­lə­də diq­qət­li ol­sa­lar yax­şı olar­dı. Se­ria­lı elə çək­sin­lər ki, ona ai­lə ilə otu­rub ba­xa bi­lək. Nə qə­dər baş­qa xalq­la­rın film və se­ri­al­la­rı­na ba­xa­ca­ğıq. Əs­lin­də, se­ri­al­lar da­ha çox ba­xım­lı ol­ma­lı­dır".

"Bi­zə xa­ric­də də ba­xır­lar"

Q.Mə­hər­rəm­li onu da vur­ğu­la­dı ki, bu gün Azər­bay­can te­le­vi­zi­ya­la­rı­na dün­ya­nın bir sı­ra öl­kə­lə­rin­də ba­xı­lır. Se­ri­al­lar elə çə­kil­mə­li­dir ki, xa­ric­də otu­ran ta­ma­şa­çı­lar bi­zim haq­qı­mız­da pis fi­kir­də ol­ma­sın: "Bu se­ri­al­lar te­le­ka­nal­lar­da gös­tə­ri­lir. Ona da az qa­la dün­ya­nın ya­rı­sı ba­xır. Bə­zi se­ri­al­la­rı­mı­za ba­xan­lar bi­zim haq­qı­mız­da nə dü­şü­nə bi­lər? O qə­dər ağ­rı­lı möv­zu­la­rı­mız var ki... Ai­lə-məi­şət möv­zu­su da ol­sun, am­ma onu nor­mal şə­kil­də təq­dim et­sin­lər. Bu fi­kir­lə­ri söy­lə­mək­lə heç də gö­rü­lən uğur­lu iş­lə­rin üs­tün­dən xətt çək­mək is­tə­mi­rəm. Am­ma möv­zu se­çi­min­də, elə­cə də ob­raz­la­rın təq­di­ma­tın­da nöq­san­lar var, on­lar tək­rar edil­mə­mə­li­dir. Ey­ni za­man­da da Azər­bay­can se­ri­al­la­rı dün­ya­ya çıx­ma­lı­dır. Bu­nu xal­qı­mı­zın qız və qa­dın­la­rı­nı aşa­ğı sə­viy­yə­də təq­dim et­mək­lə hə­ya­ta ke­çir­mək ol­maz. Ba­xın Tür­ki­yə, Ru­si­ya se­ri­al­la­rı­na, gö­rün nə qə­dər ma­raq­lı­dır. On­lar­da müs­bət ob­raz­lar da­ha çox­dur. Se­ri­al­la­rın için­də hə­yat tərz­lə­ri­ni, adət­lə­ri­ni, mil­li də­yər­lə­ri­ni elə in­cə şə­kil­də təq­dim edir­lər ki, adam mə­ət­təl qa­lır. Tür­ki­yə­də gənc­lər haq­qın­da nə qə­dər se­ri­al çə­ki­lir. Bu se­ri­al­la­rın çox bö­yük tər­bi­yə­vi əhə­miy­yə­ti var. Gənc ak­tyor və ak­tri­sa­lar da çox tə­bii oy­na­yır. On­la­rın təq­dim et­di­yi mə­həb­bət səh­nə­lə­ri həm ül­vi­lik aşı­la­yır, həm də sə­mi­mi­dir. Biz­də yax­şı se­ri­al­lar var, on­la­rın sa­yı da­ha da çox ol­ma­lı­dır".

"Azər­bay­can qa­dı­nı­nın bu şə­kil­də təq­dim edil­mə­si..."

Psi­xo­loq Kö­nül Va­qif­qı­zı­nın söz­lə­ri­nə gö­rə, vi­zu­al sə­nət­də əks olu­nan is­tə­ni­lən ide­ya gənc­lə­rin və ye­ni­yet­mə­lə­rin şüu­ral­tın­da özü­nə yer tu­tur: "Se­ri­al qəh­rə­man­la­rı hə­mi­şə gənc­lər üçün ör­nək olub. Ya­dı­nı­za gə­lir­sə, bir vaxt­lar öl­kə­miz­də La­tın Ame­ri­ka­sı se­ri­al­la­rı dəb idi. Bə­zi qız­lar öz­lə­ri­ni o se­ri­al­la­rın qəh­rə­man­la­rı­na bən­zə­dir­di. Bu gün biz­də çə­ki­lən se­ri­al­la­rın bə­zi­lə­rin­də La­tın Ame­ri­ka­sı se­ri­al­la­rı­nın tə­si­ri­ni du­yu­ram. Azər­bay­can qa­dı­nı­nın bu şə­kil­də təq­dim edil­mə­si düz­gün de­yil. Bu, gənc­lər üçün pis nü­mu­nə­dir. Yün­gül hə­yat tər­zi ke­çi­rən qız­la­rın hə­ya­tı­nı ob­raz­la­rın di­li ilə bu qə­dər rek­lam et­mək ol­maz. Bu­nun­la gənc­lə­rin mə­nə­vi-əx­la­qi tər­bi­yə­si­nə zi­yan vu­ru­ruq. Diq­qət­li ol­saq yax­şı­dır. Nar­ko­ti­ki, fa­hi­şə­li­yi, hə­ya­sız­lı­ğı, ai­lə də­yər­lə­ri­nə hör­mət­siz­li­yi ek­ran­la­ra sıx-sıx gə­tir­dik­cə, əs­lin­də, on­la­rı tən­qid və if­şa ob­yek­ti­nə çe­vir­mi­rik, bu mən­fi hal­la­rı təb­liğ et­miş olu­ruq".

İra­də SA­RI­YE­VA

Son xəbərlər