20/09/2017 06:05
728 x 90

So­na Və­li­ye­va­nın poe­zi­ya­sın­da su­fi və hü­ru­fi­li­yə dö­nüş

img

İs­te­dad­lı şai­rə So­na Və­li­ye­va­nın "Araz­ba­rı" şe­ir­lər ki­ta­bın­dan son­ra da­ha ye­ni bir "Dün­ya Tan­rı bi­çim­də­dir" ad­lı ki­ta­bı da işıq üzü gör­dü.

Poe­zi­ya­sı­nı mü­ta­ma­di iz­lə­di­yim bu xa­nı­mın şe­ir­lə­ri mü­kəm­məl­li­yi­nə, üs­lu­bu­na, in­sa­nın da­xi­li alə­mi­nin açı­lıb çö­zül­mə­sin­də, için­dən gə­lən ila­hi eşq ax­ta­rı­şı­na yük­səl­mə­sin­də, eti­raf et­mə­li­yəm ki, müa­sir­lə­rin poe­zi­ya­sın­dan kök­lü şə­kil­də fərq­lə­nir. Şai­rə, san­ki su­fi və hü­ru­fi şa­ir­lə­ri­nin beş yüz il bun­dan ön­cə ya­şa­mış ruh­la­rı­nı ça­ğı­rır, bu mək­təb­lə­rin it­miş iz­lə­ri­nə dü­şüb on­la­rı tap­maq və di­rilt­mək­də qə­tiy­yət gös­tə­rir və bu­na na­il olur da.

Mə­lum­dur ki, su­fi­lər­də ila­hi eş­qə çat­maq üçün dörd mər­hə­lə­ni ad­la­maq gə­rək­dir. Ada­şım Yu­nus İm­rə de­miş­kən:

"Şə­ri­ət, Tə­ri­qət yo­lu­dur va­ran

Hə­qi­qət, Mə­ri­fət on­dan içə­ri"

 Hü­ru­fi­lər­də isə Tan­rı özü­nü hərf­lər­də və rə­qəm­lər­də tə­cəl­li edir.

Ma­raq­lı­dır ki, So­na xa­nım hər iki yo­lu vəh­dət­də gö­tü­rür və bu yol­la İla­hi eş­qin də­rin­li­yi­nə va­rır, əq­lin və el­min bir­li­yi­ni İla­hi his­sə və eş­qə çe­vir­mə­yi ba­ca­rır.

Ki­ta­bın adı "Dün­ya Tan­rı bi­çim­də­dir". Elə ki­ta­bın adı, ar­tıq çox şe­yi de­yir, çox mət­ləb­lə­ri özün­də eh­ti­va edir, mü­əl­li­fin or­ta­ya qoy­du­ğu ide­ya­ya sa­diq­li­yi­ni gös­tə­rir.

Dün­ya Tan­rı bi­çim­dəy­di,

Haq­qın nu­ru içim­dəy­di.

Bö­yük kim­di, ki­çik nəy­di?

Söy­lə­dir­lər mən də gəl­dim.

Adi oxu­cu be­lə fi­kir­lə­şə bi­lər ki, "Dün­ya Tan­rı bi­çim­də­dir"mis­ra­sı Tan­rı­nın dün­ya­ya sığ­ma­sı de­mək­dir. Am­ma Han­sı dün­ya­ya? Bu­ra­da fik­rin, eş­qin də­rin­li­yi in­sa­nı kai­na­tın uc­suz-bu­caq­sız, so­nu gö­rün­mə­yən və bi­lin­mə­yən ən­gin­lik­lə­ri­nə, də­rin­lik­lə­ri­nə apa­rır. Şai­rə bu ən­gin­lik­lə­ri və də­rin­lik­lə­ri dərk et­mək, fəth et­mək is­tə­yir.

Bu­ra­da hü­ru­fi şai­ri Nə­si­mi­nin

"Mən­də sı­ğa­ri­kən ca­han, mən bu ca­ha­na sığ­ma­ram" mis­ra­sı elə bil So­na xa­nı­mın müa­sir və da­ha sa­də dil­də "Dün­ya Tan­rı bi­çim­də­dir" mis­ra­sı ey­ni­lik təş­kil edir de­sək ya­nıl­ma­rıq.

Bu ba­xım­dan şai­rə­nin "Ol" dan əv­vəl­ki "Söz­də­nəm" şei­ri su­fi və hü­ru­fi şai­ri Şah İs­ma­yıl Xə­tai­nin

"Yer yox ikən, göy yox ikən ta əzəl­dən var idim

Cöv­hə­rin yek­da­nə­sin­dən il­lə­ri pər­gar idim"

bey­ti, ya­xud onun:

"Haq­qın qa­pı­sın­dan gir­dim,

Kən­di vü­cu­du­mu gör­düm,

Mə­ri­fət qa­za­nın qur­dum,

Eş­qi qay­na­dan kü­rə­yə.

gə­ray­lı­sı, So­na xa­nı­mın

"Bəxt ya­zı­sın ya­zan var­mış,

Çox is­tə­yən az­dan ol­muş,

Ömür al­maz­sız na­ğıl­mış,

Gəl­mi­şik qu­laq as­ma­ğa

 

Mən ki­məm, ki­mim var bur­da?

Gəl­dim nə­yi ax­tar­ma­ğa?

Dün­ya yol üs­tə güz­güy­müş,

Gəl­dim özü­mə bax­ma­ğa. - bənd­lə­ri ilə

ox­şar­lıq təş­kil edir. San­ki hər iki­si­nin ila­hi eşq ax­ta­rı­şın­da yol­la­rı kə­si­şir, bir-bi­ri­nin ruh­la­rı şe­ir məc­li­si təş­kil edib de­yiş­mə­yə baş­la­yır­lar.

Xə­tai­də "Kən­di vü­cu­du­mu gör­düm", - So­na xa­nım­da isə "Gəl­dim özü­mə bax­ma­ğa" mis­ra­la­rı de­dik­lə­ri­mi­zi  təs­diq­lə­yir.

Ya­xud, Xə­tai­nin;

"İki əlin qı­zıl qan­da,

Çox gü­nah­lar var­dı mən­də,

Ya İla­hi, kə­rəm sən­də

Düş­gün qu­la nə­zər ey­lə".

So­na Və­li­ye­va­nın;

"Əlim göy­də, haqq önün­də,

Du­am içim­dən də­rin­də.

İn­san şey­tan xis­lə­tin­də

Dü­şüb şey­tan­dan qa­ba­ğa" - bənd­lə­ri

fa­ni dün­ya­da şey­ta­nın əmə­lin­dən Tan­rı­dan əfv di­lər, kə­rəm ey­lə­mə­si­ni ca­ni-dil­dən ar­zu­la­yır­lar. Hər iki­si gö­zəl an­la­yır ki, İla­hi eş­qə ge­dən yol­da şey­ta­ni əməl­lər on­la­rın qar­şı­sı­nı kə­sə bi­lər, am­ma şey­ta­nın kəs­di­yi yol dəf edil­mə­li­dir. Odur ki, şai­rə ya­zır;

Əma­nət ver­di­yim ru­hum­la,

Sən­dən öz­gə­yə oxun­ma­yan

İki əməl dəf­tə­rim­lə...

Sə­nə dö­nə­cə­yəm...

Son əv­və­lə qa­yı­da­caq.

So­na xa­nı­mın şe­ir­lə­rin­də Tə­səv­vüf el­mi du­yu­lur. Mə­lum­dur ki, bu elm sək­kiz hiss üzə­rin­də qu­ru­lub: tə­miz­lik, ra­zı­lıq, səbr, işa­rət, qür­bət, yun pal­tar ge­yin­mə, sə­ya­hət, fə­qir­lik. Tə­miz­lik İb­ra­hi­mə, ra­zı­lıq İs­ha­qa, səbr Əy­yu­ba, işa­rət Zə­kə­riy­ya­ya, qür­bət Yəh­ya­ya, yun pal­tar Mu­sa­ya, sə­ya­hət İsa­ya fə­qir­lik (eh­ti­yac, bir Al­la­ha eh­ti­ya­cı ol­maq) Mə­həm­məd (c) pey­ğəm­bər­lə­rə məx­sus­dur.

Şai­rə şer ya­za-ya­za tə­vaf­da­dır:

"Yal­lı" ça­lı­nır.

Yad­daş oya­nır.

Bu, oyun de­yil,

tə­vaf­dır, tə­vaf

"Ya Al­lah, Ya Al­lah".-

Su­fiz­min son nöq­tə­si Ka­mil İn­san ol­maq­dır. Su­fiz­min son qa­yə­si, mü­əy­yən za­man kə­si­yin­də ya­ra­dıl­maq­la, məh­rum ol­du­ğu əsl bə­qa (haq­la var ol­maq) ha­lı­nın dö­nü­şü­nə ha­zır­lıq ola­raq fə­na (in­sa­ni­li­yin haqq nu­run­da yox ol­ma­sı, ru­hun mad­di­lik­dən azad ol­ma­sı) ha­lı­na çat­maq­dır.

Bu ba­xım­dan onun "Mil­yon il əv­vəl" şei­ri  yu­xa­rı­da yaz­dıq­la­rı­mı­zı təs­diq­lə­miş ki­mi olur:

Yer üzü bom­boş idi,

Mə­nim qəl­bim ki­mi...

Tan­rı "Ol" de­di.

Sən qar­şı­ma şıx­dın...

Mən sən "Ol"dum...

Şei­rin­dən də gö­rün­dü­yü ki­mi şai­rə şe­ir­lə­ri­nin için­də haq­qın nu­ru ilə əri­yir. Tan­rı­nın "Ol" u olur.

Am­ma, So­na Və­li­ye­va­nın şe­ir­lə­rin­dən su­fi və hü­ru­fi­lik­lə ya­na­şı şa­man­lıq, qam­lıq (maq­lıq) da var. Za­tən bun­la­rın ha­mı­sı hə­mi­şə vəh­dət­də olub, sa­də­cə ola­raq şa­man­lıq və qam­lıq is­la­ma qə­dər ki, döv­rə aid ol­du­ğu üçün çox za­man bun­la­rı bir-bi­rin­dən ayı­rır­lar.An­caq, is­tə­ni­lən hal­da bun­la­rın ha­mı­sı­nın mən­bə­yin­də Ali İn­sa­ni hiss və Söz du­rur.

Şai­rə Ali duy­ğu­su­na güc ve­rib "Söz"ün yo­lu­na çı­xır:

Sö­zün qırx qa­pı­sın açıb gö­rə­rəm,

Dö­zü­müm sa­çım­dan ası­lıb gö­yə.

Ca­nım söz için­də se­hir­li quş­dur,

Bir igid gə­lə­cək xi­las et­mə­yə.

 

Açı­lar öm­rü­mün köz kar­xa­na­sı.

Sö­kü­lər dərd yü­kü, söz bar­xa­na­sı,

Al­lah­la aram­da kör­pü ola­sı

Sə­tir bö­yü­dü­rəm ona yet­mə­yə,

Şai­rə sə­ti­ri bö­yü­düb tan­rı­ya çat­maq is­tə­yir, sö­zün gü­cü­nü Ali hiss­lə bir­ləş­di­rib əq­lin və el­min nu­ru­nu ya­ra­dır:

Qa­la­caq ru­hu­mun yü­kü sö­züm­də

O, mən­dən doy­ma­dı, doy­ma­dım on­dan

Mən "Ol"la gəl­miş­dim, "Öl"lə ge­di­rəm,

Ya­şa­maq ümi­dim baş­la­yar son­dan

Bü­tov­lük­də ki­tab çox gö­zəl, sə­mi­mi, in­sa­ni şe­ir­lər­lə zən­gin­dir. Bu­ra­da bir ru­hun, ana­nın psi­xo­lo­ji ha­ra­yı, na­lə­si, və­tən ha­ra­yı, mil­lət ha­ra­yı, sev­gi ha­ra­yı, tor­paq ha­ra­yı var. Am­ma bu ha­ray­lar səs­siz­dir. İn­san tək­ba­şı­na Tan­rı­sı ilə səs­siz-sə­mir­siz pı­çıl­daş­dı­ğı ki­mi

Tan­rı­nın eş­qi­nə na­il olun!

Yu­nus Oğuz

Son xəbərlər