19/10/2017 18:43
728 x 90

"Qaç­qın te­atr­la­rı­mız" da Qa­ra­bağ uğ­run­da inam­la dö­yü­şür...

img

Sər­vər Əli­yev: "Bi­na­mız əsas­lı şə­kil­də tə­mir edi­lib, mad­di-tex­ni­ki ba­za gü­nün tə­ləb­lə­ri­nə ca­vab ve­rir"

Va­qif Və­li­yev: "2003-cü il­də Fü­zu­li Te­at­rı­nın hə­ya­tın­da bö­yük qa­yı­dış baş ver­di və biz Ho­ra­di­zə qa­yıt­dıq"

 

"Qaç­qın te­atr­lar" de­yi­mi son il­lər ya­ra­nıb. Er­mə­ni tə­ca­vü­zü yal­nız Dağ­lıq Qa­ra­bağ­da və ət­raf ra­yon­lar­da ya­şa­yan in­san­la­ra de­yil, ey­ni za­man­da mə­də­niy­yə­ti­mi­zə bö­yük zər­bə vu­rub. Bəd­nam qon­şu­la­rı­mı­zın tö­rət­di­yi ter­ror akt­la­rı, hə­ya­ta ke­çir­di­yi se­pa­rat­çı­lıq nə­ti­cə­sin­də mə­də­niy­yət ocaq­la­rı­mız da­ğı­dı­lıb, te­atr­la­rı­mız məhv ol­maq təh­lü­kə­si ilə üz­lə­şib. Er­mə­ni zül­mün­dən xi­las olan te­atr­lar qaç­qın ta­le­yi ya­şa­ma­ğa məh­kum olu­nub.

Bu gün Şu­şa Mu­si­qi­li Dram Te­at­rı, Ağ­dam Döv­lət Dram Te­at­rı, Fü­zi­li Döv­lət Dram Te­at­rı qaç­qın və­ziy­yət­də fəa­liy­yə­ti­ni da­vam et­di­rir. Er­mə­ni tə­ca­vü­zü bö­yük ənə­nə­lə­rə ma­lik olan hər üç te­at­rın in­ki­şa­fı­na söz­süz ki, zər­bə vu­rub.

Bu te­atr­la­rın əmək­daş­la­rı­nın, de­mək olar ki, ək­sə­riy­yə­ti həm də Qa­ra­bağ sa­va­şın­da er­mə­ni tə­ca­vü­zü­nə qar­şı əlin­də si­lah mü­ba­ri­zə apa­rıb. Bu gün qaç­qın öm­rü ya­şa­ma­ğa məc­bur edi­lən "qaç­qın te­atr­lar" tam gü­cü ilə fəa­liy­yə­ti­ni da­vam et­di­rir. Çün­ki Azər­bay­can döv­lə­ti bu te­atr­la­rın ya­şa­ma­sı üçün la­zı­mi şə­ra­it ya­ra­dır. Döv­lət qay­ğı­sı ilə əha­tə olu­nan te­atr­lar tam gü­cü ilə mə­də­niy­yə­ti­mi­zə xid­mət et­mək­də da­vam edir.

Ha­zır­da Ağ­dam Döv­lət Dram Te­at­rı Ağ­dam ra­yo­nu­nun Qu­zan­lı qə­sə­bə­sin­də, Şu­şa Mu­si­qi­li Döv­lət Te­at­rı Ba­kı­da, Fü­zu­li Döv­lət Dram Te­at­rı isə Fü­zu­li ra­yo­nu­nun Ho­ra­diz şə­hə­rin­də fəa­liy­yə­ti­ni da­vam et­di­rir.  

"Qaç­qın te­atr"ın özü­nü sax­la­ma­sı..."

Ağ­dam Döv­lət Dram Te­at­rı­nın baş re­jis­so­ru, res­pub­li­ka­nın əmək­dar ar­tis­ti Sər­vər Əli­yev bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, te­at­rın fəa­liy­yət gös­tər­mə­si üçün döv­lət tə­rə­fin­dən dəs­tək gös­tə­ri­lir: "Ha­zır­da Ağ­da­mın Qu­zan­lı qə­sə­bə­sin­də fəa­liy­yə­ti­mi­zi da­vam et­di­ri­rik. Yer­ləş­di­yi­miz bi­na qə­sə­bə klu­bu olub vax­ti­lə. Bi­na­mız əsas­lı şə­kil­də tə­mir edi­lib, mad­di-tex­ni­ki ba­za gü­nün tə­ləb­lə­ri­nə ca­vab ve­rir. İş­lə­mə­yi­miz üçün şə­ra­it var, na­ra­zı­lı­ğı­mız yox­dur. Döv­lət qay­ğı­sı ol­ma­dan han­sı­sa bir əya­lət te­at­rı­nın fəa­liy­yət gös­tər­mə­si asan ola bil­məz. "Qaç­qın te­atr"ın özü­nü sax­la­ma­sı isə lap çə­tin olar­dı. Ola bil­sin, pay­taxt­da han­sı­sa bir te­atr özü­nü do­lan­dı­ra bi­lər, am­ma əya­lət­də bu müm­kün de­yil. Te­at­rı­mı­zın zən­gin re­per­tua­rı var. Bu ya­xın­lar­da bir ta­ma­şa təh­vil ver­mi­şik. Ba­kı Uşaq Te­at­rı­nın rəh­bə­ri İn­ti­qam Sol­ta­nı te­at­rı­mı­za də­vət et­dim. O bu­ra­da mü­əl­li­fi ol­du­ğu "Də­lə­duz­lar" əsə­ri­ni ta­ma­şa­ya ha­zır­la­dı, ar­tıq o ta­ma­şa­nı təh­vil ver­mi­şik. İkin­ci ta­ma­şa­mız da var. "Sa­dı­ğın to­yu" ad­lı ta­ma­şa­nı da təh­vil ve­rə­cə­yik. Bu ta­ma­şa­ya Kə­rim Hə­sən­li qu­ru­luş ve­rib".

Te­at­rın üç il ər­zin­də döv­lə­tə 6 ta­ma­şa təh­vil ver­di­yi­ni de­yən S.Əli­yev bil­dir­di ki, bu ta­ma­şa­lar ta­ma­şa­çı­la­rın da xo­şu­na gə­lir. Te­at­ra ta­ma­şa­çı ma­ra­ğın­dan da­nı­şan S.Əli­yev bil­dir­di ki, əv­vəl­ki dövr­lər­lə mü­qa­yi­sə­də te­at­rın ta­ma­şa­çı­sı var: "Biz gər­gin iş­lə­yi­rik. İs­tə­yi­rik ki, ta­ma­şa­la­rı­mız ta­ma­şa­çı­la­rın ürə­yin­cə ol­sun. Ha­zır­da ta­ma­şa­çı kon­tin­gen­ti­miz var. Biz tez-tez mək­təb­li­lər və əs­gər­lər qar­şı­sın­da çı­xış edi­rik. Bi­lir­si­niz ki, Ağ­dam əra­zi­si­nin 70 fa­iz­dən ar­tıq his­sə­si er­mə­ni iş­ğa­lın­da­dır. Ra­yon sa­kin­lə­ri Azər­bay­ca­nın müx­tə­lif böl­gə­lə­ri­nə sə­pə­lə­nib. Bu­nun­la be­lə, ta­ma­şa­çı kor­lu­ğu çək­mi­rik. Düz­dür, tez-tez ta­ma­şa­lar ver­mə­sək də, bü­tün prem­ye­ra­la­rı­mız bö­yük anş­laq­la ke­çir. Ta­ma­şa­çı­lar bi­zi tək qoy­mur".

Ra­yon­la­ra qas­trol sə­fər­lə­ri­nə get­dik­lə­ri­ni de­yən S.Əli­yev qeyd et­di ki, te­atr bir müd­dət əv­vəl Ağ­ca­bə­di­də qas­trol sə­fə­rin­də olub. May ayın­da Zər­dab ra­yo­nu­na ha­zır­laş­dıq­la­rı­nı de­yən baş re­jis­sor, iyun ayın­da da ha­cı­qa­bul­lu­la­rın qo­na­ğı ola­caq­la­rı­nı bil­dir­di: "Pa­yız­da isə Ba­kı­ya im­ta­ha­na gə­lə­cə­yik. Bu im­ta­ha­na ha­zır­la­şı­rıq. Pay­tax­ta Sü­ley­man Rüs­tə­min "Çim­naz xa­nım yu­xu­da" və Va­si­li Si­qa­ro­vun "Ağ ölüm" ta­ma­şa­la­rı­nı gə­tir­mək is­tə­yi­rik. Te­at­rı­mız tam gü­cü ilə iş­lə­yir. Sağ ol­sun döv­lə­ti­miz, bi­zim ya­şa­ma­ğı­mız üçün əlin­dən gə­lə­ni edir. Ağ­dam İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Ra­qub Məm­mə­dov da te­at­rı­mı­za bö­yük qay­ğı gös­tə­rir".  

Sa­rabs­ki­nin te­at­rı...

Fü­zu­li Döv­lət Dram Te­at­rı­nın di­rek­to­ru, əmək­dar mə­də­niy­yət iş­çi­si Va­qif Və­li­yev "Ba­kı-Xə­bər"ə te­at­rın fəa­liy­yə­ti ilə bağ­lı ət­raf­lı mə­lu­mat ver­di. Ha­zır­da döv­lət dəs­tə­yi və qay­ğı­sı sa­yə­sin­də te­at­rın ya­şa­dıl­dı­ğı­nı de­yən V.Və­li­yev qeyd et­di ki, rəh­bər­lik et­di­yi te­at­rın 1 əs­rə ya­xın ya­şı var. "Fü­zu­li Döv­lət Dram Te­at­rı bö­yük ənə­nə­lə­ri olan te­atr­dır. Əv­vəl ra­yo­nu­mu­zun adı Qar­ya­gin olub və o vaxt­lar te­at­rı­mız da Hü­seyn­qu­lu Sa­rabs­ki­nin adı­nı da­şı­yıb. O dövr­də Sa­rabs­ki Qar­ya­gin­dən Du­ma­ya de­pu­tat olub. Sa­rabs­ki də­fə­lər­lə bu te­atr­da məş­hur Məc­nun ro­lu­nu oy­na­yıb. On­dan son­ra isə tə­lə­bə­lə­rin­dən bi­ri olan Ağa­ba­la Ab­dul­la­yev də te­at­rı­mız­da Məc­nun ro­lu­nu ifa edib. Yə­qin mə­lu­ma­tı­nız var, 1953-cü il­də mü­əy­yən sə­bəb­lər­dən əya­lət te­atr­la­rı bağ­lan­dı, o cüm­lə­dən də Fü­zu­li te­at­rı bağ­lan­maq ta­le­yi ya­şa­dı. La­kin te­at­rı­mı­zın bir ne­çə fə­da­ka­rı te­at­rın oca­ğı­nı sön­mə­yə qoy­ma­yıb və xalq te­at­rı ya­ra­dıb. Ke­çən əs­rin 80-ci il­lə­ri­nin son­la­rın­da xalq te­at­rı­nın ba­za­sın­da Fü­zu­li Döv­lət Dram Te­at­rı ya­ra­dı­lıb. Bi­zim te­at­rın 1 əs­rə ya­xın ya­şı var. Tə­əs­süf­lər ol­sun ki, te­at­rı­mı­zın ya­ran­ma ta­ri­xi qan­lı-qa­da­lı Qa­ra­bağ mü­ha­ri­bə­si­nə tə­sa­düf edib. Fü­zu­li te­at­rı çox bö­yük məh­ru­miy­yət­lər­dən ad­la­yıb. 1988-ci il­dən baş­la­ya­raq Qa­ra­bağ mü­na­qi­şə­si baş­la­dı və əra­zi­də yer­ləş­di­yi üçün te­at­rı­mız da mü­tə­ma­di ola­raq er­mə­ni qul­dur­la­rı­nın hü­cu­mu­na mə­ruz qa­lıb. Er­mə­ni­lər tez-tez müx­tə­lif çap­lı si­lah­lar­dan ra­yon mər­kə­zi­ni atə­şə tu­tur­du. Bu­na gö­rə də 1991-ci il­də Ho­ra­diz qə­sə­bə klu­bu­na yer­ləş­di­ril­dik. O vaxt­dan in­di­yə qə­dər te­atr bir də­qi­qə də ol­sun fəa­liy­yə­ti­ni da­yan­dır­ma­yıb" - de­yə te­atr di­rek­to­ru bil­dir­di.

Fü­zu­li Te­at­rı­nın Sum­qa­yıt döv­rü

V.Və­li­ye­vin söz­lə­ri­nə gö­rə, te­atr o il­lər də, in­di də cəb­hə böl­gə­sin­də ta­ma­şa­lar­la çı­xış edir. 1993-cü ilin mə­lum ha­di­sə­lə­rin­dən son­ra Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və Fü­zu­li Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin qə­ra­rı­na əsa­sən, te­at­rın Sum­qa­yıt şə­hə­ri­nə kö­çü­rül­dü­yü­nü və Sum­qa­yıt Döv­lət Dram Te­at­rı­nın bi­na­sın­da fəa­liy­yə­ti­ni da­vam et­dir­di­yi­ni de­yən V.Və­li­yev bil­dir­di ki, Sum­qa­yıt döv­rü te­at­ra bö­yük nai­liy­yət­lər qa­zan­dı­rıb: "Ba­kı au­ra­sı­na ya­xın yer­də fəa­liy­yət gös­tər­mə­yi­miz, elə­cə də Sum­qa­yıt Te­at­rı ilə ya­xın­lı­ğı­mız te­at­rı­mız üçün bö­yük mək­təb ro­lu­nu oy­na­dı. Bu­ra­da­kı sə­nət­kar­la­rın ak­tyor və re­jis­sor ki­mi Fü­zu­li Te­at­rı­na də­vət edil­mə­si müs­bət mə­na­da tə­sir­siz ötüş­mə­di, ya­ra­dı­cı­lıq sa­hə­sin­də yad­da­qa­lan iş­lər gör­dük. Sum­qa­yıt Te­at­rı­nın baş re­jis­so­ru, res­pub­li­ka­nın əmək­dar ar­tis­ti Fi­ru­din Mə­hər­rə­mov Cə­lil Məm­məd­qu­lu­za­də­nin "Da­na­baş kən­di­nin əh­va­lat­la­rı" po­ves­ti­ni "Da­na­baş­lar" adı ilə səh­nə­ləş­dir­di və bu ta­ma­şa te­at­rı­mı­za bö­yük uğur gə­tir­di. Ey­ni za­man­da da te­at­rı­mı­zın ta­ri­xi­nə mo­nu­men­tal ta­ma­şa ki­mi düş­dü. O vaxt AzTV tam ola­raq bu ta­ma­şa­nı çə­kib qı­zıl fon­da da­xil et­di. Fi­ru­din Mə­hər­rə­mo­vun qu­ru­lu­şun­da Cə­fər Cab­bar­lı­nın "Al­maz", "Ay­dın", Mər­kəz Qa­ca­rın "Qa­ba­nın sə­fə­ri" al­le­qo­rik əsə­ri uğur­la ta­ma­şa­ya qo­yul­du. Res­pub­li­ka­nın xalq ar­tis­ti Va­leh Kə­ri­mo­vun qu­ru­luş ver­di­yi Nov­ruz Gən­cə­li­nin "Ni­yə di­ril­mi­sən?" əsə­ri də ma­raq­lı ta­ma­şa­lar­dan­dır".

Te­at­rın Sum­qa­yıt­da fəa­liy­yət gös­tər­di­yi il­lər­də müx­tə­lif fes­ti­val­la­ra qa­tıl­dı­ğı­nı de­yən V.Və­li­yev bil­dir­di ki, mo­no­ta­ma­şa­lar fes­ti­va­lın­da te­atr xü­su­si­lə fərq­lə­nib.

Ho­ra­di­zə bö­yük qa­yı­dış...

O qeyd et­di ki, Sum­qa­yıt­da fəa­liy­yət gös­tər­dik­lə­ri dövr­də Fü­zu­li­yə qa­yıt­maq is­tək­lə­rin­dən əl çək­mə­yib­lər və nə­ha­yət, o gün te­atr kol­lek­ti­vi­nə nə­sib olub. On­lar Fü­zu­li­nin mər­kə­zi­nə qa­yı­da bil­mə­sə­lər də, Ho­ra­di­zə qa­yıt­ma­ğa na­il olub­lar: "Ra­yon rəh­bər­li­yi bi­zə de­yir­di ki, şə­ra­it ya­ra­nan ki­mi te­at­rı Ho­ra­di­zə qay­ta­ra­ca­ğıq. 2003-cü il­də Fü­zu­li Te­at­rı­nın hə­ya­tın­da bö­yük qa­yı­dış baş ver­di və biz Ho­ra­di­zə qa­yıt­dıq və bu­ra­da klu­ba yer­ləş­di­ril­dik. 2013-cü il­də ha­zır­da yer­ləş­di­yi­miz bi­na əsas­lı tə­mir olun­du və açı­lış­da cə­nab Pre­zi­dent iş­ti­rak edir­di. Son­ra mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev və ic­ra baş­çı­mız Alı Alı­yev bi­zi bi­na ilə tə­min et­di. Te­atr bi­na­sı müa­sir Av­ro­pa stan­dart­la­rı­na uy­ğun qu­ru­lub, ye­ni tex­no­lo­gi­ya ilə təc­hiz edi­lib. Bi­zə bu bi­na­nı döv­lət ər­ma­ğan et­di. Söz­süz ki, bu da bi­zə bö­yük ya­ra­dı­cı­lıq ru­hu ver­di".

Te­at­ra gənc­lə­rin bö­yük ma­raq gös­tər­di­yi­ni de­yən V.Və­li­yev qeyd et­di ki, Ba­kı­dan bu­ra ak­tyor və ak­tri­sa də­vət et­mək çə­tin­dir, on­lar bu­ra gə­lən­də ya­şa­ma­la­rı üçün şə­ra­it, yük­sək əmək­haq­qı is­tə­yir. O bil­dir­di ki, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin qə­ra­rı ilə Fü­zu­li Te­at­rın­da da te­atr stu­di­ya­sı fəa­liy­yət gös­tə­rir və gənc kadr­lar bu stu­di­ya­da ye­tiş­di­ri­lir: "Bi­lir­si­niz ki, Ba­kı­dan ak­tyor və ak­tri­sa də­vət et­mək bir az prob­lem­dir. Çün­ki on­lar gə­lən­də yük­sək əmək­haq­qı, mən­zil şə­rai­ti is­tə­yir. Tə­bii ki, biz cəb­hə böl­gə­sin­də yer­ləş­di­yi­miz üçün, mü­tə­ma­di ola­raq bəd­nam qon­şu­la­rı­mız bi­zi atə­şə tu­tur. Biz ar­tıq bu­na öy­rəş­mi­şik. Ar­tıq üç il olar ki, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi te­atr­lar­da te­atr stu­di­ya­la­rı açıb. Bu stu­di­ya­lar bi­zə im­kan ve­rir ki, or­ta mək­tə­bi bi­ti­rən və xü­su­si is­te­da­dı olan gənc­lə­ri te­at­ra cəlb edək. Qa­ra­bağ­lı ol­duq­la­rı üçün bi­zim ak­tyor və ak­tri­sa­la­rın gö­zəl səs im­kan­la­rı da var. İs­te­dad­lı gənc­lə­ri­miz çox­dur. Biz on­la­rı mü­sa­bi­qə yo­lu ilə stu­di­ya­ya cəlb edi­rik və on­la­ra pro­fes­sio­nal ak­tyor­lar tə­rə­fin­dən dərs­lər ke­çi­ri­lir. Son­ra isə on­lar te­at­ra işə qə­bul edi­lir. De­yim ki, bu iş bö­yük ef­fekt ve­rir".

V.Və­li­yev qeyd et­di ki, te­atr tez-tez əs­gər­lər qar­şı­sın­da çı­xış­lar edir. O bil­dir­di ki, ya­xın vaxt­lar­da te­at­rın Kür­də­mir şə­hə­ri­nə qas­trol sə­fə­ri göz­lə­nir. V.Və­li­yev çə­tin­lik­lə­rə bax­ma­ya­raq, kol­lek­ti­vin te­at­ra sa­diq ol­du­ğu­nu de­di. O, həm­çi­nin, vur­ğu­la­dı ki, tez­lik­lə tor­paq­la­rı­mı­zın iş­ğal­dan azad olu­na­ca­ğı­na və Fü­zu­li Te­at­rı­nın ra­yon mər­kə­zi­nə qa­yı­dıb ora­da fəa­liy­yət gös­tə­rə­cə­yi­nə ina­nır.

İra­də SA­RI­YE­VA

Son xəbərlər