30/04/2017 13:03
728 x 90

Ədə­bi dər­nək­lər mü­a­sir ədə­bi pro­se­sə tə­kan ve­rə bi­lir­mi?

img

Ək­bər Qo­şa­lı: "Baş­qa bir mə­qam isə ədə­bi dər­nək­lə­rin..."

Hik­mət Mə­lik­za­də: "Dər­nək­lər nə za­man­lar­sa ye­ni im­za­lar ye­tiş­di­rib"

Fə­ri­də Lə­man: "Dər­nək­lə­rin ak­tiv, iş­gü­zar fə­a­liy­yə­ti da­nıl­maz­dır"

 

Ədə­bi pro­se­sə dəs­tək ve­rən amil­lər, ümu­mi­lik­də bu is­ti­qa­mə­ti yön­lən­di­rən fak­tor­lar­dan bi­ri za­man-za­man fə­a­liy­yət gös­tə­rən ədə­bi dər­nək­lər olub. Ədə­bi dər­nək­lər ay­rı-ay­rı çağ­lar­da ədə­biy­ya­ta müs­bət tə­sir bəxş edib. Bi­lir­siz ki, hər za­man ədə­bi dər­nək­lər­də ye­ni im­za­lar üzə çı­xıb, bu im­za­lar ədə­biy­ya­ta xid­mət edib. Azər­bay­can ədə­biy­ya­tı­nın gör­kəm­li si­ma­la­rı­nın iş­ti­ra­kı ilə təş­kil edi­lən ədə­bi dər­nək­lər ger­çək bir ədə­biy­yat evi ro­lu­nu oy­na­yıb.

Bu gün də bə­zi ədə­bi dər­nək­lər var, fə­a­liy­yət gös­tə­rir. An­caq bir qə­dər on­la­rın ro­lu zə­if gö­rü­nür.  Mü­şa­hi­də­lər gös­tə­rir ki, bu dər­nək­lər, po­e­zi­ya klub­la­rı ədə­bi pro­se­sə elə də də­rin­dən nü­fuz edə bil­mir. Hal­bu­ki, za­man var­dı ədə­bi dər­nək­lər­də ye­ti­şən şa­ir və ya­zı­çı­la­rın bir əsə­ri ədə­bi pro­se­sin in­ki­şa­fı­na tə­kan ve­rir, onu sü­rət­lən­di­rir­di.

Bə­zi ekspertlə­rin fik­rin­cə, bu gün ümu­miy­yət­lə ədə­bi dər­nə­yin möv­cud­lu­ğu ədə­biy­ya­ta heç nə ver­mir. Çün­ki in­for­ma­si­ya kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­sı­nın (İKT) in­ki­şa­fı, tex­ni­ki tə­rəq­qi on­la­rın ro­lu­nu ki­çil­dir. Qeyd edi­lə­nə gö­rə, bu gün ya­zar­lar ədə­bi dər­nək­lə­rə get­mək­dən­sə öz əsər­lə­ri­ni so­si­al şə­bə­kə­də, saytlar­da ya­yır, müx­tə­lif in­ter­net for­dum­lar­da ta­nı­dır. Bir qrup ədə­biy­yat­şü­nas he­sab edir ki, ədə­bi dər­nək­lər han­sı­sa za­man üçün ak­tu­al olub. Yə­ni ke­çən il­lər­də şa­ir və ya­zı­çı­la­rın çap olun­ma prob­le­mi var­dı. On­lar da ədə­bi üfü­qə çıx­maq yo­lu­nu dər­nək­lə­rə qo­şul­maq­da gö­rür­dü. Yə­ni on­lar bu dər­nək­lə­rin xət­ti ilə çap olu­nur, im­za­la­rı­nı ta­nı­dır, bu­nun­la da ədə­bi alə­mə da­xil olur­du. Am­ma bu gün heç bir şa­ir və ya­zı­çı­nın əsə­ri­ni çap et­dir­mək, yay­maq ba­rə­də çə­tin­li­yi yox­du. 

Şa­ir Ək­bər Qo­şa­lı "Ba­kı-Xə­bər"ə bil­dir­di ki, bu gün ya­zar­lar ədə­bi dər­nək­lər­dən da­ha çox so­si­al şə­bə­kə­dən ya­rar­la­nır və əsər­lə­ri­ni ya­yır. Onun söz­lə­ri­nə gö­rə, ya­zar­la­rın öz dün­ya­la­rı­na dal­ma­sı, fi­kir və təc­rü­bə mü­ba­di­lə­si et­mə­si, ha­be­lə gənc is­te­dad­la­rın üzə çıx­ma­sı, us­tad sö­zü eşit­mə­si ba­xı­mın­dan o dər­nək­lər za­ma­nın­da ya­rar­lı olub:"... Bu gün isə və­ziy­yət fərqli­di. Mən bu hal(lar)ı so­si­al şə­bə­kə­lə­rin ge­niş­lən­mə­si, pay­taxt ədə­bi mü­hi­ti ilə böl­gə­lə­rin da­ha uyum­lu şə­kil­də qay­na­yıb-qa­rı­şı bil­mə im­ka­nı, ha­be­lə fərqli axım­la­ra məx­sus ya­zar­la­rın bu fərqli­lik­lə­ri da­ha çox so­si­al şə­bə­kə­lər və öz saytla­rı üzə­rin­dən ic­ti­ma­i­ləş­dir­mə­lə­ri ilə izah edər­dim. Baş­qa bir mə­qam isə ədə­bi dər­nək­lə­rin ha­va­sı­nın müs­tə­qil ədə­bi bir­lik­lə­rə da­şın­ma­sı ilə bağ­lı­dır. İn­di bir çox gənclə­rin us­tad gö­zü ilə gör­dü­yü ün­lü ədib­lə­ri­miz, ədə­biy­yat­şü­nas­la­rı­mız da so­si­al şə­bə­kə­lər­dən ya­rar­la­nır. Məm­məd İs­ma­yıl, Ba­rat Vü­sal, Ra­miz Qu­sar­çay­lı, Rüs­təm Beh­ru­di və baş­qa­la­rı ilə, ha­be­lə res­pub­li­ka xa­ri­cin­də­ki ya­zar­lar­la fərqli ün­van­lar­dan, gü­nün fərqli sa­at­la­rın­da, fərqli ov­qat­lar­da fi­kir alış-ve­ri­şin­də ol­ma für­sə­ti var­kən, gənclər tə­bii ki, bu für­sə­ti qa­çır­maz­lar..."

Şa­ir Hik­mət Mə­lik­za­də bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, bu gün ədə­bi dər­nək­lər ədə­biy­ya­ta xid­mət et­mək yo­lu­nu tut­ma­yıb: "Dər­nək­lər nə za­man­lar­sa ye­ni im­za­lar ye­tiş­di­rib. Bu gün şa­ir və şe­ir bol­lu­ğu­dur - dər­nək­lər də na­şı­la­rın əlin­də­dir. Və ən əsa­sı, sağ­lam və dü­rüst tən­qid yox­dur. Ona gö­rə ha­zır­kı dər­nək­lər ye­ni im­za kəşf et­mək güc­lə­ri­ni iti­rir­lər. Tə­əs­süf ki, ən po­pul­yar tən­qid­çi be­lə ədə­bi tə­rif ya­zır, yal­nız öz "ba­də dos­tu"nu tə­rif ya­ğı­şı­na tu­tur. Be­lə hal­da, tə­bii ki, in­ki­şaf ol­ma­ya­caq. Açı­ğı, hər ədə­bi dər­nək bir ədə­biy­yat insti­tu­tu tə­si­ri ba­ğış­la­ma­lı­dır. Bi­lir­siz, vic­dan­lı tən­qid ger­çək söz adam­la­rı­nı ba­şı­na top­la­ma­lı, on­la­rı ədə­biy­yat çə­pə­ri ilə ta­nış et­mə­li­dir. Ne­cə ki, so­vet ədə­bi tən­qi­di ədə­biy­yat göy­də­lə­ni­nə gör­kəm­li şa­ir­lər yı­ğa bil­di. Bu­gün­kü cü­zi ədə­bi in­ki­şaf kor­tə­bii - həm də fər­di meyllər­dən qay­naq­la­nır. Bu sa­hə­nin in­ki­şa­fı üçün tək­lif­lər et­mək olar. An­caq tək­lif və məs­lə­hət­lər çox­dur, fə­qət de­yi­lən­lə­rə əməl olu­na­caq­mı? Bax, əsas mə­sə­lə bu­dur".

"Məh­sə­ti "Şa­ir­lər Məc­li­si İc­ti­mai Bir­li­yi­nin rəh­bə­ri, şa­i­rə Fər­də Lə­ma­nın fik­rin­cə isə, ədə­bi dər­nək­lə­rin fə­a­liy­yə­ti va­cib­dir və on­la­rın in­ki­şa­fı­na dəs­tək ve­ril­mə­li­dir. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can ədə­bi mü­hi­tin­də ta­ri­xən və in­di bir çox ədə­bi məc­lis­lər fə­a­liy­yət gös­tər­miş və in­di də gös­tə­rir: "Bu ədə­bi məc­lis­lər tək­cə mər­kəz­də de­yil, böl­gə­lər­də də ge­niş vü­sət alıb. Bə­zən mə­sa­fə­lər, bə­zən mü­əy­yən səd­lər ya­zar­la­rı o ədə­bi dər­nək­lər, məc­lis­lər ət­ra­fın­da da­ha sıx bir­ləş­di­rir. Qə­ləm əh­li də tə­bii ki, to­xum ki­mi mün­bit bir yer ax­ta­rır və bu­ra­da öz­lə­ri təs­diq­lə­yib ge­niş are­na­la­ra və­si­qə ala bi­lir­lər. Eti­raf edək ki,bu məc­lis­lə­rin za­ma­na və mə­ka­na gö­rə xid­mət­lə­ri da­nıl­maz­dı".

F.Lə­ma­nin bil­dir­di­yi­nə gö­rə, son dövrlər böl­gə­lər­də Azər­bay­can Ya­zar­lar Bir­li­yi­nin zo­na şö­bə­lə­ri fə­a­liy­yət gös­tə­rir. O qeyd et­di ki, bu­na qə­dər hə­min ədə­bi məc­lis­lər, dər­nək­lər tə­man­na­sız ola­raq öz iş­lə­ri­ni gö­rüb, bu gün də gör­mək­də­dir:"Hə­min məc­lis­lər­dən ədə­bi mü­hi­tə is­tə­ni­lən say­da pro­fes­si­o­nal ya­zar­lar qo­şu­lub. İn­di hə­min dər­nək­lər­dən pər­və­riş ta­pan­la­rın bə­zi­lə­ri o məc­lis­lə­rə rəh­bər­lik edir və çox şöh­rət­li qə­ləm adam­la­rı­dı. Böl­gə­lər­də bu məc­lis­lə­rə sö­zün yax­şı mə­na­sın­da bir ac­lıq var. Ədə­bi mü­za­ki­rə­lər, dis­put­lar, yer­li mət­buu or­qan­lar da bu mə­na­da on­la­ra dəs­tək ve­rir. Ədə­bi məc­lis­lər öz "məh­sul­la­rı"nı zo­na şö­bə­lə­ri­nə, on­lar isə mər­kə­zə ötü­rür. Bu mə­na­da bu dər­nək­lə­rin ak­tiv, iş­gü­zar fə­a­liy­yə­ti da­nıl­maz­dı. Rəh­bə­ri ol­du­ğum "Məh­sə­ti "Şa­ir­lər Məc­li­si İc­ti­mai Bir­li­yin­də mən bun­la­rın şa­hi­di­yəm. 2000-ci il­də əbə­di­ya­şar Məh­sə­ti Gən­cə­vi­nin adı ilə ya­rat­dı­ğı­mız bu məc­li­sin ət­ra­fın­da Azər­bay­ca­nı­mı­zın çox də­yər­li, zi­ya­lı xa­nım­la­rı top­laş­dı. Məc­lis nə­in­ki Azər­bay­can­da Tür­ki­yə­də, İran­da ta­nın­dı və qar­şı­lıq­lı gö­rüş­lər ke­çir­dik. İlk də­fə 1992-ci il­də Tür­ki­yə və Azər­bay­can şa­ir­lə­ri­nin şe­ir­lə­rin­də iba­rət "Məh­sə­ti" al­ma­na­xı­nı ha­zır­la­dıq və çap et­dir­dik.Və bu də­yər­li iş­lər in­di da­ha da ge­niş­lə­nib,son vaxtlar bir çox an­to­lo­gi­ya­lar çap edi­lir.Bun­lar ha­mı­sı rəs­mi qu­rum­la­ra bir dəs­tək­dir və söz ada­mı özü­nü ha­ra­da­sa ta­pa bi­lir.

Mən bir məc­lis rəh­bə­ri ki­mi bi­zim adı­mı­za böl­gə­lər­dən, xa­ri­ci öl­kə­lər­dən gə­lən hər kə­sə tə­şək­kü­rü­mü­zü bil­di­ri­rəm. Çün­ki on­la­rın adı­na məc­lis­lər dü­zən­lə­mi­şik, ki­tab­la­rı­nın təq­di­ma­tı­nı ke­çir­mi­şik, ve­ri­liş­lər ha­zır­la­mı­şıq. Bir də gö­zəl­lik on­da­dır ki, yer­li məc­lis­lər bir-bi­ri­lə qar­şı­lıq­lı gö­rüş­lər ke­çi­rir, üzvlər bir-bi­ri­ni ya­xın­dan ta­nı­yır".

İra­də SA­RI­YE­VA

Son xəbərlər