24/08/2017 12:45
728 x 90

Mər­hum Ay­dın Da­da­şov onu xa­tır­la­yan­la­rın gö­zün­də...

"Ay Al­lah, o cür nə­həng adam bu ki­çik ta­bu­ta ne­cə sı­ğı­şıb?"

img

Zül­fiy­yə El­dar­qı­zı: "Han­sı gün qa­ra ge­yin­sək, hə­min gün bi­zi dan­la­yır­dı..."

 

Ay­dın Da­da­şov nik­bin adam idi. Bu in­san ilk də­fə gör­dü­yü adam­la da min il­lə­rin dos­tu, ta­nı­şı ki­mi sa­lam­la­şır, əh­val­la­şır­dı. Onun­la ün­siy­yət­də olan adam vax­tın ne­cə gə­lib keç­di­yi­ni hiss et­məz­di. Onun­la hər möv­zu­da fi­kir mü­ba­di­lə­si apar­maq müm­kün idi. Çün­ki do­lu adam idi. Ürə­yi, içi do­lu adam isə ət­ra­fı üçün çox ma­raq­lı olur.

Ay­dın Da­da­şov Azər­bay­can mə­də­niy­yət və in­cə­sə­nə­ti­nin elə şəx­siy­yət­lə­rin­dən idi ki, onun aç­dı­ğı cı­ğır­dan yüz­lər­lə, min­lər­lə gənc ke­çib ge­də­cək.

A.Da­da­şo­vun və­fa­tı xə­bə­ri bü­tün şə­hə­rə ya­yıl­dı. Bu­na ina­nan da ol­du, inan­ma­yan da. Bə­zi­lə­ri elə dü­şün­dü ki, yə­qin kim­lər­sə onun ölü­mü ba­rə­də şa­yiə ya­yıb. Ölüm isə onu qə­fil ya­xa­la­yıb. Və­fa­tın­dan bir gün əv­vəl de­yib ki, özü­mü yax­şı hiss et­mi­rəm, qor­xu­ram xəs­tə­lə­nib Fi­da­na yük olam. Xəs­tə­li­yi ilə qı­zı­nı in­cit­mək is­tə­mir­di Ay­dın mü­əl­lim. Ümu­miy­yət­lə, o ki­mi in­cit­miş­di ki... Tə­lə­bə­nin dos­tu-sir­da­şı, ən məh­rəm ada­mı idi A.Da­da­şov. Ona gö­rə də, onun ölü­mü­nə ən çox tə­lə­bə­lə­ri ağ­la­yır...

Ta­nın­mış ki­no­şü­nas, ki­nod­ra­ma­turq, re­jis­sor, Azər­bay­can Res­pub­li­ka­sı­nın Əmək­dar İn­cə­sə­nət Xa­di­mi, Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Mü­ka­fa­tı la­u­re­a­tı, fi­lo­lo­gi­ya üz­rə elmlər dok­to­ru, pro­fes­sor Ay­dın Da­da­şo­vun və­fa­tın­dan sar­sı­lan­lar həd­dən ar­tıq çox­dur.

Be­lə in­san­lar­dan bi­ri də İrə­van Döv­lət Azər­bay­can Dram Te­at­rı­nın aktri­sa­sı, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, ta­nı­nan bə­dii qi­ra­ət­çi Zül­fiy­yə El­dar­qı­zı­dır.

Z.El­dar­qı­zı bil­dir­di ki, A.Da­da­şo­vun və­fa­tı xə­bə­ri­ni bö­yük ürə­kağ­rı­sı ilə qar­şı­la­yıb.

"Mən atam və­fat edən­dən son­ra heç be­lə sar­sıl­ma­mış­dım. Ay­dın mü­əl­li­min ölüm xə­bə­ri mə­ni də­rin­dən sar­sıt­dı. İna­nın ki, çox pis ol­mu­şam, özü­mə gə­lə bil­mi­rəm. Biz onu son mən­zi­lə yo­la sal­dıq. O, adı ki­mi işıq­lı idi, xe­yir­se­vər idi, po­zi­tiv idi. Siz onun dəfn mə­ra­i­min­də ol­say­dı­nız, tə­lə­bə­lə­ri­nin ne­cə ağ­la­dı­ğı­nı gö­zü­nüz­lə gö­rər­di­niz. Ay­dın Da­da­şo­vun və­fa­tı doğ­ru­dan da Azər­bay­can in­cə­sə­nə­ti üçün bö­yük it­ki­di. Onun hər bir ki­ta­bı, el­mi əsə­ri gə­lə­cək­də ki­no sa­hə­si üz­rə ye­ti­şə­cək mü­tə­xəs­sis­lər üçün bir ma­yak ola­caq. Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­e­te­ti­nin ki­no­şü­nas­lıq ka­fed­ra­sın­da Ay­dın mü­əl­lim­lə 15 il bir ka­fed­ra­da iş­lə­yib, bir otaq­da otur­mu­şuq. Mə­nim onun haq­qın­da o qə­dər xa­ti­rə­lə­rim var ki, bəl­kə bir ki­ta­ba sığ­maz. Çox xe­yir­xah adam idi. Bi­lir­siz ki, mü­da­fiə ərə­fə­sin­də adam çox gər­gin olur, kə­nar­dan ma­neə tö­rə­dir­lər, sə­nin yaz­dı­ğın işi bi­ri bə­yə­nir, bi­ri bə­yən­mir. Ay­dın mü­əl­lim mü­da­fi­əm­də mə­nə bö­yük da­yaq ol­du. Onun bir sö­zü var­dı:"Möh­kəm ol". Bu sö­zü qu­la­ğım­da sır­ğa elə­mi­şəm. Ay­dın mü­əl­lim­də də­yər­lən­dir­di­yim bir xü­su­siy­yət də var­dı. O çox əda­lət­li adam idi. Hə­mi­şə tə­lə­bə­nin haq­qı­nı mü­da­fiə edir­di. Bəl­kə də heç kəs Ay­dın mü­əl­li­mi mən­dən yax­şı ta­nı­ya bil­məz. Çün­ki biz 15 il bir otaq­da otu­rub, ün­siy­yət­də ol­mu­şuq. Tə­lə­bə­lər baş­qa mü­əl­li­min dər­sin­dən çı­xıb gə­lib Ay­dın Da­da­şo­vun dər­sin­də iş­ti­rak edir­di. Onun 70-ə qə­dər el­mi ki­ta­bı, 300-dən ar­tıq el­mi mə­qa­lə­si var. Ay­dın mü­əl­lim çox­lu say­da dərsli­yin mü­əl­li­fi­dir. Onun və­fa­tı iş­lə­ri­nin ço­xu­nu ya­rım­çıq qoy­du. Əs­lin­də o, Azər­bay­can in­cə­sə­nə­ti üçün da­ha çox iş­lər gö­rə bi­lər­di. So­nun­cu ki­ta­bı mart ayı­nın əv­vəl­lə­rin­də çap­dan çıx­mış­dı, dün­ya ki­no­su ilə bağ­lı idi. De­yir­di ki, in­di də Şərq və Qərb ki­no­su haq­qın­da əsər üzə­rin­də iş­lə­yir. O, iş­lə­ri­ni tə­lə­sə-tə­lə­sə gö­rür­dü, yu­ban­maq is­tə­mir­di. San­ki ölə­cə­yi­ni əv­vəl­cə­dən hiss edir­di. Ona gö­rə də da­vam­lı ola­raq ya­zır­dı. On­da yu­mor his­si çox güc­lü idi. Hə­yat do­luy­du. Bi­zi heç vaxt qa­ra ge­yin­mə­yə qoy­maz­dı. Han­sı gün qa­ra ge­yin­sək, bi­zi dan­la­yır­dı ki, qa­ra bəd­bin­lik gə­ti­rir, ge­yin­mə­yin, əl­van pal­tar­lar ge­yi­nin.

Bir də­fə baş ve­rən ha­di­sə­ni heç unu­da bil­mə­rəm. O bi­lir­di ki, mən ki­no­şü­nas­lıq ka­fed­ra­sın­dan aktyor­luq ka­fed­ra­sı­na keç­mək is­tə­yi­rəm. Bir­mə­na­lı ola­raq mə­nim ora keç­mə­yi­mə ra­zı de­yil­di. Bir də­fə ic­la­sa ge­dir­di, aya­ğa dur­du, qə­zəl de­yə-de­yə otaq­dan çı­xan­da mən də onun ar­xa­sın­ca çıx­dım. Mə­ni gö­rüb de­di ki, Zül­fiy­yə, mən sə­ni ki­no­şü­nas edə bil­mə­dim, sən mə­ni bə­dii qi­ra­ət­çi et­din. Onun­la bağ­lı o qə­dər ma­raq­lı xa­ti­rə­lər var ki..."

Z.El­dar­qı­zı bil­dir­di ki, Ay­dın Da­da­şov hət­ta bə­zən mü­na­si­bət­lə­rə də möv­zu ki­mi ya­na­şır­dı. Onun de­di­yi­nə gö­rə, A.Da­da­şo­vun sse­na­ri qəh­rə­man­la­rı adə­tən özü­nün ya­xın­dan ta­nı­dı­ğı adam­lar olur­du:"Onun dəfn mə­ra­si­min­də çox ta­nın­mış in­san­lar iş­ti­rak edir­di. İn­san se­li­nə ba­xan­da sövq-tə­bii ola­raq ağ­lım­dan keç­di ki, bəl­kə heç Ay­dın mü­əl­lim və­fat et­mə­yib, bu dəfn mə­ra­si­mi də onun sse­na­ri­lə­rin­dən bi­ri­dir. Bə­zən elə uy­dur­ma­lar da­nı­şır­dı ki, ona ina­nır­dın. Son­ra de­yir­di ki, bu mə­nim fan­ta­zi­yam­dı, əsə­ri­min sü­je­ti­dir, sse­na­rim­di. Dü­şü­nü­rəm ki, kaş, ölü­mü də onun növ­bə­ti sse­na­ri­si olay­dı. Ay­dın mü­əl­lim uca­boy, en­li­kü­rək ki­şi idi. Ta­bu­ta ba­xıb dü­şün­düm ki, ay Al­lah, o cür nə­həng adam bu ki­çik ta­bu­ta ne­cə sı­ğı­şıb?

Ay­dın mü­əl­lim qey­ri-adi adam idi və biz onu hə­mi­şə mü­şa­hi­də edir­dik. Onun işıq­lı xa­ti­rə­si hər za­man qəl­bim­də ya­şa­ya­caq. O, unu­dul­maz in­san idi... özü də çox unu­dul­maz".

Z.El­dar­qı­zı son­da qeyd et­di ki, A.Da­da­şo­vun ki­no mə­də­niy­yə­ti ta­ri­xin­də qoy­du­ğu iz­lər za­man keç­dik­cə da­ha ay­dın gö­rü­nə­cək!

Al­lah rəh­mət elə­sin!

Son xəbərlər