19/08/2017 05:52
728 x 90

Sa­dıq El­can­lı­nın "Sir­li söz qa­pı­sı"...

img

Ya­zı­çı-pub­li­sist, əmək­dar jur­na­list, Nax­çı­van MR Əmək­dar İn­cə­sə­nət Xa­di­mi Sa­dıq El­can­lı­nın "Sir­li söz qa­pı­sı" ad­lı ye­ni ki­ta­bı çap­dan çı­xıb. Ki­tab xalq ya­zı­çı­sı El­çi­nin "Sa­dıq El­can­lı haq­qın­da qı­sa dost sö­zü" ad­lı mə­qa­lə­si ilə açı­lır. 

Mə­qa­lə­də xalq ya­zı­çı­sı xü­su­si ola­raq vur­ğu­la­yır ki, "Sa­dıq El­can­lı­nın nəs­ri re­a­list bir nəsrdir, onun he­ka­yə, po­vest və ro­man­la­rın­da hə­ya­tın re­a­list təs­vi­ri əsas yer tu­tur, an­caq bə­zən onun is­te­da­dı və dü­şün­cə­lə­ri, onun bə­dii tə­xəy­yü­lü re­a­lizm cər­çi­və­lə­ri­nə sı­ğış­mır, o, fan­tas­ti­ka­ya, mi­fo­lo­gi­ya­ya mü­ra­ci­ət edir. An­caq bu za­man söh­bət mü­cər­rəd mi­fik bir aləm­dən get­mir, çün­ki bü­tün bun­lar re­a­list ya­zı­çı­nın hə­yat­da, re­al ger­çək­lik­də gör­dük­lə­ri­nin bə­dii es­te­tik ini­ka­sı, yə­ni onun de­di­yim hə­min bə­dii tə­fək­kü­rü­nün ifa­də­si­dir".

Sa­dıq El­can­lı "Əbə­di sev­gi­nin xa­ti­rə­lə­ri", "Yad­daş ya­ra­sı", "Qan­lı quz­ğun mey­da­nı", "Zül­mət" ro­man­la­rı, "Sü­ku­tun so­nu", "Əs­rin qa­zan­cı", "Bir gün­lük it­ki", "Qi­sa­sa qa­yı­dış" po­vestlə­ri, "Yov­şan­lı ya­ma­cın qü­rub ça­ğın­da", "Ya­nıq iyi", "Köh­nə su­al­lar səh­ra­sın­da ye­ni sa­hi­bin sə­hə­ri", "Bir bu­da­ğın ta­rix­çə­si", "İlk iş gü­nü"... he­ka­yə­lə­ri və bu əsər­lə­rin bə­dii-es­te­tik prin­sip­lə­ri­ni əsas­lan­dı­ran el­mi-nə­zə­ri, ədə­bi-tən­qi­di sil­si­lə mə­qa­lə­lə­ri­lə Azər­bay­can nəs­rin­də ye­ni bir yol baş­la­dı, mi­fo­lo­ji-fan­tas­tik is­ti­qa­mə­tin əsa­sı­nı qoy­du, uğur­lu nü­mu­nə­lə­ri­ni təq­dim et­di.

"Sir­li söz qa­pı­sı" ad­lı ye­ni ki­ta­bın­da Sa­lıq El­can­lı­nın son il­lər­də mət­bu­at­da çap et­dir­di­yi he­ka­yə­lə­ri, es­se­lə­ri, ədə­bi-tən­qi­di və pub­li­sis­tik ya­zı­la­rı, elə­cə də gör­kəm­li elm və sə­nət adam­la­rı­nın onun haq­qın­da müx­tə­lif qə­zet və jur­nal­lar­da çap olu­nan mə­qa­lə­lə­ri top­la­nıb.

"Sir­li söz qa­pı­sı" ki­ta­bı­nın ilk bö­lü­mün­də Sa­dıq El­can­lı­nın son il­lər mət­bu­at­da çap olu­nan, ədə­bi ic­ti­ma­iy­yət tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ri­lən "Ye­ni he­ka­yə­lər" sil­si­lə­si təq­dim olu­nur. Da­ha son­ra ki­tab­da mü­əl­li­fin es­se­lə­ri, mə­qa­lə­lə­ri yer alıb.

S.El­can­lı­nın Azər­bay­can Ra­di­o­su­nun 90, Azər­bay­can Te­le­vi­zi­ya­sı­nın 60 il­li­yi mü­na­si­bə­ti­lə yaz­dı­ğı, bü­töv hal­da "525-ci qə­zet", "Olay­lar" və "Bü­töv Azər­bay­can" qə­zet­lə­rin­də çap edi­lən "Bö­yük yo­lun zə­fər zənglə­ri" ad­lı mə­qa­lə­lər sil­si­lə­si (7 mə­qa­lə) ki­ta­bın ay­rı­ca bö­lü­mün­də ve­ri­lib. "Sa­dıq El­can­lı haq­qın­da ya­zı­lan­lar­dan" ad­lı be­şin­ci bö­lüm­də gör­kəm­li elm və sə­nət adam­la­rı­nın müx­tə­lif jur­nal və qə­zet­lər­də çap olu­nan mə­qa­lə­lə­ri təq­dim edi­lir. Ki­ta­bın son bö­lü­mü "Oğuz eli" qə­ze­ti­nin "Ya­zı­çı" xü­su­si bu­ra­xı­lı­şı­nın sə­hi­fə­lə­rin­dən fraq­mentlər" ad­la­nır.

Son söz əvə­zi ola­raq ve­ri­lən "Sir­li söz qa­pı­sı qar­şı­sın­da dü­şün­cə­lər" ad­lı es­se­sin­də Sa­dıq El­can­lı öz hə­yat və sə­nət yol­la­rı­na nə­zər sa­lır, SÖZ haq­qın­da SÖZ de­yir:

"Əsər­lə­ri­mi öm­rü­mün zir­və hə­qi­qət­lə­ri ki­mi ya­şa­dım. "Əbə­di sev­gi­nin xa­ti­rə­lə­ri" ro­ma­nın­da Adəm öv­la­dı­nın hə­yat eş­qi­nə, son­suz sev­gi­si­nə se­vin­dim, "Yad­daş ya­ra­sı" ro­ma­nın­da yurd ye­ri­nin ya­ra­lı yad­daş yol­la­rın­dan keç­dim, "Qan­lı Quz­ğun mey­da­nı" ro­ma­nın­da Oğu­zun ta­rix mey­dan­la­rın­da dərdlə do­la-do­la dü­şün­düm, "Zül­mət" ro­ma­nın­da ba­la­ca işı­ğın ölü­mü­nə hey­rət­lən­dim... Və "Ge­dər­gəl­məz" ad­lı tə­zə ro­ma­nım­da qa­la­lı qəl­bin qu­zey qar­la­rı üşü­dür, Sö­zün gü­ney­lə­ri ça­ğı­rır mə­ni.

Qəl­bin, ru­hun da­yaq­la­rı möh­kəm olan­da ya­şa­ma­ğa, ya­rat­ma­ğa nə var ki... Öm­rüm bo­yu qəl­bi­min, ru­hu­mun da­yaq­la­rı dağ­lar ki­mi möh­kəm, əyil­məz ol­du; o əyil­məz da­yaq­la­ra ar­xa­la­nıb SÖ­Zün ön cəb­hə xət­tin­də, əbə­di sən­gər­lə­rin­də dö­yüş­düm. Uzaq du­man­lar şə­hə­ri Lon­don­dan, ya­xın gü­nəş pay­tax­tı Təb­riz­dən, əbə­di ul­duz­lar şə­hə­ri İs­tan­bul­dan keç­dim. Şi­mal də­ni­zi­nin sa­hi­lin­də, Nor­ve­çin Aber­din şə­hə­rin­də qə­dim Qo­bus­tan­dan gə­lən­lə­rin əbə­diy­yə­tə dö­nən səs­lə­ri­ni eşit­dim, Də­mir Qa­pı Dər­bənddə, Oğuz, Hun qa­pı­la­rın­da 1300 il əv­və­lin Də­də Qor­qud xa­ti­rə­lə­ri­lə əl tu­tub gö­rüş­düm... Tür­ki­yə­də xo­ca­lar xo­ca­sı, da­hi tür­ko­loq Ba­həd­din Öge­lin, İn­gil­tə­rə­də fə­da­kar zi­ya­lı, pro­fes­sor Tur­xan Gən­cə­yi­nin, İran­da məş­hur dok­tor Ca­vad He­yə­tin, Bor­ça­lı­da, Qa­ra­ya­zı el­lə­rin­də az qa­la min yaş­lı Aşıq Hü­seyn Sa­rac­lı­nın qo­na­ğı ol­dum, Aşıq Ka­man­da­rın, Aşıq Əh­məd Sa­dax­lı­nın səs-söz seh­ri­nə düş­düm. Qa­ra­bağ­da Bo­yat, Ko­roğ­lu, Şah­bu­laq, Əs­gə­ran, Şu­şa qa­la­la­rı­nın əli­ni sıx­dım, qa­pı­sı­nı aç­dım, kə­də­ri­nə bo­yun bük­düm, se­vinclə­ri­nə boy­lan­dım. Bö­yük ya­zı­lar­dan, xü­su­si­lə, ro­man­lar­dan yo­ru­lan­da, şə­hər­dən be­zən­də Şab­ra­na - 1600 yaş­lı xa­ti­rə­lər qa­la­sı, zir­və­lər gö­zə­li Çı­raq­qa­la­ya pə­nah gə­tir­dim; bu qa­lay­la üz-üzə, göz-gö­zə, ürək-ürə­yə ru­hum din­cəl­di... Nax­çı­va­nın ulu ta­rix yol­la­rın­da dö­nə-dö­nə do­lan­dım; bu mü­qəd­dəs mə­ka­nın şə­rəf­li dü­nə­ni, uğur­lu bu gü­nü haq­qın­da çə­ki­lən 16 sə­nəd­li fil­min sse­na­ri mü­əl­li­fi ol­dum.  O filmlə­rin so­nun­cu­su - "Şərqdə do­ğan gü­nəş" fil­mi­nin əv­və­lin­də Nax­çı­va­nın - Nuh­çı­xa­nın ila­hi gön­də­riş­li tan­rı­sal ta­ri­xi­nə, ta­le­yi­nə hey­rət­lən­dim...

Hə­min fil­mi çə­kər­kən ru­hum Ağ­rı, Kəm­ki, İnan­dağ, Gə­mi­qa­ya, Əs­ha­bi-Kəhf, Əlin­cə, Çal­xan­qa­la zir­və­lə­rin­də do­la­nır, ən çox OYA­NIŞ, Xİ­LAS haq­qın­da dü­şü­nür­düm. Və dü­şün­cə­lə­ri­min qı­zıl qa­na­dı nə Nu­hu xi­las edən əf­sa­nə­vi gə­mi, nə Adəm öv­lad­la­rı­nı daş yu­xu­sun­da qur­tu­lu­şa qo­vuş­du­ran Əs­ha­bi-Kəhf ma­ğa­ra­sı­nın mi­fik mö­cü­zə­si idi; bü­tün ol­muş­la­rın və ola­caq­la­rın ən uca zir­və­si tan­rı­sal SÖZ idi qəl­bi­mə ha­kim. O hey­rət zir­və­lə­rin­də qə­fil­dən dərk elə­dim ki, bu dün­ya­da ha­mı və hər şey yu­xu­da­dır; bir­cə ila­hi gön­də­riş­li SÖZ oyaq­dır; da­ha doğ­ru­su, ədə­bi söz əbə­di oya­nış, di­ri­lik, xi­las cəh­di­dir; Al­lah­la bən­də­nin, bə­dən­lə ru­hun, cismlə ca­nın sir­li kör­pü­sü, ke­çil­məz ke­çi­di olan SÖ­Zün til­sim­li yol­la­rın­dan, ge­dər-gəl­məz do­lay­la­rın­dan Xİ­LAS CƏH­Dİ­NİN təngnə­fəs səs­lə­ri gə­lir.

Və keç­miş­dən, ya gə­lə­cək­dən gəl­di­yi bəl­li ol­ma­yan uzaq bir fəhm pı­çıl­da­yır ki, SÖZ­lə baş­la­yan dün­ya SÖZ­lə də qur­ta­ra­caq, dün­ya SİR­Rİ-XU­DA SÖZ QA­PI­SI­DIR - HAQ­QA TƏ­RƏF AÇI­LIR...".

Son xəbərlər