12/12/2017 06:23
728 x 90

Prob­lem ya­şa­yan da­ha bir mil­li ki­no sa­hə­miz - uşaq filmlə­ri...

Mü­a­sir uşaq filmlə­ri çə­ki­lir­mi?

img

Se­vinc Nu­ru­qı­zı: "Bil­di­yim qə­dər, son il­lər uşaq fil­mi çə­kil­mə­yib"

Yu­sif Şey­xov: "Uşaq­lar üçün iki tam­met­raj­lı film çə­ki­lib"

 

Azər­bay­can ki­no­su­na gös­tə­ri­lən döv­lət qay­ğı­sı sa­yə­sin­də son il­lər bir sı­ra bə­dii filmlər mey­da­na gə­lib. Döv­lət dəs­tə­yi ilə ər­sə­yə gə­ti­ri­lən film və se­ri­al­lar sı­ra­sın­da uşaq möv­zu­su­na tə­sa­düf edil­mir. Ən həs­sas, is­ti, doğ­ma möv­zu­ya bu cür mü­na­si­bət, əs­lin­də, hər bi­ri­mi­zi na­ra­hat et­mə­li­dir. Döv­lət Azər­bay­can ki­no­su­na və­sa­it ayı­rır, filmlər, se­ri­al­lar çə­ki­lir, bu­ra­da uşaq­la­ra da rol­lar ve­ri­lir, am­ma bu on­la­rın dün­ya­sı­nı tam ola­raq əks et­dir­mir. 

Uşaq filmlə­ri­nin çə­kil­mə­si uşaq­la­rın mə­nə­vi tər­bi­yə­si­nin for­ma­laş­ma­sı­na xid­mət edər­di. Mü­a­sir uşa­ğın dün­ya­gö­rü­şü, hə­ya­ta ba­xı­şı, ma­raq dün­ya­sı, in­san­la­ra mü­na­si­bə­ti çox fərqli­dir. Bu­nu ki­no­ya gə­tir­mək və əks et­dir­mək hə­qi­qə­tən də ma­raq­lı olar­dı. Bu gün uşaq re­jis­sor­la­rı da ye­tiş­mir de­sək, yan­lış­lı­ğa yol ver­mə­rik. Vaxt var­dı ki, uşaq ki­no­sun­da pe­şə­kar in­san­lar iş­lə­yir­di və on­lar uşaq dün­ya­sı­nı du­ya­raq o alə­mi ki­no­ya gə­ti­rir­di.   

İl­lər əv­vəl ya­ra­nan "Asif, Va­sif, Ağa­sif", "Qa­ra­ca qız", "Mən mah­nı qo­şu­ram", "Qə­rib cin­lər di­ya­rın­da", "Şə­rik­li çö­rək", "Ögey ana", "Skrip­ka­çı­nın sər­gü­zəştlə­ri", "Bir qa­la­nın sir­ri", "Se­hir­li xa­lat" və sa­ir filmlər ge­niş ta­ma­şa­çı au­di­to­ri­ya­sı tə­rə­fin­dən se­vi­lə-se­vi­lə qə­bul edi­lir­di. On­lar bu gün də bö­yük ma­raq kəsb edir. Əl­bət­tə, bu filmlə­rin ic­ti­mai məz­mun və əhə­miy­yə­ti, mə­nə­vi-tər­bi­yə­vi ro­lu bö­yük­dür.

Bu gün dün­ya ki­no­sun­da uşaq möv­zu­su­na çox bö­yük önəm ve­ri­lir və mü­a­sir uşa­ğın mə­nə­vi alə­mi­ni əks et­di­rən filmlər çə­ki­lir. Biz o filmlə­rə te­le­ka­nal­lar va­si­tə­si­lə, elə­cə də in­ter­net saytla­rın­da ta­ma­şa edi­rik.

Uşaq filmlə­ri­nin is­teh­sa­lı sa­hə­sin­də bö­yük uğur­lar qa­za­nan Azər­bay­can ki­no­sun­da ha­zır­da bu jan­rın in­ki­şaf et­mə­mə­si nə ilə bağ­lı­dır?

Ta­nın­mış uşaq ya­zı­çı­sı Se­vinc Nu­ru­qı­zı bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, uşaq möv­zu­su həd­dən ar­tıq ak­tu­al ol­du­ğu üçün,  ki­ne­ma­toq­raf­lar bu sa­hə­yə bö­yük ma­raq gös­tər­mə­li­dir. O qeyd et­di ki, son il­lər bu sa­hə­də möv­cud olan və­ziy­yət ürə­ka­çan de­yil. An­caq uşaq dün­ya­sı­na bə­ləd olan, mü­a­sir uşa­ğın dü­şün­cə­si­nə ay­na tut­ma­ğı ba­ca­ran uşaq ya­zı­çı­la­rı var, mü­ra­ci­ət olu­nar­sa, on­lar bu işə dəs­tək ve­rə bi­lər: "Bil­di­yim qə­dər, son il­lər uşaq fil­mi çə­kil­mə­yib. Bir ne­çə il bun­dan əv­vəl Fey­ruz Şa­mı­yev uşaq fil­mi çək­mək is­tə­yir­di və bu­nun­la bağ­lı mə­nə mü­ra­ci­ət et­miş­di. Mə­nim sse­na­ri yaz­ma­ğı­mı is­tə­yir­di. La­kin mü­əy­yən sə­bəb­lər­dən fil­min çə­ki­li­şi alın­ma­dı. İn­di mə­nə bu iş­lə bağ­lı mü­ra­ci­ət edən yox­dur. Son vaxtlar uşaq filmlə­ri­nin çə­kil­mə­si ilə bağ­lı mə­lu­ma­ta rast gəl­mə­mi­şəm. Ke­çən il Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi "Azan­film"lə bir­gə ciz­gi filmlə­ri sse­na­ri­si ilə bağ­lı mü­sa­bi­qə elan et­miş­di. Mü­sa­bi­qə­nin ye­ga­nə qa­li­bi mən ol­dum. Mü­sa­bi­qə­də mə­nim "Qaz ba­la­sı qa­qa" na­ğıl-po­ves­tim yer tut­du. Bu ciz­gi fil­mi 23 se­ri­a­dan iba­rət ol­ma­lı idi. Yə­qin çə­ki­liş­lə­rə baş­la­yar­lar. Ümu­miy­yət­lə, uşaq möv­zu­sun­da çə­ki­lən filmlər çox ma­liy­yə tə­ləb edir. Mə­nim elə sse­na­ri­lə­rim var ki, on­lar uşaq filmlə­ri üçün ya­rar­lı­dır. An­caq mü­ra­ci­ət edən yox­dur. Bi­zim çox­lu is­te­dad­lı re­jis­so­ru­muz var. Bu sa­hə­də dü­şün­mək la­zım­dır. Uşaq filmlə­ri­nin mey­da­na çı­xa­rıl­ma­sı va­cib iş­dir. Bü­tün öl­kə­lər­də bu sa­hə­də cid­di iş­lər gö­rü­lür. Ar­zu edər­dim ki, biz­də də uşaq filmlə­ri çə­kil­sin".

Mü­sa­hi­bi­miz bil­dir­di ki, "Su­al­tı səl­tə­nət­də 7 gün", "Kam­ran­la Əriş­tə­nin sər­gü­zəştlə­ri" ad­lı, ki­çik yaş­lı uşaq­lar üçün əsər­lə­ri var. S.Nu­ru­qı­zı bu əsər­lə­rin ma­raq­lı uşaq fil­mi möv­zu­su ola­ca­ğı­nı qeyd edir.

Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin ki­no sek­to­ru­nun mü­di­ri Yu­sif Şey­xov isə möv­zu ilə bağ­lı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da bil­dir­di ki, uşaq ki­no­su sa­hə­sin­də uzun il­lər­dən bə­ri da­vam edən dur­ğun­lu­ğa ar­tıq son qo­yu­lub. Sek­tor mü­di­ri­nin söz­lə­ri­nə gö­rə, son il­lər bu sa­hə­də iki film çə­ki­lib. "Bi­lir­si­niz ki, son il­lər ar­dı­cıl ola­raq bə­dii filmlər çə­ki­lir. Uşaq­lar üçün iki tam­met­raj­lı film çə­ki­lib. "Dərs" fil­mi Ba­kı mək­təb­lə­rin­də nü­ma­yiş olu­nub, xa­ric­də təq­dim edi­lib. Bu film təx­mi­nən 7-8 bey­nəl­xalq fes­ti­val­da iş­ti­rak edib. Fil­min mü­əl­lif­lə­ri Ra­fiq Əli­yev və Ca­vid Tə­vək­kül­dür. Bir ne­çə il əv­vəl də "Bu­ta" fil­mi çə­kil­di. Bu film kənd uşaq­la­rı­nın hə­ya­tın­dan bəhs edir. İl­qar Nə­cəf­li­nin "Bu­ta" fil­mi uşaq­lar ara­sın­da meh­ri­ban dostluq mü­na­si­bət­lə­rin­dən bəhs edir. Çox uğur­lu filmdir. Film say­sız fes­ti­val­lar­da iş­ti­rak edib. Bey­nəl­xalq "Oke­an" film fes­ti­va­lın­da baş mü­ka­fat qa­za­nıb. Ar­dı­cıl ola­raq ciz­gi filmlə­ri çə­ki­lir. Son il­lər çə­ki­lən ciz­gi filmlə­ri ma­a­rif­lən­di­ri­ci əhə­miy­yət da­şı­yır. "Əlif­ba", "Say", "Rənglər" və baş­qa möv­zu­lar­da çə­ki­lən ciz­gi filmlə­ri çox ma­raq­lı­dır. On­lar te­le­vi­zi­ya­lar­da nü­ma­yiş olu­nur".

Y.Şey­xov onu da bil­dir­di ki, uşaq filmlə­ri sa­hə­sin­də bö­yük can­lan­ma var. Onun söz­lə­ri­nə gö­rə, az da ol­sa, uşaq filmlə­ri çə­ki­lir, bu da pis gös­tə­ri­ci de­yil.

İra­də SA­RI­YE­VA

Son xəbərlər