27/03/2017 20:25
728 x 90

Böl­gə te­atrla­rı­nın bu gü­nü və mü­tə­xəs­sis rəy­lə­ri...

img

Ya­sin Qa­ra­yev: "Böl­gə te­atrla­rı­nın fə­a­liy­yə­ti­ni iz­lə­yi­rəm..."
Sa­bir Məm­mə­dov: "Böl­gə te­atrla­rı mə­də­niy­yə­ti­mi­zin, ədə­biy­ya­tı­mı­zın in­ki­şa­fı­na xid­mət edir"
Xə­zər Gən­cə­li: "Ona gö­rə də biz məc­bu­ruq ki..."
Və­fa Nov­ru­zo­va: "Böl­gə­lər­də olan te­atrlar­da da hə­min stu­di­ya­lar möv­cud­dur"

Böl­gə­lər­də fə­a­liy­yət gös­tə­rən te­atrlar söz­süz ki, fə­a­liy­yə­ti, təq­dim et­di­yi ta­ma­şa­lar­la yer­li əha­li­nin ma­ra­ğı­nı cəlb et­mə­li, zöv­qü­nü ox­şa­ma­lı­dır. Son il­lər bə­zi in­san­lar cid­di-cəhdlə is­rar edir ki, böl­gə te­atrla­rı la­zım de­yil, on­la­rın heç bir tə­sir gü­cü yox­dur. Əl­bət­tə, bu fik­ri irə­li sü­rən­lə­rə dəs­tək ver­mək ol­maz. Bu mə­na­da ki, Azər­bay­can döv­lə­ti te­atr sa­hə­si­nin in­ki­şa­fın­da ma­raq­lı­dır və onun in­ki­şa­fı­na güc­lü tə­kan ve­rir.

Əl­bət­tə, te­atr güc­lü təb­li­ğat va­si­tə­lə­ri ka­te­qo­ri­ya­sı­na aid­dir. Bu mə­na­da te­at­rın tə­sir im­kan­la­rı da­nıl­maz­dır. Sirr de­yil ki, ta­ma­şa­lar in­san­la­rın dü­şün­cə­si­nə, ma­raq dün­ya­sı­na uy­ğun ha­zır­lan­sa, on­la­rın es­te­tik zöv­qü­nün for­ma­laş­ma­sın­da bö­yük rol oy­na­ya bi­lir.

Böl­gə te­atrla­rı­nın fə­a­liy­yə­ti­ni təh­lil edən mü­tə­xəs­sis­lər bil­di­rir ki, bu te­atrla­rın ək­sə­riy­yə­ti­nin bö­yük ənə­nə­si var və on­lar bu gün də fə­a­liy­yə­ti­ni yük­sək templə da­vam et­di­rir.

Böl­gə te­atrla­rı­nın da bir za­man­lar bö­yük çə­tin­lik­lər için­də çır­pın­dı­ğı­nı qeyd edən mü­tə­xəs­sis­lər bil­di­rir ki, ha­zır­da te­atrla­rın mad­di-tex­ni­ki ba­za­sı yax­şı­laş­dı­rı­lıb, on­la­rın in­ki­şa­fı­na döv­lət dəs­tə­yi var.

Bil­di­rək ki, 13 böl­gə te­at­rı fə­a­liy­yət gös­tə­rir və bu te­atrla­rın da hər bi­ri­nə döv­lət qay­ğı­sı var.

Böl­gə te­atrla­rı­nın fə­a­liy­yə­ti, re­per­tu­a­rı, ta­ma­şa­çı­la­rı han­sı yol­lar­la te­at­ra cəlb et­mə­si mə­sə­lə­si bi­zi cid­di ma­raq­lan­dı­rır.

Mü­ra­ci­ət et­di­yi­miz mü­tə­xəs­sis­lər böl­gə te­atrla­rı haq­qın­da ma­raq­lı fi­kir­lər bil­di­rib.

Azər­bay­can Döv­lət Gənc Ta­ma­şa­çı­lar Te­at­rı­nın aktyo­ru, xalq ar­tis­ti Ya­sin Qa­ra­yev bi­zim­lə söh­bə­tin­də böl­gə te­atrla­rı haq­qın­da müs­bət fi­kir­də ol­du­ğu­nu bil­dir­di. O qeyd et­di ki, für­sət düş­dük­cə, böl­gə te­atrla­rı­nın ha­zır­la­dı­ğı ta­ma­şa­la­ra ba­xır: "Böl­gə te­atrla­rı­nın fə­a­liy­yə­ti­ni iz­lə­yi­rəm. Ən çox mü­na­si­bət­də ol­du­ğum te­atr İrə­van Azər­bay­can Dram Te­at­rı və Şu­şa Mu­si­qi­li Dram Te­at­rı­dır. Hət­ta İrə­van Te­at­rı ilə əmək­daş­lıq da edi­rəm. İf­ti­xar Pi­ri­ye­vin "Dan ye­ri sö­kü­lən­də" ta­ma­şa­sın­da Dul Alı ro­lu­nu oy­na­mı­şam. İrə­van Te­at­rı ulu ön­də­ri­miz Hey­dər Əli­yev haq­qın­da ha­zır­la­dı­ğı ta­ma­şa ilə xa­ri­ci öl­kə­lər­də uğur qa­za­nıb. Hər iki te­at­rın mü­di­ri və baş re­jis­so­ru ki­fa­yət qə­dər təc­rü­bə­li, is­te­dad­lı in­san­lar­dır. Şu­şa Mu­si­qi­li Dram Te­a­rı­na gə­lin­cə, Mir­zə Fə­tə­li Axun­dov ko­me­di­ya­la­rı­nın fes­ti­va­lın­da Loğ­man Kə­ri­mo­vun ha­zır­la­dı­ğı "Lən­kə­ran xa­nın və­zi­ri" ta­ma­şa­sı­nı fes­ti­va­lın ən uğur­lu ta­ma­şa­sı say­dım".

Aka­de­mik Mil­li Dram Te­at­rı­nın aktyo­ru, əmək­dar ar­tist Sa­bir Məm­mə­dov bi­zim­lə söh­bə­tin­də böl­gə te­atrla­rı­nın və­ziy­yə­ti­nə müs­bət qiy­mət ver­di­yi­ni de­di: "Böl­gə­lər­də te­atrla­rın fə­a­liy­yət gös­tər­mə­si çox yax­şı­dır. Çün­ki te­atr mə­də­niy­yə­ti­ni təb­liğ edir­lər. Böl­gə te­atrla­rı ümu­mi mə­də­niy­yə­ti­mi­zin, ədə­biy­ya­tı­mı­zın in­ki­şa­fı­na xid­mət edir. Dra­ma­tur­gi­ya­mı­zın in­ki­şa­fı və böl­gə­lər­də adət-ənə­nə­lə­ri­mi­zin qo­run­ma­sı in­san­la­rın mə­də­ni sə­viy­yə­si­nin da­ha da in­ki­şa­fı ba­xım­dan çox yax­şı­dır. Mən Ru­si­ya­da Çe­xo­vun kən­din­də te­atr gör­mü­şəm. Bu çox əla bir iş­dir".

Vax­ta­şı­rı böl­gə te­atrla­rı­nın ha­zır­la­dı­ğı ta­ma­şa­la­ra bax­dı­ğı­nı de­yən S.Məm­mə­dov bil­dir­di ki, bu te­atrla­rın re­per­tu­a­rı ma­raq­lı­dır. Böl­gə te­atrla­rı­nın əsa­sən klas­sik­lə­ri­mi­zin əsər­lə­ri­nə mü­ra­ci­ət et­di­yi­ni de­yən aktyor bil­dir­di ki, bu, gənclə­rin bə­dii-es­te­tik zöv­qü­nün for­ma­laş­ma­sı­na sə­bəb olur.

Min­gə­çe­vir Döv­lət Dram Te­at­rı­nın baş re­jis­so­ru, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru Xə­zər Gən­cə­li möv­zu ilə bağ­lı "Ba­kı-Xə­bər"ə təm­sil et­di­yi te­atrla bağ­lı da­nış­dı: "Kadr mə­sə­lə­si ən ax­sa­yan tə­rə­fi­miz­dir. Uni­ver­si­te­tin mə­zun­la­rı bu­ra­ya gəl­mir. Tə­bii ki, bu­nun ob­yek­tiv sə­bəb­lə­ri var: mad­di mə­sə­lə, ev­lə tə­mi­nat, ya­şam şərtlə­ri və s. Ona gö­rə də biz məc­bu­ruq ki, te­at­rın nəz­din­də stu­di­ya­lar təş­kil edə­rək elan yo­lu ilə perspek­tiv­li gənclə­ri te­at­ra cəlb edək. Ha­zır­da be­lə bir stu­di­ya biz­də möv­cud­dur və "İnam" ad­la­nır".

Te­at­rın re­per­tu­a­rı haq­qın­da da­nı­şan X.Gən­cə­li bil­dir­di ki, bir ne­çə gün əv­vəl Qo­qo­lun "Mü­fət­tiş" ta­ma­şa­sı­nın prem­ye­ra­sı ke­çi­ri­lib. Onun söz­lə­ri­nə gö­rə, 20 Yan­var fa­ci­ə­si­nə həsr olun­muş Ağad­din Ba­ba­ye­vin "Ağ­la, qə­rən­fil, ağ­la" ədə­bi-bə­dii kom­po­zi­si­ya­sı da yan­var ayı­nın 19-da nü­ma­yiş et­di­ri­lib. "Fev­ra­lın 26-da Se­vinc El­se­və­rin "Ürə­yin­də ar­zu tut" ta­ma­şa­sı­nı da nü­ma­yiş et­di­rə­cə­yik. Bu ta­ma­şa Xo­ca­lı soy­qı­rı­mı­na həsr olu­nub. Nə­ha­yət, ha­zır­da Sü­ley­man sa­ni Axun­do­vun "Bir eş­qin nə­ti­cə­si" ko­me­di­ya­sı­nın son məşqlə­ri ge­dir ki, biz bu ta­ma­şa­nı 10 mart - Mil­li Te­atr Gü­nü­nə  töh­fə et­mək is­tə­yi­rik. Bü­tün bu ta­ma­şa­la­rın qu­ru­luş­çu re­jis­so­ru özü­məm. Bu ilin so­nu da­hi M.F.Axun­do­vun "Lən­kə­ran xa­nın və­zi­ri", türk ya­za­rı Tun­cer Cü­cə­noğ­lu­nun "Qov­luq" pyes­lə­ri­nin ta­ma­şa­la­rı­nı ha­zır­la­ma­ğı plan­laş­dır­mı­şıq.

Özüm üzün müd­dət Tür­ki­yə­nin İs­tan­bul şə­hə­rin­də ça­lış­dı­ğım üçün, perspek­tiv­də adı­çə­ki­lən öl­kə­yə qastrol sə­fə­ri­nə yol­lan­maq haq­qın­da mü­əy­yən dü­şün­cə­lə­ri­miz var. Am­ma ön­cə mü­kəm­məl ta­ma­şa­la­rı­mız ol­ma­lı­dır ki, tə­ləb­kar türk seyrçi­lə­ri­nin qar­şı­sı­na çı­xa bi­lək".

Ət­raf ra­yon­la­ra qastro­la get­dik­lə­ri­ni de­yən X.Gən­cə­li bil­dir­di ki, ta­ma­şa­çı­lar əsər­lə­ri ma­raq­la qar­şı­la­yır: "Bə­li, ət­raf ra­yon­lar­da mə­nim ha­zır­la­dı­ğım "Pus­qu­da" (mü­əl­lif türk ya­za­rı Ca­hid Atay) bir ne­çə də­fə gös­tə­ri­lib. Bir il əv­vəl te­atr Ba­kı­ya S.S.Axun­do­vun yaz­mış ol­du­ğu "Eşq və in­ti­qam" əsə­ri ilə gəl­miş­di. İn­di də Ba­kı­ya "Mü­fət­tiş"i gə­tir­mə­yi niy­yət edi­rik".

Azər­bay­can Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin te­atr sek­to­ru­nun baş məs­lə­hət­çi­si Və­fa Nov­ru­zo­va "Ba­kı-Xə­bər"ə bil­dir­di ki, böl­gə te­atrla­rı­nın in­ki­şa­fı üçün döv­lət tə­rə­fin­dən bö­yük iş­lər gö­rü­lür: "Bil­di­yi­niz ki­mi, "Azər­bay­can Te­at­rı" 2009-2019-cu il­lər" Döv­lət Proq­ra­mı təs­diq olu­nub. Böl­gə­lər­də 13 te­atr fə­a­liy­yət gös­tə­rir.  Hə­min te­atrlar­da mü­tə­ma­di ola­raq Döv­lət Proq­ra­mı çər­çi­və­sin­də iş gö­rü­lür. Bil­dir­mək is­tə­yi­rəm ki, ha­zır­da 26 döv­lət te­at­rı­mız var və onun 13-də te­atr stu­di­ya­sı fə­a­liy­yət gös­tə­rir. Böl­gə­lər­də olan te­atrlar­da da hə­min stu­di­ya­lar möv­cud­dur".

V.Nov­ru­zo­va qeyd et­di ki, Gən­cə Döv­lət Dram Te­at­rı,  Min­gə­çe­vir Döv­lət Dram Te­at­rı, Qax Kuk­la Te­at­rı, Ağ­dam Döv­lət Dram Te­at­rı, Lən­kə­ran Döv­lət Dram Te­at­rın­da te­atr stu­di­ya­la­rı fə­a­liy­yət gös­tə­rir və bu da te­at­rın in­ki­şa­fı­na müs­bət tə­sir edir: "Biz döv­lət si­fa­riş­lə­ri ve­ri­rik, si­fa­ri­şin ic­ra­sı üçün böl­gə te­atrla­rı­na və­sa­it ayı­rı­rıq. O si­fa­riş­lər əsa­sın­da ta­ma­şa­lar ha­zır­la­nır. Ha­zır­da Gən­cə Döv­lət Dram Te­at­rı­nın ye­ni bi­na­sı in­şa olu­nur, ke­çən il Gən­cə Döv­lət Kuk­la Te­at­rı­nın bi­na­sı tə­mir və bər­pa­dan son­ra açıl­dı. Pre­zi­den­tin sə­rən­ca­mı­na əsa­sən Min­gə­çe­vir te­at­rı bər­pa olu­nub. Şə­ki Döv­lət Dram Te­at­rı, Ağ­dam və Fü­zu­li te­atrla­rın­da tə­mir-bər­pa iş­lə­ri apa­rı­lıb. Ha­zır­da on­lar fə­a­liy­yət gös­tə­rir və yük­sək sə­viy­yə­də ta­ma­şa­lar təq­dim edir­lər. Biz on­la­ra səh­nə dəz­gah­la­rı dü­zəltdi­rib ver­mi­şik, səh­nə üçün pər­də­lər tik­dir­mi­şik, on­lar nəq­liy­yat­la tə­min olu­nub. Biz 2014 və 2016-cı il­lər­də Şə­ki Bey­nəl­xalq Te­atr Fes­ti­va­lı ke­çir­mi­şik".

Böl­gə te­atrla­rı­nın re­per­tu­a­rı­na gə­lin­cə, na­zir­lik təm­sil­çi­si qeyd et­di ki, hər şey yük­sək sə­viy­yə­də­dir. Na­zir­li­yin böl­gə te­atrla­rı­nı nə­za­rət­də sax­la­dı­ğı­nı de­yən V.Nov­ru­zo­va bil­dir­di ki, bu sa­hə­yə tam nə­za­rət olu­nur.

Ta­ma­şa­çı­la­rın böl­gə te­atrla­rı­na ma­ra­ğı­na gə­lin­cə, o bil­dir­di ki, böl­gə te­atrla­rı ta­ma­şa­çı kor­lu­ğu çək­mir: "Hər bir re­gi­o­nun öz te­at­rı var və ra­yon te­atrla­rın­da ta­ma­şa­çı prob­le­mi yox­dur. On­lar ta­ma­şa­çı cəlb edə bi­lib­lər, te­atrlar həm də qastrol fə­a­liy­yə­ti ilə də məş­ğul olur, ət­raf ra­yon­la­ra qastrol ta­ma­şa­la­rı apa­rır­lar".

İra­də SA­RI­YE­VA

Son xəbərlər