20/02/2017 22:33
728 x 90

Hey­dər Əli­yev Fon­du və mil­li mə­də­niy­yə­ti­mi­zin təb­li­ği...

img

Azər­bay­can mə­də­niy­yə­ti­nin, mil­li də­yər­lə­ri­nin, ədə­biy­yat və ta­ri­xi­nin dün­ya­da təb­li­ği is­ti­qa­mə­tin­də da­vam­lı iş­lər gö­rü­lür. Bu iş­lə­rin sa­yı gü­nü-gün­dən ar­tır. Tə­bii ki, Azər­bay­can mə­də­niy­yə­ti­nin dün­ya­da təb­li­ğin­dən da­nı­şı­rıq­sa, bir­mə­na­lı ola­raq, Hey­dər Əli­yev Fon­du­nun hə­ya­ta ke­çir­di­yi ge­niş­miq­yas­lı la­yi­hə­lə­ri qeyd et­mə­li­yik. Mə­də­niy­yə­ti­mi­zin, ta­ri­xi­mi­zin bey­nəl­xalq miq­yas­da ta­nın­ma­sın­da Fon­dun bö­yük ro­lu var.

Hey­dər Əli­yev Fon­du­nun hə­ya­ta ke­çir­di­yi bey­nəl­xalq la­yi­hə­lər ənə­nə ha­lı­nı alıb və bu la­yi­hə­lə­rə bey­nəl­xalq aləm­dən çox bö­yük dəs­tək gə­lir. Fon­dun ənə­nə­vi ola­raq təş­kil et­di­yi "Qız qa­la­sı" bey­nəl­xalq in­cə­sə­nət fes­ti­va­lı bu ba­xım­dan bö­yük əhə­miy­yət da­şı­yır.

Ke­çən il VII "Qız qa­la­sı" bey­nəl­xalq in­cə­sə­nət fes­ti­va­lı çər­çi­və­sin­də Ba­kı­da müx­tə­lif təd­bir­lər ke­çi­ril­di, sər­gi­lər təş­kil olun­du. Bir­mə­na­lı ola­raq de­yə bi­lə­rik ki, fes­ti­va­lın ke­çi­ril­mə­sin­də əsas məq­səd dün­ya­nın müx­tə­lif yer­lə­rin­dən gə­lən tu­ristlər, qo­naq­lar va­si­tə­si­lə Azər­bay­can mə­də­niy­yə­ti və in­cə­sə­nə­ti­ni ta­nıt­maq, elə­cə də Ba­kı­nın rəm­zi olan Qız qa­la­sı­nın dün­ya­da təb­li­ği­nə töh­fə ver­mək­dən iba­rət­dir.

Onu da vur­ğu­la­yaq ki, Ey­fel qül­lə­si­nin ya­nın­da­kı Jofr mey­da­nın­da fə­a­liy­yət gös­tə­rən "Azər­bay­can şə­hər­ci­yi"ndə təş­kil olu­nan fes­ti­val­da 4 fran­sız və 2 azər­bay­can­lı rəs­sa­mın əl işi olan "Qız qa­la­sı" ma­ket­lə­ri sər­gi­lə­nib. 

2016-cı il­də Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən ke­çi­ri­lən çox­say­lı bey­nəl­xalq təd­bir­lər­dən bi­ri Kannda Azər­bay­ca­nın təb­li­ği ilə bağ­lı sər­gi­lər ol­du. Qeyd edək ki, 15-31 iyul 2016-cı il­də Kan­nın Fes­ti­val­lar sa­ra­yın­da Azər­bay­ca­nın ta­ri­xi­ni və mə­də­niy­yə­ti­ni, Fran­sa ilə Azər­bay­can ara­sın­da əla­qə­lə­ri əks et­di­rən sər­gi­lər açıl­dı.

Onu da bil­di­rək ki, sər­gi­lər­dən bi­ri "Par­ti­za­nın izi ilə" ad­la­nır­dı. Bu sər­gi İkin­ci Dün­ya Mü­ha­ri­bə­si­nin iş­ti­rak­çı­sı, Fran­sa Mü­qa­vi­mət Hə­rə­ka­tı­nın gör­kəm­li nü­ma­yən­də­si Əh­mə­diy­yə Cəb­ra­yı­lo­va həsr olun­muş­du. Vur­ğu­la­yaq ki, ekspo­zi­si­ya­da azər­bay­can­lı par­ti­za­nın hə­yat və dö­yüş yo­lu­nu əks et­di­rən ekspo­nat­lar, o cüm­lə­dən Əh­mə­diy­yə Cəb­ra­yı­lo­vun şəx­si ar­xi­vin­dən gö­tü­rül­müş fo­to­lar nü­ma­yiş et­di­ri­lir­di.

Qeyd edək ki, Azər­bay­ca­na aid sər­gi­lər­dən bi­ri də "Bir gü­nəş al­tın­da" la­yi­hə­si çər­çi­və­sin­də açıl­mış­dı. Bu la­yi­hə çər­çi­və­sin­də Azər­bay­can­da mul­ti­kul­tu­ra­liz­mə və to­le­rantlı­ğa həsr olu­nan sər­gi və film bö­yük ma­raq­la qar­şı­la­nıb. Bi­li­rik ki, 2016-cı il Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin Sə­rən­ca­mı ilə "Mul­ti­kul­tu­ra­lizm ili" elan olun­muş­du. Kannda təş­kil edi­lən hə­min təd­bir­də 20 az­say­lı xal­qın ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni və adət-ənə­nə­lə­ri­ni əks et­di­rən fo­to və vi­de­o­ma­te­ri­al­lar əsa­sın­da sər­gi iş­ti­rak­çı­la­rı­na Azər­bay­can­da­kı to­le­rantlıq haq­qın­da ət­raf­lı mə­lu­mat ve­ri­lib. Sər­gi­nin "Da­nı­şan baş­lar" ad­lı böl­mə­sin­də isə müx­tə­lif az­say­lı xalqla­rın və et­nos­la­rın nü­ma­yən­də­lə­ri öz dil­lə­rin­də ma­raq­lı he­ka­yə­lə­ri nəql edib.

Sər­gi­də Azər­bay­can­da ya­şa­yan müx­tə­lif xalqla­rın adət-ənə­nə­lə­rin­dən bəhs edən "Bir gü­nəş al­tın­da" fil­mi də təq­dim olu­nub. Bir söz­lə, bu­ra­da Azər­bay­can­da müx­tə­lif xalqla­rın və mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri­nin bir ai­lə ki­mi ya­şa­ma­sı, öl­kə­miz­də­ki to­le­rantlıq mü­hi­ti­nin qə­dim və zən­gin ta­ri­xə ma­lik ol­ma­sı ay­dın şə­kil­də əks et­di­ri­lib.

Onu da qeyd edək ki, "Gən­cə və Qə­bə­lə: iki şə­hər fran­sız fo­toq­raf­la­rın gö­zü ilə" sər­gi­sin­də isə Azər­bay­can tə­bi­ə­ti­nin gö­zəl­lik­lə­ri, özü­nə­məx­sus mə­də­niy­yət və adət-ənə­nə­lə­ri təq­dim olu­nub. Sər­gi­nin təş­ki­li məq­sə­di­lə fran­sız fo­toq­raf­lar: Sa­mu­el Qra­ta­kap və Jan-Fran­sua Roz­ye 2016-cı ilin ap­re­lin­də Gən­cə­yə və Qə­bə­lə­yə sə­fər edib, Azər­bay­ca­nın qə­dim ta­ri­xə, elə­cə də mü­a­sir tu­rizmdə apa­rı­cı ro­la ma­lik hər iki şə­hə­ri­nin mən­zə­rə­lə­ri­ni, abi­də­lə­ri­ni, gün­də­lik hə­ya­tı­nı fo­to­a­pa­ra­tın yad­da­şı­na kö­çü­rüb­lər.

"Pa­ri­sin ürə­yin­də Azər­bay­can mu­si­qi­si" klas­sik mu­si­qi ge­cə­si də Fon­dun təş­kil et­di­yi ma­raq­lı la­yi­hə­lər­dən bi­ri­dir.

Qeyd edək ki, Hey­dər Əli­yev Fon­du­nun bey­nəl­xalq təd­bir­lə­ri hər za­man bö­yük ma­raq­la qar­şı­la­nır.

Mə­lum ol­du­ğu ki­mi, Hey­dər Əli­yev Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə "Pa­ri­sin ürə­yin­də Azər­bay­can mu­si­qi­si" ad­lı klas­sik mu­si­qi ge­cə­si də yad­da­qa­lan la­yi­hə­lər­dən bi­ri­dir.

2015-ci il­də Hey­dər Əli­yev Fon­du­nun Azər­bay­ca­nı, onun mə­də­niy­yə­ti­ni, ənə­nə­lə­ri­ni və hə­yat tər­zi­ni Fran­sa­da təb­liğ et­mək, müx­tə­lif mə­də­niy­yət­lə­rə və hə­yat tər­zi­nə ma­lik xalqla­rın bir-bi­ri­ni da­ha ya­xın­dan ta­nı­ma­sı və iki öl­kə ara­sın­da mə­də­ni əla­qə­lə­rin möh­kəm­lən­mə­si məq­sə­di­lə Pa­ris­də təş­kil et­di­yi "Azər­bay­can şə­hər­ci­yi" sər­gi-la­yi­hə­si öl­kə­miz haq­qın­da ge­niş in­for­ma­si­ya ve­rib. 

"Azər­bay­can Pa­ri­sin ürə­yin­də" ad­la­nan şə­hər­cik Luvr mu­ze­yi­nin qar­şı­sın­da­kı məş­hur Pa­le Ro­yal mey­da­nın­da  fə­a­liy­yət gös­tə­rib. Şə­hər­cik­də Azər­bay­ca­nın xal­ça­çı­lıq, du­lus­çu­luq və di­gər sə­nət­kar­lıq mə­mu­lat­la­rı­nın, mil­li ge­yim və mu­si­qi alət­lə­ri­mi­zin yer al­dı­ğı sər­gi­lər təş­kil edi­lib. Qo­naq­lar bu sə­nət nü­mu­nə­lə­ri­nin ya­ra­dıl­ma pro­se­si­ni isə "Ema­lat­xa­na" böl­mə­sin­də iz­lə­yə bi­lib. Us­ta­lar mis qab, şə­bə­kə, xal­ça və di­gər sə­nət nü­mu­nə­lə­ri ha­zır­la­ya­raq Azər­bay­ca­nın qə­dim və zən­gin sə­nət­kar­lıq ənə­nə­lə­ri­ni, on­la­rın in­cə­lik­lə­ri­ni qo­naq­la­ra təq­dim edib.

Fran­sa­da ya­şa­yan ta­nın­mış azər­bay­can­lı­la­ra və Azər­bay­ca­na sə­ya­hət et­miş məş­hur fran­sız­la­ra həsr olun­muş "Azər­bay­can­lı­lar və fran­sız­lar: ta­nış­lıq ta­ri­xi" ad­lı fo­to­sər­gi­də iki öl­kə və xal­qın hə­ya­tı­nı əks et­di­rən fo­to­lar və mə­lu­mat­lar sər­gi­lə­nib. Mil­li mət­bə­xi­mi­zi nü­ma­yiş et­di­rən köşklər­də şir­niy­yat­lar, iç­ki­lər təq­dim olu­nub, qo­naq­lar üçün mil­li mət­bə­xi­mi­zin lə­ziz xö­rək­lə­ri ha­zır­la­nıb. Şə­hər­cik­də Hey­dər Əli­yev Fon­du­nun müx­tə­lif sa­hə­lə­ri əha­tə edən nəşrlə­ri də yer alıb. Təş­kil olun­muş kon­sert proq­ram­la­rın­da zi­ya­rət­çi­lə­rə Azər­bay­can mu­si­qi­si və rəqslə­ri təq­dim olu­nub.

Qeyd edi­lə­nə gö­rə, Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən "Azər­bay­can şə­hər­ci­yi" Pa­ris­də ilk də­fə 2014-cü il sentyab­rın 19-dan 28-dək San Sül­pis mey­da­nın­da təş­kil edi­lib.

Pa­ris­də "Azər­bay­can şə­hər­ci­yi" 2016-cı il­də də ənə­nə­vi ola­raq açı­lıb. Hey­dər Əli­yev Fon­du­nun Pa­ris­də təş­kil et­di­yi "Azər­bay­can şə­hər­ci­yi" bö­yük əks-sə­da­ya sə­bəb olub. Şə­hər­cik­də təş­kil olu­nan xalq sə­nət­kar­lıq ema­lat­xa­na­la­rın­da zi­ya­rət­çi­lər xal­ça­çı­lıq, mis­gər­lik və şə­bə­kə, tax­ta üzə­rin­də oy­ma, du­lus­çu­luq, kə­la­ğa­yı və di­gər sə­nət nü­mu­nə­lə­ri­nin ya­ra­dıl­ma­sı pro­se­si ilə ya­xın­dan ta­nış olub.

Mu­zey böl­mə­sin­də "Qaf­qa­zın mir­va­ri­si olan Azər­bay­ca­nın mə­də­ni də­yər­lə­ri" la­yi­hə­si çər­çi­və­sin­də öl­kə­mi­zin qə­dim və zən­gin ta­ri­xi­nə, mə­də­niy­yə­ti­nə da­ir ekspo­nat­lar, o cüm­lə­dən mis­gər­lik mə­mu­lat­la­rı, mil­li ge­yim­lər, mu­si­qi alət­lə­ri, xal­ça­la­rı­mız və di­gər sə­nət nü­mu­nə­lə­ri sər­gi­lə­nib.

Şə­hər­cik­də da­ha bir ye­ni­lik isə "Uşaq zo­na­sı" ilə bağ­lı idi. Kuk­la te­at­rı, ema­lat­xa­na və is­ti­ra­hət zo­na­sın­dan iba­rət his­sə­də xalq na­ğıl­la­rı əsa­sın­da kuk­la­lar­la qu­rul­muş səh­nə­cik­lər gös­tə­ri­lib.

"İçə­ri­şə­hər Ənə­nə­vi İn­cə­sə­nət Mər­kə­zi" böl­mə­sin­də Mər­kə­zin ye­tir­mə­lə­ri tə­rə­fin­dən ya­ra­dıl­mış əsər­lər-ba­ti­ka, ke­ra­mi­ka, zər­gər­lik və tax­ta üzə­rin­də oy­ma nü­ma­yiş olu­nub.

Şə­hər­ci­yin ki­tab­xa­na zo­na­sın­da Hey­dər Əli­yev Fon­du­nun öl­kə­miz, o cüm­lə­dən xal­qı­mı­zın mil­li-mə­nə­vi də­yər­lə­ri, mə­də­niy­yə­ti, in­cə­sə­nə­ti, ta­ri­xi, Azər­bay­can hə­qi­qət­lə­ri ba­rə­də ge­niş və dol­ğun mə­lu­mat­la­rın əks olun­du­ğu müx­tə­lif nəşrlə­ri nü­ma­yiş et­di­ri­lib və qo­naq­la­ra hə­diy­yə olu­nub. Təd­bir çər­çi­və­sin­də Hey­dər Əli­yev Fon­du­nun da­ha bir ye­ni nəş­ri - "Azər­bay­can mət­bəx mə­də­niy­yə­ti" ad­lı ki­ta­bı­nın təq­di­ma­tı da olub. Nəşrdə xal­qı­mı­zın zən­gin mət­bəx mə­də­niy­yə­ti ba­rə­də ət­raf­lı mə­lu­mat ve­ri­lir.

Onu da vur­ğu­la­yaq ki, şə­hər­cik­də ilk də­fə ola­raq həm də "Tu­rizm Mər­kə­zi" la­yi­hə­si təq­dim olu­nub. Bu­ra­da Azər­bay­ca­nın tu­rizm böl­gə­lə­ri və marşrut­la­rı ba­rə­də ət­raf­lı mə­lu­mat ve­ri­lib.

İçə­ri­şə­hə­rin ma­ke­ti sər­gi iş­ti­rak­çı­la­rı­na me­mar­lı­ğı­mı­zın və mə­də­niy­yə­ti­mi­zin na­dir in­ci­si ilə vi­zu­al ta­nış ol­ma­ğa şə­ra­it ya­ra­dıb.

Bu də­fə "Azər­bay­can şə­hər­ci­yi"ndə ilk də­fə ola­raq "Qız qa­la­sı" bey­nəl­xalq in­cə­sə­nət fes­ti­va­lı da təş­kil olu­nub. Fes­ti­val 2013-cü il­də Kann şə­hə­rin­dən son­ra ikin­ci də­fə­dir Azər­bay­can­dan kə­nar­da ke­çi­ri­lib. Bu də­fə 4 fran­sız və 2 azər­bay­can­lı rəs­sa­mın əl işi olan "Qız qa­la­sı" ma­ket­lə­ri sər­gi­lə­nib.

Qeyd edək ki, Azər­bay­can mət­bə­xi­nin təb­liğ olun­du­ğu his­sə­də mil­li mət­bə­xi­mi­zin tə­am­la­rı­nın ha­zır­lan­ma­sı nü­ma­yiş olu­nub. Şə­hər­cik­də fə­a­liy­yət gös­tə­rən res­to­ran­da isə Azər­bay­can mil­li mət­bə­xi­nin bir-bi­rin­dən dad­lı tə­am­la­rı təq­dim edi­lib. Qi­da məh­sul­la­rı yar­mar­ka­sın­da isə Azər­bay­ca­nın müx­tə­lif qi­da məh­sul­la­rı is­teh­sal­çı­la­rı­nın məh­sul­la­rı sər­gi­lə­nib.

Şə­hər­cik­də qo­naq­la­ra Azər­bay­ca­nın ilk rəs­mi hə­diy­yə və su­ve­nir bren­di olan "I Lo­ve Ba­ku" sten­di də təq­dim edi­lib.

Onu da qeyd edək ki, bu­ra­da, həm­çi­nin, Fran­sa­da Azər­bay­ca­nın Dostla­rı As­so­si­a­si­ya­sı da təm­sil olu­nub.

Hey­dər Əli­yev Fon­du­nun hə­ya­ta ke­çir­di­yi la­yi­hə­lər o qə­dər çox­dur ki, on­la­rı bir-iki ya­zı­ya sı­ğış­dır­maq müm­kün de­yil. Fon­dun hə­ya­ta ke­çir­di­yi iş­lər­dən bi­ri də Bel­çi­ka­da Xur­şid­ba­nu Na­tə­va­nın abi­də­si­nin açıl­ma­sı­dır.

Mə­lum­dur ki, Hey­dər Əli­yev Fon­du­nun dəs­tə­yi ilə Bel­çi­ka Kral­lı­ğı­nın Va­ter­lo şə­hə­ri­nin mər­kə­zi par­kın­da Azər­bay­ca­nın gör­kəm­li şa­i­rə­si Xur­şid­ba­nu Na­tə­va­nın abi­də­si qo­yu­lub. 2016-cı il fev­ra­lın 18-də abi­də­nin açı­lı­şı olub.

Mə­lu­mat­la­ra gö­rə, hey­kə­lin pos­ta­men­tin­də "Şər­qin mü­a­sir ma­a­rif­çi və şa­i­rə qa­dı­nı Xur­şid­ba­nu Na­tə­van, Qa­ra­bağ şah­za­də­si, Azər­bay­can" söz­lə­ri ya­zı­lıb. Özün­də Qa­ra­bağ­la bağ­lı qey­di əks et­di­rən bu abi­də­nin Bel­çi­ka­da ucal­dıl­ma­sı Azər­bay­can hə­qi­qət­lə­ri­nin ya­şa­dıl­ma­sı və dün­ya­da ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də apa­rı­lan iş­lə­rə bir töh­fə­dir.

Onu da vur­ğu­la­yaq ki, hey­kəl Azər­bay­ca­nın xalq rəs­sa­mı Ta­hir Sa­la­ho­vun rəh­bər­li­yi al­tın­da, hey­kəl­tə­raş İm­ran Meh­di­yev tə­rə­fin­dən ha­zır­la­nıb.

Hey­dər Əli­yev Fon­du­nun ke­çir­di­yi ma­raq­lı təd­bir­lər­dən bi­ri

"Pa­ri­sin ürə­yin­də Azər­bay­can et­no-caz mu­si­qi­si" kon­sert proq­ra­mı­nın təş­kil edil­mə­si­dir. Bil­di­rək ki, 2015-ci il sentyab­rın 3-də Hey­dər Əli­yev Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə "Pa­ri­sin ürə­yin­də Azər­bay­can et­no-caz mu­si­qi­si" ad­lı kon­sert proq­ra­mı Azər­bay­ca­nın mü­a­sir mu­si­qi­si haq­qın­da dün­ya­ya bö­yük in­for­ma­si­ya ve­rib. Qeyd edək ki, Azər­bay­ca­nın mil­li mu­si­qi alə­ti olan ta­rın səh­nə­də baş rol­da ol­ma­sı kon­ser­tə xü­su­si əhə­miy­yət ve­rir­di.

Pa­ris­də "Azər­bay­can to­le­rantlıq öl­kə­si" fo­to­sər­gi­si də Fon­dun ər­sə­yə gə­tir­di­yi təd­bir­lər­dən bi­ri­dir. Söh­bət 2015-ci il sentyab­rın 3-də Pa­ris­də Hey­dər Əli­yev Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə dün­ya şöh­rət­li fo­toq­raf Re­za De­qa­ti­nin "Azər­bay­can to­le­rantlıq öl­kə­si" ad­lı fo­to­sər­gi­sin­dən ge­dir. 

Onu da de­yək ki, mə­ra­sim­də Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban Əli­ye­va və Hey­dər Əli­yev Fon­du­nun vit­se-pre­zi­den­ti Ley­la Əli­ye­va, Fran­sa­nın ta­nın­mış ic­ti­mai və mə­də­niy­yət xa­dim­lə­ri, nü­fuz­lu me­dia or­qan­la­rı­nın nü­ma­yən­də­lə­ri, Pa­ris sə­nət­se­vər­lə­ri iş­ti­rak edib­lər. Sər­gi­də fo­toq­raf Re­za De­qa­ti­nin müx­tə­lif il­lər­də çək­di­yi fo­to­lar nü­ma­yiş et­di­ri­lib. Bu fo­to­lar iz­lə­yi­ci­lə­ri Azər­bay­can­da ya­şa­yan müx­tə­lif mil­lət­lər və din­lə­rə mən­sub xalqla­rın hə­yat tər­zi, adət-ənə­nə­lə­ri ilə ta­nış edir. Fo­toq­ra­fın sər­gi­də­ki iş­lə­ri Azər­bay­can­da müx­tə­lif di­ni ic­ma­la­rın bir-bi­ri­nə hör­mət və eh­ti­ram şə­ra­i­tin­də ya­şa­dı­ğı­nın tə­rən­nü­mü­nə çev­ri­lib. Fo­to­lar­da Azər­bay­ca­nın tə­bi­ə­ti­ni, qə­dim adət-ənə­nə­lə­ri­ni, sa­də in­san­la­rın gün­də­lik hə­ya­tı­nı gör­mək müm­kün­dür. Bu fo­to­lar həm ta­ri­xi mə­kan­la­rı­mı­zı, Azər­bay­ca­nın müx­tə­lif böl­gə­lə­rin­də­ki hə­yat tər­zi­ni, həm də bu qə­dim ta­ri­xə sa­hib öl­kə­mi­zin mü­a­sir­li­yi­ni iz­lə­yi­ci­lə­rin diq­qə­ti­nə çat­dı­rıb.

Hey­dər Əli­yev Fon­du­nun Azər­bay­can mə­də­niy­yə­ti­nin, ta­ri­xi­nin, də­yər­lə­ri­nin bey­nəl­xalq aləm­də təb­li­ğin­də, ta­nı­dıl­ma­sın­da oy­na­dı­ğı bö­yük rol da­nıl­maz­dır. Bu, döv­lə­ti­mi­zin, mə­də­niy­yə­ti­mi­zin, ta­ri­xi­mi­zin yük­sək sə­viy­yə­də təb­liğ olun­ma­sı de­mək­dir.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər