24/03/2019 03:46
728 x 90

Narkotik, qanunsuz silah gəzdirmə, maşın qaçırma... cinayəti törədənlər polisdən qaça bilmədi

img

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayət görə məhkum olunmuş İ.Həsənov saxlanıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq çəkisi 6 kiloqram 100 qram marixuana aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə Bakı şəhər sakinləri olan 12 nəfərin pullarını almaqda şübhəli bilinən  paytaxt sakini E.Kərimov saxlanıb.

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ş.Ağazadə saxlanıb.

Ondan nömrəsi silinmiş "Varnan" markalı tapança və 2 ədəd patron götürülüb. 

Araşdırma aparılır.

Martın 12-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdiyi reydlər nəticəsində 3 köşkdə satıcıların  yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Son xəbərlər