18/03/2019 18:38
728 x 90

Quldurluğu və oğurluğu peşə seçənlərə polis aman vermədi…

img

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan R.Məmmədov və İ.Hüseynov saxlanıb.   

Martın 10-da Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək,  martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyülməsini, 1900 manat pulunun və avtomobil açarının alındığını bildirib.

Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanıb.

Araşdırma aparılır.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il may ayının 25-də Corat qəsəbə sakini olan daha bir qadını aldadıb 3500 manatını alması da müəyyən edilib.

 Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da şəhər sakini olan bir qadının bank hesabından 3416 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Qaraqoyunlu kənd sakinləri B.Məmmədov, X.Əhmədli və bir yeniyetmə saxlanıb.

Araşdırma aparılır. 

Son xəbərlər