18/03/2019 18:40
728 x 90

Məhkəmə Gürcüstandan Azərbaycana keçən PKK-çının Türkiyəyə ekstradisiyası ilə bağlı qərar çıxardı

img

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Özgür Dumanın öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası keçirilib.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə Özgür Dumanın Türkiyəyə ekstradisiya edilməsi barədə qərar çıxarıb.

Əldə edilən məlumata görə, PKK üzvü olmaqda və partlayıcı maddə saxlamaqda günahlandırılan Duman haqqında Türkiyədə axtarış qərarı çıxarılıb. Bu qərardan sonra Duman, Türkiyədən Gürcüstana qaçıb. Türkiyənin beynəlxalq axtarış qərarı çıxarmasından sonra isə Azərbaycana keçən Duman, Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Sənədlərini itirdiyini deyən Ö.Duman özünü Suriya vətəndaşı kimi təqdim edib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı və PKK üzvü olduğu üzə çıxıb və həbs edilib.

Son xəbərlər