18/03/2019 18:39
728 x 90

Yenə narkotik qaçaqmalçılığı, yenə qanunsuz silah... Polis imkan vermədi

img

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16,2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, həmçinin 27 ədəd çətənə  kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb. 

Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Gəncə Şəhər Baş Polis İdarəsi  əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həsənovdan çəkisi 10,9 kiloqram marixuana götürülüb.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Medvedyev saxlanıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Binə qəsəbəsindəki evindən dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə  kolu və çəkisi 4,8 kiloqramdan artıq marixuana da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb. 

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Cabbarovdan 490 qram marixuana götürülüb.

Hər üç faktla bağlı cinayət işi başlanıb. İstintaq və əməliyyat tədbirləri aparılır.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərzadə saxlanıb. Ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və həmin silaha aid 2 patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.                                                                                                     

Araşdırma aparılır.

Martın 6-da Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nic qəsəbə sakini Anton Aqaidən müvafiq sənədləri olmayan “TOZ-16”  markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər