18/03/2019 18:43
728 x 90

Bakıda velosiped oğrusu saxlanıb - FOTO

img

Xətai  rayonu S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək, ona məxsus. dəyəri 350 manat olan velosipedin naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Analoji müraciətlərlə Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edən daha 4 şəxs onların da müxtəlif vaxtlarda ümumi dəyəri 3000 manata yaxın olan velosiopedlərinin oğurlandığı barədə məlumat veriblər.  Xətai RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanıb.

O, ifadəsində etdiyi cinayəti etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.

Qeyd edilən faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və E.Mansurov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ müraciət edə bilər.

Son xəbərlər