18/03/2019 18:42
728 x 90

Silah tutuldu, piyadanı vurub qaçmış sürücü tutuldu, narkotiklərlə işləyən canilər tutuldu... - FOTO

img

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat keçirib.

Belə ki, İdarə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanıb. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, patron darağı və 26 ədəd parton aşkar edilərək maddi sübut kimi götürülüb. R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilində saxladığını bildirib.

Faktla bağlı R.Həsənov barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanıb. Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ağstafa dəmir yolu stansiyası ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanıb. Şəxsi axtarış zamanı ondan 80 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq 224 qram marixuana da aşkar edərək götürüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi digər əməliyyat tədbiri nəticəsində isə üzərində  narkotik vasitə daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sutanov saxlanıb. Şəxsi axtarış zamanı ondan 385 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Fevralın 27-də Buzovna qəsəbə sakinləri V.Əliyev və arvadı İ.Manafovanın xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. 

Araşdırmalarla onların saat 22 radələrində qəsəbə ərazisində yolun kənarı ilə gedərkən avtomobillə vurulduqları müəyyən edilib.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Novruzov polis əməkdaşları tərəfindən saxlanıb.

Araşdırma aparılır. 

Son xəbərlər