18/03/2019 18:40
728 x 90

Buldozerin ehtiyat hissələrini oğurlayıb satmışdılar... - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kunxırt kənd ərazisində buldozerin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. Araşdırmalarla onların dəfələrlə məhkum olunmuş rayonun Talabıqışlaq kənd sakinləri Elbrus Şirinov və Nahib Əliyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, E.Şirinov və N.Əliyev kənd ərazisində təmir üçün dayanmış ÇTZ-B-11 markalı buldozerin sürət qutusunu və bir neçə ehtiyat hissələrini oğurlayaraq, sonuncuya məxsus “İj” markalı avtomobilə yükləyib hadisə yerindən uzaqlaşıblar. Törətdikləri oğurluq hadisəsi nəticəsində MMC-yə 10.000 (on min) manatdan çox maddi ziyan vuran həmin şəxslər, ehtiyat hissələrini rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə dəyərindən dəfələrlə ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin metal qəbulu məntəqəsinin ünvanı müəyyən edilərək oğurlanmış ehtiyat hissələri maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər